Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Katakomba
Katakomba (İtalyanca сatacomba, latınca catacumba)-yeraltı sərdabə.Sərdabə (ərəb dilində zirzəmi) yeraltı qəbirlərə, türbələrə deyilir. Katakomba və sərdabələrə əksər xalqların mədəniyyətində rast gəlinir.
Kitakoma
Kitakoma (北巨摩郡) — Yamanaşi prefekturasında yerləşən keçmiş rayon. 15 mart 2006-cı ildə Kobuçisava qəsəbəsinin Hokuto şəhəri ilə birləşdirilməsi nəticəsində ləğv edilmişdir. == Tarixi == Kitakoma rayonu 1878-ci ildə Koma rayonun yenidən qurulması nəticəsində yenidən qurulmuşdur. 1 sentyabr 2004-cü ildə bu qəzanın Futaba qəsəbəsinin Nakakoma qəzasının Rio və Şikişima qəsəbələri ilə birləşməsi nəticəsində Kai şəhəri yaranmışdır.
Kalepodi katakombası
Kalepodi katakombası — Roma katakombalarından biri. Burada eyniadlı Kalepodi ilə birlikdə papa I Kalikst və papa I Yulinin məzarları yerləşir. I Kalikst öz adını daşıyan katakombada yox, Kalepodi katakombasında dəfn edilmişdir. Bəzi iddialara görə, buna səbəb ikincinin imperator qvardiyasının nəzarəti altında olması idi. I Yuli IV əsrdə katakombada I Kalikstin daha mükəmməl məzarını ucaltmış və onu freskalar ilə bəzətmişdir. Bu məzar 1960-cı ildə aşkar edilmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Reardon, Wendy J. 2004. The Deaths of the Popes. Macfarland & Company, Inc.
Pontian katakombası
Pontian katakombası — Roma katakombalarından biri. Burada papa I Anastasi və onun oğlu papa I İnnokentinin məzarları var. Katakomba 1618-ci ildə İtaliya səyyahı Antonio Bozio tərəfindən kəşf edilmişdir. Həm I Anastasi, həm də I Innocent I ənənəvi olaraq şəhidlər hesab olunur. IX əsrdə papa II Sergi lanqobardların yürüşləri zamanı hər iki papanın məzarlarını Müqəddəs Silvestr və Martin bazilikasına aparmışdır. Roma papası Pontian burada yox, Müqəddəs Kallist katakombasında dəfn edilmişdir və bu katakomba onun adını daşımır. Katakomba III əsrdə yaşamış naməlum xristian şəhidinin adını daşıyır. == İstinadlar == == Əlavə ədəbiyyat == Reardon, Wendy J. 2004. The Deaths of the Popes. Macfarland & Company, Inc.
Prissilla katakombası
Prissilla katakombaları (it. Catacombe di Priscilla) — Romada II–IV əsrlərə aid ən qədim xristian yeraltı katakomba dəfnlərindən biri. İki mərtəbədən ibarətdir. Bu katakombalar konsul Akviliya Qlabrinin ailəsinin dəfn yerində yaranmışdır. B.e. I əsrində bu ailə geniş torpaqlara sahib idi. Bu ailənin nümayəndələrindən biri Prissilla imperator Domisianın əmri ilə edam edilmişdir. İçərisində yunan dilində yazılar aşkar edildiyinə görə adlandırılmış "Yunan kilsəsi"ndə bayram səhnəsi təsvir edilmişdir. Bu ibadətgahda erkən xristian incəsənətinin nümunələri, o cümlədən II əsrə aid, İsa və Məryəmin ən qədim təsviri qorunub saxlanılmışdır. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Катакомбы Присциллы ilə əlaqəli mediafayllar var.
Müqəddəs Kallist katakombası
Müqəddəs Kallist katakombası — Romada ən böyük xristian katakombalarından biri. Qədim Appi yolu ərazisində yerləşir. II–IV əsrlərdə dəfn üçün istifadə edilmişdir. Burada Romanın xristian icmasının təqib edildiyi dövrə aid çoxlu freskalar və yazılar var. Katakomba 1854-cü ildə qabaqcıl italyan arxeoloqu Covanni Battista de Rossi tərəfindən yenidən kəşf edilmişdir. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Reardon, Wendy J. The Deaths of the Popes: Comprehensive Accounts, Including Funerals, Burial Places and Epitaphs. McFarland & Company, Inc. 2004. 320. ISBN 0-7864-1527-4.