Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
La-Klüz
La-Klüz (fr. La Cluse, oks. La Clusa) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Sent-Etyen-an-Devolüi kantonuna daxildir. INSEE kodu — 05042. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 53 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 30 yaşdan yuxarı (15-64 yaş arasında) 26 nəfər iqtisadi cəhətdən fəal, 4 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 86,7%, 1999-cu ildə 81.6%). Fəal olan 26 nəfərdən 24 nəfər (14 kişi və 10 qadın), 2 nəfər işsiz (1 kişi və 1 qadın) idi.
Blüz
Blüz (ing. Blues və ya Blue Devils — "kədər", "qəm") — XIX əsrin sonunda ABŞ-nin cənub-şərqinin afroamerika icmasında "Pambıq zonası" plantasiyalarından çıxanlar arasında yaradılmış musiqi forması və musiqi janrı.
Klub
Klub — vahid maraqlara görə cəmiyyətdə birləşən insanlar birliyi. Maraqlara görə idman, istirahət, siyasi, dini klublar olur. Adətən müəyyən bir otağı tutur və onun iştirakçılarının müntəzəm görüşləri və ünsiyyəti üçün xidmət edir. Virtual klublar da var. Hər kəs klubun üzvü (açıq giriş) və ya məhdud dairəyə aid olan şəxs (qapalı klub, giriş yalnız tövsiyə ilə əldə edilə bilər) ola bilər. Bəzi klublara giriş giriş biletinin alınmasını tələb edir, digərləri pulsuz fəaliyyət göstərir (dövlət və ya fərdi şəxslərin sponsorluğu hesabına). == İdman klubu == Müasir idman klubları adı, loqosu, idmançılar komandası, infrastrukturu, idarəetmə sistemi, işçi heyəti olan peşəkar və ya həvəskar təşkilatlardır. Misal üçün: Futbol klubu; hokkey klubu; Basketbol klubları. == İstirahət klubları == Əyləncəli xarakterli müəyyən maraqlarla bağlı insanları bir araya gətirməyə xidmət edir: musiqi klubları (rok klubları daxil olmaqla: Leninqrad rok klubuna baxın); rəqs klubları (bu, həm də "gecə klubları" və adında "klub" sözünün bu mənaya malik olmaya biləcəyi digər müəssisələrdən fərqli olaraq məhdud və daimi üzvü olan insanlar qruplarına aiddir). == Gecə klubları == Gecə klubu - adətən 21:00-dan sonra işləyən, asudə vaxt üçün nəzərdə tutulmuş (adətən gənclər üçün) ictimai qurumdur.
Kluj
Kluj-Napoka (rum. Cluj-Napoca), 1974-ci ilə qədər adı Kluj olmuşdur, həmçinin Kolojvar (mac. Kolozsvár) və Klauzenburq (alm. Klausenburg‎) adlandırılmışdır — Rumıniyanın şimal-qərbində şəhər, Kluj judetsinin inzibati mərkəzi. Bu, paytaxt Buxarestdən sonra ölkənin ikinci ən böyük şəhəridir. == Əhalisi == 2011-ci ildə keçirilən əhalinin siyahıyaalmasına görə, şəhərin əhalisi 309,1 min nəfərdir. Milli tərkibi: rumınlar — 247,548 nəfər (80,07 %); macarlar — 49,375 nəfər (15,97 %); qaraçılar — 3274 nəfər (1,05 %); almanlar — 520 nəfər (0,16 %); yəhudilər — 152 nəfər (0,05 %); ukraynalılar — 130 nəfər (0,04 %).
Kruz
Kruz — soyad. Tom Kruz — tanınmış amerikalı aktyor və film prodüseri. Penelopa Kruz — İspaniya aktrisası və model. Ted Kruz — Amerikalı siyasətçi, ABŞ senatına Texas ştatından seçilmiş senator Ulises de la Kruz — Ekvador futbolçusu Covana de la Kruz — Perulu marafonçu.
