Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Konik
Konik və ya Polşa koniki — Polşada yetişdirilən elə də iri olmayan atlar cinsinə daxildir. Belə hesab edilir ki, Polşa konikləri daha çox XIX əsrdə nəsli kəsilmiş Tarpanların təsirinə məruz qalmışdır. == Tarixi == Polşada 20-ci əsrin əvvəllərində təsərrüfat işlərində "Konik" adlı cinsdən istifadə edilirdi. Hansı ki, bu cinsin ərsəyə gəlməsinə qədər Tarpandan istifadə olunmuşdur. Bu cins struktur baxımından (Fenotip) Tarpana bənzər idi. Tarpanın yox olmasından sonra, Polşanın Belovejskaya Puşa adlı bölgəsində kəndli təsərrüfatlarından atlar yığılırdı (onların çoxu ya Tarpan idi və ya onun törəmələri olurdu). Süni şəkildə də olsa belə demək olarsa Tarpanoid at cinsi bərpa edilir. Birinci Dünya müharibəsi dövründə bu atlar rus və alman qoşunları üçün mühüm nəqliyyat heyvanları hesab edilirdi və Panje atları adlandırılırdı. Onlar xarici görünüş baxımından Tarxanlara bənzəyir və Avropanın meşə-çöl şəraitinə uyğunlaşdırılmışdılar. Nümunələrin bir hissəsi təbiətə buraxılmışdır.
Aleksey Kopnin
Ebbi Korniş
Ebbi Korniş — avstraliyalı Hollivud aktrisası və repçi. 13 yaşında fotomodel olub, 15 yaşından isə filmlərə çəkilməyə başlayıb. 1997-ci ildən 1999-cu ilə qədər "Vəhşi tərəf" serialının yeddi epizodunda rol alıb. 2001-ci ildə "Outriders" serialında baş rolu oynayıb. "Kendi" (2006), "Yaxşı il" (2006), "Parlaq ulduz" (2009), "Qadağan olunmuş fənd" (2011), "Biz sevgiyə inanırıq" (2011), "Robokop" (2014) filmlərindəki rolları ilə şöhrət qazanıb. == Bioqrafiyası == === Uşaqlıq illəri === Ebbi Korniş, 7 avqust 1982-ci ildə, Avstraliyanın, Yeni Cənubi Uels əyalətində, Şilley və Berri Kornişlərin beş övladlarından ikincisi olaraq dünyaya gəlib.
Korney Çukovski
Nikolay Vasilyeviç Korneyçukov (rus. Корне́й Ива́нович Чуко́вский) — rus yazıçısı. == Həyatı == == Yaradıcılığı == Korney Çukovski bədii tərcümənin (poetik tərcümə bədii tərcümənin ən çətin sahəsidir) yüksək sənətkarlıq proqramını belə təsəvvür edirdi: tərcüməçinin yaradıcılıq ilhamı yalnız o vaxt səmərəli ola bilər ki, o, orijinaldan ayrılmasın, amma hərfən, yəni sözbəsöz, kəlmə-kəlmə tərcümə üsulundan yaxasını qurtarsın, təbəssümü təbəssümlə, musiqini musiqiylə, səmimiliyi səmimiliklə təcəssüm etdirsin, fikrin kəskinliyini, hissin dərinliyini, obrazın parlaqlığını, rənglərin və səslərin füsunkarlığını, intonasiyanın ahəngdarlığını oxucuya çatdırsın. == İstinadlar == == Həmçinin bax == == Xarici keçidlər == Сказки К. И. Чуковского Отдав искусству жизнь без сдачи — сайт К. И. и Л. К. Чуковских Сообщество в Живом Журнале, посвященное семье Чуковских Корней Чуковский стихи в Антологии русской поэзии Чукоккала — Самое полное издание знаменитого альманаха Е. Чуковская «Тень будущего» И. Шевелев «Корней с тараканищем» М. Петровский «Крокодил в Петрограде» Рецензия на книгу Е. Ивановой «Чуковский и Жаботинский. История взаимоотношений в текстах и комментариях» рецензия на книгу И. Лукьяновой «Корней Чуковский». Корней (Николай) Иванович (Васильевич) Чуковский (Корнейчуков) Михаил Золотоносов.
Nijniy Lomov
Nijniy Lomov — Rusiya Federasiyasında yerləşən şəhər Penza vilayətinə daxildir.
Nijniy Taqil
Nijniy Taqil — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Nijnıy (ada)
Nijnıy adası — Xəzər dənizinin şimal-qərbində Volqa deltasında olan ada. Ada inzibati cəhətdən Rusiyanın Həştərxan vilayətinin Kamızyak rayonuna daxildir. Qışda sahil suları donu.
Nijnıy adası
Nijnıy adası — Xəzər dənizinin şimal-qərbində Volqa deltasında olan ada. Ada inzibati cəhətdən Rusiyanın Həştərxan vilayətinin Kamızyak rayonuna daxildir. Qışda sahil suları donu.
