Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Karavasta
Karavasta laqunu (alb. Laguna e Karavastasë) — Albaniyada ən böyük, Adriatik dənizində isə ən böyük laqunlardan biri. Karavasta Adriatik dənizindən böyük qum zolağı ilə ayrılmışdır. Laqun Divyaka-Karavasta milli parkının bir hissəsidir. Laqun 1995-ci ilin 29 noyabrından Ramsar konvensiyasına əsasən qorunan beynəlxalq ərazilər siyahısına daxil edilmişdir. == Coğrafiya == Laqun Albaniyanın qərb hissəsində, təxminən Şkumbini və Simnan çaylarının mənbələri arasında, Lyuşnya şəhərindən 20 kilometr qərbdə yerləşmişdir. Laqun təxminən 45 m² ərazini tutur. Laqunun maksimal dərinliyi — 1,3 m, orta dərinliyi — 0,7 m-dir. Laqun Adriatik dənizindən böyük qum zolağı ilə ayrılmışdır. Bataqlıq sahilləri boyunca bir neçə qumlu ada yerləşir.
Karavasta laqunu

Divyaka-Karavasta Milli Parkı
Divyaka-Karavasta Milli Parkı (alb. Parku Kombëtar Divjakë-Karavasta) ― Albaniyanın qərbində, Adriatik dənizinin sahilindəki Myzeqe düzənliyindən keçən yerləşən milli park. Park bataqlıqlar, sahil çəmənlikləri, daşqın hövzələri, qamışlıqlar, meşələr və çaylar kimi özünəməxsus xüsusiyyətləri ehtiva edən 222,3 km² ərazini əhatə edir. Divyaka-Karavasta Milli Parkı əhəmiyyətli quş və bitki növlərinin mövcudluğu səbəbindən beynəlxalq əhəmiyyətli quş və bitki zonası elan edilmişdir. Aralıq dənizindəki ən böyük laqunlardan biri olan Karavasta laqunu Ramsar konvensiyasına əsasən beynəlxalq əhəmiyyətli bataqlıq ərazisi qəbul edilmişdir. Karavasta laqunu Adriatik dənizindən böyük bir qum zolağı ilə ayrılır və Şkumbini və Seman çayları tərəfindən gətirilmiş çöküntülərdən əmələ gəlmişdir. Dənizin yaxınlığında yerləşən park aralıq dənizi iqlimininə daxildir və illik temperaturu fevral ayında12 °C (54 °F), avqust ayında isə 24 °C (75 °F) arasında dəyişir. Ərazinin özünəməxsus iqlimi olduqca müxtəlif flora və faunanın inkişafına səbəb olmuşdur. Ərazi biocoğrafik baxımdan tamamilə Paleoarktik Aralıq dənizi meşələri biomunun İlliriya yarpaqlı meşələri ekoregionuna aiddir. Milli parkın faunası 228 növ quş, 25 növ məməli, 29 növ sürünən və 29 növ amfibiya ilə təmsil olunur.