Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Krevo qalası
Kreva qalası (belar. Крэўскі замак, lit. Krėvos pilis, pol. zamek w Krewie) — Litva knyazlarının (Qediminas və Alqirdas) Belarusiyanın Kreva kəndində istehkam tipli iqamətgahlarının qalıqlarıdır. Kənd dəniz səviyyəsindən 220 metr (720 ft) yüksəkdə yerləşir. Alqirdasın qardaşı Kestutis 1382-ci ildə Kreva qalasında həbs edildi və öldürüldü. Üç il sonra qalada Polşa-Litva Birliyinə doğru ilk addım olan Krevo Birliyi (Krevo aktı) imzalanmışdır. Qala 16-cı əsrin əvvəllərində Krım tatarları tərəfindən darmadağın edildi və uzun müddət boş qaldı. XIX əsrə qədər divarların çoxu dağılmışdı. Qala Rusiya və Alman silahlı qüvvələri arasında cəbhə xəttində dayandığı üçün Birinci Dünya Müharibəsi dağılmış tikiliyə son bir zərbə daha vurdu.
Kriva Palanka
Kriva Palanka — Şimali Makedoniyanın şərqində, Bolqarıstan sərhəddindən təxminən 5 km uzaqlıqda, Kriva Palanka bələdiyyəsinin mərkəzi olan şəhərdir. Əhalisi 14558 nəfərdir. Kriva Palanka şəhəri 21,000 əhalisi olan Kriva Palanka Bələdiyyəsinin ərazisində yerləşir. Şəhər respublikanın şimal-şərqində, Osogovo dağ silsiləsindən bir qədər uzaqda, Kriva çayının hər iki sahilində yerləşir. Şəhər Kumanovo şəhərindən 60 km, ölkənin paytaxtı Skopye şəhərindən isə 100 km məsafədə yerləşir. Çayın kənarında yerləşən şəhərin adı, Osmanlı İmperiyası dövründə "Eğri-Dərə" (əyri çay), sonralar isə "Eğri-Palanka" adlanıb. == Tarixi == Kriva Palanka ölkənin "ən gənc" şəhərlərindən biridir. Şəhər 1633-cü ildə Bayram Paşanın göstərişi ilə türklər tərəfindən qurulmuşdur. 20-ci əsrin əvvəllərində şəhərin çoxmillətli əhalisi var idi: 1900-cü ildə Vasil Kançevin "Makedoniya. Etnoqrafiya və statistika" kitabında şəhərdə 1,5 min xristian bolqar, 2,5 min türk, 20 Vlax və 320 qaraçı yaşadığı göstərilir.
Krivoy Roq
Krivoy Roq və ya Krıvıy Riğ (ukr. Кривий Ріг) — Ukraynanın Dnepropetrovsk vilayətində şəhər.
İrina Krivko
İrina Valerevna Krivko (belar. Ірына Валер’еўна Крыўко; 30 iyul 1991, Senno[d], Vitebsk vilayəti) — Belarus biatlonçusu. 2018 Qış Olimpiya Oyunlarında estafetdə çempion. İrina Krivko Vitebsk vilayətinin Senno şəhərində anadan olub. Beşinci sinifdə oxuyunda keçmiş biatlonçu, bədən tərbiyəsi müəllimi Valentina Gordetskanın diqqətini çəkmişdir.İrinanı idman məktəbinin məşqçisi Valeri Mixayloviç Lektorova göstərdilər. Tezliklə kiçik qardaşı Viktor da biatlonçu oldu. 2018-ci ildə Belarusiya millisinin servis işçisi Artyom Leşçenko ilə evləndi. 2009-cu ildə beynəlxalq yarışlarda debüt etdi və Kanadada Kenmor qəsəbəsində keçirilən yeniyetmələrin dünya çempionatında fərdi yarışda dördüncü yeri tutdu. Kanadalı biatlonçu Yolen Odduya təxminən 10 saniyə məğlub oldu. Sprintdə 14-cü, təqibdə isə səkkizinci oldu.
Krivbas Krivoy Roq FK
Krivbas (Krivay Roq) — Ukrayna futbol klubu.