Çorniy burnu
Çorniy burnu (ukr. Чорний) — Krımın qərbində, Çornomorski rayonu ərazisində yerləşən burun. Qara dənizin Karkinit körfəzinin daxilinə uzanır. Mejbodnoe kəndindən qərbdə yerləşir. Sahillərində Yarılqaç buxtası vardır. Burunda 1939-cu ildə mayak və naviqasiya işarəsi quraşdırılmışdır.
Ervin Köniq
Ervin Köniq (alm. Erwin König‎; XX əsr – 1943, Volqoqrad) — İkinci dünya müharibəsi dövründə fəaliyyət göstərməsi ehtimal olunan Almaniya snayperi. Ervin Köniqin doğum tarixi və şəxsi həyatı haqqında qaynaqlarda heç bir məlumat yoxdur. Sovet mənbələrinə əsasən Köniq Üçüncü Reyx tərəfindən Vasili Zaytsevi öldürmək üçün Stalinqrada göndərilmişdir. Hər iki synayper arasında 6 aya qədər davam etmiş duel nəticəsində 1942-ci ilin qışında Zaytsev, Köniqi öldürmüşdür. Bəzi mənbələrdə Köniqin adı Haynts Torvald şəklində göstərilmişdir. Üçüncü Reyxin arvixlərində isə nə Ervin Köniq, nə də Haynts Torvald adlı zabit qovluğu tapılmamışdır. Bu barədə olan ən real ehtimal, Ervin Köniqin döyüş əhvalını yüksəltmək məqsədilə sovet mətbuatı tərəfindən uydurulmasıdır.
Konni Andersson
Konni Andersson (suah. Conny Andersson; 28 dekabr 1939) — isveçli avtomobil yarışçısı, 1972-74-cü illərdə, İsveç Formula 3 çempionatında, 5 dəfə Formula 1 Qran pridə iştirak etmişdir. 1976-77-ci illərdə çıxış etdiyi yarışda bir dəfə də olsun finiş xəttini keçə bilməmişdir. == Bioqrafiya == Gənc yaşlarında motosiklet yarışlarına qoşulsa da, avtomobil yarışlarında çıxış edə bilmirdi. Səbəb vaxt azlığı və ailə biznesinə kömək etmək idi. Avtomobil yarış məktəbini ziyarət etdikdən sonra, bu sahə ilə maraqlanmağa başladı və tezliklə Formula Vee çempionatlarında iştirak etməyə başladı. Daha sonra Formula 3-də iştirak etmək üçün Brebem BT21 əldə etdi. 1970-76-cı illəri əhatə edən bu yarışda o, iki dəfə 1972 və 1974-cü illərdə qalibiyyət, 1973 və 1975-ci illərdə isə ikinci yeri əldə etmişdir. O, Formula 3-də tez tez iştirak etdiyindən, artıq yeni başlayanlara rəhbərlik etməyə başladı. İrəli getməkdə yalnız maddi çətinliklərlə üzləşirdi.
Konni Soyer
Konni Soyer (ing. Connie Sawyer, uşaqlıq adı Rozi Koen (ing. Rosie Cohen; 27 noyabr 1912, Pueblo[d], Kolorado – 21 yanvar 2018, Vudlend-Hillz[d], Kaliforniya) — ABŞ aktrisası. == Həyatı == Konni Soyer 27 noyabr 1912-ci ildə Rumıniyadan olan yəhudi mühacirləri ailəsində anadan olub. Karyerasına komik kimi gecə klublarında başlayıb. Konni Soyer 1959-cu ildə əfsanəvi Frenk Sinatra ilə bir filmdə çəkilib. Aktrisa sonuncu dəfə 2013-cü ildə "Ray Donovan" televiziya filmində miss Sallivan rolunda çəkilib. Konni Soyer 21 yanvar 2018-ci ildə vəfat edib.
Kəsik konis
Hər hansı həndəsi müstəvi fiqurun nöqtələrini onun müstəvisinə aid olmayan nöqtə ilə birləşdirən bütün parçaların yaratdığı fəza fiquruna konus deyilir.Həmin müstəvi fiqura konusun oturacağı, həmin nöqtəyə isə konusun təpə nöqtəsi deyilir.Konusun təpəsindən oturacaq müstəvisinə endirilmiş perpendikulyara konusun hündürlüyü deyilir. Oturacağı dairə olan konusa dairəvi konus,təpəsi oturacağının mərkəzinə proyeksiyalanan dairəvi konusa isə düz dairəvi konus deyilir.Dairəvi konusun təpə nöqtəsini oturacaq çevrəsinin hər hansı nöqtəsi ilə birləşdirən parçaya konusun doğuranı deyilir. Konusa düzbucaqlı üçbucağın katetlərindən biri ətrafında fırlanmasından alınan alınan fəza fiquru kimi də baxmaq olar. Konusun təpə nöqtəsindən və oturacağının mərkəzindən keçən düz xəttə konusun oxu,oturacağının radiusuna isə konusun radiusu deyilir. Radiusu R, doğuranı L olan konusun yan səthinin açılışı qövsünün uzunluğu 2𝜋R və radiusu L olan dairə sektorudur. Konusun yan səthi: Konusun yan səthinin sahəsi oturacaq çevrəsinin uzunluğu ilə doğuranın hasilinin yarısına bərabərdir.
