Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İxtioz
İxtioz (yun. ichtys-balıq) — balıqpulcuğu, kseroderma - kəskin qərniləşmə ilə xarakterizə olunan dəri xəstəliyi. Uşaq yaşlarında (çox vaxt 3 yaşında) başlayır, yetkinlik dövründə güclənir və insanın ömrü boyu davam edir. Müalicəsi olmayan xəstəliyə sahib olan uşaqlar sərt və elastikliyi olmayan dəriyə malik olurlar, eyni zamanda sərt dəri yarıqlar vasitəsiylə bir-birlərindən aralanır, dərinin yumşaq toxuması görünür, yara hissələrindən daima su axır. Belə uşaqlar su itkisini, orqanizmanın istiliyini təmin edə bilmirlər. İxtioz xəstəliyi ilə doğulan uşaqların çoxu doğumdan bir neçə saat sonra həyatlarını itirirlər, az qismi həyatda qalmaqlarına baxmayaraq eybəcər üz quruluşuna malik olurlar. İxtiozun 4 forması daha geniş yayılıb: Adi ixtioz; X-ilgili ixtioz; Lamellyar ixtioz; Epidermolitik ixtioz Sinonimləri: vulqar ixtioz, adi ixtioz, ichthyosis vulgaris Adi ixtioz üçün daha çox ayaqlarda nəzərə çarpan dərinin diffuz zədələnməsi səciyyəvidir. Dərinin qabıqlanması və quru olması, follikulyar keratoz qeyd olunur. Xəstələrin əksəriyyəti allergik xəstəliklərə meyillidirlər. Patogenez- Adi ixtioz üçün retension hiperkeratoz xarakterikdir: hüceyrələr arasındakı əlaqələrin möhkəmlənməsi və buynuz pulcuqların kənar edilməsinin ləngiməsi epidermisin buynuz qatının qalınlaşmasına gətirib çıxarır.
İstiot
İstiot (lat. Piper) — bitkilər aləminin i̇stiotçiçəklilər dəstəsinin i̇stiotkimilər fəsiləsinə aid bitki cinsi.
İxtiol
İxtiol — qara qonur rəngli, kəskin iyli qatı maddə. Qıcıqlandırıcı, keyləşdirici, antiseptikdir: iltihab əleyhinə təsir göstərir. İxtiolun tərkibində birləşmə şəklində kükürd, fenol, krezol, aromatik karbohidrogenlər və s. var. İxtiol müxtəlif dəri xəstəliklərində (ekzema, qızılyel, furunkulyoz, karbunkulyoz, dəmirov və s.), cərrahi (yanıqlar, don vurmalar, gec sağalan yaralar) və qadın xəstəliklərində (metrit, parametrit, salpingit, ooforit) geniş tətbiq edilir. Məlhəm, pasta, şam halında hazırlanır. Azərbaycan Sovet Ensiklopediyası, V cild, səh.
Birillik istiot
Qara istiot
Qara istiot (lat. Piper nigrum) — bitkilər aləminin i̇stiotçiçəklilər dəstəsinin i̇stiotkimilər fəsiləsinin i̇stiot cinsinə aid bitki növü.
Saplaqlı istiot
İstiot nanə