Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Horst Köler
Horst Köler (alm. Horst Köhler‎, d. 22 fevral 1943 Skierbieszów, Polşa) — Almaniyanın IX prezidenti. Xristian Demokratik Birliyinin üzvü olan Horst Köler 2004-cü ildə prezident seçilib. O, 2009-cu ildə ikinci müddətə bu postu tutub. Prezident seçilənə qədər Keler 2000-2004-cü illərdə Beynəlxalq Valyuta Fondunun direktoru olub. 31 may 2010-cu ildə istefaya getdiyini açıqlayıb.
Kolera
Vəba və ya xolera (lat. cholera) — Vibrio cholerae adlı bakteriyanın səbəb olduğu nazik bağırsağın infeksion xəstəliyidir. Bağırsaq infeksiyası, sərt və şiddətli ishal ilə müşahidə edilir. Bu xəstəlik üçün güclü zəhərlənmə, qusma, ishal, orqanizmin kəskin susuzlaşması və nazik bağırsağın zədələnməsi xarakterik cəhətlərdir. Vəba xəstəliyində ölüm halları yüksəkdir. Günəş işığı bu törədicilərə məhvedici təsir göstərir. Vibrion (vəba törədicisi) qaynadıldıqda, habelə xlorlu əhəng və xloramin məhlulunun təsirindən tez məhv olur. Xəstəlik, ümumiyyətlə, nəcis bulaşmış çirkli su ya da bu suyla yuyulmuş qidalar vasitəsilə yayılır. Buna görə kanalizasiya və ya su təmizləmə sistemlərindəki hər hansı bir səhv vəbanın qısa müddətdə geniş əraziyə yayılmasına yol aça bilər. Vəbanı asanlıqla müalicə etmək mümkündür, lakin müalicə edilməzsə, %50 nisbətində ölümlə nəticələnə bilər.
Koley
Koley (q.yun. Κωλαῖος) – samoslu qədim yunan səyyahı və gümüş satışı ilə məşğul olan tacir. Atlantik okeanında olmuş adı bizə məlum olan ilk qədim yunandır. == Tartes şəhərinə səfər == Səyyahların adlarının anonim qaldığı qədim dövrdə Koley və Sostratın səyahətləri Herodot tərəfindən əhəmiyyətli sayılmış və o , onların adlarını qeyd etmişdi. Herodot yazır ki, Koley Tartes şəhərinə gedib çıxmış ilk yunandır (e.ə. VII əsrin ortaları) . O , şəhərin hökmdarı Arganthonios tərəfindən yaxşı qaşılanmış və hədiyyələrlə vətəni Yunanıstana yola salınmışdır. Koleyin Tartes şəhərinə səyahəti təsadüf nəticəsində baş tutmuşdu. Əslində, o, Misirə üzürdü, lakin güclü fırtına onun gəmisini istiqamətdən yayındırmışdı və Koley Cəbəllütariq boğazından keçərək müasir İspaniyanın cənub-qərbində yerləşən Tartes şəhərinə üzüb gəlmişdi. Koley bu səfərdən 30 sentner gümüş gətirmişdi, bu çox böyük uğur idi və buna görə də, Koley gümüşün 6 talant məbləğində onda bir hissəsini mis qab hazırlanmasına xərcləyib onu ilahə Hera məbədinə hədiyyə etmişdi.
