Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Konso
Konso və ya Karati — Efiopiyanın cənub-qərbindəki Saaan çayı üzərində bir şəhərdir. Qonşu sakinlərdən bəziləri tərəfindən Pakavle adlanır. == Tarix == 1897-ci ildə Efiopiya imperatoru II Menelik şəhəri ələ keçirdi. Konso və onun mədəniyyəti XX əsrdə tədricən avropalılar tərəfindən aşkar edildi. Ata Azais 1931-ci ildə Vaqa (va'kka) heykəllərini təqdim etdi. 1956-cı ildə Murdok şəhərin arxeoloji meqalitlərini çuşti xalqı ilə əlaqələndirdi. 1962-ci ildə nəşr olunan Markets of Africa-da müəllif şəhərdəki yüksək səviyyəli qədim iqtisadi inkişafları qeyd edir. 1984-cü ildə Amborn bölgənin tarixi əmək tələb edən kənd təsərrüfatı texnikalarını öyrəndi. Ərazi, ümumdünya mədəni əhəmiyyətinə görə 30 sentyabr 1997-ci ildə UNESCO-nun Müvəqqəti Ümumdünya irsi siyahısına, 2011-ci ildə isə rəsmi olaraq Ümumdünya irsi siyahısına daxil edildi. Konso, Efiopiyada "mədəni landşaft" olaraq tanınan ilk yerdir.
Kolo-Kolo FK
"Kolo-Kolo" (isp. Colo-Colo; tam adı: Club Social y Deportivo Colo-Colo) — Çilidə futbol klubu. == Tarixi == 1925-cü ildə Santyaqoda yaranmışdır.
Koiso Kuniaki
Koiso Kuniaki (yap.小磯 國昭, 1 aprel 1880, Uçunomiya, Yaponiya—3 noyabr 1950, Tokio, Yaponiya) — Yaponiya siyasi xadimi. == Həyatı == Hərbi akademiyanı bitirdikdən sonra Yaponiya ordusunda xidmət edib, rus-yapon müharibəsinin iştirakçısı. 1932-ci ildə Kvantun ordusunun qərargah rəisi seçilir, sonralar 1934-cü ildə Koreyadakı yapon ordusunun baş komandanı seçilir. 1939 Yaponiya hakimiyyətində. 1939-1940 Yaponiyanın xarici işlər nazirliyində işləyib. 1942-1944 Koreya general-gubernatoru. 1944-də Yaponiyanın baş naziri seçilib, 1945-də vəzifəsindən azad edilib. Kapitulasiyadan sonra hərbi təxsirkar seçilib, muhakimə edilib və ömürlük həbs edilib.
Koloş (Uçalı)
Koloş (başq. Ҡолош, rus. Кулушево) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Uraz kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 48 km, kənd sovetliyindən (Bələbəy Kazakkol): 24 km. ən yaxın dəmiryol stansiyasından (Ural Tau stansiyası): 53 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100 %) üstünlük təşkil edir.
Koloş buzlağı
Koloş buzlağı (bolq. ледник Колош, ‘Lednik Kolosh’ \'led-nik 'ko-losh\) — 6.7 km uzunluğu, 3.6 km eni olan və Antarktidanın Qreyam Torpağının Qreyam sahiliindən qərbdə yerləşən buzlaqdır. Buzlaq Nesla buzlağından cənubda yerləşmişdir. Lisiya silsiləsinin qərb yamacını, Biqo dağının şimal yamacını əmələ gətirir. Buzlaq qərbi Bolqarıstandakı Konyavska dağının Koloş zirvəsinin adını daşıyır. == Yerləşməsi == Koloş buzlağı 65°44′50″ c. e. 64°18′30″ q. u. koordinatlarında yerləşmişdir.
