Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kapillyar
Kapillyarlar (lat. capillaris — tükvari) insan və digər canlıların orqanizmində mövcud olan ən nazik damarlardır. Kapillyarlar arteriya və venalar arasında rabitə rolunu oynayaraq toxumaların qidalanmasında, maddələr mübadiləsində mühüm və başlıca rola malikdirlər. Kapillyarların divarı bir qatdan endoteldən və nazik birləşdirici toxuma təbəqəsindən (lat. adventitia capillaris) təşkil olunmuşdur. Endotel təbəqəni təşkil edən bir qatlı nüvəli hüceyrələr yapışqan verən maddə və hüceyrəarası körpücüklər vasitəsilə bir-birilə rabitədədirlər. Endotel o qədər zərif və incə quruluşa malikdir ki, onun malik olduğu lat. stiqmata adlanan kişik və lat. stomata adlanan bıyük məsamələrindən su, oksigen və lipid və s. molekullar keçə bilir.
Hapıtlar
Haputlular, haputlar və ya hapıtlar — Azərbaycan Respublikasıda Şahdağ milli etnik qrupunun nümayəndələri. Haputlular Qafqaz mənşəli, Qafqaz xalqlarının Nax-Dağıstan qrupunun Şahdağ yarımqrupuna aid bir xalqdır. Əsasən Quba, Xaçmaz, Qəbələ, İsmayıllı, Ağdaş rayonlarında və Bakı, Sumqayıt şəhərlərində yaşayırlar. Kompakt halda Quba rayonunun Haput, İsmayıllı rayonunun Talıstan, Hacıhətəmli, Hapıtlı və Mollaisaqlı kəndlərində məskunlaşmışlar. Füzuli rayonunun Saracıq kəndində də gəlmə tayfalardan biri hapıtlılardır. Qafqaz dil ailəsinə mənsub Haput dilində danışırlar. Qiyasəddin Qeybullayev qeyd edir ki, Qafqaz Albaniyasının sakinləri olan herlər indiki haputluların ulu əcdadıdır. Haputlular özlərini indi də "hər" adlandırırlar. Dinləri İslam dinidir. XIX əsrin 80-ci illərinə aid bir sənəddə haputluların sayı 997 nəfər göstərilirmişdir.
Taxıllar
Qırtıckimilər (lat. Poaceae) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinə aid bitki fəsiləsi. Fəsilənin nümayəndələri birillik və ya çoxillik otlar, yerüstü hissələri bəzən odunlaşan, hətta ağacşəkilli bitkilərdir. Taxılkimilərin qədim ekoloji tiplərindən bambuk, qarğı, murquz kimi hündür gövdəli növləri də vardır. bu fəsiləyə daxil olan növlər saçaqlı, sürünən, kökümsov bitkilər olub, əksəriyyəti çim əmələ gətirəndir. Yarpaqları növbəli olmaqla iki cərgə üzrə düzülür, xətvarıdır, aşağısında buğum aralarını əhatə edən qın əmələ gətirir. Çiçəklər ikicinslidir, ziqomorfdur, mürəkkəb çiçək pulcuqları ilə əhatə olunaraq sünbülcüklərdə yerləşir. Çiçəkyanlığı iki dairədə yerləşmiş pərdəşəkilli pulcuqlardan təşkil olunmuşdur. Çiçəkyanlığının xarici dairəsində iki ədəd aşağı və yuxarı çiçək pulcuğu vardır. Erkəkcik 3 ədəddir.
