Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Amerikanskaya Koşka
Amerikanskaya Koşka (rus. Американская Кошка) — Çukot Muxtar Dairəsinin cənubunda yerləşən burun. Sahillərini Anadır körfəzinin suları yuyur. Anadır çayının sağ sahili boyunca uzanan dilin sonucunu təşkil edir. Burunun sahilə sularında dərinlik 0,6 – 2 m arasında dəyişir. Əsasən çınqıl və qumdan təşkil olunmuşdur. Burun Markov kəndinin sakinləri tərəfindən adlandırılmışdır. Belə ki, 1865-ci ildə buradan transberinq telefon xəttini çəkərkən amerikalı işçilər işləmişdir. Kazaklar isə dil və ya dayazlığı "Koşka" olaraq adlandırırdılar. Burunda RF Müdafiə Nazirliyi tərəfindən naviqasiya işarəsi qoyulmuşdur.
Elena Koşka
Yelena Koşka (rus. Елена Кошка, ing. Elena Koshka; 18 may 1993, Kazan) — Rusiyada doğulmuş ABŞ pornoaktrisa və erotik modeli. == Həyatı == SSRİ-nin süqutundan iki il sonra — 1993-cü il 18 mayda Tatarıstanın paytaxtı Kazan şəhərində anadan oldu. Gənc yaşında ailəsi ilə birlikdə Oreqon ştatının Portlend şəhərinə köçdü. 21 yaşında Los-Ancelesə köçdü. Burada porno sənayesinə addım atdı. Koşka 2022-ci ildə "XBIZ Mükafatı" qazanmışdır.
Yelena Koşka
Yelena Koşka (rus. Елена Кошка, ing. Elena Koshka; 18 may 1993, Kazan) — Rusiyada doğulmuş ABŞ pornoaktrisa və erotik modeli. == Həyatı == SSRİ-nin süqutundan iki il sonra — 1993-cü il 18 mayda Tatarıstanın paytaxtı Kazan şəhərində anadan oldu. Gənc yaşında ailəsi ilə birlikdə Oreqon ştatının Portlend şəhərinə köçdü. 21 yaşında Los-Ancelesə köçdü. Burada porno sənayesinə addım atdı. Koşka 2022-ci ildə "XBIZ Mükafatı" qazanmışdır.
Kaska
Dəbilqə və ya kaska — başı yaranmış təhlükələrdən, əsasən yaralanma və zədələnmələrdən qoruyan baş geyimi. Dəbilqə, əsasən, zərbəyə davamlı materiallardan hazırlanır. Ondan müxtəlif sahələrdə (idmanda, işdə və s.) istifadə edirlər.
Konka
Konka — relslər üzərində at qüvvəsi ilə hərəkətə gətirilən nəqliyyat vasitəsi, at-dəmiryolu. == Ümumi məlumat == XIX əsrin axırlarında Bakıda sərnişin daşımaq üçün relslər üzərində at qüvvəsi ilə hərəkətə gətirilən nəqliyyat vasitəsindən, konkadan da istifadə olunurdu. Bakıda "At-dəmir yolu səhmdar cəmiyyəti"nə məxsus ilk konka 1889-cu ildə işə salınmışdı. Yolun vəziyyətindən və yükün ağırlığından fərqli olaraq konkaya bir, iki və daha çox at qoşulurdu. Atlar vaqonu dartqıya bağlanmış yan qayışları vasitəsilə çəkirdilər. Dayanacaqlarda konkanı saxlamaq ucun əl ilə idarə olunan tormozlayıcı mexanizmdən istifadə olunurdu. Hərəkət zamanı sürücü bir əli ilə atların cilovunu, digər əli ilə isə həmin mexanizmin dəstəyini tuturdu. 1920-ci ilə yaxın konkanın 14,4 km-lik yolu, 44 vaqonu var idi. Konka əsasən, Vağzal-Bayıl, Vağzal-Şamaxinka, Bayıl-Şamaxinka və Vağzal-Qaraşəhər istiqamətində işləyirdi. Butun istiqamətlərdən gediş-gəliş haqqı beş qəpik idi.
