Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Klokot
Klokot (serb-kiril. Клокот) və ya Kllokot (alb. Kllokoti), Kosovonun Gilan rayonunda yerləşən bir qəsəbə və bələdiyyə. Bələdiyyə 2010-cu ilin yanvar ayının 8-də quruldu və məskunlaşmalar Vitina bələdiyyəsinin bir parçası idi. Bələdiyyənin baş qərərgahı Klokot qəsəbəsindədir. Bu bir Serb enklavıdır. == Coğrafiyası == Klokot, Kosovonun cənub-şərqindəki Pomoravliye coğrafi regionunda yerləşir. Bələdiyyənin kadastr sahəsi 2,336 hektardır. Bələdiyyə, Klokot qəsəbəsini və üç kəndi ehtiva edir: Klokot (serb-kiril. Клокот, alb.
Kroket
Kroket (fr. croquer, dişləmək sözündən) — ət farşı və tərəvəzlərdən hazırlanan silindrik və ya dəyirmi formalı kulinariya yeməyi. Qızardılmış frityür (ərinmiş yağ) və ya suxarı da əlavə edilir. Suxaridən kartof püresi ilə birlikdə istifadə olunur. Kroket əsasən, Fransa mətbəxinə aid edilir. Delikates və sənayedə istehsal edilən fəstfud kimi dünya şöhrəti qazanmışdır.
Krokoit
Krokoit Pb [CrO4] — Monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: nadir. == Xassələri == Rəng – tünd narıncı-qırmızı; Mineralın cizgisinin rəngi – narıncı-sarı; Parıltı – almaz, azacıq yağlı; Şəffaflıq – yarımşəffaf; Sıxlıq– 5,9-6,1; Sərtlik – 2,5-3,0; Kövrəkdir; Ayrılma – {110} üzrə mükəmməl; Sınıqlar – qabıqvari; Morfologiya – kristallar: vertikal cizgili prizmatik, bəzən itiromboedrik, iynəvari; uzunluğu 10 sm-ə çatan iri kristalları məlumdur; Mineral aqreqatları: druzalar, nazik kristallik qabıqlar, qaysaqlar, çubuqvari, nadir hallarda sıx dənəvər əmələgəlmələr, püruzlar. == Mənşəyi və yayılması == Xromlu süxurlar içərisində yerləşən qurğuşunsaxlayan yataqların oksidləşmə zonasında əmələ gələn ekzogen mineraldır. Birlikdə rast gəldiyi minerallar: qalenit, serussit, piromorfit, vulfenit, vanadinit, hötit, hidrohötit, kvars və b. Mineralın tapıldığı yerlər: Beryozov yatağı (Rusiya); Dundas (Tasmaniya adası); Avstraliya; Luson adası (Filippin); Braziliya və b. Azərbaycanda Katex kolçedan-polimetal və Ağyataq civə yataqlarında tapılmışdır. == Tətbiqi == Nadir hallarda rast gəldiyi üçün praktik əhəmiyyəti yoxdur. == İstinadlar == == Mənbə == Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.
Kyoko
Kyoko — ad. Kyoko Kuroda — keçmiş Yaponiya qadın futbolçusu. Kyoko Yano — keçmiş Yaponiya qadın futbolçusu.
Lolot
Lolot, və ya İstiot-lolot (latın dilində:Piper lolot) — İstiota oxşar bitki növlərindən biridir. Lolot ağ gülləri, hündürlüyü 45–60 sm olan bitkidir. Cənub-Şərqi Asiyada yetişdirilən Lolot bitkisinin vətəni Hind-Çin yarımadasıdır. Vyetnam, Laos, və şimal-şərqi Tailand sakinlərinin mətbəxlərində ət yeməklərinin hazırlanmasında lolot bitkisinin yarpaqlarından geniş istifadə olunur, həmçinin bu bitkinin yarpaqları ABŞ-də yaşayan Laos və Vyetnam icmaları üçün ixrac olunur Bundan başqa, lolot yarpaqlarından ilan sancması, soyuqlama, mədə qıcqırmaları zamanı müalicə, həmçinin kosmetika məqsədilə istifadə olunur.
