Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xanuk
Xanuk — İranın Kirman ostanının Zərənd şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,582 nəfər və 854 ailədən ibarət idi.
Anuk
Anuk — 8 aprel 1975-ci ildə anadan olan Niderlandlı müğənni. Anuk 2013 Avroviziya Mahnı Müsabiqəsində Niderlandı "Birds" mahnısı ilə təmsil edib və Niderlanda 9-cu yeri qazandırıb. == Həyatı == Anası da özü kimi müğənnidir.
Manuk Abeqyan
Manuk Xaçaturoviç Abeqyan (erm. Մանուկ Աբեղյան, rus. Ману́к Хачату́рович Абегя́н; 17 (29) mart 1865, Təzəkənd, Naxçıvan qəzası, İrəvan quberniyası, Rusiya – 25 sentyabr 1944, İrəvan) — Ermənistan-sovet ədəbiyyatşünası, dilçisi. == Həyatı == Manuk Xaçaturoviç Abeqyan 17 mart 1865-ci ildə İrəvan quberniyasının Təzəkənd kəndində anadan olmuşdur. "Erməni xalq eposu" (1908), "Yeni erməni ədəbi dilinin sintaksisi" (1912), "Qədim qusan xalq mahnıları" (1931), 2 cildlik "Qədim erməni ədəbiyyatı tarixi" (1944–1946) və s. əsərlərin müəllifidir. "Sasunlu David" dastanını nəşr etdirmişdir. O, 1943-cü ildən Ermənistan SSR Elmlər Akademiyasının üzvüdür. Ermənistan SSR Elmlər Akademiyası Ədəbiyyat İnstitutu Abeqyanın adınadır. O, 25 sentyabr 1944-cü ildə SSRİ respublikalarından olan Ermənistan SSR-nin paytaxtı İrəvan şəhərində vəfat etmişdir.
Nanuk çayı
Nanuk çayı — Rusiyaya məxsus olan Vrangel adasında yerləşir. İzibati cəhətdən Çukot Muxtar Dairəsi İultinski rayonu ərazisinə daxildir. Çayın uzunluğu 15 km. 1911-ci ildə Vilyamur Stefansonun rəhbərlik etdiyi Kanada Arktik ekspedisiyasının eyni adlı şxunun şərəfinə adlandırılmışdır. Öz növbəsində Nanuk eskimos dilində «Ağ ayı» mənasını verir. Çay başlanğıcını Bezimennıy massivi Nanuk dağının şərqindən götürür. Şərqi Sibir dənizinə tökülür. Çayın əsas qida mənbəyi qardır.
Aleksey Kaşuk
Aleksey Kaşuk (ukr. Олексій Миколайович Кащук, 29 iyun 2000, Novoqrad-Volınsk[d], Jitomir vilayəti) — Azərbaycan Premyer Liqasında çıxış edən "Qarabağ" klubunda yarımmüdafiəçi mövqeyində oynayan ukraynalı peşəkar futbolçu. == Karyerası == === Gənclik karyerası === Jitomir vilayətinin Novoqrad-Volınski şəhərində anadan olan Kaşuk "Şaxtyor" klubunun gənclər idman məktəbinin yetirməsidir. O, klubun tərkibində U-14 (2013) və U-15 (2014) yaş kateqoriyalarında Ukrayna Gənclər Futbol Liqasının çempionu olub. 2014/15 mövsümündə 21 matçda 23 qol vuraraq U-16 komandasının bombardiri olub. Kaşuk 14 may 2016-cı ildə "Şaxtyor"un U-21 komandasında debüt edib. O, 2017/18 mövsümünə gənclərdən ibarət komanda tərkibində başlayıb, "Vorskla" ilə görüşdə (3:1) qol vurub və həmin mövsümün sonunda Ukrayna Gənclərarası çempionatının qızıl medalını qazanıb. === Klub karyerası === Kaşuk 2018-ci ildə "Şaxtyor"un ikinci komandasına, 2019-cu ildə isə əsas komandasına keçib, lakin əsas heyətdə debüt edə bilmədən dərhal "Mariupol" klubuna icarəyə veriib. O, Ukrayna Premyer Liqasında bu klub ilə, 3 avqust 2019-cu ildə "FC Oleksandriya" ilə oyunun ikinci hissəsində əvəzedici kimi debüt edib. 29 mart 2022-ci ildə Azərbaycan Premyer Liqasında mübarizə aparan "Sabah" klubu Kaşuku mövsümün sonuna qədər icarəyə götürüb.