Korso (Əlcəzair)
Korso (ərəb. قورصو‎, fr. Corso) — Əlcəzairin şimalında, Bumerdes vilayətində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 22 metr yüksəklikdə yerləşir, 22,4 km2 ərazini əhatə edir. Kommuna ölkənin paytaxtı Əlcəzairdən təqribən 41 kilometr şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 5 kilometr qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 20,705 idi.
Nijemo Kolo
Nijemo Kolo — Cənubi Xorvatiyada Dalmasiya mənşəli rəqs; 2011-ci ildən YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş rəqs. Nijemo Kolonu qrup icra edir. Bu rəqs zamanı kişilər tərəfindən qapalı dairə yaradılır və öz qadın partnyorları ilə sürətli, təsadüfi addımlarla rəqs edirlər. O rəqsin ən gözə çarpan aspekti tamamilə musiqisiz həyata keçirilməsidir. Bugün də Nijemo Kolo əvvəlki kimi yerli kəndli kollektivlər tərəfindən icra olunur və bu rəqsin ifasını festivallarda, müsabiqələrdə, yarrnarkalarda, kilsə bayramlarında və toylarda görmək mümkündür.
Tava Kolo
Tava Kolo (22 dekabr 1902 – 1 may 2021, Mamudzu) — Ən yaşlı insanlar arasında olan Mayotten olan Fransız qadın. Kolo 22 dekabr 1902-ci ildə Mayotte Passamainty şəhərində anadan olub. Eudoxie Baboulun ölümündən sonra, doğulduğu tarixin qeyri-müəyyənliyi səbəbiylə Fransada yaşayan ən yaşlı insan idi. 2017-ci ilin oktyabrında medianın diqqətini çəkən Kolonun doğum qeydləri şübhə doğururdu. Ən yaşlı insan tituluna sahib olan Yapon vətəndaşı Chiyo Miyakonun ölümündən sonra, 22 iyul 2018-ci ildə, 1977-ci ildən əvvəl Mayotte doğum qeydlərinin etibarlı olmadığı hesab edildikdən sonra bu ad Yaponiyanın Kane Tanakaya verildi. Kolo 118 yaşında, Fransanın Mayotte şəhərindəki Mamoudzouda 1 may 2021-ci ildə vəfat etdi.
Dabo kolo
Dabo kolo (amhar dilində: ዳቦ ቆሎ, Oromo dilində: Boqqolloo daabboo) kiçik, ədviyyatlı qızardılmış xəmir parçalarından ibarət olan Efiopiya və Eritreya mətbəxlərinə aid bir qəlyanaltıdır. Dabo kolo ifadəsi "qarğıdalı çörəyi" mənasını verir: "dabo" çörək, "kolo" isə qarğıdalı, qovrulmuş arpa, noxud, günəbaxan toxumu və digər yerli taxıl növlərinə aiddir. Qoz-fındıq, noxud ilə birlikdə qızardılmış xəmir və toxumlar. Kolo çörəyi adətən kağız konuslara bükülərək yerli köşklərdə satılır. Hazırlanması isə rulondan kəsilmiş xəmir parçalarının (cox kiçik parçalar) qızardılması ilə baş verir. Bəzən dadını şirinləşdirmək üçün bal da əlavə olunur. Dabo kolo, həmçinin Konqoda da məşhur bir barmaq yeməyi kimi tanınır. Nadir bir variant olaraq, dabo kolo qəhvə dənələri ilə də hazırlana bilər, bu daha çox ucqar dağlıq ərazilərə aiddir. Dabo kolo, Efiopiyada Yeni il şənliklərində xüsusi bir yemək olaraq verilir. Ənənəvi olaraq Beta İsrail (Efiopiya Yəhudiləri) icması tərəfindən Şənbə günü yeməklərində təqdim edilir.
Via del Korso
Via del Korso, qısaca Korso (it. Via del Corso) — Romanın qədim magistral yollarından biri olub, Piyaçça Venesiyadan başlayaraq Piyaçça Popoloyaqədər uzanır. Uzunluğu 1,6 km-dir. Antik vä orta əsrlərdə küçə “Via Lata” — “Geniş küçə” adlanırdı. İndiki adını XV əsrdən başlayaraq 1882 ci ilə qədər burada keçirilən atçılıq yarışlarından (it. corso) götürmüşdür.
