Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qavriil Kolesov
Qavriil Qavriloviç Kolesov (rus. Гаврил (Гавриил) Гаврильевич Колесов, saxa Гавриил Гаврилович Колесов; 8 mart 1932, Meqino-Xanqalas ulusu, Yakutiya MSSR – 31 avqust 1997) — Yakutiya aktyoru və yazıçı. RSFSR-in əməkdar artisti (1982), Yakutiya ASSR xalq artisti (1971). Qavriil Kolesov 1932-ci il 8 martda Yakutiyanın Meqino-Xanqalas ulusunun 2-ci Batarinski qəsəbəsində anadan olmuşdur. Atası kolxozçu olmuşdur, məktəb yaşına çatmamış xalq mahnıları və nağıllara maraq göstərməyə başlamışdır. Olonqoları dinləyərək, hekayələr və mahnıları əzbərləyirdi. 1950-ci ildə on səkkiz yaşında Yakutsk Radio Komitəsinin xoruna qəbul edildi. 1954-cü ildə Platon Oyunskinin “Nurgün Bootur Stremitelni" olonqosunu ilk dəfə ifa etdi. 1957-1997-ci illərdə P. A. Oyunskinin adına Yakutiya Dram Teatrında artist kimi çalışmışdır. Drama və musiqili tamaşalarda bir sıra yadda qalan obrazları yaratmışdır.
Qavril Kolesov
Qavril Qavrilov Kolesov — Rusiyanın dama ustası, 64 xanalı dama üzrə ixtisaslaşmış mütəxəsis. Kişilər arasında Rus və Braziliya daması üzrə dünya çempionu. 2010-cu ildə kişilər arasında Rus daması və bliz növü üzrə avropa çempionudur. Dəfələrlə kişilər arasında rus daması üzrə Rusiya çempionu, Dama üzrə Rusiya və dünya qrossmeysteri. Qavril Kolesov 7 sentyabr 1979 ildə Yakutiya MSSR Çurapçinski rayonu Dyabıla kəndində anadan olmuşdur. Artıq beş yaşından dama ilə məşğul olmağa başlayır. 1995 ildə D. P. Korkin adına respublika idman internat məktəbini bitirmişdir. 1996-cı ildə ilk dəfə olaraq Rus daması üzrə dünya çempionu olmuşdur. O, yakutlar arasında ilk beynəlxalq qrossmeysterdir. 2001-ci ildə Yakutiya Dövlət Universitetinin flialı olan Yakutiya pedoqojii instutunun Sosial müəllim fakultəsini bitirmişdir.
Elena Koltsova-Mosalskaya
Elena Koltsova-Mosalskaya (rum. Elena Ghica; 3 fevral 1828 və ya 22 yanvar 1828, Buxarest[…] – 17 noyabr 1888[…], Florensiya[…]) — Rumıniyalı rəssam, yazıçı və alpinist. Əsərləri Dora d'Istria təxəllüsü ilə nəşr edilmişdir. == Bioqrafiyası == Elena Gika mənşəyi Albaniyada axtarılan knyaz Qika ailəsindən gəlir. 17-ci əsrin ortalarından bu nəsldən çıxanlar Moldaviya və Valaxiyanın hökmdarları idi. Atası Şahzadə Mihay Qika idi. O, moldaviyalı Qreqori IV Qikanın əmisi oğlu idi. Knaqinya Koltsova-Mosalskaya gəncliyində əla təhsil alır. Sonradan xaricdə təhsilini davam etdirir. Rumın, rus, italyan, alman, ingilis, fransız, latın, qədim və müasir yunan, alban və s daxil olmaqla ondan çox dildə səlis danışan bir poliqlot idi.