Anuk Eme
Anuk Eme (fr. Anouk Aimée; 27 aprel 1932[…], Parisin 17-ci dairəsi[d] – 18 iyun 2024, Parisin 18-ci dairəsi[d]) — Fransa aktrisası. == Həyatı == Anuk Eme 27 aprel 1932-ci ildə Parisdə anadan olmuşdur. Uşaqlıq illərində yəhudi aktyor ailəsində tərbiyə almışdır. O, "Bauer-Therond" dram məktəbində aktyorluğu və rəqsi öyrənmişdir. 14 yaşından kinoda çəkilmişdir, lakin yalnız 12 ildən sonra tanınmağa başlamışdır. Bu, onun "Monparnas, 19" filmində Janna Ebütern roluna çəkiləndən sonra oldu. Bundan sonra Federiko Fellini bu ümidverici aktrisanı görür və onu "Şirin həyat", "Səkkiz yarım" kimi filmlərinə dəvət edir. 1961-ci ildə fransız kinorejissoru Jak Demi kinoda öz debütünü çəkir. "Lola" adlanan filmdə aktrisa baş rolu ifa edir.
İşa Kanu
Orxan Vəli Kanık
Orxan Vəli Qanıq (türk. Orhan Veli Kanık; əsl adı ilə: Əhməd Orxan Qanıq, d. 13 aprel 1914, İstanbul, Osmanlı İmperiyası – ö. 14 noyabr 1950, İstanbul, Türkiyə) — daha çox Orxan Vəli olaraq tanınan türk şair və tərcüməçi. Məlik Cövdət və Oqtay Rüfət ilə birlikdə yeni janr – "Özgə" cərəyanının qurucusu olmuşdur. Orxan Vəli türk şeirlərindəki köhnə quruluşu təməldən dəyişməyi məqsədləyərək küçədəki şəxslərin söyləyiş tərzini şeir dilində əvəzləmişdir. 36 illik həyat dövrü zamanı şair şeirləri ilə yanaşı hekayə, esse, məqalə və tərcümə sahələrində bir çox əsərlər yaratmışdır. Orxan Vəli Kanık 13 aprel 1914-cü ildə İstanbulda, Beykozda doğulmuşdur. Atası İzmirli tacir Fəhmi bəyin oğlu Mehmet Vəli, anası isə Fatma Nigar xanımdır. Şairin atası Cümhuriyyət Simfoniya Orkestrinin dirijoru olmuşdur.
Banak
Banak — (ing. Bannack) — Amerika Birləşmiş Ştatlarının Montana ştatında yerləşən kabus şəhər. Şəhərin əsası 1862-ci ildə Erasmus Darvin Levet tərəfindən qoyulmuşdur. 1864-cü ildə şəhər ətrafında, qızılın kəşf edilməsi, qızıl həyəcanına səbəb olmuşdur. Şəhərdə üç otel, üç çörək dükanı, üç dəmir emalatxanası, iki bərbərxana və iki ət dükkanı vardı. XIX əsrin ortalarından sonra Montana ştatının ən önəmli şəhərlərindən olan Banakda, bir restoran və üç salonda fəaliyyət göstərirdi. Ətraf ərazilərdə qızıl ehtiyatlarının tükənməsindən sonra, şəhərdə əhalinin sayı sürətlə azalmağa başlamışdır. 1970-ci ildə şəhər tamamilə boşalmış və milli qoruq ərazisi elan edilmişdir.
Banduk
Banduk (çeç. БӀен-дукъ; çeçen. bIo — "qoşun" + duk— "silsilə" sözlərindən) — Çeçenistan Respublikasının Şatoy rayonunda dağ zirvəsi. == Haqqında == Dəniz səviyyəsindən hündürlüyü 1359 metrdir. Banduk dağı dəniz səviyyəsindən 1342 metr yüksəkliklərdə, yaxud da ətraf ərazidən 306 metr hündürlükdə yerləşir. Ətəyində dağın eni 4,5 km-dir. Ən yaxın yaşayış məntəqələri: Zona, Yarış-Mardı, Daçu-Borzoy, Ulus-Kert, Şatoy. Banduk dağı ətrafındakı ərazilər şimal-qərbə doğru təpəlik, cənub-şərqə doğru dağlıqdır. Rayonun ən yüksək zirvəsi Banduk silsiləsidir. Dəniz səviyyəsindən hündürlüyü 1771 metrdir.