Monreal-la-Klüz
Monreal-la-Klüz (fr. Montréal-la-Cluse) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Aaron Kluq
Aaron Kluq (11 avqust 1926[…] – 20 noyabr 2018[…], Kembric) — İngilis kristalloqrafı, kimya üzrə Nobel mükafatçısıdır. == Həyatı == Aaron Kluq 1926-cı ildə avqustun 11-də Litvada anadan olmuşdur. Yoxannesburq və Keyptaun universitetlərində oxumuşdur. O, yəhudi ailəsində anadan olmuşdur. Onun iki yaşı olarkən ailəsi Durbana (Cənubi Afrika) köçmüşdür, çünki, anasının ailəsi XX əsrin əvvəllərində ora miqrasiya etmişdi. 1937–1941-ci illərdə Duban şəhərində məktəbdə oxumuşdur. O, Pol Krayfın "Ovçular mikroblar arxasında" adlı kitabını oxuduqdan sonra onda elmə maraq yarandı. 1942-ci ildə Yoxannesburqda Vitvatersrand universitetinə daxil olaraq Kluq tibb üzrə hazırlıq kursuna, həmçinin biokimya, fizika və riyaziyyat üzrə məşğələlərə gedir. 1945-ci ildə o, universiteti bitirdikdə təbiət elmləri üzrə bakalavr dərəcəsi alarkən onun seçimi fizika olur. == Elmi naliyyələri == Ona ayrılmış təqaüdə əsasən o, öz müəllimlərindən biri R. U. Ceymsin yanında rentgen kristalloqrafiyası üsulunu öyrənmişdir.
Erl Kluq
Heidi Klum
Heidi Klum(alm. Heidi Klum‎; doğ. 1 iyun 1973, Berqiş-Qladbax, Şimali Reyn-Vestfaliya, Almaniya) — alman supermodeli, aktrisası. == Həyatı == Heidi Klumun bioqrafiyası olduqca maraqlıdır. 1973-cü ildə Almaniyada anadan olub. Karyerası 1992-ci ildən başlayıb. O, 18 yaşında "1992-ci ilin Modeli" müsabiqəsinin qalibi seçilib. Bu qələbə ona 300 minlik gəlir gətirdi və "Late-Night Show"-da iştirak hüququ verdi. Beləliklə, dizaynerlik təhsilini yarımçıq qoyaraq model karyerasına başladı. 1993-cü ildə Klum ABŞ-yə köçdü.
Klez Brandar
Klez Brandar (Nant, 1984) fransız fotoqraf, musiqiçi və aktyordur. 2015-ci ildə o, bir musiqi albomu (Solitania adlanır), 2020-ci ildə bir EP (Rivage) və 2022-ci ildə beş dildə oxunan ikinci EP (Mangrove) buraxdı. 2019-cu ildə ilk kitabını (Triste Mesure) nəşr etdi və ikinci üçdilli kitabı (Lusk Dizehan // 06) 2021-ci ilin sonunda işıq üzü gördü. O, azərbaycanlı rejissor Fərid Əlicanovla iki klip çəkdirib (Rivage və Happy Melancholy). Klez 6 dildə danışır və oxuyur. O, karyerası boyu bir neçə qısametrajlı film və serialda, o cümlədən 2022-ci ildə nümayiş olunan Totemlər və Son İşıqda iştirak edib.
Klub 27
Klub 27 (ing. 27 Club) - rok və blüz musiqisinə böyük təsir edən və 27 yaşında müxtəlif, çox zaman qəribə şəraitlərdə vəfat edən musiqiçilərin ümumi adıdır. == 27 yaşında ölən ən məşhur musiqiçilər == Lakin bu siyahı bu cədvəllə bitmir. Bura bir çox digər musiqiçiləri də əlavə edirlər.
Klub Libertad
Klub Libertad — Paraqvayın Asunsyon şəhərini təmsil edən Paraqvay futbol klubudur. Klub 1905-ci ildə təsis edilib və Paraqvay Primyera Divizionunda mübarizə aparır.