Koşer
Koşer və ya Kaşer (İvrit: כשׁר; Sefarad Yahudilerince Kaşer, Aşkenaz Yahudilerince Koşer deyə tələffüz edilir) — Yəhudiliyə görə; yeyilməsi və istifadəsi qorxulu olmayan halal məhsullardır. Bunları təyin edən qaydalara isə Kaşerut ya da Kaşrut qaydaları adı verilər. Yəhudiliyə görə; yeyilməsi sərbəst və ya qadağan olan heyvanların siyahısı Tövratda verilmişdir. Buna görə: Quruda yaşayanlardan gevşiyən və cüt dırnaqlı olan heyvanların yeyilməsi sərbəst, bu xüsusiyyəti daşımayanlar isə qadağandır; bunlara əlavə olaraq donuz, dovşan və dəvə əti qadağandır. Hər cür böcək, sürünən və gəmirici yeyilməsi qadağandır. Quşlardan Tövratda adı keçən iyirmi quş xaricində qalanların yeyilməsi qadağandır. Balıqlardan pullu və üzgəci olanlar xaricində qalanların, qabıqlı heyvanların (midye, istridyə) və sprut, kalmar, xərçəng, krevet, kerevit, xərçəng, dəniz şabalıdının yeyilməsi qadağandır. Yeyilməsi qadağan olan heyvanlardan çıxan yumurta, süd kimi hər cür məhsulun (bal xaric) yeyilməsi qadağandır. Yeyilməsi sərbəst olan heyvanların seqmentinin şehita adı verilən xüsusi bir seqment texnikası ilə bu işin təhsilini almış və anatomiya məlumatı olan şohet adında səlahiyyətli tərəfindən edilməsi lazımlıdır. Şehita təhsilini almamış adam tərəfindən və ya şehita qaydalarına uyulmadan edilmiş seqment heyvanın ətini trefa (mundar) hala gətirər.
Köbər
Köbər (əvvəlki adı: Lüksemburq) — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Samux rayonunun Yenikənd kənd Sovetinin Lüksemburq kəndi Qırmızı Samux kənd Sovetinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Samux rayonunun Qırmızı Samux qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Lüksemburq kəndi Köbər kəndi adlandırılmışdır. == Toponimikası == Yaşayış məntəqəsi 1918-1920-ci illərdə milli qırğın zamam Ermənistandan didərgin salın­mış azərbaycanlı ailələrin məskunlaşması nəticə­sində yaranmışdır. Sonralar sovet dövründə kəndə beynəl­xalq sosial-demokrat hərəkatının fəalı, polşalı yəhudi inqilabçı sosialist Roza Lüksemburqun (1871-1919) soyadı verilərək, kəndin adı Lüksemburq olaraq təyin edildi (bu adı 1959-1990-cı illər arası həmçinin indiki Ağstafa şəhəri də daşıyırdı). == Coğrafiyası və iqlimi == Kənd Ceyrançöldə yerləşir. == Əhalisi == Əhalisinin sayı 947 nəfərdir. Əhalinin əsası azərbaycanlılardır.
Kövər
Kövər — Azərbaycan Respublikasının Yevlax rayonunun Malbinəsi inzibati ərazi vahidində kənd. == Tarixi == Yuxarı Qarabağ kanalının sahilində, Qarabağ düzündədir. Oykonim "mal-qara üçün ayrılmış örüş yeri" mənasındadır. Kövər variantında da qeydə alınmışdır.
Adelhayd Kofler
Adelhayd Kofler – Avstriyanın ixtiraçı, mineralogist və oftalmoloqudur. Vyana Universitetindən məzun olub. == Həyatı == Adelhayd Kofler 24 İyun 1889-cu ildə anadan olub. Amstetdə oxuduqdan sonra 1903-1907-ci illərdə Çexiyanın Brno şəhərindəki bələdiyyə qız məktəbində təhsilinə davam edib. 1907-1911-ci illərdə Vyana Universitetində ali təhsil alıb. 1911-ci ildə liseylərdə gənc qız şagirdlərə riyaziyyat, fizika fənnlərini öyrətmək üçün ixtisas imtahanından keçdi. 1912-ci ildə yüksək səviyyəli məktəblərdə dərs keçmək üçün yetərlilik imtahanı verdi. Daha sonra Vyanada liseydə dərs keçməyə başladı. 1913-cü ildə Fridrix Yohan Karl Bekin rəhbərliyi altında mineralogiya üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1917-ci ildən Vyana Universitetində oftalmologiya üzrə tibb təhsili aldı və 1921-ci ildə oftalmologiya üzrə doktorluq dissertasiyasını müdafiə etdi.
