Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Konsert
Konsert (lat. concertо — yarışıram) — əvvəlcədən hazırlanmış müəyyən proqram üzrə musiqi əsərlərinin, mahnıların, musiqilərin dinləyicilər qarşısında ifa olunması.
Konsern
Konsern — investisiya, maliyyə, təbiəti mühafizə, xarici iqtisadi və digər müştərək fəaliyyətin, elmi-texniki və istehsalın inkişafı funksiyalarının könüllü mərkəzləşməsi əsasında fəaliyyəti və eləcə də müəssisələrin təsərüfat hesablı xidmətlərinin təşkilini həyata keçirən müəssisələr birliyidir. Formal olaraq müstəqil, üzərlərində maliyyə nəzarəti qoymaq yolu ilə bir sıra müəssisələri birləşdirən inhisardır. Burada nəzarət baş firmaya məxsusdur. Konsern adətən müxtəlif sənaye sahələrinin müəssisələrini, ticarət firmalarını, bankları, nəqliyyat və maliyyə kompaniyalarını birləşdirir. Müasir dövrdə trestlərin konsernə çevrilməsi geniş yayılmışdır. XX əsrin 60-cı illərində, xüsusilə ABŞ-də böyük surətlə konqlomeratlar meydana gəlmişdir. Konqlomeratlar bir- biri ilə funksional əlaqəsi olmayan müəssisələrin kompaniyalar tərəfdən udulması yolu ilə yaradılmışdır.
Konserv
Konserv (lat. conservo - saxlanma) — xammalların yuma, ayırd etmə, soyma, doğrama, qaynatma və ya qızartma kimi ön əməliyyatlardan keçirildikdən sonra, lazımlı əlavələr (yağ, sous, şoraba v. b.) edilərək doldurulub bağlanıldığı hava sızdırmayan metal qutu və ya qablarda yüksək istiliklərə təbii/tabe tutulması və beləcə içində olması olabiləcək bütün mikroorqanizmlərdən təmizlənilməsi nəticəsi qida maddəsinin soyuq mühitdə qalması lazım olmadan pozulmadan illərcə söykən/dözməsini təmin edən əməliyyatlara və bu əməliyyatlar nəticəsi çıxan məhsullara konserv deyilir. == Konservin Tarixçəsi == İlk konserv şüşə qab içində 1804-cü ildə Nicolas Appert tərəfindən edilmişdir. Geniş ağızlı bir şüşə qab içinə konserv edəcəyi qidası qoyan Appert, qabın ağızını bir göbələk tibbə ilə zəif olaraq bağlamışdır. Hazırlanan qabdakı qidanın üzərində olan havanı götürmək üçün qabı 30. 60. dk. Qaynatmaqda olan su içində tutmuşdur. Daha sonra göbələk tıpayı möhkəmcə bağladıqdan sonra qabdakı konserv edilən maddənin uzun müddət söykən/dözdüyünü görmüşdür.
Duy (konsert)
Öpsən (konsert)
Aranxues konserti
Aranxues konserti (isp. Concierto de Aranjuez) — ispaniyalı bəstəkar Xoakin Rodriqo tərəfindən yazılmış musiqi kompozisiyası (klassik gitara və orkestr üçün solo konsert). Bu, Rodriqonun ən məşhur əsəridir və onu XX əsrin ən görkəmli ispan bəstəkarları arasında bərqərar etmişdir. Rodriqo bu konserti 1939-cu ilin yazında Parisdə yazmışdır. Konsert ilk dəfə 9 noyabr 1940-cı il tarixində Barselonada Rodriqonun əsərini həsr etdiyi ispan gitaraçısı Rexino Sayns de la Masa tərəfindən ifa edilmişdir. Orkestrə Sesar de Mendosa Lassal dirijorluq edirdi. Konsert təl Rodriqonun ən populyar əsəri deyil, həm də XX əsrin klassiki musiqisinin ən məşhur əsərlərindəndir. Əsərin adı Rodriqonun arvadı ilə bal ayını keçirdiyi Aranxuesdəki kral sarayının bağlarına işarədir. Rodriqo əsərə XVIII əsrdə IV Karl və VII Ferdinandın hakimiyyət illərində ispan sarayında ab-havanı gətirmişdir, amma eyni zamanda Rodriqonun 1939-cu ildə yaşadıqları və düşüncələri də hiss olunur. Rodriqo və arvadı uzun müddət Kosertin ikinci hissəsinin mənşəyi barədə susmuşdular, buna görə də Adajionun 1937-ci ildə Gernikanın bombalanmasının təsiri altında yazıldığı versiyası çox populyar idi.