Klub mate
Mate — Mate içkisi 1924-cü ildə Almaniyada yaranıb. Bəzi Asiya və Cənubi Amerika ölkələrində mate milli içki sayılır və onu dəmir qab vasitəsilə 70 dərəcə istilikdə içirlər. Və bu regionların çoxunda qida borusunun xərçəng xəstəliyinə yoluxanlar üstünlük təşkil edir. Soyuq mateni analiz etdikdə əldə olunan nəticəyə görə, onun xərçənglə heç bir əlaqəsi yoxdur. Lakin İARC isti mate ilə bağlı dəqiq tədqiqatın aparılmadığı üçün məlumat verə bilmir. Lumisin dediyinə görə, bunlar hələ ki, sual altındadır. Bunu da qeyd etmək lazımdır ki, insanların yaşayış tərzi aparılmış tədqiqatların nəticəsinə təsir göstərə bilər. Belə ki, spirtli içki və siqaret çəkən insanlarda qida borusunun xərçənginə tutulma riski çoxdur. Argentina, Boliviya, Peru, Çili kimi ölkələrdə "soyuq çay" kimi içilən Mate gecə həyatı mədəniyyətinin ən vacib parçasıdır. Kafein kimi oyandırıcı təsiri olan soyuq çayı gecə klublarında verərkən, vodka üçün yer açacaq qədər içirsiniz, sonra üzərinə alkol əlavə edilir.
Kluj-Napoka
Kluj-Napoka (rum. Cluj-Napoca), 1974-ci ilə qədər adı Kluj olmuşdur, həmçinin Kolojvar (mac. Kolozsvár) və Klauzenburq (alm. Klausenburg‎) adlandırılmışdır — Rumıniyanın şimal-qərbində şəhər, Kluj judetsinin inzibati mərkəzi. Bu, paytaxt Buxarestdən sonra ölkənin ikinci ən böyük şəhəridir. == Əhalisi == 2011-ci ildə keçirilən əhalinin siyahıyaalmasına görə, şəhərin əhalisi 309,1 min nəfərdir. Milli tərkibi: rumınlar — 247,548 nəfər (80,07 %); macarlar — 49,375 nəfər (15,97 %); qaraçılar — 3274 nəfər (1,05 %); almanlar — 520 nəfər (0,16 %); yəhudilər — 152 nəfər (0,05 %); ukraynalılar — 130 nəfər (0,04 %).
Kluj (judets)
Kluj judets (rum. Judeţul Cluj) — Transilvaniya regionunda yerləşən Rumıniya judetsi. == Coğrafiyası == Sahə — 6674 km². == Əhalisi == 2007-ci ildə əhalinin sayı 692 316 nəfər təşkil edirdi, sıxlığı — 103,73 nəf./km². Milli tərkibi: Rumınlar – 80 % Macarlar – 17,5 % Qaraçılar – 2,5 % Əhali sayının dinamikası: == İnzibati bölgüsü == Judetsə 2 bələdiyyə, 6 şəhər və 69 kommuna daxildir.
