Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tereza Klavenes körfəzi
Tereza Klavenes körfəzi — Laptevlər dənizində, Taymır yarımadasının şərq sahillərində yerləşən körfəz. Xatanqa körfəzindəndən 75 km şimalda yerləşir. Buxtanın uzunluğu 40 km, eni isə 13 km -dir. Ən dərin yeri 40 metrdir. Qərbdə Lasinus yarımadası ilə Sims körfəzi ayrılır. Şərqində Vilkiski arxipelaqı və Komsomol həqiqəti adaları yerləşir. İlin böyük qismi buzla örtülüdür. Ətrafında tundra bitkiləri yayılmışdır. Buxtanın sahil bölgəsi Böyük Arktik qoruğu ərazisinə daxildir. Buxtaya çoxlu sayda çaylar axır.
Klarens Kamminqs
Klarens Tomas
Klarens Tomas (23 iyun 1948) — Amerikalı vəkil, 1991-ci ildən bəri ABŞ Ali Məhkəməsinin hakimi. Ali Məhkəmədəki ikinci Afrikalı Amerikalıdır. ABŞ Ali Məhkəməsinin onilliklərdəki ən mühafizəkar hakim hesab edildi. Atası ailəsini erkən tərk etdiyi üçün anası və babası tərəfindən böyüdülmüşdür. Gəncliyində zənci tələbələrin irqi ayrı-seçkiliyə qarşı etirazlarına qatıldı. Vusterdə Müqəddəs Xaç Kollecini və Yel Universiteti Hüquq Fakültəsini bitirib. 1974–1977-ci illərdə Missuri Baş Prokurorluğunda, 1979–1981-ci illərdə senator Con Denfortun köməkçisi olmuşdur. 1981-ci ildə ABŞ-nin İnsan Haqları üzrə Təhsil Katibinin köməkçisi oldu və 1982-ci ildə Məşğulluq Bərabərliyi Komissiyasının prezidenti seçildi. 1990-cı ildə Prezident Corc Buş onu Kolumbiya Bölgəsi Apellyasiya Məhkəməsinin hakimi təyin etdi. Ağır cinayətlər törətmiş əqli cəhətdən geri qalan insanlar üçün edam cəzasının tətbiqini dəstəkləmək də daxil olmaqla bir sıra məsələlərdə sərt fikirləri ilə tanınır.
Klarens Zeedorf
Klarens Zeedorf ( nid. , IPA : [ˈklɛrənˈseːdɔrf], fərdi olaraq IPA : [ˈklɛrəns] [ˈzeːdɔrf], nid. Clarence Clyde Seedorf ; 1 aprel 1976, Paramaribo ) — Niderlandlı futbolçu və məşqçi . Hazırda üç fərqli komanda ilə Çempionlar Liqasını qazanmış yeganə oyunçu - "Ayaks" (1994/95), "Real Madrid" (1997/98) və "Milan" (2002/03, 2006/07). == Karyerası == === Ayaks === Futbolçu karyerasına "Ayaks" klubunda başlayıb. 1983-cu ildə "Ayaks"ın uşaq komandasına qoşulan Klarens, klubun əsas komandasında 1992-ci ildə debüt edib. "Ayaks"da 3 il forma geyinən futbolçu 65 oyunda 11 qol vurub. === Sampdoriya === "Ayaks"dakı oyunu ilə Avropa klublarının diqqətini çəkən futbolçu, 1995-ci ildə İtaliyanın "Sampdoriya" klubuna transfer edilir. Burada keçirdiyi bir ildə 32 oyunda 3 dəfə fərqlənir. === Real Madrid === 1996-cı ildə "Real Madrid"ə transfer olunur.
