KATAKOMBA

qədimdə dini mərasimlər və ölüləri dəfn etmək üçün istifadə olunan süni və ya təbii yeraltı mağara; yeraltı sərdaba.
KATAFALK
KATARLAR
OBASTAN VİKİ
Katakomba
Katakomba (İtalyanca сatacomba, latınca catacumba)-yeraltı sərdabə.Sərdabə (ərəb dilində zirzəmi) yeraltı qəbirlərə, türbələrə deyilir. Katakomba və sərdabələrə əksər xalqların mədəniyyətində rast gəlinir.
Kalepodi katakombası
Kalepodi katakombası — Roma katakombalarından biri. Burada eyniadlı Kalepodi ilə birlikdə papa I Kalikst və papa I Yulinin məzarları yerləşir. I Kalikst öz adını daşıyan katakombada yox, Kalepodi katakombasında dəfn edilmişdir. Bəzi iddialara görə, buna səbəb ikincinin imperator qvardiyasının nəzarəti altında olması idi. I Yuli IV əsrdə katakombada I Kalikstin daha mükəmməl məzarını ucaltmış və onu freskalar ilə bəzətmişdir. Bu məzar 1960-cı ildə aşkar edilmişdir. Reardon, Wendy J. 2004. The Deaths of the Popes. Macfarland & Company, Inc.
Müqəddəs Aqnes katakombaları
Müqəddəs Aqnes katakombaları (it. Catacomba di Sant'Agnese) — Romada, Via Nomentana ərazisində, Sant-Anyeze-fuori-le-Mura monumental kompleksi içərisində katakombalar. Katakombanın adı Müqəddəs Aqnesin adından gəlir. O, bu katakombalarda basdırılmış ən məşhur xristian şəhidi hesab olunur. Onun ölümü imperator Diokletianın əmri ilə xristianların təqib olunduğu dövrə təsadüf edir. Latın ənənəsinə görə, Müqəddəs Aqnes 21 yanvar 304-cü ildə, 12 yaşında öldürülmüşdür. Ehtimal olunur ki, cadugərlikdə günahlandırılan Aqnes odda yandırılmağa məhkum edilmişdir. Buna baxmayaraq, alov ona toxunmadan bədəninin altına yayılmış, saçları da çılpaqlığını örtəcək qədər uzanmışdır. Bu möcüzədən sonra Aqnesin boğazına qılınc vurulmuşdur. Ölümündən sonra cəsədi katakombalarda basdırılmışdır.
Müqəddəs Kallist katakombası
Müqəddəs Kallist katakombası — Romada ən böyük xristian katakombalarından biri. Qədim Appi yolu ərazisində yerləşir. II–IV əsrlərdə dəfn üçün istifadə edilmişdir. Burada Romanın xristian icmasının təqib edildiyi dövrə aid çoxlu freskalar və yazılar var. Katakomba 1854-cü ildə qabaqcıl italyan arxeoloqu Covanni Battista de Rossi tərəfindən yenidən kəşf edilmişdir. Reardon, Wendy J. The Deaths of the Popes: Comprehensive Accounts, Including Funerals, Burial Places and Epitaphs. McFarland & Company, Inc. 2004. 320. ISBN 0-7864-1527-4.
Pontian katakombası
Pontian katakombası — Roma katakombalarından biri. Burada papa I Anastasi və onun oğlu papa I İnnokentinin məzarları var. Katakomba 1618-ci ildə İtaliya səyyahı Antonio Bozio tərəfindən kəşf edilmişdir. Həm I Anastasi, həm də I Innocent I ənənəvi olaraq şəhidlər hesab olunur. IX əsrdə papa II Sergi lanqobardların yürüşləri zamanı hər iki papanın məzarlarını Müqəddəs Silvestr və Martin bazilikasına aparmışdır. Roma papası Pontian burada yox, Müqəddəs Kallist katakombasında dəfn edilmişdir və bu katakomba onun adını daşımır. Katakomba III əsrdə yaşamış naməlum xristian şəhidinin adını daşıyır. Reardon, Wendy J. 2004. The Deaths of the Popes. Macfarland & Company, Inc.
Prissilla katakombası
Prissilla katakombaları (it. Catacombe di Priscilla) — Romada II–IV əsrlərə aid ən qədim xristian yeraltı katakomba dəfnlərindən biri. İki mərtəbədən ibarətdir. Bu katakombalar konsul Akviliya Qlabrinin ailəsinin dəfn yerində yaranmışdır. B.e. I əsrində bu ailə geniş torpaqlara sahib idi. Bu ailənin nümayəndələrindən biri Prissilla imperator Domisianın əmri ilə edam edilmişdir. İçərisində yunan dilində yazılar aşkar edildiyinə görə adlandırılmış "Yunan kilsəsi"ndə bayram səhnəsi təsvir edilmişdir. Bu ibadətgahda erkən xristian incəsənətinin nümunələri, o cümlədən II əsrə aid, İsa və Məryəmin ən qədim təsviri qorunub saxlanılmışdır. Vikianbarda Катакомбы Присциллы ilə əlaqəli mediafayllar var.
Roma katakombaları
Roma katakombaları (it. Catacombe di Roma) — Romada qədim katakombalar şəbəkəsi. Əsasən, erkən xristianlıq dövründə dəfn yeri kimi istifadə edilmiş, lakin burada yəhudilər və müxtəlif Roma paqanları da basdırılmışdır. Ümumilikdə, Romada 60-dan çox müxtəlif katakombalar var. Katakombaların uzunluğu 150–170 km-dir və burada təxminən 750 min var. Katakombaların onların əksəriyyəti Appi yolu boyunca, yerin altında yerləşir. Bu katakombalar tufdan düzəldilmiş, əksəriyyəti labirintlər əmələ gətirən yeraltı keçidlər sistemindən təşkil olunmuşdur. Onların divarlarında əsasən bir mərhumun, bəzən iki, nadir hallarda isə bir neçə mərhumun qəbirləri üçün müxtəlif ölçülü dördbucaqlı taxçalar hazırlanmışdır. İndiki dövrə qədər demək olar ki, bütün nişlər açıqdır və içləri boşdur. Xristian katakombaları erkən xristian incəsənətinin tarixi üçün son dərəcə vacibdir.

Digər lüğətlərdə