Kapella
Eyni zamanda Alfa Arabaçı (α Aur) olaraq da adlandırılan Kapella Arabaçı bürcündə ən parlaq, gecə səmasında altıncı ən parlaq və səmanın şimal yarımkürəsində Arktur və Veqadan sonra ən parlaq üçüncü ulduzdur. Veqa- Şimal yarımkürəsinin qış göyündə gözə çarpan bir ulduzdur. Kapella sistemi Günəşdən yalnız 42,8 işıq ili (13,1 pk) uzaqlıqdadır. Kapella dünya göyündə, adi gözlə görülə bilən ən parlaq 10 ulduzdan biridir. O qədər parlaqdır ki, təxminən 42 işıq ili uzaqlıqda olmasına baxmayaraq, böyük şəhərlərdə atmosfer çirkliliyi altında belə rahatlıqla görülə bilir. Adi gözlə tək bir ulduz kimi görünsə də, Kapella əslində dörd ulduzlu bir sistemdir. İlk cüt iki parlaq sarı nəhəng ulduzdan ibarətdir və hər ikisi də Günəşdən 2.5 dəfə böyükdür. Kapella Aa, K spektral sinfinə aid daha soyuq və daha işıqlı ulduzdur. Günəşin parlaqlığından 78.7 ± 4.2 dəfə və radiusundan isə 11.98 ± 0.57 dəfə böyükdür. Yaşlanmaqda olan qırmızı ulduz, nüvəsindəki karbon, oksigen, heliumu əridir.
Kamilla
Kamilla — ad. Kamilla Klodel — Fransa heykəltaraşı, fransız şair Kamilla Pfeffer — Almaniyanı təmsil edən bədii gimnast. Kamilla Patrisia — İtaliyanı təmsil edən bədii gimnast.
Qiymətli kağızlar
Qiymətli kağız — müəyyənləşdirilmiş formaya riayət edilməklə hər hansı hüququ təsdiqləyən elə bir sənəddir ki, həmin hüquq bu sənəd olmadan həyata keçirilə və başqa şəxsə verilə bilməz. Qiymətli kağızlar, pul və yaxud əmtəə sənədləridir, onların sahibinə mülk hüquqları verilir və müəyyən pul məbləğlərinin, gəlirlərin alınmasına hüquq verir. Pullu qiymətli kağızlara — istiqraz vərəqələrini, vekselləri, pul çeklərini aid etmək olar. Əmtəə qiymətli kağızlara — onların sahiblərinin maddi, mülkiyyət hüquqlarını təsbit edən konosamentlər (əmtəə fakturaları), anbar vəsiqələri aiddir. Qiymətli kağızların arasında xüsusi yeri səhmlər tutur, onlar istər pul istərsə də mülk hüquqlarını əks etdirir. Qiymətli kağızlar alqı-satqı obyekti ola bilər. Qiymətli kağız forması və rekvizitləri qanunvericiliklə müəyyənləşən və hər hansı hüququ təsdiq və təsbit edən sənəddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 987.1-ci maddəsində qiymətli kağız anlayışı aşağıdakı kimi verilmişdir:"Qiymətli kağız müəyyənləşdirilmiş formaya riayət olunmaqla hər hansı hüququ təsdiqləyən elə bir sənəddir ki, həmin hüquq bu sənəd olmadan nə həyata keçirilə bilər, nə də başqa şəxsə verilə bilər. Qiymətli kağız başqasına verildikdə onun təsdiqlədiyi bütün hüquqlar da keçir." ABŞ-nin Vahid Ticarət Kodeksində qiymətli kağızlara aşağıdakı anlayış verilir: Qiymətli kağızlar (securities) – pul kapitalını cəlb etmək üçün silsiləvi olaraq buraxılan qiymətli kağızlardır, yəni: səhm, istiqraz, dövlətin borc öhdəlikləri və onlardan törəyən sənədlərdir (klassik opsionlar, varrant, üstünlük hüququ və s.). Qiymətli kağızları iki böyük qrupa ayırmaq olar; birinci dərəcəli əsas qiymətli kağızlar, ikinci dərəcəli törəmə qiymətli kağızlar.