Koyot
Koyot (lat. Canis latrans) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinin canavar cinsinə aid heyvan növü. == Yarımnövləri == 19 yarımnövə ayrılır:: Canis latrans latrans Canis latrans cagottis — Meksika ərazisində yaşayır. Canis latrans clepticus — Kaliforniya ərazisində yaşayır. Canis latrans dickeyi — Salvador ərazisində yaşayır Canis latrans frustror — Kanzas ştatının şərqindəyaşayır. Arkanzas, Texas, Oklaxoma və Missuri ştatlarında da rast gəlinir. Canis latrans goldmani — Beliz ərazisində yaşayır. Canis latrans hondurensis — Honduras ərazisində yaşayır. Canis latrans impavidus — Meksika ərazisində yaşayır. Canis latrans incolatus — Alyaskada və Kanadanın bir hissəsində yaşayır.
Cerard Kloson
Cerard Kloson (ing. Sir Gerard Leslie Makins Clauson; 1891[…], London – 1974[…], Birləşmiş Krallıq) — Böyük Britaniya dövlət xadimi, diplomat, şərqşünas, Türk dilləri üzrə mütəxəssis. == Həyatı == Cerard Kloson 28 aprel 1891-ci ildə Londonda doğulmuşdur. Bir minbaşının oğludur. İton kollecindən sonra ali təhsilini Oksford Universitetinə bağlı Corpus Christi Collegedə almışdır. 1914-cü ildə buradan məzun olmuş və çox keçmədən əsgər olaraq qatıldığı I Dünya Savaşı boyunca Çanaqqala, Misir və İraqda orduda xidmət etmişdir. Savaşdan sonra 1919-cu ildə daxil olduğu Müstəmləkələr Nazirliyində 1951-ci ildə təqaüdə çıxıncaya qədər önəmli mövqelərə yüksəlmişdir. Əməkli olduqdan sonra isə özünü bütünlüklə elmi araşdırmalara vermək imkanı əldə edərək ən önəmli çalışmalarını bu dövrədə ortaya qoymuşdur. Cerard Kloson 1 may 1974-cü ildə Londonda vəfat etmişdir. == Əsərləri == G.Clauson, An Etymological Dictionary of Pre-13th-century Turkish 1972 G.Clauson 'Turkish and Mongolian Studies' 1962.
Klıkov adası
Klıkov adası — Yapon dənizində, Böyük Pyotr körfəzində yerləşən ada. Ada Uzaq Şərqin araşdırmaçılarından olan Mixail Klıkovun şərəfinə adlandırılmışdır. Popov adasından 2,6 km cənub-şərqdə, Vladivostokdan 22 km cınub-qərbdə yerləşir. Enliyarpaq meşələrlə örtülmüşdür. Şimal-qərb və şimal sahillərində gilli və daşlı çimərliklər vardır. sahil xəttinin ümumi uzunluğu 2,46 km, bununsa 0,6 kilometri çimərliklərdir.
Kolokol adası
Kolokol adası — Sedov arxipelaqı qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == Kara dənizində, Demyan Bednıy adalarının şərqində, Komsomoles adasından 5,9 km şimal-qərbdə yerləşir. Qonşuluğunda yerləşən Qlavnıy və Krayniy adaları ilə qumlu sayla birləşir (müvafiq olaraq 500 m və 650 m). == Təsviri == Uzunluğu bir km-dən çox, eni isə 250 metr təşkil edir. Adanı ilk kəşf edənlər onu iri kilsə zənginə bənzətdiyindən bu cür adlandırmışlar. Cənubunda elədə böyük olmayan göl vardır.
Uolkot Balestier
Uolkot Balestier (13 dekabr 1861, Roçester[d], Nyu-York ştatı – 6 dekabr 1891, Drezden) — gənc yaşda vəfat edən, ilk növbədə Rudyard Kipling ilə əlaqəsi ilə yadda qalan perspektivli Amerika yazıçısı, redaktoru və naşiri idi.Onun bacısı Karolin Starr Balestier 1891-ci ildə Kiplinqlə evləndi.