Aranxues konserti"

Avropa Konserti
Avropa konserti (ing. Concert of Europe) yaxud Vyana Sistemi — Napoleon müharibələrinin sona çatdığı 1815-ci ildən I Dünya Müharibəsinin baş verdiyi 1914-cü ilə qədər keçən dövrdə, Avropa dövlətlərinin beynəlxalq arenada siyasi qüvvələr nisbətini nəzərə alaraq hərəkət etmələrini təmin edən sistem. Vyana konqresindən sonra həyata keçirildiyi üçün Konqres Sistemi olaraq da bilinir. Konsert sistemi adətən böyük dövlətlərin sülh şəraitinin pozulmasına inandıqları zaman topladıqları konfranslar şəklində aparılırdı. == Ümumi məlumat == Avropanın konserti, Napoleonun imperatorluğunu məğlub edən, Dördlü İttifaq ölkələri tərəfindən, yəni Avstriya, Prussiya, Rusiya və Britaniya tərəfindən yaradılmış, daha sonra isə Fransanın da daxil olması ilə üzv ölkələrin sayı beçə çatmışdır. Bu yaradılmış sistemdə, əvvəllərdə İngiltərənin Xarici İşlər Naziri Robert Stüart, Avstriya Kansleri Klement von Metternix və Rusiya Çarı I Aleksandr baş rol oynayırdı. Şarl Moris de Talleyrand-Prigord, Fransanın yenidən beynəlxalq diplomatiyada digər böyük dövlətlərin yanında yer almasını təmin etdi. Avstriyanın Almaniya Konfederasiyası daxilində dominant güc olması və Avstriya Kansleri Metternixin mühafizəkar mövqeləri səbəbiylə Konsert dövrü, "Metternix Dövrü" olaraq xatırlandığı kimi, Vyana Konqresinin Avropanı Fransa inqilabından əvvəlki status-kvoya gətirmək yolunda reaktiv səyləri üzündən "Avropa Bərpa Dövrü" olaraq da adlandırılır. Almanca (alm. Pentarchie‎ (pentarşi)) və rusca isə Vyana Sistemi (rus.
Konsort Şahzadə
Kral-konsort, şahzadə-konsort və ya kraliça-konsort (Prince consort) — monarxın həyat yoldaşı (kişi və ya qadın özü monarx olduqda bu titul işlədilmir). Müasir dövrün konsortları II Elizabetin həyat yoldaşı şahzadə Filip və Danimarkanın kraliçası II Marqretin əri şahzadə Henrikdir. Kraliçanın həyat yoldaşının yüksək statusunu göstərmək üçün ona şahzadə, şahzadə-konsort və ya kral-konsort titulu verilə bilər. Kraliçanın ölümündən sonra konsort titulu itirilir və sadəcə şahzadə və ya hersoq çağrılır. Anoloji status, kraliça-konsort kralın da həyat yoldaşına verilə bilər. Məsələn, VI Georqun həyat yoldaşı kraliça II Elizabetdə bu statusu daşımışdır (1936—1952).
Kral-konsort

Kraliça-konsort

Şahzadə-konsort

Pişik konserti
Pişiyin konserti (ing. The Cat Concerto) — 26 aprel 1947-ci ildə çəkilmiş "Tom və Cerri" cizgi filminin seriyasıdır. Pişik konserti — Internet Movie Database saytında.
