Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kalmık dili
Kalmık dili — Monqol dillərindən biridir. Əsasən Kalmıkiyada, qismən də Astraxan, Rostov və Stavropol vilayətlərində, həmçinin Qırğızıstanın İsıkgöl gölünün sahilin-də yayılmışdır. İki dialektə bölünür: derbet və torqut. Fonetik biçimində damaq sinharmonizmi mühüm rol oynayır. Dəfələrlə əlifbà dəyişmələrinə məruz qalmışdır. 1938-ci ildən kiril əlifbasına keçmişdir.
Kalmık xanlığı
Kalmık xanlığı (Torqout xanlığı; kalm. Хальмг хана улс) — XVII–XVIII əsrlərdə kalmıkların dövlətləri. == Tarixi == Xanlıq noyonların başçılığı ilə uluslardan təşkil olunmuşdu. Uluslar aymaklara və xotonlara bölünürdü. Bu bölümləri də zaysanqlar idarə edirdi. Xanlıqda məhkəmə zarqo, hakim zarquçu adlanırdı. Buxara xanlığında çəkişmələrdən istifadə edən Səfəvilər Xorasanı tutdular. Şah I Abbasa arxalanan Xarəzm feodalı Xoca Məhəmməd 1598-ci ildə Ürgəncdə möhkəmləndi. Kalmık tayfaları Mavərənnəhrdən sıxışdırıldı. === Qazax və kalmık əlaqələri === XV əsrdən XVI əsrin ikinci yarısına qədərki dövrdə Qazax-Kalmık münasibətləri haqqında bilgilər çox azdır.
Kalmık layihəsi
Kalmık layihəsi — Sovet Rusiyanın Britaniya Hindistanına qəfil hücum planına verilən ad. Sovet Rusiyası lazım olacağı təqdirdə gözlənilmədən Britaniya Hindistanının şimal-qərb sərhədlərinə Tibetdən keçməklə hücum etməyi planlayırdı. Bu layihə Sovet Rusiyasının Böyük Britaniyanı və digər qərb imperialist dövlətlərini cənubi Asiyada problemlər çıxararaq qeyri-sabitlik yaratmaq cəhdlərinin bir parçası idi. Buna cavab olaraq da britaniyalılar Hindistandakı agentlərindən bir qismini Mərkəzi Asiyaya göndərərək bolşeviklərin planlarını öyrənməyə cəhd etmişdilər. Bu agentlərə misal olaraq F. M. Baileyi göstərmək olar. == Haqqında == Sovet Rusiyasının Böyük Britaniyaya və ingilis imperializminə qarşı mübarizədə yararlanmaq istədiyi şeylərdən başlıcası ona qarşı olan hərəkatları dəstəkləmək idi. Sovet Rusiyası düşünürdü ki, qərb imperializminə ziyan vura, Dünya inqilabını reallaşdıra bilmək, onun kapitalist sənayesinin dağılması üçün lazım olan şey bu böyük sənayenin Asiyadakı xammal qaynaqlarını dağıtmaqdır. Bunu isə yalnız Asiya xalqları ya bu imperialist dövlətlərə qarşı ayağa qaldırmaqla, ya da hazırda fəaliyyət göstərən milli hərəkatları dəstəkləməklə etmək mümkün idi. Lenin milli hərəkatlarla əməkdaşlıq edə bilmək üçün problem olan marksist yanaşmada dəyişikliklər etmək üçün çalışmalara başladı və ortodoks marksist tərəfdaşlarının fikrini dəyişdirməyə çalışdı. 1919-cu ildə onlar şərqşünas N. Z. Bravinin rəhbərliyi altında diplomatik missiyanı bölgəyə göndərdilər.
Kalinka Bamberskinin qətli
Kalinka Bamberskinin qətli — 1982-ci ilin iyul ayında Almaniya Federativ Respublikasının Lindau şəhərində törədilmiş cinayət. Fransız qadın Kalinka Bamberski 14 yaşında ögey atası Diter Krombaxın evində vəfat etmişdir. Cəsədin tibbi yarılmasının şübhəli nəticələri ilə əlaqədar olaraq qızın atası Andre Bamberski Krombaxın qızının ölümündə əli olub-olmadığını araşdırmaq üçün Almaniya hakimiyyətinə təzyiq göstərməyə başladı. Almaniyada məhkəmə prosesi dayandırldıqdan sonra, 1995-ci ildə Fransa məhkəməsi Krombaxı qiyabi olaraq mühakimə etdi və onu ehtiyatsızlıqdan adam öldürməkdə təqsirli bildi. Alman hökuməti Krombaxın ekstradisiyasından imtina etdiyinə görə 2009-cu ildə Bamberski onun oğurlanması və Almaniyadan Fransaya qaçırılmasında iştirak etdi. Orada Krombax məhkəmə qarışısına çıxardıldı və 2011-ci ildə qəsdlə edilməyən qətil ilə nəticələnən qəsdən bədən xəsarətlərini yetirməkdə təqsirli bilindi. Krombax 15 il müddətinə azadlıqdan məhrum edildə; 2020-ci ilin fevral ayında səhhətinə görə həbsdən azad edildi və həmin ilin 12 sentyabrında Vinzendəki qocalar evində öldü. Öz növbəsində, Fransa məhkəməsi Bamberskini Krombaxın oğurlanmasına görə bir il olmaqla şərti cəzaya məhkum etdi. İnsan oğurluğunda ona kömək edən Anton Krasniçi və Kaça Bablovani bir il həbs cəzası aldılar.\ == Hadisədən öncə == === Andre Bamberski === Andre Bamberski 1937-ci ildə Valansyen şəhərində anadan olmuşdur. Atası Polşadan Fransa kömür mədənlərində işləməyə gəlmişdi.