Filip Kotler
Filip Kotler (ing. Philip Kotler; 27 may 1931, Çikaqo, İllinoys) — ABŞ-nin Şimal-Qərb Universitetinin tərkibində olan C.L.Kelloqa adına Ali Menecment məktəbinin beynəlxalq marketinq üzrə proffesoru. Çikaqo Universitetində iqtisadiyyat üzrə magistr və fəlsəfə doktoru dərəcəsi almışdır. Filip Kotler 13 mart 2014-cü ildə Q. V. Plexanov adına Rusiya İqtisad Universitetinin hörmətli doktoru dərəcəsinə layiq görülmüşdür. == Bioqrafiya == Kotlerin valideynləri o zaman Rusiya imperiyasının tərkibində olan Ukraynada yaşayırdı. Onlar inqilabdan sonra, 1917-ci ildə ABŞ-yə mühacirət etmişlər. Marketinq və menecment üzrə bir çox kitabların, eyni zamanda aparıcı jurnallarda nəşr olunan 100-dən çox məqalənin müəllifidir. Journal of Marketing tərəfindən ən yaxşı məqalə üçün təltif edilən illik Alfa Kappa Psi mükafatına üç dəfə layiq görülmüş yeganə müəllifdir. Marketinq sahəsində göstərdiyi töhfələrə görə bir çox medallara və mükafat layiq görülmüşdür. Marketinqə aid bütün bilikləri sistemləşdirməsi onun əsas töhfələrindəndir.
Flip Kotler
Filip Kotler (ing. Philip Kotler; 27 may 1931, Çikaqo, İllinoys) — ABŞ-nin Şimal-Qərb Universitetinin tərkibində olan C.L.Kelloqa adına Ali Menecment məktəbinin beynəlxalq marketinq üzrə proffesoru. Çikaqo Universitetində iqtisadiyyat üzrə magistr və fəlsəfə doktoru dərəcəsi almışdır. Filip Kotler 13 mart 2014-cü ildə Q. V. Plexanov adına Rusiya İqtisad Universitetinin hörmətli doktoru dərəcəsinə layiq görülmüşdür. == Bioqrafiya == Kotlerin valideynləri o zaman Rusiya imperiyasının tərkibində olan Ukraynada yaşayırdı. Onlar inqilabdan sonra, 1917-ci ildə ABŞ-yə mühacirət etmişlər. Marketinq və menecment üzrə bir çox kitabların, eyni zamanda aparıcı jurnallarda nəşr olunan 100-dən çox məqalənin müəllifidir. Journal of Marketing tərəfindən ən yaxşı məqalə üçün təltif edilən illik Alfa Kappa Psi mükafatına üç dəfə layiq görülmüş yeganə müəllifdir. Marketinq sahəsində göstərdiyi töhfələrə görə bir çox medallara və mükafat layiq görülmüşdür. Marketinqə aid bütün bilikləri sistemləşdirməsi onun əsas töhfələrindəndir.
Fridrix Völer
Fridrix Völer (almanca Friedrich Wöhler; 31 iyul 1800-cü il Eşersxeym — 23 sentyabr 1882-ci il, Hettingen) — alman kimyaçısı, təhsilcə həkimdir . Kimyanı L.Gmelindən Heydelbergdə və Y.Berseliusdan Stokgolmda öyrəndi. 1831-ci ildən Kasseldə texniki məktəbin professoru idi, 1836-cu ildən ömrünün axırına qədər Hettingendə professor idi. 1853-cü ildən Peterburq Elmlər Akademiyasının xarici müxbir üzvü idi. 1824-cu ildə turşəng turşusunu kəşf etmişdir. == Sidik cövhərinin sintezi == 1824 ildə NH4CNO almaq istəyəndə, Völer ağ şəffaf kristallik maddə almışdır, hansı ki ammonium və sian turşuna qarşı heç bir reaksiya vermirdi. 1828 o qeyd etdi di bu maddə tərkib və xassəsinə görə sidik covhərilə oxşardır. Belə ki Völer ən birinci insan idi ki hansı ki qeyri-üzvi maddədən üzvi maddə sintez etmişdir, və bununla vitalistik elminin yayılmasına qədəm qoymuşdur. Ancaq sidik cövhərini sintezi yeganə faktor idi hansı ki həyat qüvvəsinə qədəm qoya bilmədi. Canlı qüvvənin kimyada yox olması ancaq 1860 ildə baş verdi, hansı ki fransız kimyaçısı P.E.M.Bertlonun sintezlərinin hesabına baş verdi.