İker Kasillas
İker Kasilyas (isp. Iker Casillas; d. 20 may 1981) — İspan qapıçı, Avropanın ən yaxşı qapıçısı (2010). Eyni zamanda İspaniya milli futbol komandası və oyunçusudur. Kasillas 20 may 1981-ci ildə Madrid əyalətinin Móstoles şəhərində Təhsil Nazirliyinin dövlət qulluqçusu Xose Luis Kasilyas və bərbər Maria del Karmen Fernández Qonzalesin ailəsində anadan olmuşdur. Kasillasın Unai adında yeddi yaş kiçik qardaşı var. O, əvvəllər CD Móstoles-də mərkəz yarımmüdafiəçisi kimi oynayırdı. Qardaşların adları bölgə ilə ailə əlaqəsinə görə bask mənşəlidir: ata tərəfdən babası - Mülki Qvardiyada zabit - Bilbaoda ezam olunub və şəhərdə məskunlaşıb, nəticədə ataları orada böyüdü. Ailə Madridə köçməzdən əvvəl kiçik bir uşaq kimi bölgədə. Bir dəfə gənc ikən, yeddi və ya səkkiz yaşında olarkən Kasillas həftə sonu üçün atasının futbol proqnozlarını dərc etməyi unutdu; atası bütün 15 nəticəni düzgün proqnozlaşdırmışdı və ailə təxminən 1,2 milyon avro vəsait itirdi.
Papilyar xərçəng
Papilyar xərçəng — qalxanabənzər vəzi şişlərinin 50–72%-ni təşkil edir və qadınlar arasında kişilərə nisbətən çox rast gəlir. Proqnostik cəhətdən xoşgedişlidir. Gedişinə görə yerli, yerli-metastatik və metastatik formaları ayırd edilir. Xərçəngin bu növü boyunun sinir-damar dəstəsinin önü ilə qırtlaqönü, traxeyaönü, yuxarı, orta və aşağı vidaci limfa düyünlərinə limfogen yolla metastazlar verir.
A kapella
A kapella (it. capella - kiçik kilsə) — orta əsrlərdə katolik kilsəsində musiqiçilər üçün ayrılan yer. Əvvəllər kilsə musiqiçiləri yalnız müğənnilərdən ibarət olduğu üçün kapella sözü xoru bildirirdi, sonralar isə kilsə musiqisində alətlərdən istifadə olunması və kübar musiqinin inkişafı ilə əlaqədar olaraq hər hansı bir yerdə (kilsədə və ya sarayda) xidmət edən musiqiçilər qrupu Kapella adlandırılmağa başladı. A kapella ifadəsi (it. a capella – “kapella üslubunda” deməkdir) xorun müşayiətsiz oxunması mənasında istifadə olunur. Nazim Əliverdibəyovun “Bayatı-Şiraz” xor kompozisiyası a kapella xoru üçün yazılmış ilk muğam əsərlərindən biridir. 19-cu əsrdə intibah tərzi kilsə musiqilərində adətən müsiqi alətlərindən istifadə olunurdu, bu tərz isə eyni tip musiqilərin hər hansı bir musiqi aləti olmadan səsləndirilməsidir. Daha çox kilsə ansambllarında edilməklə birlikdə Rok, Jazz, Pop, Rep kimi musiqi növlərində də kapellaya rast gəlinir. Kapella qrupları içərisində yer alan tenor, soprano, bariton, mezzo soprano, alto və bas səsləri fərqli fərqli tonlarda yazılmış əsəri bir arada icra edir. Həmçinin musiqi aləti yerinə bir insan səsini yəni beatbox edilərək də kapella oxumaq mümkündür və daha asandır.
Kamilla Klodel
Kamilla Klodel (fr. Camille Claudel, 8 dekabr 1864[…], Fer-an-Tardenua[d] – 19 oktyabr 1943[…], Montfavet[d], Voklüz departamenti) — Fransa heykəltaraşı, fransız şair və diplomat Pol Klodelin bacısıdır. == Həyatı == Kamilla Klodel Şimali Fransada Aisnedə, Louise Athanaïse Cécile Cerveaux ilə Louis Prosperin ikinci uşağı olaraq doğulub. Ailə Kamilla uşaq ikən Vilnyöv-Syur-Ferə köçür. Qardaşı Pol 1868-ci ildə doğulub. 1870-ci ildə ailə Bar-le-Duc-ə, 1876-cı ildə Nogent-sur-Seine-ə və 1879-cu ildə Wassy-sur-Blaise-ə köçür. Kamilla anası və digər uşaqlar ilə birgə 1881-ci ildə Parisin Montparnasse bölgəsində məskunlaşır. Kamilla hələ uşaq yaşlarından evlərinin bağçasında palçıqdan və gildən cürbəcür fiqurlar düzəltməyi xoşlasa da, düzəltdiyi fiqurları günün altında qurudub evə gətirəndə anasının ciddi tənqidi ilə üzləşirdi. Kamilla böyüdükcə heykəllərə olan marağı daha da ciddiləşməyə başlayır. Həmin dövrlərdə Fransada qadın rəssam və heykəltaraşlar o qədər azlıq təşkil edirdilər ki, ailə qızlarının incəsənətə olan marağına o qədər də əhəmiyyət vermirdi.
