Hapıtlar

Haputlular, haputlar[1][2] və ya hapıtlar[3]Azərbaycan Respublikasıda Şahdağ milli etnik qrupunun nümayəndələri.

Haputlular
Ümumi sayı
5000 nəfərdən çox
Yaşadığı ərazilər
* Azərbaycan Azərbaycan Quba rayonu Haput kəndi
Dili

haput dili
azərbaycan dili

Dini

İslam

Qohum xalqlar

Şahdağ milli etnik qrupu

Haputlular Qafqaz mənşəli, Qafqaz xalqlarının Nax-Dağıstan qrupunun Şahdağ yarımqrupuna aid bir xalqdır[4]. Əsasən Quba, Xaçmaz, Qəbələ, İsmayıllı, Ağdaş rayonlarında və Bakı, Sumqayıt şəhərlərində yaşayırlar. Kompakt halda Quba rayonunun Haput, İsmayıllı rayonunun Talıstan, Hacıhətəmli, Hapıtlı[5]Mollaisaqlı kəndlərində məskunlaşmışlar. Füzuli rayonunun Saracıq kəndində də gəlmə tayfalardan biri hapıtlılardır[6].

Qafqaz dil ailəsinə mənsub Haput dilində danışırlar[7]. Qiyasəddin Qeybullayev qeyd edir ki, Qafqaz Albaniyasının sakinləri olan herlər indiki haputluların ulu əcdadıdır. Haputlular özlərini indi də "hər" adlandırırlar[8]. Dinləri İslam dinidir. XIX əsrin 80-ci illərinə aid bir sənəddə haputluların sayı 997 nəfər göstərilirmişdir[9][10].

  1. "Azərbaycan etnoqrafiyası. Üç cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007, səh. 12". 2016-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-03-04.
  2. "Azad Nəbiyev. Azərbaycan aşıq məktəbləri. Bakı. 2004". 2020-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-04-01.
  3. "Azsaylı xalqlar: hapıtlar. xalqcebhesi.az". 2011-10-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-07-13.
  4. "Uğur. Azsaylı xalqlar: haputlar. "Xalq cəbhəsi" qəzeti. 28 yanvar 2011, № 16 (2184), s. 11". 2011-10-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-07-13.
  5. Azərbaycanın əsrarəngiz təbiət abidələri: İsmayıllı rayonu Arxivləşdirilib 2021-05-10 at the Wayback Machine  (az.)
  6. Ənvər Çingizoğlu. Saracıq kəndi. "Soy" dərgisi, 7 (15), 2008. səh.116.
  7. Azərbaycanın müasir etnik palitrası Arxivləşdirilib 2011-10-07 at the Wayback Machine  (az.)
  8. Гейбуллаев Г.А. Топонимия Азербайджана. Баку: Изд. АН АзССР, 1986[ölü keçid]
  9. İmaməddin Zəkiyev. "Naməlum xınalıqlı alimlər". "Ədəbiyyat" qəzeti Arxivləşdirilib 2012-03-08 at the Wayback Machine  (az.)
  10. H. Həvilov. Azərbaycan etnoqrafiyası. Bakı. Elm. 1991. səh. 40

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]