kikboksinq

kikboksinq (idm.)
kikboksçu
kikildəmə 2021
OBASTAN VİKİ
Kikboksinq
Kikboksinq — idmanı müxtəlif texnikaların birləşdiyi müdafiə idmanıdır. Tamamilə fərqli olan 2 idman növünün-Karate və Muay Tay idman növlərinin birləşməsindən əmələ gələn gücə və texniki biliyə əsaslanan idmandır. Kikboksinq ən ağır idman növlərindən biri hesab olunur. Bu idman təkcə hücum üçün deyil eyni zamanda müdafiə üçündür. Təpik və yumruq eyni vaxtda işləndiyi üçün xüsusi əlcək,kask və diş üçün qoruyuculardan istifadə etmək mütləqdir. == Kikboksinqin Növləri == Kikboksinqin 3 əsas forması ayrılır: Semi contact, light contact, full contact Semi contact Bu növdə adətən 57 kq-dan 94 kq-a və daha çox ağırlıqlı idmançılar döyüşür. Hər biri 2 dəqiqə olmaqla döyüş 3 raund keçirilir. Başın üstü, boyun və bel hissələrə vurmaq qadağandır. Light contact Digər xüsusiyyətləri Semi contactla eyni olsa da, fərqli olaraq bu növdə sürət daha vacibdi. Və adətən döyüş dayandırılmır.
Azərbaycanda kikboksinq
Azərbaycanda kikboksinq — Kikboksinq üzrə ilk qızıl medal Azərbaycana kikboksinqin WAKO versiyası üzrə 1995-ci il noyabr ayının 25-dən 28-dək Ukraynanın Kiyev şəhərində keçirilən Dünya Çempionatında - 81 kq çəki dərəcəsində döyüşən təmsilçimiz Roman Tağıyev tərəfindən əldə edilmişdir. Həmin yarışda digər iki təmsilçimiz Canpolad Budaqov və Ceyhun Şadlinski vətənə medallar qazandırdılar. Bu ilk nəticələrdən kikboksinq üzrə milli komandamızın beynəlxalq arenada qazandığı nailiyyətlərinə start verilmişdir. 2000-ci il tarixdən etibarən kikboksinqin inkişafı və beynəlxalq arenada milli komandanın uğurlarının əldə edilməsi daha sürətli və keyfiyyətli həyata keçirilməyə başlanıb. Qısa bir müddətə kikboksinq üzrə Azərbaycan milli komandası dünyanın ən güclü yığma komandalarının birinə çevrilmişdir. Bu uğurlar Azərbaycan Kikboksinq Federasiyasının işini düzgün və effektiv şəklində qurulmasının nəticəsidir. == Azərbaycan Milli komandasının idmançıları == Roman Tağıyev, Canpolad Budaqov, Ceyhun Şadlinski, Zaur Məmmədrəhimov, Eduard Məmmədov, Əli Orucov, Fariz Məmmədov, Bəxtiyar Axundov, Etibar Məmmədov, Zaur Hadiyev, Araz Ələsgərov, Aqşın Mehdiyev, Anar Lalayev, Ehram Məcidov, Rizvan Şərifov, Güloğlan Cabbarov, Vüqar Nəsibov, İlkin Babayev, Emil Kərimov, Seyran Qurbanov, Elman Mirzəyev, Araz Musayev, Xafiz Baxşəliyev, Kanan Sadıxov, Rüstəm Səmədov, Vüsal Babayev, Emin Suleymanov, Vüqar Qasımov, Eldar Qazıbəyov, Elman Qazıbəyov, Kamil Şərifov. == Azərbaycan Milli komandasının məşqçiləri == Azər Həsənsoy, Çinqiz Eyvazov, Zahid Əliyev, Elşən Əbdurəhmanov, Fəxrəddin Quliyev, Ceyhun Abbasov Həsən Oğlu, İlqar Alıyev, Rəhim Allahverdiyev, Hikmət Hacıyev... == Azərbaycan Milli komandasının uğurları == Gənclər və yeniyetmələrdən ibarət olan Milli komandamızdan beynəlxalq arenada ilk qızıl medalı Fariz Məmmədov qazanmışdır. Gənclər və yeniyetmələr arası ilk WAKO Dünya Çempionları (24-27 sentyabr 2008, Neapol, İtaliya) “Qızıl Əlcək” idman klubunun təmsilçiləri Şaban Şahpələnqov (-51 kq ful-kontakt) və Elçin Bayramovdur (-51 kq loukik).
Azərbaycan Kikboksinq Federasiyası
Azərbaycan Kikboksinq Federasiyası (qısa adı:AKF) — 1993-cü ildə yaradılmış idman federasiyası. == Tarixi == Federasiya 1993-cü ildə Azərbaycan Respublikası Əməkdar Xadimi, Uşu Federasiyasının prezidenti Azər Həsənsoy tərəfindən yaranmışdır. İlk yarananda federasiyanın adı Azərbaycan Kikboksinq Federasiyası idi. Bir il sonra isə adı Azərbaycan Kikboksinq və Muey-Tay Federasiyası olaraq dəyişdirilmişdir. 1999-cu ildə Azərbaycan Kikboksinq və Muey-Tay Federasiyasının Prezidenti olan Azər Həsənsoy tərəfindən Milli komandanın rəisi və beynəlxalq əlaqələr üzrə menecer vəzifəsinə Sadıx Bağırov təyin olunmuşdur. 2000-ci ildə Azərbaycan Kikboksinq və Muey-Tay Federasiyasının Prezidenti Millət Vəkili Adil Əliyev seçilmişdir. 2000-ci ildə AKMF-nın 1-ci Vitse-Prezidenti Oqtay Mehtiyev təyin olunmuşdur (2008-ci ildə istefaya verdi). 2001-ci ildə Namiq Əsgərov və Ramiz Quliyev AKMF-nın Vitse-Prezident vəzifələrinə təyin olunublar. 2008-ci ildə Güloğlan Cabbarov Azərbaycan Kikboksinq Federasiyasının Vitse-Prezidenti təyin olunmuşdur. 12 dekabr 2008-ci ildə İdarə Heyətinin qararı ilə Azərbaycan Kikboksinq və Muey-Tay Federasiyası iki müstəqil təşkilatlara bölünub: Azərbaycan Kikboksinq Federasiyası və Azərbaycan Muaytay Tayboks Federasiyası.
Azərbaycan Kikboksinq və Muay-Tay Federasiyası