Kamilla Patrisia
Kamilla Patrisia (4 noyabr 1994, Sondriyo[d], Lombardiya) — İtaliyanı təmsil edən bədii gimnast. Kamilla Patrisia 2016-cı ildə İtaliyanı Olimpiya Oyunlarında təmsil etdi; Patrisia həm də Dünya Çempionatlarının 1 qızıl və 4 gümüş medalını qazanıb. == Karyerası == Kamilla Patrisia 2016-cı ildə İtaliya bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Martina Centofani, Sofiya Lodi, Alessia Maurelli və Marta Pacnini ilə birgə final yarışlarında 35.549 xal topladı və 4-cü yeri tutdu.
Kamilla Pfeffer
Kamilla Pfeffer (d. 24 yanvar 1993) — Almaniyanı təmsil edən bədii gimnast. Kamilla Pfeffer 2012-ci ildə Almaniyanı XXX Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Kamilla Pfeffer 2016-cı ildə Almaniya bayrağı altında Birləşmiş Krallığın London şəhərində XXX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Mira Bimperlinq, Yudit Hauser, Nikola Müller, Katrin Pul və Sara Radman ilə birgə təsnifat mərhələsində 49.650 xal topladı və 10-cu yeri tutaraq mübarizəni dayandırdı.
Kapella (Peterhof)
Müqəddəs Aleksandr Nevski kilsəsi (rus. Церковь святого Александра Невского) — Peterhof şəhərinin Aleksandriya saray-park ansamblında yerləşən və hal-hazırda fəaliyyət göstərməyən pravoslav kilsəsi. Gündəlik həyatda Kapella adı ilə tanınır. == Tarix == 1829-cu ildə Kottecin tikintisi başa çatdıqdan sonra, ev kilsəsinin tikintisi zərurəti yaranmışdır. Ev kilsəsinin gələcəkdə Aleksandriyanın qərb hissəsində yerləşəcəyi ərazini I Nikolay şəxsən seçmişdir. Fasad və plan layihələri məşhur Alman memarı K.F. Şinkel tərəfindən həyata keçirilmişdir. Memar A. Menelas tikinti işlərini birbaşa müşahidə edirdi, onun ölümündən sonra (1831-ci ilin sentyabr ayında) isə, bu rol memar İ.İ. Şarlemana həvalə olunmuşdur. 24 may 1831-ci ildə, ən yüksək İmperator ruhanisi və protopresviter Nikolay Muzovskinin iştirakı ilə, təntənəli şəkildə kilsənin təməlqoyma mərasimi keçirilmişdir. 1834-cü ilin yayında binanın tikinti işləri tamamlanmış və 3 iyul 1834-cü ildə kilsə həmin protopresviter Nikolay Muzovski tərəfindən Müqəddəs və Böyük knyaz Aleksandr Nevskinin şərəfinə təqdis edilmişdir. Ev kilsəsi imperator ailəsinə məxsus idi və ibadət işləri burada yalnız yay aylarında həyata keçirilirdi.
Kapella (dəqiqləşdirmə)
Kapella
Kapella (memarlıq)
Kapella – Kilsəyə nisbətdə daha kiçik xristian məbədi və ya müqəddəs ibadətgahı. Adətən böyük kilsə, kollec, xəstəxana, saray, həbsxana və ya qəbiristanlıq bir təşkilat yaxud məntəqə ilə əlaqəli olur. Zaman-zaman böyük kilsələrin içərisində bir müqəddəsin adına həsr olunmuş kiçik ibadət yerləri, kapellar da mövcud olur. Əsasən isə kiçik yaşayış məntəqələrində və ya yol kənarında dini etiqadları yerinə yetirmək üçün hazırlanmış dua etməyə və şam yandırmağa münasib xüsusi yerlər kimi təsvir olunur.