Klarens adası
Klarens adası (ing. Clarence Island) — Cənubi Şetland adaları arxipelaqının ucqar şərində qərarlaşır. Ən yaxın ada Elefant adasıdır. Adanın uzunluğu 12 mil (təqribi 20 km), ən hündür nöqtəsi isə 1924 metr olan İrvinq dağıdır. == Tarix == Ada ilk dəfə 4 fevral 1820 ildə Britaniyalı dənizçi Edvard Bransfild tərəfindən kəşf edilmişdir. O, adanın Bulz burnuna çıxaraq adanın ilk gözəyarı xəritəsini tərtib etmişdir. Adanı o zaman şahzadə olan, hersoq Klarensin şərəfinə (IV Vilhelm) adlandırmışdır. Adanı növbəti ildə Birinci Rus Antarktika ekspedisiyası ziyarət etmiş və xəritəsi tərtib olunmuşdur. Ruslar adanı Şişkov adlandlrmışlar Ada Rusiya imperator donanmasını vitse-admiralı Aleksandr Semyonoviç Şişkovun şərəfinə adlandırılmışdır. Adanın ən hündür nöqtəsi olan İrvinq dağı 6 dekabr 1970-ci ildə fəth edilmişdir.
Klarens hersoqu
Klarens hersoqu (ing. Duke of Clarence) — Birləşmiş Krallığın monarxial strukturunda olan əsilzadə ünvanlarından biri. Orta əsrlər dönəmində bu ünvan 3 dəfə təsis edilmiş, Corc Plantagenetin 1478-ci ildə edam edilməsi ilə ləğv edilmişdir. Ünvan ilk dəfə 1362-ci ildə İngiltərə kralı III Eduardın ikinci oğlu Antverpenli Lionel üçün təsis edilmiş, ancaq onun oğul övladı olmadığı üçün ünvan onun vəfatından sonra boş qalmışdır. Ünvan ikinci dəfə 1412-ci ildə İngiltərə kralı IV Henrinin ikinci oğlu Lankasterli Tomasın şərəfinə təsis edildi. Ancaq onun da qanuni övladı yox idi və gənc yaşında vəfat etmişdi. Ünvan sonuncu dəfə 1461-ci ildə İngiltərə kralı IV Eduardın qardaşı Corc Plantagenetin şərəfinə təsis edildi. Ancaq o, qardaşına qarşı üsyan etdi və 1478-ci ildə ələ keçirilərək şərab çəlləyində boğularaq edam edildi. Onun oğul övladı olsa da, vətənə xəyanətlə təqsirləndirildiyi üçün bütün ünvanları ailəsinin əlindən alındı. Ünvan daha sonra 1553-cü ildə İngiltərə taxtına əyləşən Ceyn Qreyin əri Gilford Dudli üçün verilmək istəndi.
Klarens Anqlin
Klarens Anqlin (11 may 1931, Donalsonville[d], Corciya) — Amerikanın ən yaxşı qorunan və ən bədnam cinayətkarlarının yerləşdiyi Alkatrazda yatmış, heç kimin qaça bilməyəcəyi Alkatrazdan Frenk Morris və qardaşı Con Anqlinlə birlikdə qaçmağı bacaran bir məhbus. Ölümünün dəqiq tarixi məlum deyil, onun 1962-ci il iyunun 11-nə keçən gecə qaçarkən boğularaq öldüyü güman edilir. Lakin boğulduğuna dair heç bir fakt aşkar edilməyib. == Alkatraz == San-Fransisko körfəzində sahildən 2,4 km aralıda 9 hektar əraziyə yayılmış Alkatraz adası ABŞ-nin ən məşhur həbsxanalarından biri olmaq xüsusiyyətinə malikdir. Əvvəllər ispanlar tərəfindən idarə olunan ada "La Isla de los Alcatraces" (Qutanlar adası) adlanırdı. 1848-ci ildə ABŞ idarəetməsinə keçən ada San-Fransiskonun müdafiəsi üçün bir müddət hərbi məqsədlər üçün istifadə edilib. 1868-ci ildə inşa edilən yerli üsyançıların liderlərin tutulduğu həbsxana, Alkatraz adasının gələcək rolunu da müəyyən edəcəkdi. Əlavə binalarla böyüyən həbsxana 1934-cü il yanvarın 1-də federal həbsxanaya çevrildi. İntizamı möhkəm saxlamaq üçün yeni məhkumlar qəbul edilmir, başqa həbsxanalardan təhlükəli məhkumlar bura köçürülürdü. 1934-cü ilin iyununda müxtəlif yerlərdən 196 məhbus və məhkum bu tutulmaz adaya köçürüldü.