Fərhad Köçər
Fərhad Köçər (d. 11 may 1970, Birecik, Şanlıurfa) — musiqiçisi, Cərrahpaşa Tibb fakültəsi Xəstaxanasında həkim, cərrah.
Horst Köhler
Horst Köler (alm. Horst Köhler‎, d. 22 fevral 1943 Skierbieszów, Polşa) — Almaniyanın IX prezidenti. Xristian Demokratik Birliyinin üzvü olan Horst Köler 2004-cü ildə prezident seçilib. O, 2009-cu ildə ikinci müddətə bu postu tutub. Prezident seçilənə qədər Keler 2000-2004-cü illərdə Beynəlxalq Valyuta Fondunun direktoru olub. 31 may 2010-cu ildə istefaya getdiyini açıqlayıb.
Klodett Kolber
Klodett Kolber (ing. Claudette Colbert; 13 sentyabr 1903[…], Sen-Mande, Fransa – 30 iyul 1996[…], Spaytstaun, Barbados) — amerika aktrisası.
Kolera (dəqiqləşdirmə)
Kolera — Vibrio cholerae adlı bakteriyanın səbəb olduğu nazik bağırsağın infeksion xəstəliyi. Bağırsaq infeksiyası, sərt və şiddətli ishal ilə müşahidə edilən bir xəstəlik. Kolera (musiqiçi) — Türkiyəli rep musiqi sənətçisi.
Kolera (musiqiçi)
Esen Güler ya da daha çox tanınan səhnə adıyla Kolera (23 sentyabr 1983, İstanbul), Türkiyə repçisi. == Həyatı == İstanbulda anadan olub. Ata tərəfi Bolqarıstandan, anası tərəfi isə Bosniya və Herseqovinadandır. Turizm və Otelçilik fakültəsini bitirib. O, 2006-cı il avqustun 1-də həm də rep ifaçısı olan Saqopa Kajmerlə evlənib və 2017-ci il noyabrın 20-də boşanıblar.
Koper FK
Koper – Sloveniyanın futbol klubu.
Kvadrat köklər
Kvadrat kökləri a {\displaystyle \!a} (2-ci dərəcəli kök) — x ⋅ x = a {\displaystyle x\cdot x=a} tipli bərabərliyin həlli. Bir çox hallarda x {\displaystyle \!x} və a {\displaystyle \!a} kimi rəqəmlər başa düşülür. Bəzən riyazi obyektlər, məsələn, matrisa və operatorlar kimi də ola bilərlər.
Köbər Zəyzid
Köbər Zəyzid — Azərbaycan Respublikasının Şəki rayonunun Orta Zəyzid kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Köbər Zəyzid Şəki rayonunun Zəyzid inzibati ərazi vahidində kənd. Baş Qafqaz silsiləsinin ətəyində, Qanıx-Əyriçay çökəkliyindədir. Köbər komponenti yaşayış məntəqəsini rayonun ərazisindəki Baş Zəyzid və Orta Zəyzid kəndlərindən fərqləndirməyə xidmət edir. Oykonimin "köbər" hissəsi bəzilərinin fikrincə əcdadları xəzərlərin kabar tayfası olan kəbirli tayfa adı ilə bağlıdır. Lakin azərbaycan dilində ayrıca "köbər" sözü mövcuddur, mənası da "dik yer, dikdir, dik torpaq qalağı, hündür yer" deməkdir. Bu cür açıqlama kəndin yerləşdiyi relyefi təsvir etdiyinə görə daha məntiqli ola bilər. Adın "zəyzid" (zəkzid/zəqzit) hissəsinə gəlincə isə, bəziləri onu monqol tayfalarından birinə məxsus olduğunu bildirirlər, lakin digər açıqlamalar da mövcuddur. Məsələn, xalq etimologiyasına görə "zəyzid" sözü üzdə əmələ gələn kəsiklərin müalicəsi üçün istifadə olunan Zəy adlı maddənin adı ilə bağlıdır. Hal-hazırda bu maddədən hələ də bərbərxanalarda istifadə olunur, qanı qısa müddətdə kəsmə qabiliyyətinə malikdir.