Köşkü
Köşkü — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Keşkü Göygöl r-nunun Aşıqlı i.ə.v.-də kənd. Sarıyal dağının ətəyindədir. Əslinin Köşkü olması ehtimal edilir. Yaşayış məntəqəsi keçmişdə yaylaq köçlərinin dayanacaq yerində salınmışdır. Oykonim köçkü sözündən olub, "köç yeri, müvəqqəti dayanacaq" mənasındadır == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 476 nəfər əhali yaşayır.
Toska
Toska (it. Tosca) — Cakomo Puççininin İllika Luici, Cüzeppe Cakozanın librettosu əsasında yazmış olduğu 3 pərdəli opera. Əsərin ilk premyerası 14 yanvar 1900-cu ildə Romada olmuşdur. Toska pyesi V. Sardu tərəfindən yazılmış və xüsusi olaraq aktrisa Sara Bernara həsr edilmişdir. Əsərin ilk primyerası 24 noyabr, 1887 c ildə Parisin Port-Sen-Marten teatrında olmuşdur. Cakomo Puççini pyesə Milanın it. Filodrammatico səhnəsində baxır. Culio Rikordiyə 7 may 1889 cu ildə yazdığı məktubda, pyes əsasında opera yazmaq üçün Sardunun razılığını almağı ona tapşırır. Libretto yazmaq üçün Verdi və Franketti hər ikisi maraq göstərirlər. Sonuncu razılıq alaraq hətta operanı yazmağa başlayır, lakin son anda Rikordinin səyi nəticəsində icazə Cakomo Puççiniyə nəsib olur.
Kosa
Kosa – Kos-kosa oyununun və Novruz bayramının qəhrəmanı. Üzündə tük bitməyən və ya çox seyrək tük olan adama kosa deyərlər == Azərbaycan mədəniyyətində yeri == Əvvəllər yaz girəndə köhnə ilin çıxıb, təzə ilin gəlməsini simvolizə etmək üçün qoca Kosa istifadə edilərdi. Qoca Kosanın bir gözlü olması onun o biri dünya ilə olan bağlılığından xəbər verərdi. Cənubi Azərbaycanda kosa oyununa "Ağ Kosa, Qara Kosa" deyilər və bu adətin İbrahim peyğəmbərə qədər gedib çıxdığı hesab edilərdi. Həmədanda isə Kosanın bərəkət gətirməsi inancı mövcuddur. Ehtimal edilir ki, Günəşin övladları olan Duman, Bulud və Qışın birləşməsindən Kosa obrazı yaranmışdır. === Kos-kosa oyunu === Kos-kosa oyunu qışın ölümü, yazın başlanğıcını gülünc bir şəkildə təsvir edir. Bu oyunu məhəllə uşaqları evlərinin qabağında oynayaraq pul və ərzaq toplayarlar. Rəqs etməyi bacaran bir uşağa tərs çevrilmiş kürk geyindirərlər. Üzünə kağızdan düzəldilmiş üzlük (maska) taxar, başına uzun papaq taxıb Kosa edərlər.
Köşk
Köşk – xırda ticarət və ya xidmət göstərmək üçün nəzərdə tutulmuş ölçüləri çox da böyük olmayan tikili. “Kiosk” sözü Avropa dillərinə türk dilindən keçmişdir. Bank terminalı, ödəniş terminalı, yaxud informasiya terminalı da köşk şəklində hazırlana bilər. İnformasiya vermək və informasiya almaq üçün nəzərdə tutulmuş informasiya köşkləri sensor ekranlı kompüter terminalı şəklində olur. == Həmçinin bax == ATM (Bank) == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Kedrovaya Koşka burnu
Kedrovaya Koşka burnu — Çukot Muxtar Rayonunun cənubunda yerləşən burun. Sahillərini Berinq dənizinə daxil olan Onemen körfəzi yuyur. Elədə böyük olmayan yarımadanın cənub-şərq qutqracağını təşkil edir. Burunun qutaracağında qum və gildən təşkil olunmuş dil vardır. Tundra bitkiləri və kollarla örtülüdür. Burun ətrafında sahilin dərinliyi 1 metrdir. Su altı bankələrə rast gəlinir. Burunda Rusiya Federasiyasına məsxus olan naviqasiya işarəsi vardır.