Aygün Şou (konsert)
Banqladeş üçün konsert
Banqladeş üçün konsert (ing. The Concert For Bangladesh) — Corc Harrison və Ravi Şankar tərəfindən 1 avqust 1971-ci ildə Nyu-Yorkun Medison-skver-qarden idman kompleksində təşkil edilən iki xeyriyyə konsertinin adı. Dağıdıcı Bhola siklonundan və Banqladeş istiqlal müharibəsində Pakistan ordusunun hərəkətlərindən zərər çəkən Şərqi Pakistandan (indi Banqladeş) olan qaçqınlara yardım etmək üçün vəsait toplamaq məqsədilə təşkil edilən konsertlərə təxminən 40 min adam qatıldı. "Banqladeş üçün konsert" tarixdə ilk böyük xeyriyyə konserti sayılır. Konsertdə bir çox tanınmış ifaçı çıxış etdi: Bob Dilan, Erik Klepton, Corc Harrison, Billi Preston, Leon Rassell, Rinqo Star və britaniyalı Badfinger qrupu. 1971-ci ilin ekabrında The Concert for Bangladesh musiqi albomu, 1972-ci ildə isə konsert filmi çıxdı. 2005-ci ildə yeni çəkilmiş sənədli filmin də daxil edildiyi DVD buraxıldı. Konsertdən 243 418 ABŞ dolları vəsait toplandı və BMT Uşaq Fonduna verildi. Albom və DVD-nin satışlarından daxilolmalar BMT Uşaq Fondu nəzdindəki Corc Harrison fonduna daxil olmaqda davam edir.
Canlı konsert (albom)
Harpa (konsert zalı)
Harpa konsert zalı — İslandiyanın paytaxtı Reykyavik şəhərində yerləşən konsert zalı == Tarixi == Harpa konsert zalı Danimarka memarlıq şirkəti "Henninq Larsen" və əməkdaşı olan danimarkalı-islandiyalı rəssam Olafur Elassonun işi əsasında tikilmişdir. Tikinti işləri 2007-ci il 12 yanvarda başlamış, 2011-ci ildə tamamlanmışdır. Açılış mərasimi isə 13 may 2011-ci ildə baş tutmuşdur. Tikinti zamanı 164 milyon ABŞ dolları sərf olunmuşdur. Tikiliyə adı 11 dekabr 2009-cu ildə — İslandiya Musiqi Günündə verilmişdir. Hazırda konsert zalında İslandiya Simfonik Orkestrı çıxış edir. Konsert zalı Portus kompaniyasına məxsusdur. == Memarlığı == Bina müxtəlif rənglərdəki geometrik formalı şüşə panellərlə örtülmüş polad karkasdan ibarətdir. Binanın hündürlüyü 43 metrdir.
Konsert (film, 1961)
== Məzmun == Burada tanınmış müğənnilərdən Rauf Atakişiyev və Firəngiz Əhmədova çıxış edirlər.
Olduğu kimi (konsert)
Olduğum kimi (konsert)
Bilkent konsert zalı
Bilkent konsert zalı — Ankaranın Çankaya səmtində, Bilkent Universitetinə bağlı Musiqi və İfa Sənətləri Fakültəsində yerləşən konsert salonudur. 15 oktyabr 1994-cü ildə açılışı olan zalın memarları Erkut Şahinbaş və İlhan Kural, akustika üzrə mütəxəssisi isə finlandiyalı memar Matti Heykkinendir. Zalın əsas istifadəçisi Bilkənt Simfonik Orkestri olsa da, O, həmçinin Ankara Caz Festivalı və Beynəlxalq Ankara Musiqi Festivalı kimi müxtəlif milli və beynəlxalq musiqi tədbirləri çərçivəsində onlarla sənətçi, musiqi qrupları və orkestrə ev sahibliyi edir. İlham Gencer, Tahir Aydoğdu, Nilüfer Ruacan, Yıldız İbrahimova, Ayşe Tütüncü və Fahir Atakoğlu kimi sənətçilər salonda konsert verən önəmli adlar arasındadır. == Memarlıq xüsusiyyətləri == Bir çox binaya imza atan memarlar Erkut Şahinbaş və İlhan Kuralın birgə layihələndirdiyi konsert salonu 1993–1994-cü illər arasında Tepe İnşaat tərəfindən inşa edilib. Ümumi istifadə sahəsi 14328 kvadratmetr olan zalın tamaşaçı tutumu 800 nəfərdir. Finlandiyalı memar Matti Heikkinen üç mərtəbəli konsert zalının akustik məsləhətçisi idi. Akustik panelləri və səhnə lifti sistemi olan konsert zalı orkestr çuxuru yaradaraq səhnə əsərlərinin ifasına da şərait yaratmışdır. 800 nəfərlik zal həm də səsyazma studiyasıdır. 1 noyabr 1994-cü ildə Bilkənt Simfonik Orkestrinin açılış konsertinin keçirildiyi zalda iki Steynvey D model konsert pianosu var.
