Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Krasava burnu
Krasava burnu (bolq. нос Красава, ‘Nos Krasava’ \'nos kra-'sa-va\) — Antarktidanın Antarktik yarımadasının Qreyam sahilinin Finayeus buxtası sahillərindən cənub-şərqdə yerləşən burundur. Burun Orbel zirvəsinin qolunu əmələ gətirir. Burun qərbi Bolqarıstanda yerləşən Krasava şəhərinin adını daşıyır. == Yerləşməsi == Vartop burnundan 3.8 km cənub-şərqdə, Eiykman burnundan 7 km cənubda yerləşmişdir. Britaniya xəritəsinə 1976-cı ildə daxil edilmişdir. == Xəritə == British Antarctic Territory. Scale 1:200000 topographic map. DOS 610 Series, Sheet W 66 64. Directorate of Overseas Surveys, Tolworth, UK, 1976.
Kaşanka
Kaşanka, Almaniyada Qryuçvusrt (pol. kaszanka, alm. Grützwurst) — müxtəlif növə malik ət kolbasalardan biridir. Almaniyada kaşanki kolbasasının perlo növü daha geniş yayılmışdır (Graupenwurst). == Tərkibi == donuz əti, donuz piyi, donuz qanı, duz, istiot, qarğadalı == Hazırlanması == Almaniya və Polşada kaşanka kolbasasının üç növü var - liver, krovya və sırovlya. Müxtəlif regionda müxtəlif inqredientlərdən istifadə edilir. Hazırlanmasında əsasən donuz ətindən istifadə olunur. Polşada qarğıdalıda əlavə edilir. Bütün kolbasaya aid olan məhsullar əlavə edilir 1 saat yarım bişirilir. Almaniyanın şimalında kaşankanın başqa növü yayılmışdır.
Georgi Krapivka
Georgi Krapivka (tam adı: Georgi Gennadiyeviç Krapivka, rus. Георгий Геннадьевич Крапивка; 22 aprel 2001) — Rusiya Peşəkar Futbol Liqası təmsilçilərindən olan Kuban-2 Krasnodar klubunda müdafiəçi kimi çıxış edən Rusiya futbolçusu. == Karyerası == Krapivka öz peşəkar karyerasında debütünü 23 sentyabr 2017-ci ildə Kuban-2 Krasnodar klubu ilə Rusiya Peşəkar Futbol Liqasında Akademiya Futbola Rostov-on-Don klubuna qarşı oyunda etmişdir.
Kasaoka Nal Yengəci Muzeyi
Kasaoka Nal Yengəci Muzeyi (笠岡市立カブトガニ博物館, Kasaoka Şiritsu Kabutoqani Hakubutsukan) – Yaponiyanın Okayama prefekturasının Kasaoka şəhərində yerləşən muzey. Dünyada nal yengəclərinə həsr olunmuş yeganə muzeydir. == Tarixi == Muzey 1990-cı ilin martında nal yengəclərinin nəslinin kəsilməsinin qarşısını almaq məqsədilə yaradılmışdır. Muzey Kasaoka şəhərinin ərazisindəki Konoşima kanalının yaxınlığında yerləşir. Bu kanal Yaponiya hökuməti tərəfindən təbiət abidəsi elan olunmuşdur və "nal yengəclərinin çoxalma ərazisi" kimi qorunur. == Xüsusiyyətlər == Muzey binası nal yengəci formasında dizayn edilmişdir. Muzeyin akvariumunda yetkinlik dövründə olan nal yengəcləri saxlanılır. Fosil guşəsində 8 müxtəlif nal yengəci fosili nümayiş etdirilir. Bu fosillərdən biri Almaniyadan gətirilmişdir. Muzeydə nal yengəcinin böyümə prosesini əks etdirən xüsusi sərgi yerləşir.