İsaak Komnin (Kiprli)
İsaak Komnin (yun. Ἰσαάκιος Κομνηνός; 1155 – 1196) — Kipr hökmdarı (1184-1191). 1191-ci ildə üçüncü səlib yürüşü zamanı İngiltərə kralı Şirürəkli I Riçard tərəfindən taxtdan endirilmişdir. İsaak Komninin hansı nəsildən olduğu haqqında məlumatlar çox azdır və hələ də mübahisə mövzusudur. Bizans tarixçisi Nikitas Xoniata görə İsaak imperator I Manuilin qardaşı İsaak Komninin və Feodora Kamterin oğlu idi. Bu yazılanlardan belə çıxır ki, İsaak adlı-sanlı bir ailənin övladı olub. Başqa bir mənbədə isə anasının adı İrene kimi qeyd olunur. Aleksandr Sturdza onun atasının I Andronikin zamanında edam edilən Andronik Duka Kamteros ola biləcəyini yazır. 1174 və ya 1175-ci ildə imperator I Manuil İsaakı Tarsusa hakim təyin edir. İsaak hakim olduğu dövrdə Klikiya knyazı III Rubenə qarşı müharibə aparırdı.
Anatoli Koni
Koni Anatoli Fyodoroviç (1844–1927) — məşhur rus hüquqşünası, ictimai xadim və ədəbiyyatçı, həqiqi məxfi müşavir. == Həyatı == 1865-ci ildə Moskva Universitetinin hüquq fakültəsini bitirmişdir. Məhkəmə islahatları keçirilən zaman Sankt-Peterburq məhkəmə palatasına katib köməkçisi vəzifəsinə keçmişdir, 1867-ci ildə Moskva məhkəmə palatasının Rovin dairə məhkəməsinin prokurorun katibi olmuş, həmin ildə Sum dairə məhkəməsinin prokurorun yoldaşı (tovariş) sonra da Xarkov dairə məhkəməsində çalışmışdır. 1870-ci ildə Kazan dairə məhkəməsinin prokuroru olmuşdur. 1875-ci ildə Ədliyyə Nazirliyi departamentinin vise-direktoru, 1877-ci ildə Sankt-Peterburqun dairə məhkəməsinin sədri, 1891-ci ildə cinayət-kassasiya senat departamentinin senatoru. Koni görkəmli məhkəmə natiqi olmuşdur. Dövlət şurasının üzvü. Peterburq EA-nın fəxri üzvü. 1878-ci ildə Vera Zasuliç işində Koni (məhkəmə sədri) bəraət hökmü çıxartmışdır. Oçerk və xatrələr "Həyat yolunda".
Koni yarımadası
Koni yarımadası (rus. Кони) — Oxot dəniziinin ərazidində, Maqadan vilayəti ərazisində yerləşir. Yarımadada yerləşən burunlar:Skalnıy, Polski, Qorbatıy, Qorelıy, Sentyabreva, Pervıy, Avelina, Bliqan, Taran, Kiras və s. Yarımadadan çoxlu çay axır. İri çayları:Boqurçan, Oroxolindya, Berezovka, Burqauli. Yarımadanı materika birrləşdirən bərzəxdə Siqlan çayının mənsəbi yerləşir. Relyefi əsasən dağlıqdır. Maksimal hündürlük 1548 metrdir (Skalistaya dağı). Yarımada ərazisindı Maqadan qoruğu yerləşir.
Yozef Koni
Yozef Koni (ing. Joseph Kony; 1961) — Uqandada fəaliyyət göstərən ing. Lord Resistance Army (Tanrının Müqavimət Ordusu) adlı partizan dəstəsinin rəhbəri.
Nino Konis Santana Milli Parkı
Nino Konis Santana Milli Parkı (port. Parque Nacional Nino Konis Santana) — Şərqi Timorun ilk və yeganə milli parkı. Milli park 3 avqust 2007-ci ildə qurulmuşdur, 1236 km2 sahəni əhatə edir. Milli parkda quşlar üçün əhəmiyyətli yerlər yerləşir: Lore, Paytçau dağı, İla Lalora gölü, Jaku adası. Milli parkın ərazisinin 556 km2-lik hissəsini Mərcan üçbacağı əhatə edir. Milli parkın dəniz hissəsi mərcan rifləri ilə zəngindir. Burada nəsli təhlükədə olan sarı təpəli kakadu, endemik yaşıl Timor göyərçini, endemik Timor imperator göyərçini, Timor sərçəsi kimi nadir quş növləri qorunur. Milli park Timor milli azadlıq hərakatının iştirakçılarından biri, milli qəhrəman, Azad Timor üçün İnqilab Cəbhəsinin keçmiş lideri, indiki milli park ərazisində anadan olmuş Nino Konis Santananın şərəfinə adlandırılmışdır. Nino Konis Santana Milli Parkı Şərqi Timorun şərqində 126.600 hektar ərazini əhatə edir. Ərazisinin 68.000 hektarı qurudur, ovalıqlardan, tropik və musson meşələrindən ibarətdir.