Kiko Kasilla
Kiko Kasiliya İspaniyalı Futbolçu . Kiko Kasiliya La Liqada "Real Madrid"də oynayır . Kiko Kasiliya 2 oktyabr 1986-cı ildə İsbaniyanın Alkover şəhərində Doğulub. "Real Madrid"in ehtiyat qapıçısıdır. 2015-ci ildən bu komandanın ərəfini qoruyur. İndiyə qədər bu klubda 15 oyun keçirib.
Kamilla Trever
Kamilla Vasilyevna Trever (rus. Камилла Васильевна Тревер; 25 yanvar 1892, Sankt-Peterburq – 11 noyabr 1974, Leninqrad) — Rusiya tarixçisi, numizmatı və şərqşünası, 29 sentyabr 1943-cü ildən Rusiya Elmlər Akademiyasının müxbir üzvü. Trever Cənubi Qafqaz, Mərkəzi Asiya və İranın tarixi və mədəniyyəti üzrə ixtisaslaşmışdır. == Karyera == Treverin karyerası 1918-ci ildə İmperator Arxeoloji Komissiyasında tədqiqatçı vəzifəsinə seçilməsi ilə başlamışdır. Bu, onun "Ermitaj"da işə başlamasına səbəb olmuşdu. Karyerasının bu ilk mərhələsi onun diqqətini Sasani numizmatikasına, eləcə də Monqolustanda aparılan qazıntılardan əldə edilən materialları dərc etdirməyə yönəltmişdir. O, həmçinin Leninqrad Dövlət Universitetinin İranşünaslıq fakültəsində dərs demişdir.
Kamilla Əliyeva
Kamilla Lekberq
Jean Edith Camilla Läckberg Sköld (İsveç dilində tələffüz: [kaˈmɪ̂lːa ˈlɛ̂kːbærj]; 30 avqust 1974) — isveçli kriminal yazıçıdır. 2010-cu illərin əvvəlindən onun əsərləri 60 ölkədə 40-dan çox dilə tərcümə edilmişdir. Ona "Nordic noir-in rok ulduzu" ləqəbi qoyuldu. == Yazı texnikası == Lekberq gənc yaşlarında atasının kitabxanasında bu tip ədəbiyyatı kəşf etdiyi üçün özünü cinayət yazmaq üzrə mütəxəssis hesab edir. O vaxtdan bəri bu, onun üçün cazibə mənbəyi olaraq qalır. Lekberq'in kitabları təfərrüat və "dərin xarakteristikaya" görə xüsusi təriflər aldı. Bəzən İsveç'in Aqata Kristi'si adlandırılan Lekberq əri və valideynləri onu Milad hədiyyəsi olaraq yaradıcı yazıçılıq kursuna yazdırdıqdan sonra yazıçı oldu. O, özünü vizual yazıçı kimi təsvir edir: "Əslində, mənim üçün müəyyən görüntülər — anlıq görüntülər — ilk növbədə gəlir və sonra hekayə o kiçik parçalardan bir araya gəlməyə başlayır. "Mən yazanda çox vizual oluram, hekayəni şəkillərdə "görürəm" və kitab yazmaq 7/24 beynimdə bir filmin işləməsinə bənzəyir." Onun işləri "İsveç sahillərinin atmosferik təsviri, yaxşı çəkilmiş personajlar və (ən yaxşı halda) mürəkkəb və psixoloji nüanslı süjetləri ilə seçilir" kimi təsvir edilmişdir. "Vaşinqton Post"un "The Preacher" (2012) romanı ilə bağlı icmalında tənqidçi qeyd edib ki, "ağıllı süjet qurma və dərin xarakteristikalar "The Preacher" əsərini digər bir çox trillerlərdən üstün tutan yeganə keyfiyyətlər deyil.
