KONSERTMÉYSTER

[ alm. konzertmeister]
1. Simfonik orkestrdə solist və ya birinci skripkaçı, arfaçı və s.
2. Oxuyacaqları şeyləri öyrənməkdə müğənniyə kömək edən müşayiətçi – pianoçu.
KONSERTİ́NO
KONSERV
OBASTAN VİKİ
Konsertmeyster
Konsertmeyster(alm. Konzertmeister‎) — orkestrdə hər hansı alətlər qrupunun başçısı olub, həmin qrupun musiqiçilərini öz ardınca apararaq, onlara ifaçılıq üsullarını göstərir. Məsələn, birinci skripkaların, violonçel qrupunun konsertmeysteri. Məsuliyyətli solo epizodlarının ifası da onlara tapşırılır. Simfonik orkestrdə birinci skripkaların konsertmeysteri, eyni zamanda bütün orkestrin konsertmeysteri hesab olunur. Müğənniləri və çalğıçıları müşayiət edərək, onlarla məşq edən və konsertlərdə çıxış edən pianoçuya da konsertmeyster deyirlər. == Opera konsertmeysteri == Opera konsertmeysteri sadəcə pianoçu müşayiətçisi deyil, həm də dirijorun baş köməkçisidir. Tamaşanın hazırlanmasında və onun gələcəkdə (premyeradan sonra) lazımi səviyyədə dəstəklənməsində onun sağ əlidir. Səhnə konsertmeysteri quruluşçu dirijorun konsepsiyasını ifaçılara çatdırır və ona uyğun olaraq solistlərlə vokal hissələri hazırlayır ki, bu da opera tamaşası üzərində işləyərkən çox vacibdir. Konsertmeysteri daha çox dirijorun köməkçisi adlandırmaq olardı.

Digər lüğətlərdə