Gizela Kossa
Kaşka (Askın)
Kaşka (başq. Ҡашҡа, rus. Кашкино) — Başqırdıstan Respublikasının Askın rayonunda yerləşən kənd. Kənd Kaşka kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askın): 40 km, ən yaxın dəmiryol stansiyasından (Çernuşka stansiyası): 147 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (98 %) üstünlük təşkil edir.
Kiska adası
Kiska adası ((ing. Kiska, aleut. Qisxa) — Aleut adaları qrupuna, Siçovul adalarına daxil olan ada. Təxminən 35 km uzunluğa və 2,5 ilə 10 km enində malikdir. Adanın sahəsi 277,7 km²-dir. Adanın ən yüksək nöqtəsi Kiska vulkanıdır (1229,4 m). Vulkanda son püskürmə 1964-cü ildə müşahidə edilmişdir. Daimi əhali yoxdur. == Tarix == Ada 25 oktyabr 1741-ci ildə Georg Steller tərəfindən açılmışdır. 1758-ci ilin avqustunda "St.
Kosma İndikoplevst
Kosma İndikoplevst (yun. Κόσμας Ἰνδικοπλεύστης; VI əsr, İsgəndəriyyə – VI əsr, İsgəndəriyyə) — Bizans taciri, səyyah. == Həyatı == Avropada coğrafiya elminin ən gorkəmli numayəndəsi (VI əsr) bizanslı Kosma İndikoplo idi. O, «Xristian topoqrafiyası» əsərində Avropa kosmologiyasını Ptolemey sistemindən uzaqlaşdırmış və bununla da orta əsrlər astronomiyasında və coğrafiyasında Yerin kurə formasında olması ideyasının əleyhinə cıxan sxolastik təsəvvurlərin yaradılmasında boyuk rol oynamışdı. O, məskunlaşmış dunyanı uzunsov, duzbucaqlı şəklində təsəvvur edirdi. Bu duzbucaqlı okeanla və ikiqat qubbə formasında olan asimanın divarları ilə əhatə olunmuş, ondan yuxarıda «Allahın səltənəti» yerləşmişdir. Yer səthinin şimal hissəsində konusabənzər yuksək təpə var. Gunəş bu təpənin ətrafında hərlənir, gecə-gunduz bir-birini əvəz edir. K.İndikoplonun əsərinin muəyyən elmi əhəmiyyəti də var idi. Bu əsər o zamanlar Avropada, Ərəbistan dənizi sahillərində yerləşən limanlar, Seylon, Hindistan, İran, Ərəbistan və Şərqi Afrikada aparılan ticarət haqqında yeganə məlumat mənbəyi idi.
Kosta, Lorenzo
Lorenzo Kosta (it. Lorenzo Costa; təq. 1460[…], Ferrara – 5 mart 1535[…], Mantuya, Mantova əyaləti), və ya Lorenzo Kosta Böyük (il Vecchio) — İtalyan rəssam, Ferrara rəssamlıq məktəbinin görkəmli nümayəndəsi. == Həyatı == Ferrarada Kozimo Turanın şagirdi olmuşdu. 1483-cü ildə Bolonyaya köçərək, Françesko França ilə əməkdaşlıq etməyə başlamış və orada işləmişdi. Bolonyada olduğu dövrdə, Lorenzo Françanın üslubunu və texnikasının təsiri altına düşmüşdü. Kosta 1506-cı ildə Izabella d'Estenin dəvəti ilə Mantuyaya köçür və İzabellanın saray rəssamı olur. Lorenzo, Kastello di San Corcioda yerləşən Izabellanın Kabineti üçün A. Mentenyanın stilinə əsaslanaraq iki tablo çəkmişdi — "Harmoniya Krallığında Izabella d'Este" (ital. Isabella d'Este nel regno di Armonia, 1506, Luvr) və "Komusun Krallığı" (ital. Regno di Como, 1511, Luvr).