Beş dəqiqəlik konsert
Beş dəqiqəlik konsert qısametrajlı sənədli film-konserti rejissor Vladimir Yeremeyev tərəfindən 1941-ci ildə çəkilmişdir. Bakı Kinostudiyasında istehsal edilmişdir. Film-konsertdə əməkdar incəsənət xadimi Q.Salahovun rəhbərliyi altında Azərbaycan Rəqs və Nəğmə Ansamblının ifasında beş ən yaxşı xalq rəqsi göstərilir. == Məzmun == Xüsusi buraxılışdır. Film-konsertdə əməkdar incəsənət xadimi Q.Salahovun rəhbərliyi altında Azərbaycan Rəqs və Nəğmə Ansamblının ifasında beş ən yaxşı xalq rəqsi göstərilir. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Simfonik orkestr üçün konsert
Böyük simfonik orkestr üçün konsert — 1964-cü ildə bəstəkar Soltan Hacıbəyov tərəfindən simfonik orkestr üçün yazılmış kompozisiya əsəri. "Böyük simfonik orkestr üçün konsert" əsəri – təzadların parlaqlığı, orkestr rənglərinin zənginliyi ilə seçilən kompozisiya əsəridir. Digər əsərlərində olduğu kimi, konsert əsərində də Soltan Hacıbəyovun yaradıcılıq üslubunun xarakterik xüsusiyyətləri – obrazların janr məişət səciyyəsi və təsviriliyi öz ifadəsini tapır. Lakin bəstəkarın "Karvan" simfonik lövhəsi və "Simfonik orkestr üçün üvertura" əsərlərindən fərqli olaraq, konsert əsərində janr-məişət təsviri fon rolunu oynayır. Bu fonda psixoloji hadisələrdə – bəstəkarın həyat haqqında, sənətkarın cəmiyyətdəki yeri barədə fikirləri, onun dünyada baş verən mürəkkəb prosesləri düşünmə cəhdləri öz əksini tapır. Birhissəli konsert əsərinin ideya-bədii konsepsiyası dörd bölmədə açıqlanır. El şənliyinin çoxrəngli mənzərəsi – birinci və ikinci bölmələr, subyektiv-lirik düşüncə – üçüncü bölmə, daim hərəkətə çağıran həyat burulğanı – dördüncü bölmə bir-birini əvəz edir. Konsert əsərinin quruluşunu əmələ gətirən bu dörd bölmə sonata-simfonik silsilənin hissələrinə uyğun gəlir. Birinci bölmə əsərin ideya-məna mərkəzidir, ikinci bölmə əvvəlkinin obrazlı inkişafını davam etdirərək, onun yeni cəhətlərini açır. Üçüncü bölmə əsas dramaturji xətti gərginləşdirir, dördüncü bölmə isə silsiləni yekunlaşdırır.