Klodet Mukasakindi
Klodet Mukasakindi (25 dekabr 1982, Nyarungenge, Ruanda) — Ruandanı təmsil edən marafonçu. Klodet Mukasakindi Ruandanı 2012 və 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Klodet Mukasakindi birinci dəfə Olimpiadaya 2012-ci ildə qatıldı. O, Londonda baş tutan Olimpiya Oyunlarında yarışdı və məsafəni 2 saat 51 dəqiqə 7 saniyəyə qət edərək 118 marafonçu sırasında 101-ci yeri tutdu.. Klodet Mukasakindi növbəti Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 3 saat 5 dəqiqə 57 saniyəyə qət edərək 157 marafonçu sırasında 126-cı yeri tutdu.
Koko
Koko bu mənalara gələ bilər:
Hubert Lukot
Hubert Lukot (1935 - 18 Yanvar 2017) — Fransalı şair və metaalətlər yazarı. Lukot 60-dan çox kitabın müəllifidir. == Həyatı == Hubert Lukot 1935-ci ildə Parisdə anadan olmuşdur. == Karyerası == Lukot ədəbi yaradıcılığına şeirlə başlamışdır. 1960-cı illərdə düz yazı və meta fantastikanı ehtiva edən kitablar yazmağa başlamışdır. Ömrü ərzində Lukot 60-dan çox kitab nəşr etdirmişdir. == Ölümü == Lukot 18 yanvar 2017-ci ildə vəfat etmişdir.
Jan Kokto
Jan Moris Ejen Klement Kokto (fr. Jean Maurice Eugène Clément Cocteau; 5 iyul 1889[…], Mezon-Laffit[d], Fransa – 11 oktyabr 1963[…]) — fransız yazıçı, dramaturq, şair, rəssam, kinorejissor. == Həyatı == Jan Kokto 5 iyul 1889-cu il anadan olub. O, keçən yüzildə fransız mədəniyyətinin yetişdirdiyi universal istedadlardan biridir. Eyni zamanda şair, yazar, rəssam, ssenari yazarı, kino və teatr rejissoru, teatr nəzəriyyəçisi kimi fəaliyyət göstərib. "Şeirlər" (1920) və "Opera" (1927) adlı şeir kitablarında Koktonun o zamanlar Avropa sənətində aparıcı sənət axınları olan dadaizm və sürrealizm üslubunda yaratdığı poetik nümunələr toplanıb. "Əllamə Toma" (1923) və "Ədəbsiz uşaqlar" (1929) romanlarında o, gəncliyin problemlərinə işıq salıb. Antik miflərin yeni səpkidə işlənməsinə həsr olunmuş pyesləri ("Antiqona", "Orfey") dünyanın bir çox teatrlarında özünə səhnə ömrü qazanıb. "Orfey" (1950) və "Orfeyin vəsiyyəti" (1960) adlı filmlərdə isə Kokto rejissor və ssenari müəllifi kimi özünü sınayıb.
Kazbek Kokov
Murad Kumpilov (kab.-çərk. КIуэкIуэ Валерэ и къуэ Къазбэч 20 iyul 1973) — Rusiya dövlət və siyasi xadimi. 3 oktyabr 2019-cu ildən Kabarda-Balkariya Respublikasının rəhbəri (26 sentyabr 2018-ci ildən 3 oktyabr 2019-cu il tarixinədək Kabarda-Balkariya Respublikası rəhbəri səlahiyyətlərini müvəqqəti icra edən). 6 noyabr 2019-cu ildən bəri Vahid Rusiya partiyasının Kabarda-Balkariya regional şöbəsinin katibidir. == Bioqrafiyası == Kabarda-Balkariya Respublikasının birinci prezidenti Valeri Kokovun ailəsində anadan olmuşdur. Kabarda-Balkar Aqrar Meliorasiya İnstitutunu kənd təsərrüfatı alimi dərəcəsi ilə bitirmişdir. 1995-ci ildən "Nalçikski Zavod Nalçik ASC" Ticarət və Ümumi Məsələlər üzrə Baş Direktorunun müavini işləmişdir. 2002-ci ildən Kabbalkresursı ASC-nin Baş direktoru olur. 2003 - 2007-ci illərdə Nalçik Şəhər Yerli Özünüidarə Şurasının deputatı olur. 2009-cu ilin martında Kabarda-Balkariya parlamentinə seçilir.