Hərbi kadens
Hərbi kadens (ing. Military cadence) — silahlı qüvvələrdə ənənəvi olaraq marş və qaçış zamanı istifadə olunan iş mahnısı. Kadenslər şifahi hərbi folklordur və buna musiqi aləti tələb olunmur.
Franklin Klarens Mars
Franklin Klarens Mars (/ˈmɑːrz/; 24 sentyabr 1883, Henkok[d], Minnesota – 8 aprel 1934, Pulaski[d], Tennessi) — bəzən Frank K. Mars kimi tanınan Mars şirkətini quran amerikalı biznes maqnatı. == Həyatı == Frank Mars 1882-ci ildə Minnesota ştatında anadan olub Mars və Etel G. Kissak (29 sentyabr 1882 – 11 aprel 1980), məktəb müəllimi, 1902-ci ildə evləndilər. Onların oğlu Forrest Mars, Sr., 1904-cü ildə Minnesota ştatının Wadena şəhərində anadan olmuşdur.
Kamenes-Podolska qalası
Kamyanets-Podilskıy qalası, (ukr. Кам'янець-Подільська фортеця, pol. Stary Zamek w Kamieńcu Podolskim) – hal-hazırda Ukraynanın Kamyanets-Podilskıy şəhərində yerləşən tarixi Polşa qalası. 1672–1699-cu illər arasında 27 il ərzində Osmanlı İmperiyasının Kamaniçe əyalətinin mərkəzi olmuşdur. Qala haqqında ilk məlumatlar XIV yüzilliyə aiddir. O vaxtlar bölgə Böyük Litva knyazlığının idarəçiliyində idi. Qala XIV–XVIII yüzillikdə Reç Pospolita, Osmanlı və Rusiya Çarlığı maraq dairəsində olmuşdur. 1672-ci ildə Osmanlı padşahı IV. Mehmet 300.000-lik əsgər ilə qalanı işğal etmişdir. Osmanlı imperiyasına 40.000-lik kırım və kazak əsgərləri kömək etmişdir. 18 avqust 1672-ci ildə qala Osmanlı imperiyası rərəfindən ələ keçirilmişdir.
Şahzadə Albert Viktor (Klarens hersoqu)
Şahzadə Albert Viktor (ing. Albert Victor Christian Edward; 8 yanvar 1864 – 14 yanvar 1892, Sandrinqem sarayı[d], Norfolk qraflığı) — Birləşmiş Krallığın monarxı VII Eduardın ən böyük oğlu, Klarens hersoqu. Atası Kraliça Viktoriyanın ən böyük oğlu Şahzadə Eduard, anası isə Danimarka kralı IX Kristianın qızı Aleksandra idi. Gənclik illərində Britaniya donanmasının üzvü olaraq bir çox dəniz səyahətinə qatıldı. Yetkin yaşlarından etibarən Britaniya ordusuna qatılsa da, aktiv olaraq hansısa bir vəzifə tutmadı. Bir neçə cəhdin ardından nəhayət, 1891-ci ilin sonlarında Mariya Tek ilə nişanlandı. Ancaq cəmi bir neçə həftə sonra pnevmoniya səbəbilə vəfat etdi. Ölümünün ardından nişanlısı Mariya Tek Britaniya taxt-tacının yeni varisi olan qardaşı Georqla evləndirildi. == Mənbə == Aronson, Theo (1994). Prince Eddy and the Homosexual Underworld.