Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kardinal
Kardinal — xristian katolik kilsəsinin ruhani rütbəsiː Papadan sonra ikinci adam. Papa rütbəsinə namizədlər həmişə kardinallar arasında seçilir. Kardinal geyimləri == İstinadlar == Viktor Hüqo — Paris Notr-Dam Kilsəsi, s 9.
Lurdigan
Lurdigan — İranın Çahar-Mahal və Bəxtiyari ostanının şəhərlərindən və Lurdigan şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 22,728 nəfər və 4,459 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəxtiyarilərdən ibarətdir, bəxtiyari dialektində danışırlar və şiə müsəlmandırlar.
Narduqan
Nadurqan, türklərdə və islama qədər olan türklər ilə şumerlerde də eyni adla xatırlanan yeni il bayramıdır. Her il 22 dekabrdan sonra gələn ilk bütöv ayda qutlanır. Bunun səbəbi isə türklərin qədim inancına görə gecə ilə gündüz davamlı vuruşub və 21 dekabr günü ən uzun gecədir və ardından günlər uzanmağa başlarlar buna görə 22 dekabr günü türklər üçün çox əhəmiyyətlidir və bu günü taxıban (ay ili əsasına söykənən bir təqvim istifadə etdikləri üçün) ilk bütöv ayın çıxdığı ilk gün yeni ilin ilk günüdür. Bu gün içində bütün türklərcə, ölümsüzlüyün simvolu olan və bütün insanların törədiyi ağac olan Ağcaşam ağacları bəzənər və altında cür oyunlar oynanır, qopuz yoldaşlığında mahnılar deyilər və əyləncələr təşkil edilərdi. Bu ənənənin yenə müxtəlif səbəblərlə mesopotamiyaya köçən şumerlərdən keçdiyi oradan da Anadolu vasitəsilə köhnə Romaya qədər uzandığı və günümüzə qədər gəlib günümüzdəki 1 Yanvar yeni il təməlini meydana gətirdiyi sanılmaqdadır. Bundan başqa söz forması olaraq türklərdəki paktıqan və qoçaqan bayramlarıyla da uyğundur. Nar sözü günəş (günümüzdə monqolcada Nara) mənasını verər, dugan isə doğulmaq feli ilə əlaqəlidir. Türk xalqları buna Nardoqan, yəni «Gündoğan» bayramı da deyirlər. Narduqan sözü monqol dilindəki «nar» (günəş), türk dilindəki «tuqan» (doğulan, doğan) sözlərindən meydana gəlmişdir. Tatarlar bu bayrama «Koyaş Tuğa», yəni «Günəş Doğan» günü deyirlər, başkortlar, udmurdlar «Narduqan», və ya «Marduqan», mişar tatarları «Raştua», çuvaşlar «Nartavan», ya da «Nartuken», zrizyalar «Nardava», mokşalar «Nardvan» deyirlər.
Karniyan
Karnian Yuxarı Trias dövrünün ən aşağı mərhələsidir (və ya Son Trias Epoxasının ən erkən mərhələsi.). 237 ilə 227 milyon il əvvələ (Ma) adi dövrü əhatə edir. Karniandan əvvəl Ladiniyan dövrü və sonrasında Noriyan dövrü gəlir. Onun sərhədləri böyük məhv olmalar və ya biotik çevrilmələr(dəyişmələr) ilə xarakterizə olunmur, lakin bu geoloji dövr ərzində baş vermiş bir iqlim hadisəsinin (planetar miqyaslı böyük yağışlarla səciyyələnən və bu hadisə Karnian pluvial epizodu kimi tanınır) mühüm kütləvi məhv olmalar və biotik dəyişikliklərə gətirib çıxardığı qənaətinə gəlinmişdir. Karniyan-Noriyan dövrləri sərhəddində başqa bir kütləvi yox olma hadisəsi baş verdi və bu yox olma ilə Karniyan dövrü bitir.
Fariğan
Fariğan — İranın Hörmüzgan ostanının Hacıabad şəhristanının Fariğan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,862 nəfər və 491 ailədən ibarət idi.
Çadigan
Çadigan — İranın İsfahan ostanının şəhərlərindən və Çadigan şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,037 nəfər və 1,872 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan (şamlılar, bayatlar və inanlılar) ibarətdir, azərbaycan dilində danışırlar və şiə müsəlmandırlar.Bu şəhərin adı "çatdamaq" və ya "çatmaq" sözündən gəlibdir.