Kouz teoremi
Kouz teoremi — transaksiya xərcləri sıfıra bərabər olduqda bazarın istənilən xarici effektin öhdəsindən gəldiyi yeni institusional iqtisadiyyatın mövqeyi. == Tarix == Bu teorem ilk dəfə 1966-cı ildə Corc Stiqler tərəfindən aşağıdakı şəkildə ifadə olunmuşdur: Stiqler tərəfindən teoremin bu cür ifadə olunması Ronald Kouzun 1960-cı ildə çap olunmuş “Sosial xərclər problemi” (ing. "The Problem of Social Cost" ) adlı məqaləyə əsaslanmışdır. Kouz bu nəzəriyyəni istənilən fəaliyyətin bilavasitə öz iştirakçılarına deyil, üçüncü şəxslərə aid olan kənar nəticələri – eksternalların nəzərdən keçirilməsi nümunəsində sübut etmişdir. Daha əvvəl bu problemi iqtisadçı Artur Piqu “Rifah halının iqtisadi nəzəriyyəsi” (ing. "The Economics of Welfare") kitabında nəzərdən keçirmişdir. Piquya görə, eksternallar maddi nemətlərin mənfi eksternallı təkrar istehsalına və müsbət eksternallı istehsal kəsirinə səbəb olur. O, “bazarın fiaskosu” adlandırdığı bu effektlərin neytrallaşdırılması üçün belə hallarda dövlətin iqtisadiyyata müdaxiləsini tövsiyə edirdi. Kouz eksternalların mütləq “bazarın fiaskosu”na səbəb olması fikrini təkzib edirdi. Onun fikrinə görə, eksternallarla bağlı problemləri neytrallaşdırmaq üçün resurslara mülkiyyət hüququnun dəqiq bölgüsü və transaksiya xərclərinin mnimuma endirilməsi vacibdir.
Kruz Halbiç
La-Klyuz
La-Klüz (fr. La Cluse, oks. La Clusa) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Sent-Etyen-an-Devolüi kantonuna daxildir. INSEE kodu — 05042. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 53 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 30 yaşdan yuxarı (15-64 yaş arasında) 26 nəfər iqtisadi cəhətdən fəal, 4 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 86,7%, 1999-cu ildə 81.6%). Fəal olan 26 nəfərdən 24 nəfər (14 kişi və 10 qadın), 2 nəfər işsiz (1 kişi və 1 qadın) idi.
Penelopa Kruz
Penelopa Kruz Sançes (isp. Penélope Cruz Sánchez; 28 aprel 1974[…]) — İspaniya aktrisası və model. İlk televiziya debütünü 16 yaşında ikən edib. Penelopa Kruz Sançes 1974-cü il 28 apreldə İspaniyanın paytaxtı Madrid şəhərinin San Sebastyan de Los Reyes adlanan şəhərciyində anadan olub. O, saç ustası Ençarna Sançes ve avtomobil mexaniki Eduardo Kruzun qızıdır. Hələ kiçik yaşlarından Penelopa çox enerjili uşaq idi və öz enerjisini hara sərf edəcəyini bilmirdi. Bir vaxtlar anası gözəllik salonu işlədəndə balaca Pe (yaxınları onu bele çağırırdı) həmişə salona gələn xanımlara diqqətlə tamaşa edirdi. Bu onun üçün özünəməxsus "aktyorluq" məktəbi idi. Uşaqlıqda heç kim ondakı aktrisalıq bacarığını görməsə də, hamı bu kiçik qızın hərəkətlərinin plastikasına diqqət yetirirdi. 4 yaşında valideynləri Penelopanı balet sinfine yazdırır.
Ronald Kouz
Ronald Kouz (ing. Ronald Harry Coase; 29 dekabr 1910[…] – 2 sentyabr 2013[…], Çikaqo) — ingilis əsilli amerikalı akademik. 1991-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Ronald Kouzun həm atası, həm də anası İngilis Krallıq poçt idarəsində işləyirdi. Ronald Kouz 29 dekabr 1910-cu ildə Londonun daxili bölgələrindən olan Uillesdendə anadan olub. Uşaq olarkən ayaqlarındakı zəifliyə görə xüsusi protezlərdən istifadə etmiş və ilk olaraq əlillər üçün nəzərdə tutulmuş məktəbdə oxumuşdu. Buna baxmayaraq yaxşı şagird olduğuna görə 12 yaşında olarkən təqaüd qazanaraq Kilbörn Qrammatika məktəbinə (ing. Kilburn Grammer School) daxil olmuşdu. Bu məktəbdə də özünü sübuta yetirə bilmiş və məktəbin son ilində oxuyarkən London Universitetinin distant tələbəsi olaraq birinci ilini bitirmişdi. Sonra London Universitetinin tabeliyində olan London İqtisadiyyat məktəbində təhsil almış və 1932-ci ildə lisenziya dərəcəsi almışdır.
