Xəyal Əhmədov (kikboksçu)
Xəyal Əhmədov (tam adı:Xəyal Sərdar oğlu Əhmədov; d. 05.02.1983, Şərur rayonu, NMR, Azərbaycan) — azərbaycanlı kikboksçu, Azərbaycan çempionu, dünya çempionu, Yeni Azərbaycan Partiyası Nizami rayon Gənclər Təşkilatının sədr müavini.
== Həyatı ==
Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Vərməziyar kəndində doğulmuşdu.
Uşaq yaşlarından kikboksinq idman növü ilə məşğul olub. Azərbaycan Kikboksinq Federasiyasının yığma komandasının üzvü olub. Kikboksinq Çempionatında Azərbaycan çempionu olub. Daha sonra peşəkar kikboksinqlə məşğul olmağa başlayıb.
== Fəaliyyəti ==
2015-ci il martın 21-də Tiflis şəhərində peşəkarlar arasında kikboksinq üzrə (K-1 versiyası) dünya kuboku uğrunda döyüşdə Q.Koçaryanı nakautla məğlubiyyətə uğradıb.
2017-ci il 7 oktyabr tarixində MMA - qarışıq döyüş növləri və K1 versiyaları üzrə böyük beynəlxalq Kikboksinq turnirində Azərbaycanı təmsil edən "Tank" ləqəbli idmançı Xəyal Əhmədov Kevin Keitke ilə mübarizədə qalib gələrək, çempion adını qazanıb.
2017-ci il dekabr ayının 18-də tarixində Azərbaycanda qeyri-olimpiya idman növlərinin inkişafında xüsusi xidmətlərinə görə məşhur kikboksçu Xəyal Sərdar oğlu Əhmədov Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin prezidentinin fəxri fərmanı ilə təltif olunub.