Kokoa, Florida
Kakao, Amerika Birləşmiş Ştatlarının Florida əyalətində olan və Brovard dairəsinin bir şəhərdir. 26 Noyabr 2009-cu il tarixində şəhərin əhalisi ümumilikdə 17.140 nəfər təşkil etmişdir. == Demoqrafiya == === 2010-cu il siyahıyaalması === 15 Mart 2010-cu il tarixində aparılmış siyahıya almaya görə, şəhər əhalisinin 16.412 nəfər, 6.939 ev və 4.232 ailə olduğu təyin olunmuşdur. Şəhərdəki əhali bölgüsü 64,0% Ağ, 33,0% Afro-Amerikalı, 0,1% Yerli Amerikalı, 1,2% Asiyalı və 0,6% digər xalqlardan ibarət olduğunu müəyyən etmişdir.
Kokoa (Florida)
Kakao, Amerika Birləşmiş Ştatlarının Florida əyalətində olan və Brovard dairəsinin bir şəhərdir. 26 Noyabr 2009-cu il tarixində şəhərin əhalisi ümumilikdə 17.140 nəfər təşkil etmişdir. == Demoqrafiya == === 2010-cu il siyahıyaalması === 15 Mart 2010-cu il tarixində aparılmış siyahıya almaya görə, şəhər əhalisinin 16.412 nəfər, 6.939 ev və 4.232 ailə olduğu təyin olunmuşdur. Şəhərdəki əhali bölgüsü 64,0% Ağ, 33,0% Afro-Amerikalı, 0,1% Yerli Amerikalı, 1,2% Asiyalı və 0,6% digər xalqlardan ibarət olduğunu müəyyən etmişdir.
Kokos adaları
Kokos adaları (ing. Cocos) və ya digər adıyla Kilinq adaları — Cənub-Şərqi Asiyada Hind okeanında yerləşən və Avstraliyaya bağlı olan adalar qrupudur. == Əhalisi == Əhalisinin sayı 1997-ci ilin iyulunda 617 nəfər idi. 1984-cü ildəki səsvermə ilə xalq Avstraliyanın tərkibinə keçməyə üstünlük vermişdir. 1609-cu ildə kapitan ing. William Keeling tərəfindən kəşf edilən adaları bu səbəbdən Keeling adaları olaraq da bilinir. == Coğrafiya == Kokos adalarının sahəsi 14 kvadrat kilometr, sahillərinin uzunluğu 26 km, dəniz səviyyəsindən ən hündür yerin hündürlüyü 5 metrdir. Kokos adalarının bitki örtüyü kokos palmalarından ibarətdir. 9 ay boyunca cənub-şərq küləkləri və orta yağışlı hava hökm sürür. == Dil == Adaların rəsmi dili ingilis dilidir, ancaq malay dili də istifadə olunur.
Kokos adası
Kokos (isp. Isla del Coco) — Sakit okeanda yerləşən ən böyük kimsəsiz adalardan biri. Kosta-Rika dövlətinə məxsus olub Puntarenas əyalətinin tərkibinə daxildir. Ada ölkənin qərb sahillərindən 600 km-lik məsafədə yerləşir. Kokos adasına ən yaxın arxipelaq cənub-qərbdə yerləşən Qalapaqos adalarıdır. Əyər kənar adalar nəzərə alınarsa Şimali Amerikanın ən ucaq cənub nöqtəsi Kokos adası hesab olunmalı. Kokos adasını əhatə edən okean sularında ekvatoryal əkscərayanı hakimdir. Bu bölgə akvalaqçıların sevimli məkanıdır. Ada sularında çəkic balıq, delfin və skatlar üstünlük təşkil edir. Bəzi əfsanələrə görə Kokos adasında böyük xəzinə gizlədilmiş.