Ya devuşka vostoçnaya (konsert)
Şou Aygün Rəhimli (konsert)
Konvent
Milli Konvent (fr. Convention nationale) və ya Konvent — Böyük Fransa inqilabı dövründə (1792—1795) qanunverici (səlahiyyət məhdudiyyəi olmayan) orqan. Təşkilat məclis formasında 10 avqust 1792 ci ildə kral hakimiyyətinin süqutundan, "vətən təhlükədədir" elan edildikdən sonra yaranmışdır. Konventə ilk seçki 25 yaşına çatmış (dahasonra 21 yaş) kişilərdən 26 avqust 1792 ci ildə, depatament seçkisi isə həmin ilin 2 sentyabrında keçirilmişdir. 1792 ci il 21 sentyabrda Milli Konvent ilk məclisini keçirərək, kral idarə üsulunun ləğv olunması və respublika elan olunması ilə əlaqədar deklorasiya qəbul edir. Konventdə çoxluğu jirondistlər (500 nəfər) və onların tərəfdarları sağ cinahı, azlıqda olan montanyarlar (dağlılar) isə sol cinahı təşkil edirdilər. İlk iclasdan başlajaraq jirondistlərlə montanyarlar arasında gərgin mübarizə başlanmış olur. Sentyabr qətliamı günahkarlarının cəzalandırılması ilə əlaqəli debatlar gərgin şəraitdə keçir. Jirondistlər montanyarları diktaturaya can atmaqda günahlandırırlar. Kəskin fikir ayrılığı 1792 ci il, 16 oktyabrda məhkəmənin XVI Lüdovikin edam qərarı ilə bağlı olmuşdur.
Kövsəri
Əqil Kövsəri Ərdəbili — XVII əsrdə yaşayıb Nizami ənənələrini davam etdirən Azərbaycan şairlərindən biri. == Həyatı və yaradıcılığı == Kövsəri Səfəvilər sülaləsindən I Şah Abbas (1587-1629) dövründə İsfahanda (Səfəvilərin həmin dövr paytaxtı) yaşayıb-yaratmışdır. Kövsərinin “Leyli və Məcnun”, “Şirin və Fərhad” poemalarından başqa digər əsərləri məlum deyildir. Məhəmmədəli Tərbiyət “Daneşməndane-Azərbaycan” adlı əsərində Kövsəri haqqında yazır: == Tədqiqi == Müasir İran alimlərindən doktor Tələt Bəsari Tehranda nəşr olunan “Suxən” jurnalında nəşr etdirdiyi “Çöhreye Şirin” adlı məqaləsində Firdovsinin, Nizami və onun xələflərinin Şirin haqqında şeirlərindən nümunələr vermişdir. Alim buraya Kövsərinin də adını daxil etmişdir. Amma nədənsə şairin şeirlərindən nümunə gətirməmiş və yalnız adını çəkməklə kifayətlənmişdir. Müasir Azərbaycan alimlərindən R. Azadə özünün “Azərbaycan epik şeirinin inkişaf yolları” adlı əsərində Kövsərinin həyat və yaradıcılığına diqqət yetirib,, onun “Şirin və Fərhad” əsərinin geniş təhlilini vermiş, şairin Azərbaycan ədəbiyyatında tutduğu mövqeyi dəyərləndirmişdir.
Konfet
Konfet (Latın dilində: confectum, «hazırlanma») — müxtəlif növ şəkər və ya şokalad məmulatı. Tarixi XVI əsrə təsadüf edir. Kоnfеt məmulаtı müхtəlif yеyinti хаmmаlı qаtılmаqlа şəkər-pаtkа şərbəti əsаsındа hаzırlаnmış yüksək qidаlı qənnadı məhsuludur. Kоnfеt kütləsini hаzırlаmаq üçün əlаvə оlаrаq yаğ, süd, mеyvə-giləmеyvə pürеsi, yumurtа аğı, qоz, bаdаm, şоkоlаd, qəhvə, vаfli təbəqələri və s. məhsullаrdаn istifаdə еdilir. Kоnfеt məmulаtı şirələnmiş və şirələnməmiş, şоkоlаdlı içlikli və şəkər kirşаnındа növlərinə аyrılır. Kоnfеtlər bükülmüş, qismən bükülmüş və bükülməmiş оlur. Kоnfеtlərin üzəri şоkоlаdlı şirə və yаğlı şirə ilə şirələnir. Fоrmаlаnmаsınа görə kоnfеt kütləsinin fоrmаlаrа çökdürülməsi, yахıb dоğrаmа və fоrmаlаrа tökmə, ştаmplаnmа, prеslənmə üsullаrı fərqlənir. Əsаs gövdəsindən аsılı оlаrаq kоnfеtlər аşаğıdаkı qruplаrа bölünür.