Kabuki
Kabuki (yap. 歌舞伎) — ənənəvi Yaponiya teatr sənəti. Mahnı ifa etməyin, musiqinin, rəqsin və dramın sintezini özündə əks etdirir. Kabuki sənət ustaları ağır qrimdən və yüksək rəmzli geyimlərdən istifadə edirlər. “Kabuki” sözü yapon dilində üç heroqlifdən ibarətdir — 歌舞伎. Burada 歌舞 (kabu) simvolları “mahnı və rəqs”, 伎 (ki) işarəsi isə “ustalıq” mənasını daşıyır. Kabuki janrı XVII əsrdə Edo dövründə xalq mahnıları və rəqslərinin əsasında yaranıb. Bu janrın yaranması Okuni adlı İdzumi Taysya məbədinin qulluqçusu ilə əlaqəlidir. Belə ki, Okuni 1603-cü ildə Kioto çayının qurumuş qolunda və şəhərin küçələrində ayini rəqslər ifa etməyə başlayır. Müasir Yaponiyada kabuki ən məşhur teatr sənəti kimi tanınır.
Kabul
Kabil (fars. کابل‎, ing. Kabul) — Əfqanıstanın paytaxtı və ən böyük şəhəri. Kabil çayı sahilində, dəniz səviyyəsindən 1800 metr yüksəklikdə, avtomobil yolları ilə Qəznə, Qəndəhar, Herat və Məzari-Şərif şəhərləri ilə birləşən şəhər. == Coğrafi mövqeyi == Kabil Əfqanıstanın ən böyük şəhəridir. Qədim şəhər olan Kabil mühüm nəqliyyat qovşağında yerləşir. Eyniadlı çayın sahilində,1800–1900 metr yüksəklikdə yerləşir. Şəhərin məhəllələri Kabil çayının hər iki sahilini tutur. Şəhərin köhnə hissəsi Kabil çayının sağ sahilindədir və səciyyəvi Şərq simasını saxlamışdır. Çayın sol sahilindəki yeni hissədə keçmiş kral iqamətgahı, Məhəmməd Nadir şahın türbəsi, xarici səfirliklərin binası, parklar, iri yaşayış məhəllələri yerləşir.
Kabus
Kabus — ənənəvi təmsillərdə özünü real həyatda görünən və ya başqa bir şəklində (həm görünməz və qeyri-maddi həmçinin də real müşahidələr nəticəsində özünü bildirən) təqdim edən ruh və ya vəfat etmiş şəxsin ruhu. Vəfat etmış insanın ruhu ilə əlqə yaratmaq cəhdlərinə spiritik seans, və ya daha dəqiq nekromantiya deyilir. Kabuslara inanc insanlar arasında geniş yayılmışdır, və bir çox xalqların mədəniyyətlərində öz yerini tutur. Həmçinin, bir çox dinlərdə ölü insanlaırn ruhlarının sakit olması üçün xüsusi mərasimlər və dəfn ənənələri keçirilir. Kabusları əsasən insanlara aid etsələr də, heyvanlar, gamilət, təyyarələr, və hətta ordu və şəhərlərin kabusları haqqında inanc və əfsanələr var. Müasir elm qeyri-təbii hadisələri tanımır, və ənənəvi kabusların mövcudluğunu inkar edir. Xüsusi hallarda spesifik hadisələri, bir və ya digər təbii səbəblərdən yaranmaq ilə izah edillər: hallüsinasiyalar, illüziyalar, mirajlar, fotoplyonka deffekti və buna bənzər qüsurlar, mistifikasiyalar və əfsanələrə inancla. Kabuslar mədəniyyətdə özünə məxsus yer tutu. Məsələn, Oskar Uayldın “Kentervil kabusu” hekayəsi var, “Kabus ovçuları” filmi və s.
Kakuy
Kakuy-i Sülfa (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Kakuy-i Ülya (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd.