Kövər bələdiyyəsi
Yevlax bələdiyyələri — Yevlax şəhərində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Kələr (Ərdəbil)
Kələr (fars. كلار‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 65 nəfər yaşayır (15 ailə).
Laslo Köver
Laslo Köver (mac. Kövér László; 29 dekabr 1959, Papa[d], Vesprem) — Macar siyasi xadim, Macarıstan Milli Məclisinin sədri == Həyatı == Laslo Köver 29 dekabr 1959-cu ildə Macarıstanın Vesprem şəhərində anadan olmuşdur. 1987-ci ildə orta məktəb müəlliməsi Maria Beklə ailə həyatı qurmuş, cütlüyün 3 övladı dünyaya gəlmişdir. == Siyasi fəaliyyəti == Laslo Köver 1988-ci ildə FİDES partiyasının qurucusu Viktor Orbanın hökumətində Mülki Kəşfiyyat Xidmətləri üzrə nazir vəzifəsində çalışmışdır. Köver 2000-ci ildə partiya rəhbəri seçilsə də 2001-ci ildə bu vəzifədən istefa verdi. 2010-cu ildə Pal Şmit Macarıstan prezidenti seçilərək Milli Məclisin sədirliyi vəzifəsindən getdi. Nəticə də Laslo Köver 2010-cu il avqustun 5-də Macarıstan Milli Məclisinin yeni sədri oldu. 2 aprel 2012-ci ildə Pal Şmit prezident vəzifəsindən istefa etdikdə Laslo Köver müvəqqəti olaraq prezident vəzifələrini icra etdi. 2012-ci il 10 may seçkilərində Yanoş Ader prezident olması ilə Köver əvvəlki vəzifəsinə geri qayıtdı.
Pastora Soler
Pilar Sançes Luke (isp. Pilar Sánchez Luque; 28 sentyabr 1978, Koriya-del-Rio, Sevilya vilayəti[d], İspaniya), daha çox Pastora Soler kimi tanınır (isp. Pastora Soler) — İspaniya müğənnisi, Avroviziya 2012 mahnı müsabiqəsində İspaniyanın təmsilçisi.
Slavko Kolar
Slavko Kolar (xorv. Slavko Kolar; d. 1 dekabr 1891 – ö.15 sentyabr 1963) — Xorvat yazıçı. Gələcək yazıçının atası müəllim idi. Uşaqlığı Çazma şəhərində valideynləri ilə keçirib. Pojeqa və Zaqreb gimnaziyalarında təhsil alıb. Krijevtsidə kənd təsərrüfatı üzrə təhsil alıb. Birinci Dünya Müharibəsindən sonra öz təhsilini Fransada davam etdirib. Vətənə qayıtdıqdan sonra Krijevtsi, Çazma, Qorni Xruşevets, Petrinya, Slavonski Brod, Pojeqa və Bojyakovinada aqronom işləyib. Slavko Kolar Xorvatiya ədəbiyyatında realizm cərəyanının təmsilçilərindən idi.
Kohler xəstəliyi
Kohler xəstəliyi (ing. Kohlerˋs dis.) – pəncənin qayığabənzər sümüyünün osteonekrozudur.
Aleksandr Kolder
Aleksandr Kolder (23 avqust 1846[…], Aberdin – 4 iyun 1923, Pensilvaniya) — Amerikalı heykəltəraş. == Həyatı == Kolder 1846-cı il 24 avqustda Şotlandiyanın Aberdin şəhərində anadan olub. O, Edinburqdakı Kral Akademiyasında oxuduğu müddətdə heykəltəraş Con Rayndın yanında işləyib. Daha sonra Kolder Londona köçüb. 1868-ci ildə ABŞ-yə geri qayıdıb və Filadelfiyada məskunlaşıb. == Karyerası == 1873-cü ildə o memar Con Mark Arturun yanında işə başlayıb. 1875-ci ildə Siti Holu qülləsində Vilyam Penin bürünc heykəlini hazırlayıb. Hazırladığı bu əsərlə müsabiqəyə qatılıb və qalib gəlib. Bu heykəl dünyada bugünə qədər bina üzərində hazırlanan ən böyük əsər olaraq bilinir.
«Кара-коюнлу» (ковёр)