Kirov (Kirov)
Kirov — Rusiya Federasiyasında yerləşən şəhər Kirov vilayətinə daxildir
Bravo
Bravo — Azərbaycanda yerləşən supermarketlər şəbəkəsi. Sahibi "Azərbaycan Supermarket" MMC-dir. == Tarix == Supermarketlər şəbəkəsi ilk dəfə 2017-ci ildə Bakının Nərimanov rayonunda yerləşən "Gənclik Mall" ticarət mərkəzində fəaliyyətə başlayıb. 2020-ci ildən "Ticarət şəbəkələrinin inkişafı" İctimai Birliyinin üzvüdür. Supermarket şəbəkəsindəki ərzaq məhsullarının 90 faizindən çoxu yerli məhsullardır. == Market Sayı == Hazırda Bravo Marketlər Şəbəkəsi Bakı, Sumqayıt, Xırdalan, Gəncə, Şəmkir, Yevlax, Tovuz, Lənkəran, Şamaxı, Göyçay və Şuşa şəhərlərində Hiper, Super, Market və kiçik formatlı market formatında 137-dən çox market ilə fəaliyyət göstərir. == Korporativ Sosial Məsuliyyət == ====== Asan Məktub ====== KSM layihəsi çərçivəsində Bravo Marketlər Şəbəkəsinin uğurlu əməkdaşlıqlarından biri Asan Məktubla reallaşıb. 2017-ci ilin dekabrından başlayan əməkdaşlıq "Bir qəlbi də sən isit", "Bayram Payı", "Sizin qayğınız bayram sevinci olsun" devizi ilə ümumilikdə bu günə qədər yüzlərlə uşaqlara sevinc bəxş edib. Belə ki, Bravo hipermarketlərdə Yeni İl və Novruz bayramı ərəfəsində xüsusi dekorativ ağacda yüzlərlə aztəminatlı, ehtiyacı olan uşaqların istəkləri yazılan məktublar yer alır. Müştərilər marketlərə yaxınlaşaraq həmin məktublarla tanış ola və uşaqların arzularını həyata keçirməkdə köməklik göstərə bilirlər.
Keijo
Keijo!!!!!!!! (競女!!!!!!!!, azərb. Rəqabətçi qız‎) – Dayçi Sorayomi tərəfindən yazılan idman manqa seriyası. Seriya, 2015-ci ilin avqustundan 2020-ci ilin sentyabrına kimi Shogakukan nəşriyyatının Weekly Shōnen Sunday jurnalında 18 tankobon həcmində nəşr olunmuşdur. Seriya oyunçuların üzən platformalarda dayandıqları və rəqiblərini yalnız döşlərindən və ombalarından istifadə edərək suya düşürmək və ya itələməyi hədəf aldığı qadınlar üçün uydurma keyco (keijo) idmanı ətrafında dayanır. Xebec tərəfindən istehsal olunmuş anime seriyası adaptasiyası 2019-cu ilin oktyabrından dekabrına qədər yayımlanıb. == Məzmun == 21. əsrin başlanğıcında təqdimatından bəri, keyco kimi tanınan yeni, yalnız qadınlar üçün mərc idmanının Yaponiyada sürətlə dəb halına gəldiyi alternativ bir gerçəklik içində baş verir. Məqsəd, rəqibini platformadan suya itələməkdir, ancaq bunu edərkən bir-birlərini itələmək üçün sinələrindən və ya kalçalarından istifadə etmək lazımdır. 17 yaşlı Nozomi Kaminaşi, görkəmli bir gimnastdır.
Kirov
Kirov (Kirov) — Rusiya Federasiyasında yerləşən şəhər, Kirov vilayətinə daxildir. Kirov (Vedibasar) — Vedibasar mahalında kənd.
Kirvə
Kirvə sözünün bir neçə mənası ola bilər : Uşaq sünnət olunarkən onu tutan adam. Uşağın kirvəsi. Yaxın adama kişiyə müraciət məqamında işlədilir.
Krako
Krako(az:Krako), İtalyanın cənubundakı Basilikata bölgəsinə bağlı Matera vilayətindən olan bir qarabasma şəhərdir.Təbii fəlakətlərlə bağlı olaraq tərk edilən köhnə qəsəbə indiki vaxtda məşhur bir turist hədəfi və film çəkmək üçün bir sahədir. Qəsəbə 2010-ci ildə Dünya Abidələr Fondunun izləmə siyahısına alınmışdır. == Mədəniyyət == === Kino === Craco tərkedilmişliyi və tarixi şəxsiyyəti belə bir çox filmin çəkilişi üçün set olmuşdur. Məsələn Mel Qibsonun 2004 çəkilişi Ehtiras - İsa Məsihin Çilesi filmində Yəhuda'nın asıldığı yer bu qəsəbədə çəkilmişdir. Qəsəbədə çəkilən digər layihələr: La lupa (1953), Alberto Lattuada Christ Stopped at Eboli (1979), Francesco Rosi Three Brothers (1981), Francesco Rosi King David (1985), Bruce Beresford Saving Grace (1986), Robert M. Young The Sun Also Shines at Night (1990), Paolo and Vittorio Taviani The Nymph (1996), Lina Wertmüller The Big Question (2004), Francesco Cabras ve Alberto Molinari The Nativity Story (2006), Catherine Hardwicke Quantum of Solace (2008), Marc Forster Basilicata coast to coast (2010), Rocco Papaleo Murder in the Dark (2013), Dagen Merrill == Televiziya == Antik sit Bruno Corbucci'nin yönettiği İtalyan TV dizisi Classe di ferronun (1989-1991) çekildiği yerdir. Luiz Fernando Carvalho'nun yönettiği Brezilya dizisi O Rei do Gadonun (1996-1997) geçtiği yerdir. == Musiqi == Fransız grup Ödland Sankta Lucia (2011) albümlerinden çıkan "Santa Lucia" şarkılarının video klibini burada çekmiştir. Alman piyanist Hauschka Abandoned City (2014) albümündeki "Craco" şarkısını burası için yazmıştır.