Kamik
Kamik (lat. Camicus, q.yun. Καμικός) — Siciliyada yaşayan sikanların paytaxtı. Bu, yunan mifologiyasında Dedalın sikan padşahı Kokal üçün tikdiyi qaladır. Kamikin yeri müasir arxeoloqlar tərəfindən Sant-Ancelo-Muksaro olaraq müəyyən edilmişdir. Keçmiş istehkamlı yaşayış məntəqəsinin yalnız iki fraqmenti bu günə qədər qalmışdır. Buna baxmayaraq, yaxınlıqda aşkar edilmiş nekropol tunc dövründə burada böyük yaşayış məntəqəsinin mövcudluğundan xəbər verir.
Kanal
Kanal (lat. canalis – boru) — hidrotexnikada suyun basqınsız hərəkəti üçün çəkilən düzgün formalı süni məcra (su yolu). Təyinatdan asılı olaraq gəmiçilik kanalı, energetika kanalı, suvarma kanalı və s. növləri var. Gəmiçilik kanalı dəniz, göl və gəmi üzən çayları birləşdirmək, gəmi hərəkətini asanlaşdırmaq, su yollarını qısaltmaq və s. məqsədlərlə çəkilir. Energetika (derivasiya) kanalları su elektrik stansiyaları komplekslərinə daxildir. Suvarma kanalları əkin yerlərinin suvarılması üçündür, məs. Samur-Abşeron kanalı, Yuxarı Qarabağ kanalı, Yuxarı Şirvan kanalı. Kanalların en kəsiyi düzbucaqlı trapesiya, üçbucaqlı, yarımdairə və s.
Kanci
Kanci (yap.: ; ci — hərflər, Kan — Xan; hərfi mənası: "xan hərfləri") — müasir yapon yazısında hiraqana, katakana, ərəb rəqəmləri və romaci (latın əlifbası) ilə birgə işlənən çin heroqrifləri.
Kandi
Kandi (sinh. මහනුවර) və ya Senkadaqalapura (Senkadagalapura) — Şri-Lankada şəhər. Bu şəhər qədim krallar dövrünün son paytaxtı olub. Burada çoxlu park, abidə, şəhər mərkəzində isə göl var. Eyni zamanda Buddanın müqəddəs evlərindən biri burada yerləşir. Mərkəzi Əyalətin paytaxtı, Kandi Bölgəsinin inzibati mərkəzi. Əhalisi — 161 min nəfər (2001). XIV əsrdə adanın qədim paytaxtlarından biri olan dəniz səviyyəsindən 500 m yüksəklikdə qurulmuşdur. 1988-ci ildə tarixi mərkəz YUNESKO-nun Ümumdünya İrsi Siyahısına daxil edildi. == Görməli yerləri == Kandi, Asiyanın ən böyük botanika bağlarından birinə — Peradeniyada yerləşən Kral Botanika Bağlarına ev sahibliyi edir.
Kandık
Eritronium cinsi yunancadan tərcümədə "qırmızı" deməkdir. "Kandık" isə soğanağının formasının it dişinə oxşadığına görə (lat. canis- it deməkdir) adlandırılmışdır. Bitkilər yabanı halda Cənubi Avropada, Qafqazda, Asiyada və Şimali Amerikanın mülayim iqlimli rayonlarında bitir. Onların gülçülükdə 15 növündən istifadə olunur və 2 növ bağ forması xüsusilə geniş yayılmışdır: Sibir eritroniumu (E. sibiricum) yarpaqlarında qırmızı-qonur xalları olan çoxillik bitkidir. Çiçəkləri sallaq, tək, bənövşəyi - çəhrayı, bəzən ağ rənglidir. Avropa eritroniumu (İt dişi) (E. denscanis) hündürlüyü 30 sm, çəhrayı gövdəli və yarpaqlarında al-qırmızı xalları olan bitkidir. Çiçəkləri çəhrayı, bənövşəyi, bəzən ağdır. Kandık yarımkölgəli, daşlıq yerlərdə yaxşı bitir. Yüngül, nəm torpaqlar yararlıdır.