Çadiqan
Çadigan — İranın İsfahan ostanının şəhərlərindən və Çadigan şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,037 nəfər və 1,872 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan (şamlılar, bayatlar və inanlılar) ibarətdir, azərbaycan dilində danışırlar və şiə müsəlmandırlar.Bu şəhərin adı "çatdamaq" və ya "çatmaq" sözündən gəlibdir.
Boz kardinal
Boz kardinal (fr. Éminence grise — boz ucalıq) — "pərdə arxasında" qeyri-dövlət və ya qeyri-rəsmi güclü qərar qəbul verən və ya məsləhətçi. == Etimologiya == XIII Lüdovikin atası IV Henri 1610-cu ildə qətlə yetiriləndə onun cəmi 8 yaşı olduğundan dövlətin idarəçiliyi müxtəlif qüvvələrin əlinə keçmiş, pərən-pərən olmuş, ölkə vətəndaş müharibəsinin astanasına çatdırılmışdır. Bu səbəbdən yetkinlik yaşına çatan kral 1624-cü ildə ölkənin baş naziri vəzifəsinə savadlı və hiyləgər siyasətçi-kardinal Rişelyönü dəvət edir. O tez bir zamanda kral hakimiyyətini gücləndirərək ölkənin inkişafına başlamasına nail olur, bu vəzifədə ölümünə qədər 18 il qalır. Kardinal əslində dini bir vəzifə idi-kardinallar katolik kilsəsində Roma papasından sonra ən yüksək vəzifəli şəxslərdir. Roma papasını məhz onlar seçirlər. XIII əsrdən onlara qırmızı papaq və qırmızı geyim geyinmək göstərişi verilmişdir. Bu, onların son damla qanlarınadək kilsəni müdafiə etməli olduqlarını simvolizə edirdi. Xarakterik geyiminə görə Fransada xalq arasında Rişelyöyə "qırmızı kardinal" adı verilmişdir.
Kardinal (dəqiqləşdirmə)
Kardinal (quş) — Kardinal (rəng) — Kardinal — xristian katolik kilsəsinin ruhani rütbəsi.
Kardinal (quş)
Kardinal (rəng)
Kardinal — rəng çaları. == Ədəbiyyat == The color displayed in the color box above matches the color called cardinal in the 1930 book by Maerz and Paul A Dictionary of Color New York:1930 McGraw-Hill; the color cardinal is displayed on page 33, Plate 5, Color Sample L5.
Kardinal Rişelye
Arman-Jan dyu Plessi de Rişelye (fr. Armand-Jean du Plessis, duc de Richelieu; 9 sentyabr 1585 — 4 dekabr 1642) — Fransa dövlət xadimi, 1624-cü ildən ömrünün sonunadək Fransanın faktiki rəhbəri, Generalissimus. Tarixə "Qırmızı Kardinal" ləqəbi ilə düşmüşdür. == Həyatı və fəaliyyəti == 1585-ci il sentyabrın 9-da Parisdə Puatu əyalətinin Rişelye qəsrində kasıblaşmış zadəgan ailəsində anadan olmuşdur. Onun atası Fransua dyu Plessi Fransada III Henrixin dövründə baş prevo – məhkəmə məmuru olmuşdur, anası Süzanna de la Port Paris parlamentinin vəkilinin ailəsində anadan olub. Ailənin kiçik oğlu olan Arman-Jan markiz dyu Şillunin titulunun varisi kimi 1594-cü ildə Navarr kollecinə daxil olur və hərbçi təhsili alır. 1516-cı ildə III Henrix tərəfindən Plessiyə bağışlanmış La-Roşelye yeparxiyasında dini vəzifə ailənin yeganə gəlir mənbəyi idi.Ailənin ortancıl oğlu monastıra getdiyindən Rişelye ailəsi bu vəzifəyə gənc Armanın təyin olunmasına çalışır. Arman gənc olduğu üçün bu rütbəyə onu Roma Papası V Pavel təsdiq etməli idi. Gənc abbatı qəbul edərkən onun fitri istedadını və hazırlığını görən V Pavel onu bu vəzifəyə 22 yaşında təsdiq etdi. Yepiskop rütbəsi ona kral sarayı mühütünə daxil olmağa imkan verdi.
