Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kassiya
Kassiya (lat. Cassia) - paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Kassia
Kassia— 805/810-865 Bizanslı başrahibə, şair, bəstəkar və ilahi müəllifi. Kassia əsərləri itmədən və zədələnmədən günümüzə qədər gəlib çatmış nadir orta əsr bəstəkarlarından biridir. Əsərləri hələdə müasir bəstəkarlar tərəfindən şərh olunur. Dəqiq sayı bilinməsə də təxminən əlli(50) bəstəsi günümüzə qədər gəlib çatmışdır. Bəzi mənbələrdə əllidən çox kompozisiyası olduğu bildirilir, lakin zaman keçdikcə bunlar itirilir və ya fərqli kompozisiyalara çevrilir. Kassia əsərləri günümüzə qədər qalan dünyanın tanınmış ilk qadın bəstəkarıdır. Doğum:810- cu il Konstantinopol Ölüm:865- ci il Çoban Adası Bütün bu Allah tərzi kompozisiyalarına əlavə olaraq, rituallarla heç bir əlaqəsi olmayan 800-ə yaxın beytə bənzər aforizm və aforizmlər bu günümüzə qədər gəlib çatmışdır. Kassiya orta əsr bizans dövründə özünə ad qoyan iki qadından biridir. Digəri isə Annadır. == Adı == Kassia adı Yunan adıdır, latın adının bir az daha qadın forması == Təhsili == Atası bizans sarayında yüksək rütbəli zabit olduğuna görə, yüksək səviyyəli ailələrin ənənələrinə uyğun olaraq xüsusi təhsil aldı.Fəlsəfə və ilahiyyat təhsili == Dini məlumat == Hər il 7 sentyabrda Pravoslav Kilsəsi tərəfindən dini bayram keçirilir.
Kaşira
Kaşira — Rusiya Federasiyasında yerləşən şəhər Moskva vilayətinə daxildir.
Mateo Kassierra
Zander Mateo Kassierra Kabezas (13 aprel 1997-ci ildə anadan olub) — Erediviziya təmsilçilərindən olan Ayaks klubunda hücumçu kimi çıxış edən peşəkar Kolumbiya futbolçusudur. == Karyerası == === Deportivo Kali === Kassierra öz peşəkar karyerasında debütünü 2015-ci ildə Deportivo Kali klubunda etmişdir. Deportivo Kalidə oynayarkən futbol köynəyinin arxasında "Kasierra" yazılsa da, futbolçunun rəsmi adı "Kassierra" (iki s ilə) kimidir. === Ayaks === 17 iyun 2016-cı ildə Kassierra Niderland klublarından olan Ayaks klubu ilə 2021-ci ilədək beş illik müqavilə imzalamışdır. Bu transferə görə Ayaks Deportivo Kaliyə €5.5 milyon ödəmişdir. Kassierra Daniel Kruzdan (2000–2003) sonra Ayaks klubunda çıxış edən ikinci Kolumbiyalı futbolçudur. Kassierra Ayaks klubunun ənənələrinə uyğun olaraq, Erediviziyada çıxdığı ilk oyundaca qolla yadda qalmışdır. == Karyera statistikası == === Klub göstəricisi === 28 noyabr 2016-cı il məlumatlarına əsasən.1 Libertadores Kuboku, Kopa Sudamerikana və Rekopa Sudamerikana görüşləri daxildir. 2 UEFA Çempionlar Liqası və UEFA Avropa Liqası görüşləri daxildir. 3 Yohan Kroyyf Superkuboku və Erediviziya pley-off oyunları daxildir.
Borucuqlu kassiya
Borucuqlu kassiya (lat. Cassia fistula) – kassiya cinsinə aid bitki növü. == Sinonimlər == Bactyrilobium fistula' Willd. Cassia bonplandiana DC. Cassia excelsa KunthCassia excelsa Schrad. is a synonym of Senna spectabilis var. excelsaCassia fistuloides Collad. Cassia rhombifolia Roxb. Cathartocarpus excelsus G. Don Cathartocarpus fistula Pers.
Ensizyarpaq kassiya
Senna alexandrina (lat. Senna alexandrina) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin səna cinsinə aid bitki növü. == Təbii yayılması == Sudanda yayılmışdır. == Botaniki təsviri == Yerə sərilən yarımkoldur. Hündürlüyü 1,5 m-ə qədərdir. Gövdəsi düz, çoxlu budaqlara şaxələnir. Yarpaqları növbəli, cütlələkvari olub, 4-8 cüt yarpaqcıqlardan ibarətdir. Yarpaqcıqları enli neştərvari, ucu şiş, göyümtül-yaşıl, üzəri tüksüz və ya zəif tüklü, kənarları bütövdür. Çiçəkləri iri, salxımşəkilli çiçək qruplarına yığılmışdır. Ləçəkləri sarı, kasayarpaqları 5, erkəkcikləri 10-dur.
Kütyarpaq kassiya
Kütyarpaq kassiya (lat. Cassia obovata) — kassiya cinsinə aid bitki növü.
Sivriyarpaq kassiya
Sivriyarpaq kassiya (lat. Cassia acutifolia) - kassiya cinsinə aid bitki növü.Cassia acutifolia Delile (=Senna alexandrina Mill.) - İtiyarpaq (Aleksandriya səna, Afrika sənası, itiuclu səna, Misir sənası, səna, kassiya) == Botaniki xarakteristikası: == Çoxillik yarımkol bitkisi olub, hündürlüyü 1-1,5 m-ə bərabərdir. Gövdəsi budaqlanandır. Yarpaqları cüt lələkvari, növbəli, yalançı zoğu əsasından bizəoxşardır. Yarpaqcıqları demək olar ki, oturaq, neştərvari, bütövkənarlı, zirvəsi itiuclu, əsasından bərabər olmayan, uzunluğu 20-30 mm, eni isə 5-9 mm-ə bərabərdir. Hamaşçiçəkləri qoltuq tumurcuqları fırçayabənzərdir. Çiçəkləri ziqomorf olub, diametri 8 mm, kasacığı 5 kasa yarpağından, çiçək tacı 5 bərabər olmayan sarı rəngli ləçəkdən ibarətdir. Meyvəsi yastı, dəricikli, azacıq əyilmiş olub, uzunluğu 3-5 sm, eni isə 1,5-2,5 sm-ə bərabərdir. Toxumları yası, ürəkşəkilli və sarılımtıl-yaşıl rəngli olur.Yarpaqları mövsüm ərzində 2-3 dəfə əl ilə toplanılır. Sonuncu dəfə bütün bitki yığılır və yarpaqları çeşidlərə ayrılır.