EOLSS
EOLSS - Həyat təminatı sistemlərinin ensiklopediyası (ingiliscə, Encyclopedia of Life Support Systems). Ensiklopediya YUNESKO-nun himayəsi ilə yaradılmışdır. Ensiklopediyanın elektron variantı 50 milyon sözdən ibarət 180 cild təşkil edir. Sistem pulludur, lakin qısamüddətli müraciət və təhsil müəssisələri üçün xüsusi icazələr əldə etmək mümkündür. Müxtəlif sahələrə aid 16 ensiklopediyanı özündə birləşdirir.
Folsom
Folsom — Preri Platosunda (ABŞ) Paleolit dövrünə aid arxeoloji mədəniyyət. Bu termin ilk dəfə Kolorado Təbii Tarix muzeyinin direktoru Dade Figins tərəfindən 1927-ci ildə istifadə edilmişdir. İlk dəfə Nyu -Meksiko ştatında Folsom şəhəri yaxınlığında aşkar edilmişdir. Folsom düşərgələri bizon ovçularının müvəqqəti sığınacaqları olmuşdur. Kolorado ştatının şimal-şərqində uzun müddət istifadə olunmuş Lindenmeyer düşərgəsi müstəsnalıq təşkil edir. Buradan ocaq yeri, bizon, dəvə və s. heyvan sümükləri, daş nizə ucluqları, daş bıçaqlar, qaşovlar, muncuq və s tapılmışdır.
Kalço
Kalço:
Kilsə
Kilsə — Xristianlığın ibadətlərinin və digər bəzi dini vəzifələrin yerinə yetirilməsi üçün nəzərdə tutulmuş ictimai bina, məbəd. == İstinadlar == == Xarici keçidlər == •Xristian kilsəsinin parçalanması. Avropa xristianlarının şərq-müsəlmanölkələrinə qarşı apardıqları Səlib yürüşləri dünya tarixində böyük təsir gücünə,mühüm nəticələrəsəbəb olmuşdur. Xristian-katolik kilsəsinin başçılığı altında aparılan bu yürüşlər amansızlıq və qəddarlığı ilə yadda qalmışdı. IV əsrdə Roma imperiyasının parçalanması ilə xristian kilsəsi də bölündü. Qərbi Avropada xristian kilsəsinin başçısı Roma papası, Şərq (Bizans) kilsəsində isə Patriarx sayılırdı.Qərbi Roma imperiyasının xarabalıqları üzərində öz dövlətlərini quran Avropanın "barbar" başçılığı xristianlığı qəbul edərək bu hakimiyyətin İsa Peyğambər tərəfindən onlara verildiyini iddia etməyə başladılar. Bütün bunlar Qərbi Avropada xristian dinini möhkəmləndirdi. Papa və Patriarx arasında xristianların vahid lideri olmaq üstündə mübarizə 1054-cü ildə xristian dini və kilsəsinin rəsmi olaraq bölünməsi ilə nəticələndi. Qərb kilsəsi katolik (ümumdünya), Şərq isə pravoslav (həqiqi din) kilsəsi adlandı. 1091-ci ildə peçeneqlər Konstantinopola hücum edəndə Bizans imperatoru kömək üçün Roma papasına müraciət etdi.