Kosta-Rika
Kosta-Rika - Latın Amerikasında dövlət. Paytaxtı San-Xose şəhəridir.Ərazisi- 51,1 min kv.km; əhalisi -4 760 min nəfərdir (2014-cü ilin təxmini). Suveren dövlət vahid prezident konstitusiya respublikasıdır. Uzun müddət davam edən və sabit demokratiyası və əksəriyyəti ingilis dilində danışan yüksək təhsilli işçi qüvvəsi ilə tanınır. Ölkə büdcəsinin (2016) təxminən 6,9% -ni təhsilə xərcləyir, bu isə dünya üzrə orta hesabla 4,4% -dir. Bir vaxtlar kənd təsərrüfatından çox asılı olan iqtisadiyyatı, maliyyə, xarici şirkətlər üçün korporativ xidmətlər, əczaçılıq və ekoturizm kimi sektorları əhatə etmək üçün şaxələnmişdir. Bir çox xarici istehsal və xidmət şirkətləri Kosta Rikanın Sərbəst Ticarət Bölgələrində (FTZ) fəaliyyət göstərir və burada investisiya və vergi güzəştlərindən faydalanırlar. == Ümumi məlumat == Mərkəzi Amerikada Kosta-Rika adlı ispan dilindən tərcümədə "varlı sahil" mənasını bildirən bu balaca respublikaya belə adı 1502-ci ildə Xristofor Kolumb vermişdir. Yerli əhalinin qızıl zinət əşyalarının miqdarından heyrətə gələn ispanlar güman edirlər ki, bu ölkə qızılla zəngindir. Lakin onlar yanılırdılar.
Kosta Maqriyev
Kosta Maqriyev (oset. Мæргъиты Иосифы фырт Къоста; 15 iyul 1922, Znaur rayonu, Cənubi Osetiya Muxtar Vilayəti – 15 yanvar 2018) — Cənubi Osetiya şairi və tərcüməçisi. Gürcüstan SSR Nazirlər Sovetinin "Beşillik Plan Salnaməsi" mükafatı laureatı. Cənubi Osetiyanın əməkdar mədəniyyət işçisi. == Bioqrafiyası == 1922-ci ildə Mimilotkau kəndində kəndli ailəsində anadan olmuşdur. Prinev kəndindəki yeddi illik məktəbi bitirdikdən sonra Avnev kəndindəki orta məktəbdə təhsilini davam etdirir. Orta təhsilini 1941-ci ildə tamamlayır. Böyük Vətən müharibəsi başlayandan sonra Qırmızı Ordu sıralarına çağırılır. 1941-ci ilin sonuna qədər İrəvanda və Bakıda hərbi aerodromlarda xidmət edir, sonra Kurqanın ayrı-ayrı artilleriya kəşfiyyat diviziyasına göndərilir. Kursk döyüşündə iştirak edir.
Kosta Rika
Kosta-Rika - Latın Amerikasında dövlət. Paytaxtı San-Xose şəhəridir.Ərazisi- 51,1 min kv.km; əhalisi -4 760 min nəfərdir (2014-cü ilin təxmini). Suveren dövlət vahid prezident konstitusiya respublikasıdır. Uzun müddət davam edən və sabit demokratiyası və əksəriyyəti ingilis dilində danışan yüksək təhsilli işçi qüvvəsi ilə tanınır. Ölkə büdcəsinin (2016) təxminən 6,9% -ni təhsilə xərcləyir, bu isə dünya üzrə orta hesabla 4,4% -dir. Bir vaxtlar kənd təsərrüfatından çox asılı olan iqtisadiyyatı, maliyyə, xarici şirkətlər üçün korporativ xidmətlər, əczaçılıq və ekoturizm kimi sektorları əhatə etmək üçün şaxələnmişdir. Bir çox xarici istehsal və xidmət şirkətləri Kosta Rikanın Sərbəst Ticarət Bölgələrində (FTZ) fəaliyyət göstərir və burada investisiya və vergi güzəştlərindən faydalanırlar. == Ümumi məlumat == Mərkəzi Amerikada Kosta-Rika adlı ispan dilindən tərcümədə "varlı sahil" mənasını bildirən bu balaca respublikaya belə adı 1502-ci ildə Xristofor Kolumb vermişdir. Yerli əhalinin qızıl zinət əşyalarının miqdarından heyrətə gələn ispanlar güman edirlər ki, bu ölkə qızılla zəngindir. Lakin onlar yanılırdılar.