Kamilla Fərhad
Kamilla Məmmədova
Kamilla Məmmədova (31 avqust, 1996) — Türkiyə Qadınlar Birinci Liqasında və Azərbaycan qadınlardan ibarət milli komandasında Şırnak Belediyegücü SFK-da çıxış edən azərbaycanlı futbol müdafiəçisi. == Klub karyerası == Məmmədova ölkəsində "Uğur" FK-da çıxış edib. O, 2017-ci ilin fevral ayının ortalarında Türkiyəyə köçüb və Adana İdman Yurdu ilə müqavilə imzalayıb. 2021-ci ilin dekabr ayının ortalarında yenidən Türkiyəyə qayıdan Kamilla Məmmədova Kdz. Ereğli Belediye Spor tərkibində Türkiyə Qadınlar Super Liqasında oynamağa başlayıb. Məmmədova 2022–2023 Super Liqa mövsümündə keçmiş klubu Adana İdman Yurdu klubuna transfer olub. 2023–2024 Türkiyə Super Liqası mövsümü üçün o, bu yaxınlarda yüksəksəviyyəli liqaya yüksələn Qaziantep Asya SK- ya transfer olub. 2023–24 Super Liqa mövsümünün ikinci yarısında o, Türkiyə Birinci Liqasında oynamaq üçün Şırnak Belediyegücü SFK-ya keçib.
Dhruv Kapila
Dhruv Kapila (1 fevral 2000, Ludhiana, Pəncab ştatı) — Hindistanı təmsil edən qadın badmintonçu.
Hibrid qiymətli kağızlar
Listinq (qiymətli kağızlar)
Listinq (ing. list — siyahı) — qiymətli kağızların birja siyahısına daxil edilməsi (birja ticarətinə buraxılmış qiymətli kağızların siyahısı), qiymətli kağızların birja tərəfindən müəyyən edilmiş şərtlərə və tələblərə uyğunluğunun monitorinqi prosedurlarının məcmusu. Siyahıya tez-tez mübadilə siyahısının özü deyilir. Qiymətli kağızlar sənədlərin yoxlanılmasından və qiymətli kağızın birinci və ya ikinci səviyyəli kotirovka vərəqəsinə daxil edilməsindən sonra listinq prosedurundan keçmiş kimi tanınır. Siyahıya salınma proseduru aşağıdakı addımları əhatə edir: qiymətli kağızların listinqinə və ikinci səviyyəli kotirovka vərəqəsinə daxil edilməsi qaydası haqqında arayış, habelə listinqdə olmayan qiymətli kağızların ticarət təşkilatçısı vasitəsilə dövriyyəyə buraxılması haqqında ərizə. Qiymətli kağızların listinqi və onların birinci səviyyəli kotirovka vərəqəsinə daxil edilməsi qaydası haqqında ərizə yalnız həmin qiymətli kağızların emitenti tərəfindən verilə bilər. Ekspert qiymətləndirməsi üçün birja ilə müqavilənin bağlanması. Emitentin maliyyə-təsərrüfat fəaliyyətinə təsir göstərən mühüm faktlar haqqında məlumatın açıqlanması. Emitentin gəlirliliyi, likvidlik əmsalları və s. kimi göstəricilər əsasında qiymətli kağızların ekspertizasının aparılması.
Monqolustan Yaşıllar Partiyası
Monqolustan Yaşıllar Partiyası (monq. Монголын Ногоон Нам) - Monqolustanda siyasi partiya. Monqolustanda demokratiyanın bərqərar olmasından sonra - 1990-cı ildə yaradılmış bu təşkilat Asiyada ilk yaşıllar partiyasıdır. 1996-2000-ci illərdə o, Monqolustan Sosial-Demokrat Partiyası, Demokrat Partiyası və Monqolustan Demokratik Din Partiyası ilə birgə iqtidar koalisiyasında təmsil olunmuşdur. Təxminən 6 min üzvə malik olan partiya Monqolustanda insan hüquqları və demokratiya, həmçinin ətraf mühitin mühafizəsi uğrunda çalışır.