Krevu
Krevu (fr. Crévoux, oks. Crevós) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Ambryon kantonuna daxildir. INSEE kodu — 05044. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 129 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyatın əsasını kənd təsərrüfatı təşkil edir. 1937-ci ildə xizək kurortu açıldı.
Origo
Origo (azərb. Mənşə‎) — Macarıstanın 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Yoçi Papai "Origo" mahnısı ilə Macarıstanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil etmişdir. Qaraçı musiqisinin zəngin şəkildə təbliğ edildiyi mahnı ifaçı tərəfindən bəstələnmişdir.
Prevo
Prevo (fr. prévôt - rəis) — feodal Fransasında məhkəmə, maliyyə səlahiyyətləri olan kral məmuru. Viktor Hüqo - Paris Notr-Dam Kilsəsi, s 7.
Priva
Priva (lat. Priva) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin minaçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
İriao
İriao (gürc. ირიაო) – David Malazonia tərəfindən idarə olunan bir gürcü caz və folk musiqi qrupu. Onlar 2014-cü ildə Malayziyada keçirilən Borneo Caz Festivalında çıxış etmişdirlər. İriao qrupu "For You" mahnısı ilə Gürcüstanı Portuqaliyanın Lissabon şəhərində keçirilən 2018 Avroviziya Mahnı Müsabiqəsi təmsil etmişdirlər. Qrup əsasən Gürcü folk musiqisi və caz musiqisini sintez etməsinə görə tanınır.
Krias
Krias (q.yun. Κρίασος) — qədim yunan mifologiyasında Arqosun oğlu, Arqos padşahı. Arqos padşahıdır.
Kilo
Kilo- – metrik sistemində 1000-i bildirən önşəkilçi. Hesablama texnikasında hesablamalar 2-nin qüvvətlərinə əsaslanır, buna görə də kilo çox zaman 1024 (210) ədədini işarə etmək üçün istifadə olunur. Konkret mənanı doğru müəyyənləşdirmək üçün, adətən, kiçik “k” hərfindən 1000-i böyük “K” hərfindən isə 1024-ü işarələmək üçün istifadə olunur. Məsələn, “km” 1000 metri, K və ya Kbayt isə 1024 baytı bildirir. Kilobit (eng.kilobit (K, Kbit)) – bir min iyirmi dörd (1024) bitdir. Kilobit/saniyə (eng.kilobits per second (Kbps)) – verilənlərin (şəbəkədə) ötürülməsinin, 1024 bit/san kəmiyyətinin misilləri ilə ölçülən sürəti; məsələn, Apple Talk lokal hesablama şəbəkəsində ən yüksək ötürülmə sürəti təxminən 230 kbit/s və ya 235520 bit/san olur. Kilobayt (Kb) (engkilobyte (KB, K, Kbyte)).– 1024 baytdır. Kilohers (kHs) (eng.kilohertz (kHz)) – rəqs tezliyinin ölçüsü; 1000 Hers’ə və ya bir saniyədə 1000 dövrə’yə ekvivalentdir. Kilovatt-saat (eng.kilowatt-hour) – elektrik enerjisinin vahidi; 1000 vatt-saat’a bərabərdir. Kilobod (eng.kilobaud) – bir min bod; rabitə kanalının buraxılış (daşıma) qabiliyyətinin ölçüsüdür.