Kolasu
Kolasu nekropolu —
Kolaz
Kolaz — Azərbaycanda əsasən bir sahildən digərinə insan, yük, heyvan və s. keçirmək məqsədilə işlədilən qədim su nəqliyyatı vasitəsi. Azərbaycanda eni 70-80 sm, hündürlüyü 26-30 sm-ə çatan, yonma üsulu ilə hazırlanmış, ən böyüyünün uzunluğu 7–8 m, ən kiçiyininki isə 3-4 metr olan qayıqlardan daha çox istifadə olunurdu. Təknəvari quruluşa malik olan belə qayıqlar Azərbaycanda kolaz adlanırdı. Kolaz bir çox xalqların dillərində də qayıq mənasında işlədilmişdir. XIX əsrin altmışıncı illərindən başlayaraq kolazın daha da təkmilləşdirilmiş formasından istifadə edilmişdir. Əvvəlkindən fərqli olaraq yeni kolaz qurama üsulu ilə hazırlanırdı. Belə kolazın oturacağı düz olduğundan ona bəzən "düz dibli kolaz" da deyilirdi. Kolazı hazırlamaq üçün əvvəlcə ağacdan qabırğa adlanan hissələr düzəldilir, həmin qabırğalara oturacaq və yan taxtaları vurulurdu. Kolazın iriliyindən asılı olaraq qabırğaların sayı 6-dan 14-ə qədər olurdu.
Kolba
Kolba — şüşə qab kimi tanınan laboratoriya təchizatının kateqoriyasına daxildir. Kolba müxtəlif həcmdə olur. == Kolbalar == Bunzen kolbası - filtrasiya sistemində istifadə edilir. Erlenmeyer kolbası - analitik işlərdə istifadə edilir. Vürs kolbası - yanma reksiyalarında istifadə edilir. Klayzen kolbası - adi təzyiqdə vakuum yanma reksiyalarında istifadə edilir. == Ədəbiyyat == Словарь иностранных слов. М., «Сирин», 1996, с.234 С. И. Ожегов. Словарь русского языка.
Koley
Koley (q.yun. Κωλαῖος) – samoslu qədim yunan səyyahı və gümüş satışı ilə məşğul olan tacir. Atlantik okeanında olmuş adı bizə məlum olan ilk qədim yunandır. == Tartes şəhərinə səfər == Səyyahların adlarının anonim qaldığı qədim dövrdə Koley və Sostratın səyahətləri Herodot tərəfindən əhəmiyyətli sayılmış və o , onların adlarını qeyd etmişdi. Herodot yazır ki, Koley Tartes şəhərinə gedib çıxmış ilk yunandır (e.ə. VII əsrin ortaları) . O , şəhərin hökmdarı Arganthonios tərəfindən yaxşı qaşılanmış və hədiyyələrlə vətəni Yunanıstana yola salınmışdır. Koleyin Tartes şəhərinə səyahəti təsadüf nəticəsində baş tutmuşdu. Əslində, o, Misirə üzürdü, lakin güclü fırtına onun gəmisini istiqamətdən yayındırmışdı və Koley Cəbəllütariq boğazından keçərək müasir İspaniyanın cənub-qərbində yerləşən Tartes şəhərinə üzüb gəlmişdi. Koley bu səfərdən 30 sentner gümüş gətirmişdi, bu çox böyük uğur idi və buna görə də, Koley gümüşün 6 talant məbləğində onda bir hissəsini mis qab hazırlanmasına xərcləyib onu ilahə Hera məbədinə hədiyyə etmişdi.
Kolik
Kolik (yun. κωλικη (νόσος) — "bağırsaq sancıları/ağrıları", lat. cōlicus) — bir-birinin ardınca sancı şəkilli kəskin ağrılar. Qarın boşluğu üzvlərinə müvafiq öd kisəsi daş(lar)ının öd axacaqlarını tutması nəticəsində meydana çıxan qaraciyər və pankreas, böyrək daş(lar)ının sidik axarlarını tutması nəticəsində meydana çıxan böyrək, bağırsaq keçməzliyi nəticəsində meydana çıxan bağırsaq sancıları ya kolikləri mövcuddur.