Kosta Xetaqurov
Kosta Levanoviç Xetaqurov (15 oktyabr 1859 - 1 aprel 1906) — osetin şairi, dramaturqu, publisisti, rəssamı. Osetin ədəbiyyatının banisi. == Həyatı == Kosta Xetaqurov 15 oktyabr 1859 -cu ildə Nar aulunda çar zabiti Levan Elizbaroviç Xetaqurovun ailəsində anadan olmuşdu. Anasını çox erkən yaşlarında itirmiş, ögey anasının yanında təlim-tərbiyə almışdı. Kosta Xetaqurov 1 aprel 1906-cı ildə vəfat edib. == Yaradıcılığı == == Əsərləri == «Osetin lirası» (Ирон фæндыр) toplusu Məhkəmə önündə (poema) Fatima (poema) Ağlayan qayalar (poema) Xetaq (poema) Tur ovu (povest) Dünya (pyes) Şəxs (etnoqrafik oçerk) «Bəli, mən qocayam…» (1886) «Bəli, mən onu sevirəm…» (1889) == Ədəbiyyat == Полное собрание сочинений Хетагурова, 1951 год — Госиздат СО АССР. Габараев С. Ш. Мировоззрение Коста Хетагурова. — М.: Соцэкгиз, 1959. — 244 с. Джатиев Тотырбек, Либединская Лидия. За вас отдам я жизнь: Повесть о Коста Хетагурове.
Koşki adaları
Koşki adaları — İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir. Şimal Torpağının bir hissəsini təşkil edir. Qrup iki adadan ibarətdir. == Yerləşməsi == Laptevlər dənizini ərazisində, Şokalski boğazının şimal-qərbində, Oktyabr İnqilabı adasından 2,7 km aralıda yerləşir. Arxipelaq iki adadan ibarətdir. İki ada arasında məsafə 950 metrdir. Böyük ada 2,3 km uzunluğa və 900 m enə malikdir. Kiçik ada isə 750 m uzunluğa və 450 m enə malikdir. Ən hündür nöqtəsi 14 metrdir. Bu yüksəklik Boyük adada yürləşir.
Köşki balaban
Köşki balaban — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Bir müddət bundan əvvəl bayramqabağı günlərdə, şənliklərdə, yığıncaqlarda Azərbaycanın çox yerlərində, xüsusən Araz çayı qıraqlarında böyük yaşlı uşaqlar və cavanlar dəstə-dəstə toplanıb köşki balaban oyununu oynayardılar. == Oyunun qaydaları == Onlardan qüvvətliləri 5–7 nəfər birinci cərgəni düzəldib əllərini bir-birilərinin çiyninə qoyub durardılar. İkinci cərgə 3–5 nəfər olub birincilərin çiyninə çıxıbdurardılar. Üçüncü cərgə isə 2–3 nəfərdən ibarət olub ikinci cərgənin çiyni üstə çıxırdılar. Sonra bir yerdə köşki balaban mahnısını oxuyub dolanardılar. Bu oyunda oyunu bacarmayanlar oyundan kənarlaşdırılırdı. Qalan oyunçular oyunun sonunadək oynayır. Oyunda qələbə qazanmaq, eləcə də uduzmaq kimi qaydalar yoxdur. == Mənbə == Novruz bayramı ensklopediyası.