Kokos palması
Kokos palması və ya Hind qozu ağacı (lat. Cocos nucifera) — palmalar fəsiləsindən bitki növü. Gövdəsinin hündürlüyü 20–25 m, diametri 50-60 sm-dir, yarpağı lələkvarı olub uzunluğu 3-6,5 metrdir. Bircinsiyyətli çiçəkləri süpürgə çiçək qrupunda yerləşir. Kokos qozu adlanan meyvəsi çəyirdəkdir: çəkisi 1,5-2,5 kq olur. Yetişmiş meyvəsində kokos südü və yağı var. Hind qozu 7-13 yaşında meyvə verir, 60 ilə qədər məhsul yığmaq olur. 90-100 il yaşayır. Kokos palması qədim zamanlardan hər iki yarımkürənin tropik ölkələrində, əsasən Filippində, Malay arxipelaqı adalarında, Malakka yarımadasında, Hindistanda və Şri-Lankada becərilir. Dəniz və okean sahillərində bitən bitkidir.
Kokos plitəsi
Kokos plitəsi — Sakit okeanın altında və Mərkəzi Amerikanın qərb sahilində yerləşdir. Plitənin adı üzərində yerləşən Kokos adasının adından götürülüb. Kokos plitəsi Şərqi-Sakit qalxması və Kokos dağ silsilələri boyunca dəniz dabanının genişlənməsi nəticəsində yaranıb. Bu geoloji kompleks ərazini geoloqlar Kokos-Naska genişlənmə sistemi də adlandırırlar. Şimal sərhədləri Mərkəzi Amerika çökəklikliyi ilə, şərq hissəsi Panama qırılma zonası ilədir. Cənub sərhəddində Qalapaqos qalxması, qərb sərhəddində isə Şərqi-Sakit qalxması yerləşir. Kokos və Naska plitələri 23 milyon il əvvəl ayrılmış Farallon plitəsinin qalıqlarıdır. Qalapaqos adaları altında olan ocaq Qalapaqos adaları boyunca uzanır. Kokos plitəsinin şimalındakı Rivera plitəsinin Kokos plitəsindən 5-10 milyon il əvvəl ayrıldığı güman edilir. Plitələr arasındakı sərhəd konkret olaraq qırılma əmələ gətirməsə də, bu plitələr iki ayrı plitə hesab olunur.
Kokos suyu
Kokos suyu — kokos palmasının gənc meyvələrindəki maye endosperm. == Tərkib və xüsusiyyətləri == Kokos çox zəngin kimyəvi tərkibə malikdir. Onun tərkibində olan bəzi maddələr haqqında xüsusilə danışmaq lazımdır. Belə ki, kokos "südü"nün tərkibində olan laurin turşusu təbii "antibiotik"dir. Laurin turşusu ana südünün tərkibinə daxildir. Kokos əslində kokos palmasının toxumudur. Tropik ölkələrdə kokos "ilahı" meyvə sayılır və həm qida, həm dərman kimi müxtəlif xəstəliklər və pozulmalar zamanı (ishal, zəhərlənmə, baş ağrısı, yaralar, impotensiya və s.) geniş istifadə olunur. Kokosdan kişi gücünü artıran xüsusi tonuslaşdırıcı kokteyllər hazırlayırlar. Kokos B, E, C vitaminlər, kalsium, dəmir, kalium, sink, mis, fosfor, yod və s. kimi bir çox faydalı minerallar, bir çox nadir orqanik turşularla zəngindir.
Kokos yengəci
Kokos yengəci; Hindqozu yengəci (lat. Birgus latro) — Buğumayaqlılar tipinin, birgus cinsinə aid heyvan növü. Bu növə daxil olan canlıların yetkin fərdləri quru həyat tərzi keçirir. Kokos yengəcləri əsasən Sakit okeanın qərb hissəsinin və Hind okeanının tropik adalarında yayılmışdır. Onların əti qida kimi istifadə edilir. == Adı == Növ adı olan lat. latro «quldur» mənasını verir. Bu buğumayaqlı canlı həm də "Palma oğrusu" adlandırılır. Səbəb isə onun keçmişdə kokosun içini yeməkdən ötrü palma ağacından hindqozunu kəsmək qabiliyyətinə olduğu düşünülürdü. Üstəlik onların kokosların qabıqlarını sındırmaları düşünülürdü.
Kyoko Kuroda
Kyoko Kuroda (d. 8 may 1969) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 21 oyun keçirib, 7 qol vurub.
Kyoko Yano
Kyoko Yano (d. 3 iyun 1984) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 74 oyun keçirib, 1 qol vurub.