Striptiz klub
Striptiz klub və ya Striptiz klublar — ilk növbədə striptizçilərin ifa etdiyi striptiz olmaqla müxtəlif erotik rəqslərin olduğu və yalnız böyüklərə xidmət göstərən xüsusi məkanlardırlar. Bu yerlər adətən gecə klubu və ya bar konsepsiyası formasında olurlar. Amerika tipli striptiz klubları ilk dəfə Şimali Amerikada İkinci Dünya Müharibəsindən sonra yaranmışdır. 1940-cı illərin sonunda Asiyaya və 1950-ci illərdə isə Avropaya yayılmışdır. 2005-ci ildəki statistik məlumatlara görə qlobal striptiz klubu sənayesinin gəlirlərinin 75 milyard ABŞ dollarına çatdığı təxmin edilir.
Ted Kruz
Ted Kruz (ing. Rafael Edward "Ted" Cruz; 22 dekabr 1970[…]) — Amerikalı siyasətçi, ABŞ senatına Texas ştatından seçilmiş senator və 2016-cı ildə keçirilmiş ABŞ Prezident seçkiləri zamanı Respublikaçılar partiyasının daxili namizədlərindən biri. Ted Kruz Respublikaçılar Partiyasının prezident seçkiləri üçün praymeyrzində iştirak edərək, sadəcə 45-ci prezident Donald Trampa məğlub olmuşdur.
Tom Kruz
Tom Kruz (tam adı: Tomas Kruz Meypoter 4-cü; 3 iyul 1962[…], Sirakuz, Nyu-York ştatı) — tanınmış amerikalı aktyor və film prodüseri. 3 dəfə "Qızıl Qlobus" mükafatı və 3 dəfə "Oskar" mükafatı laureatı olub. Tom Kruz 3 iyul 1962-ci ildə Nyu-York ştatının Sirakyus şəhərində anadan olub. Tom ailədə 3-cü uşaqdır, onun 3 bacısı var. Onun anası aktrisa, atası isə mühəndis olub. Tomun 12 yaşı olanda valideynləri ayrılıblar. Artıq 14 yaşında o, Kanada və ABŞ-də 15 məktəb dəyişmişdi. Kruz aktyor kimi karyerasına 1981-ci ildə "Sonsuz sevgi" filmi ilə başlamışdır. Artıq 1983-cü ildə o, baş rolu oynadğı "Riskli biznes" filmi ilə uğur qazanıb. Mimi Rodcerslə 1-ci evliliyi sonlandıqdan sonra, Nikol Kidmanla 9 il 11 ay davam edən birlikdəliyi başlayıb.
Kuz Nərəng
Nərəng Badil (puşt. نړنګ او بادل) Künər vilayətinin rayonlarındandır. Mərkəzi Küz Nərəng şəhəridir.
Luz Lonq
Karl Lüdviq (Luz) Lonq - Almaniyanın Berlin şəhərində keçirilmiş 1936 Yay Olimpiya Oyunlarında Almaniyanı təmsil etmiş yüngül atlet və Olimpiya Oyunlarının gümüş medalçısı. == Erkən illəri == 1913-cü ildə Leypsiq şəhərində anadan olmuşdur. == 1936 Yay Olimpiya Oyunları == == İkinci dünya müharibəsi illərində == == Populyar mədəniyyətdə == 2016-cı ildə rejissor Stiven Hopkins tərəfindən çəkilən 1936-cı ildə Berlində keçirilmiş Yay Olimpiya Oyunlarınının 4 qızıl medalçısı məşhur afroamerikalı yüngül atlet Cessi Ouensin həyatından bəhs edən "Yarış" bioqrafik filmində onun Luz Lonqla olan mübarizəsi təsvir olunmuşdur. Filmdə Luz Lonq rolunu aktyor David Kross canlandırmışdır.