Qanku
Qanku Kişi və ya sadəcə Qanku (岸駒, 1749[…] və ya 1756, Kanazava – 19 yanvar 1839, Kioto) – Yaponiya rəssamı. Kişi rəssamlıq məktəbinin qurucusudur. Qanku 1749-cu ildə Yaponiyanın Kanazava şəhərində doğulmuşdur. 1784-cü ildə Kioto şəhərində Arisuqava ailəsinin malikanəsində xidmət göstərməyə başlamışdır. Daha sonra imperiya sarayında işləməyə başlamış və həyatının son illərində "Eçizen kamisi" tituluna layiq görülmüşdür. Qanku özünü öyrədən rəssam olmuş və Kano məktəbinin texnikalarını öyrənmişdir. O, Çin rəssamı Şen Tsuandan və Maruyama-Şico məktəbindən təsirlənmişdir. Qankunun stili digər rəssamlıq məktəbləri ilə eklektik olmuşdur. Qankunun oğlu Qantay və onun kürəkəni Qanryo ilə yanaşı, Qanku tərəfindən övladlığa götürülmüş Renzan, Yokoyama Kazan və Şiray Kayo da Kişi məktəbinin rəssamları olmuşdurlar. Bütün bu rəssamlar quş və çiçək rəssamlığında, eləcə də, heyvan rəsmlərində ustalaşmışdırlar.
Qanun
Qanun — hüquq normalarının sistemli toplusu olub, cəmiyyətdə yaranan ictimai münasibətləri tənzimləyir və insanları hüquq pozuntusundan qoruyur həmçinin, qoyulan qadağalara əməl etməyən şəxslərin cəzalandırılmasını müəyyən edir. Qanunlar qanunvericilik orqanları tərəfindən qəbul olunur. Vaciblik dərəcəsinə və tənzimlənən ictimai münasibətlərin xarakterinə görə qanunlar konstitusiya qanunlarına, məcəllələrə və adi qanunlara bölünür. Konstitusiya qanunları ali hüquqi qüvvəyə malikdir. Onların içərisində ilk növbədə əsas insan və vətəndaş hüquq və azadlıqlarını təsbit edən, ictimai quruluşun əsaslarını, dövlətin formasını tənzimləyən, dövlət orqanlarının təşkili və fəaliyyətinin prinsiplərini müəyyən edən konstitusiya adlananları qeyd etmək lazımdır. Bəzən onu əsas qanun adlandırırlar. Konstitusiya qanunları konstitusiyanın ayrılmaz tərkib hissəsi sayılır və hüquqi qüvvəsinə görə adi qanunlardan üstündür. Məcəllə ictimai münasibətlərin müəyyən sahəsini tənzimləyən vahid sistemləşdirilmiş qanunvericilik aktıdır. Məcəllələşdirmə ictimai münasibətlərin müəyyən sahəsini tənzimləyən qanunların sistemləşdirilməsi formasıdır. Məcəllələrin hüquqi qüvvəsi adi qanunlardan üstündür.
Hanak
Hanak — Ərdəhan ilinin Hanak ilçəsində bir şəhər və eyniadlı ilçənin mərkəzidir. Əhalisi 2,880 nəfərdir (2021). Əhalisi türklərdən ibarətdir. Digər bir mənbəyə əsasən şəhər əhalisi Axısqa türklərindən ibarətdir.
Erigeron canus
Erigeron canus (lat. Erigeron canus) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
IRC kanal
Internet Relay Chat və ya IRC (azərb. Retranslasiyalı İnternet Çat‎) – real rejimdə digər insanlar ilə şəbəkə vasitəsilə danışa bilinən retranslasiyalı sistem xidməti. Sistem 1988-ci ildə fin tələbə Yarko Oykarinen tərəfindən (Jarkko Oikarinen) tərəfindən yaradılıb. Sistem qısa olaraq IRC adlandırılır. Dünyada IRC ilk dəfə olaraq Fars körfəzindəki müharibə (Səhrada tufan) zamanı populyarlıq qazanmağa başladı. Məhz o dövrdə, 1991-ci ildə müharibələrin getdiyi dövrdə dünyadan gələn bütün məlumatlar, xəbərlər bir yerdə yığılaraq on-line rejimdə IRC vasitəsilə retraanlasiya edilirdi. IRC serverinə qoşulduqda istifadəçi qarşısında kanallar çıxır. Əgər kanal operatorları və ya sahiblərinin icazəsi varsa ora istənilən istifadəçi daxil ola bilər (qoşula bilər). Kanal virtual otaq rolunu oynayır. Əgər hər-hansı limit yoxdursa bura Planetin istənilən yerindən adam qoşula bilər.
Kabul dovşandodağı
Kabul dovşandodağı (lat. Lagochilus cabulicus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin dovşandodaq cinsinə aid bitki növü.