Kardinal tetra
Paracheirodon axelrodi (lat. Paracheirodon axelrodi) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xarasikimilər dəstəsinin xarasilər fəsiləsinin paraxeyrodon cinsinə aid heyvan növü. Qırmızı neon və ya kardinal tetra ( lat.Paracheirodon axelrodi ) — xarasinkimilər fəsiləsinin tropik şirin suda yaşayan şüalı balıq növüdür. Ən məşhur və gözəl akvarium balıqlarından biridir. Adını amerikalı ixtioloq Herbert R. Axelrodun şərəfinə almışdır. == Təsviri == Dişilər erkəklərə nisbətən daha iri olub uzunluğu 5 sm-ə, erkəklərin uzunluğu isə 2,5-3,0 sm-ə qədərdir. Belləri zeytuni-bej rəngdədir. Gözlərindən yağ üzgəcinə qədər neon kimi parıldayan parlaq mavi zolaq var, bu zolağın altında isə enli qırmızı zolaq yerləşir. Qarınları ağımtıldır. Dişilər erkəklərdən daha dolğundur və anal üzgəclərinin kənarı daha qabarıqdır.
Kardinal ədəd
Kardinal ədəd — çoxluqlar nəzəriyyəsinin mühüm anlayışıdır. Kardinal ədəd çoxluğu onun elementləri ehtiyatı baxımından xarakterizə edir. Kardinal ədəd çoxluğun elementləri sayı anlayışının sonsuz çoxluqlar üçün ümumiləşməsidir. Bu cür ümumiləşdirmənin maraqlı cəhəti odur ki, eyni bir sonsuz çoxluğu tamamilə müxtəlif cür nizamlamaq olar və bununla əlaqədar Kardinal ədəd transfinit, yəni nizamı müəyyən edən ədəddən kəskin fərqlənir. Sonlu çoxluqlar üçün kardinal ədəd transfinit ədədlərlə eynidir və çoxluğun elementləri sayı ilə üst-üstə düşür. == Ədəbiyyat == 1. M. Mərdanov, S. Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh. 2. "Azərbaycan Sovet Ensklopediyası" I–X cild, Bakı 1976–1987.
Kardiogen şok
Kardiogen şok ürəyin nasos funksiyasının kəskin çatmamazlığı nəticəsində (məsələn, miokard infarktı, ürək ritminin pozğunluğu, ürəyin tamponadası zamanı) meydana çıxan kəskin qan dövranı pozğunluğu. Bu hal potensial olaraq reanimasion tədbirlərlə aradan qaldırıla bilinir. Reanimasion tədbirlərsiz kardiogen şok beyin ölümü ilə nəticələnir. == Səbəbləri == Kardion şokun təsadüflərinin 80%-i xüsusən sənaye ölkələrində, miokard infarktının və ürək ritm pozğunluqlarının payına, ağciyər patologiyalarının payına 4%-i, beyin patologiyalarının (insultların) payına 2%-i, ağciyər emboliyası və digər patologiyaların (travmalar(3 %), boğulmalar(2 %), zəhərlənmələr(2 %) və tok vurma hallarının) payına 9%-i düşür. Ürəyin nasos funksiyasının pozulmasına gətirib çıxaran hallar: Mədəciklərin fibrilyasiyası – ürək əzələsinin yığılma qabiliyyəti ürək əzələ liflərinin kordinasiyasız, asinxron, xaotik işi nəticəsində pozulmuş olur. Nəbz defisitli mədəcik taxikardiyası – ürək döyüntülərinin sayı çox olduğundan diastola fazasının müddəti çox qısalmış olması diastolik və müvafiq olaraq sistolik həcmi azaltmış olur. Nəticədə qovulmuş qanın azlığı nəbzin dolğunluğunu təmin edə bilmir. Ürəyin elektro-mexaniki dissosasiyası (EMD) və ya nəbzsiz elektrik aktivlik – ürəyin elektrik aktivliyi mexaniki aktivliklə tamamlanmır ya cavablanmır. Asistoliya – elektrik və mexaniki ürək aksiyasının tamam dayanmasıdır. == Klinik mənzərə == İki əsas əlamət: 1)hipotenziya; 2)hipoperfuziya həkimə kardiogen şok diaqnozu qoymağa əsas verə bilər.
Lurdigan şəhristanı
Lurdigan şəhristanı- İranın Çahar-Mahal və Bəxtiyari ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Lordegan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 175,289 nəfər və 34,603 ailədən ibarət idi.