Kino
Film, kino və ya kinofilm – hərəkətli təsvirlərdən istifadə etməklə hekayələri, fikirləri, hisləri, gözəlliyi və müxtəlif düşüncələri bizə çatdıran vizual sənət sahəsidir. Buradakı təsvirlər səslə, çox nadir hallarda isə, digər vasitələrlə müşayiət olunur. Kinematoqrafiya sahəsinin qısaldılmış adı olan "sinema" sözü, tez-tez film çəkilişi və ya film sənayesi sahələrinə istinadən işlədilir. Dünya kino tarixində ilk film 1896-cı ildə Lümyer qardaşları tərəfindən çəkilmişdir. Azərbaycanda isə ilk filmlər 1898-ci ildə fotoqraf və nasir Aleksandr Mişon tərəfindən çəkilmişdir. Hazırda filmlər kinoteatr və televiziyalarda ağ-qara, rəngli, səssiz, səsli və musiqili şəkildə nümayiş olunur. == Filmləri hazırlanması və yayımlanması == Filmdəki hərəkətli təsvirlər bəzi vizual effektlər və ya bu kimi tekniki proseslərin birləşməsi nəticəsində CGI, kompüter animasiyası vasitəsilə ənənəvi animasiya üsulundan istifadə edərək yaradılır. Hazırlanmış miniatür təsvirlər və ya kinokamera vasitəsilə çəkilmiş şəkillər ardıcıl olaraq birləşdirilir və nəticədə hərəkətli illüstrasiyalar yaratmaq mümkün olur. Rəqəmsal istehsalın tətbiqindən əvvəl, film saniyədə 24 kadr və ya təsvir sürətlə çəkilmiş canlı hərəkətin bir sıra statik və ya hərəkətsiz şəkillərindən ibarət fiziki bir hərəkət zolağı idi. Buradakı şəkillərin ardıcıl hərəkəti nəticəsində şəkil illüstrasiyası yaranır.
Eriko Arakava
Eriko Arakava (d. 30 oktyabr 1979) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 72 oyun keçirib, 20 qol vurub.
Eriko Sato
Eriko Sato (d. 25 noyabr 1985) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Google Drive
Google Drive (köhnə adıyla Google Docs) — 12 oktyabr 2006-cı ildə Google tərəfindən fəaliyyətə başlayan bulud xidməti. Google Driveda hər cür musiqi, şəkil, sənəd, video və ya fərqli formatları saxlaya bilərsiniz. Bu fayllara online olaraq fərqli kompüterlərdən, telefonlardan ya da tabletlərdən dərhal istifadə edə bilərsiniz. Googlenin bulud xidməti olan Google Drive, hər istifadəçisinə pulsuz 15 GB yer verir. Bundan əlavə daha yüksək həcmdə Google Drivedan yer almaq mümkündür.
Kirilo Petrov
Krilo Petrov (22 iyun 1990, Kiyev) — Neftçi PFK-da çıxış dən ukraynalı futbolçu
Kirov (Vedibasar)
Kirov, Taperakan — İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd.
Klaudio Bravo
Klaudio Andres Bravo Munyos (isp. Claudio Andrés Bravo Muñoz; 13 aprel 1983) — qapıçı kimi oynamış keçmiş Çilili peşəkar futbolçu. Bravo karyerasına Kolo-Koloda başlayıb və 2006-cı ildə Real Sosyedada transfer edilib. O, Real Sosyedad klubu daxilində 237 rəsmi oyunda iştirak edib. 2014-cü ildə "Barselona" onu 12 milyon avroya transfer etmişdir. 2016-cı ildə isə furbolçu "Mançester Siti"də oynamağa başlayıb və burada bir neçə titul əldə edib. O, 2020-ci ildə Real Betis klubu ilə müqavilə imzalayaraq İspaniyaya qayıdıb. Bravo İngiltərədə oynadığı dörd ildən sonra, 26 avqust 2024-cü ildə 41 yaşında ikən təqaüdə çıxdığını elan edib. Ümumilikdə 150 oyunda iştirak etmiş Bravo Çili millisinin tarixində Aleksis Sançez və Qari Medeldən sonra ən çox oyun keçirmiş üçüncü oyunçudur. O, ölkəni iki FİFA Dünya Kubokunda, bir FİFA Konfederasiyalar Kubokunda və yeddi Amerika Kubokunda təmsil etmiş, Amerika Kubokunun 2015 və 2016-cı il sezonlarında komandasına kapitanlıq edərək onları qələbəyə daşımışdır.
Koiso Kuniaki
Koiso Kuniaki (yap.小磯 國昭, 1 aprel 1880, Uçunomiya, Yaponiya—3 noyabr 1950, Tokio, Yaponiya) — Yaponiya siyasi xadimi. == Həyatı == Hərbi akademiyanı bitirdikdən sonra Yaponiya ordusunda xidmət edib, rus-yapon müharibəsinin iştirakçısı. 1932-ci ildə Kvantun ordusunun qərargah rəisi seçilir, sonralar 1934-cü ildə Koreyadakı yapon ordusunun baş komandanı seçilir. 1939 Yaponiya hakimiyyətində. 1939-1940 Yaponiyanın xarici işlər nazirliyində işləyib. 1942-1944 Koreya general-gubernatoru. 1944-də Yaponiyanın baş naziri seçilib, 1945-də vəzifəsindən azad edilib. Kapitulasiyadan sonra hərbi təxsirkar seçilib, muhakimə edilib və ömürlük həbs edilib.