Lorenzo Kosta
Lorenzo Kosta (it. Lorenzo Costa; təq. 1460[…], Ferrara – 5 mart 1535[…], Mantuya, Mantova əyaləti), və ya Lorenzo Kosta Böyük (il Vecchio) — İtalyan rəssam, Ferrara rəssamlıq məktəbinin görkəmli nümayəndəsi. == Həyatı == Ferrarada Kozimo Turanın şagirdi olmuşdu. 1483-cü ildə Bolonyaya köçərək, Françesko França ilə əməkdaşlıq etməyə başlamış və orada işləmişdi. Bolonyada olduğu dövrdə, Lorenzo Françanın üslubunu və texnikasının təsiri altına düşmüşdü. Kosta 1506-cı ildə Izabella d'Estenin dəvəti ilə Mantuyaya köçür və İzabellanın saray rəssamı olur. Lorenzo, Kastello di San Corcioda yerləşən Izabellanın Kabineti üçün A. Mentenyanın stilinə əsaslanaraq iki tablo çəkmişdi — "Harmoniya Krallığında Izabella d'Este" (ital. Isabella d'Este nel regno di Armonia, 1506, Luvr) və "Komusun Krallığı" (ital. Regno di Como, 1511, Luvr).
Otasilio Kosta
Otasilio Kosta (port. Otacílio Costa) — Braziliyanın Cənub regionunun Santa-Katarina ştatında yerləşən bələdiyyədir. 2008-ci il məlumatlarına əsasən bələdiyyənin əhalisi 15693 nəfərdir. Ərazisi 924,2 km²-dir. Əhalinin sıxlığı 17,7 nəfər/km²-dir. Bələdiyyə 10 may 1982-ci ildə yaradılmışdır.
Paloma Kosta
Paloma Kosta (port. Paloma Costa) — Braziliyalı hüquq tələbəsi, sosioekoloq, velosiped fəalı, iqlim müəllimi və gənclərin səfərbərçisi. O, Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Antoniu Quterreş tərəfindən İqlim Böhranı ilə Mübarizə və İqlim Dəyişikliyinin Qarşısının alınması üzrə Qlobal Fəaliyyət üzrə Gənclər Məsləhətçi Qrupuna təyin edilmiş yeddi gənc iqlim liderindən (18-28 yaş) biridir. 2019-cu ildə Paloma Kosta Qreta Tunberq ilə birlikdə Nyu-Yorkda İqlim Fəaliyyəti Sammitinin açılışında çıxış edir. Çıxışı bəziləri tərəfindən dindən kənar kimi qiymətləndirilən "Bizə duaya ehtiyacımız yoxdur, hərəkətə ehtiyacımız var" ifadəsi tənqidlərə səbəb olur. Müsahibədə Kosta bildirir ki, “dünyada heç bir pul müqabilində” Amazonda meşələrin qırılmasına yardım edən bir şirkətdə işləyəcək. Üstəlik, mal əti tədarük zənciri ilə meşələrin qırılması arasındakı əlaqəni öyrənən kimi ət yeməyi dayandırmaq qərarına gəlir. O, həmçinin deyir ki, bacardıqca gündəlik gediş-gəlişi üçün velosipedindən istifadə edir, həmçinin bəzən əyləncələrə gedir. O, Angela Merkel və Mişel Baçelet ilə qısa söhbət etdiyini, öz ölkəsinin Jair Bolsonaru administrasiyasının heç bir nümayəndəsinin onuna söhbətləşmək istəmədiyini bildirir. Kosta Çili universitetində keçmiş mübadilə tələbəsidir və Çili Ali Məhkəməsində təlim keçmişdir.
Qazan köşkü
Qazan köşkü — Cəlilabad rayonunun Musalı kəndinin şimal-şərqində Talış dağlarının şimal qurtaracağında yerləşmiş tarixi abidə. Qazan köşkü abidəsi stəkanvari, qala tipli müşahidə məntəqəsidir. Azərbaycan tarixinin zənginliyi ilə öyünməsinə baxmayaraq burda demək olar ki, dəqiq tarixi araşdırma aparılmamışdır. Bəzi məlumatlara görə və tarixi qaynaqlara gorə qazan köşkünün XIII əsrə, Hülaki hökmdarı Qazan xana (1295-1304) aid olduğunu deməyə əsas verir. Bu qala haqqında məlumata Qazan xanın vəziri olmuş tarixçi, alim Fəzlüllah Rəşidəddinin "Came ət-təvarix" ("Tarixlər toplusu") kitabında rast gəlinir. Qalanın hündür,strateji mövqedə inşa olunması onun müşahidə məntəqəsi kimi istifadə olunmasını sübut edir.