Meyrid Korriqan
Meyrid Korriqan ing. Mairead Corrigan Maguire, (27 yanvar 1944, Belfast) — Nobel sülh mükafatı laureatı (1976) ("Sülh və əmin-amanlıq uğrunda cəsarətli səylərinə görə"). Meyrid Korriqan 1944-cü il yanvarın 27-də Belfast şəhərinin Follz-Roud rayonunda (Şimali İrlandiya) anadan olmuşdur. Endrü və Marqaret Korriqanın yeddi övladından ikincisi olan Meyrid katolik təhsilini evdə və Belfastın özəl məktəblərində almışdır. Şüşətəmizləyən olan atası təhsil pulunu ödəyə bilmirdi. Bu səbəbdən də Meyrid 14 yaşında məktəbi atmalı oldu və başqalarının uşaqlarına baxmaqla pul toplayıb kommersiya məktəbinə daxil oldu. Bir müddət mühasib köməkçisi işlədikdən sonra o, Belfastdakı Qinnes pivə zavodunun direktorunun katibəsi vəzifəsinə işə düzəldi. onda Meyridin 21 yaşı var idi. Meyrid Korriqanın Katolik xeyriyyə təşkilatı olan Mariya Legionuna daxil olması onu ictimai fəaliyyətə meylləndirdi. Valideynləri ilə birgə Belfastın yoxsul rayonu olan Andersonstauna köçən Meyrid Korriqan icma klubunun və uşaq bağçasının təşkilində də fəal iştirak etdi.
Yoan Kardinal
Yoan Kardinal (27 mart 1994-cü ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Nitsa klubunda qapıçı kimi çıxış edən peşəkar Fransa futbolçusudur. Kardinal Nitsa klubu ilə inkişaf etmişdir. O, Liqa 1-də debütünü 18 oktyabr 2015-ci ildə Renn klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. 30 Aprel 2017 tarixində yenilənib 1.^ Fransa Kuboku görüşləri daxildir. 2.^ Liqa Kuboku görüşləri daxildir. 3.^ UEFA Avropa Liqası görüşləri daxildir.
Breyn Kerniqan
Breyn Vilson Kerniqan (ing. Brian Wilson Kernighan; 1 yanvar 1942, Toronto) — Kanadalı kompüter alimidir. O, Bell Labs -da işləmiş və Unix yaradıcıları Ken Tompson və Dennis Ritçi ilə birlikdə Unix -in inkişafına töhfə vermişdir. Kerniqan, Dennis Ritçi ilə birlikdə C proqramlaşdırma dili (The C Programming Language) aid ilk kitabın həmmüəllifliyi sayəsində məşhurlaşdı. Kerniqan C dilinin hazırlanmasında heç bir rolunun olmadığını bildirmişdir ("bu, tamamilə Dennis Ritçinin işidir").
Karikan (Salmas)
Karikan (fars. كريكان‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 782 nəfər. yaşayır (128 ailə).
Çadigan şəhristanı
Çadigan şəhristanı— İranın İsfahan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Çadigan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 33,684 nəfər və 8,169 ailədən ibarət idi.
Çadiqan şəhristanı
Çadigan şəhristanı— İranın İsfahan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Çadigan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 33,684 nəfər və 8,169 ailədən ibarət idi.
Kardinal-infant Ferdinand
Kardinal-infant Ferdinand (isp. Fernando el Cardenal-infante) (16 may 1609[…], Eskorial – 9 noyabr 1641[…], Brüssel[d][…]) – İspaniya kralı III Filippin üçüncü oğlu. Roma-Katolik kilsəsinin kardinalı və Habsburq Niderlandiyasının naibi. == Mənbə == Van Nimwegen, Olaf: The Dutch Army and the Military Revolutions, 1588–1688. Woodbridge: The Boydell Press, 2010. ISBN 9781843835752 Hart, Marjolein: The Dutch Wars of Independence: Warfare and Commerce in the Netherlands 1570–1680. Oxon: Routledge, 2014. ISBN 9781317812548 Thion, Stéphane: French Armies of the Thirty Years' War. Auzielle: LRT Editions, 2008. ISBN 9782917747018 González de León, Fernando: The Road to Rocroi: Class, Culture and Command in the Spanish Army of Flanders, 1567–1659.
Kardinal-infant Lüdovik
Kardinal-infant Lüdovik (isp. Luis Antonio Jaime de Borbón y Farnesio) (25 iyul 1727, Madrid – 7 avqust 1785) – İspaniya kralı V Filippin oğlu, Roma-Katolik kilsəsinin kardinalı. == Mənbə == McWhirter, Ross, McFarlan, Donald, Boehm, David A., and McWhirter, Norris. 1989. 1990 Guinness Book of World Records. Sterling Pub. Co. p. 270. Genealogie ascendante jusqu'au quatrieme degre inclusivement de tous les Rois et Princes de maisons souveraines de l'Europe actuellement vivans (in French).
Kardinal Alessandro Farnesenin portreti
Kardinal Alessandro Farnezenin portreti (it. Ritratto del cardinale Alessandro Farnese) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri. Bu əsər 1509-1511-ci illərə, rəssamın yaradıcılığının Roma dövrünə aid edilir. "Kardinal Alessandro Farnezenin portreti" hal-hazırda İtaliyada, Neapol şəhərində saxlanılır.