Kolit
Kolit (yun. κῶλον (kolon) + ίτις (itis) ; azərb. Yaralı kolit xəstəliyi‎) — kolit xəstəliyi yoğun bağırsağın iltihabi və xroniki xəstəliyi. Bu zaman bağırsaqda çoxsaylı yaralar əmələ gəlir, bağırsağın selikli qişası zədələnir, şişkinləşir, damar şəbəkəsi pozulur, nəticədə hətta qansızmalar yarana bilir. Yaralı kolit xəstəliyi hər yaşda rast gəlinməsinə baxmayaraq, sıxlıqla 16-40 yaş arasında görülür. Xəstəliyin yaranma səbəbi dəqiq bilinmir. Güman olunur ki irsi amil, immunitetin pozulması (bədəndə gedən autoimmun reaksiyalar), bəzi zərərli qidalar, bakteriya və viruslar xəstəliyin yaranmasında mühüm rol oynayır. == Xəstəliyin əlamətləri == Qanlı ishal selikli-çirkli-qanlı nəcis ifrazı defekasiyanın ağrılı olması qarında sancılar çəki azlığı və tempratur Xəstəliyin kəskinləşmə və sakitlik dövrləri var. Kəskinləşmə dövründə insanda halsızlıq, oynaq ağrıları, ağızda yaralar meydana gələ bilər. Xəstəliyin diaqnostikası kolonoskopiya müayinəsinə əsasən aparılır.İlkin diaqnostika zamanı bağırsağın digər iltihabi xəstəliyi olan Kron xəstəliyini inkar etmək üçün patohistoloji müayinə aparılmalıdır.
Kollu
Kollu (Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda kənd. Kollu (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd.
Kölgə
Kölgə — işığın şəffaf olmayan bir obyekt tərəfindən qarşısının kəsilməsi ilə işıqlı bir yerdə meydana gələn qaranlıq sahədir. İşıq mənbəyindən çıxan işıq bir cismə dəydikdə, cisimin işıqlandırılmış üzünün əksi tərəfində formalaşan qaranlıq hissəyə kölgə deyilir. Bir nöqtəvi işıq mənbəyindən çıxan şüalar düz xətti bir yol izləyirlər. Mənbədən gələn bəzi şüalar qarşısında yerləşdirilən qeyri-şəffaf bir cismin arxasına keçə bilər, bəzi şüalar isə keçə bilmir. İşıq mənbəyindən çıxan heç bir işığın çata bilmədiyi cismin arxasındakı hissəyə tam kölgə deyilir. Bəzi şüaların çata bildiyi və bəzilərinin çata bilmədiyi hissədə meydana gələn qaranlığa isə yarı kölgə deyilir. Cismin kölgəsi obyektdən uzaqlaşdıqca böyüyür, yaxınlaşdıqca kiçilir. Belə hadisələrə insanlar kölgə deyir. Ən böyük kölgələr səhərlər və axşam qaranlıq düşməzdən əvvəl yaranır. Eyni zamanda, günəş saatı kölgə ilə göstərilən rəqəmə görə vaxtı göstərir.
Horst Köler
Horst Köler (alm. Horst Köhler‎, d. 22 fevral 1943 Skierbieszów, Polşa) — Almaniyanın IX prezidenti. Xristian Demokratik Birliyinin üzvü olan Horst Köler 2004-cü ildə prezident seçilib. O, 2009-cu ildə ikinci müddətə bu postu tutub. Prezident seçilənə qədər Keler 2000-2004-cü illərdə Beynəlxalq Valyuta Fondunun direktoru olub. 31 may 2010-cu ildə istefaya getdiyini açıqlayıb.
Kaleo Kihlenq
Kalsoy adası
Kalsoy (far. Kalsoy) — Farer adalarının şimalında yerləşən ada. 2013-cü il məlumatına görə adada 95 nəfər yaşayır. Sahəsi 30.9 km²-dır. Ən yüksək nöqtəsi hündürlüyü 788 m-dir. == Ədəbiyyat == Swaney. Iceland, Greenland & the Faroe Islands (3rd edition). Lonely Planet Publications. 1999 [1991]. ISBN 0-86442-453-1.