Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Troitsk
Troitsk — Rusiya Federasiyasında yerləşən şəhər Moskva vilayətinə daxildir.
Kapitsa adası
Kapitsa — Kuril adalarının Kiçik Kuril cərgəsinə daxil olan qayalıqdan ibarət olan ada. Şikotan adasının şimal-şərqində, Myaçnaya buxtası yaxınlığında yerləşir. Adanın hündür 30 metr, sahəsi 0,286 km² təşkil edir. Adada daimi axarlar vardır. Üzəri bütünlüklə kolluqlarla örtülüdür. Ada Sergey Kapitsanın şərəfinə adlandırılmışdır. Adlandırma «Saxalin və Kuril adalarının xəritəsində adlar» proqramı çərçivəsində həyata keçirilmişdir. Ad 3 sentyabr 2012-ci il tarixində Rus Coğrafiya Cəmiyyətinin Saxalin bölməsində təşkil olunan toplantıda müzakirə edilərək təstiqlənmişdir. Proqramın işturakçıları «İqor Farxutdinov» teloxodunda 6 sentyabr 2012-ci ildə adaya eniş etmişlər.
Katitsa Kulavkova
Katitsa Kulavkova (mak. Катица Ќулавкова) ― Şimali Makedoniya yazıçısı və akademiki. O, iyirmi şeir toplusu da daxil olmaqla qırxdan çox kitabın müəllifidir. Kulavkova Skopyedəki Müqəddəs Kiril və Mefodi Universitetinin filologiya fakültəsinin professorudur və beynəxalq PEN ədəbiyyat təşkilatının sədr müavinidir. == Həyatı == Katitsa (Kata) Kulavkova 1951-ci ildə Makedoniya Xalq Respublikasının Veles şəhərində anadan olmuşdur. O, ilkin və orta təhsilini 1969-cu ildə doğma şəhərində başa vurdu. Daha sonra təhsilini Skopyedəki Müqəddəs Kiril və Mefodi Universitetinin Fələsəfə və Tarix fakultəsinin "Cənubi slavyan ədəbiyyatı və makedoniya ədəbiyyatı tarixi" ixtisasına daxil olaraq davam etdirdi. 1973-cü ildə bakalavr dərəcəsini bitirərək, magist pilləsinə keçid etdi və onun buraxılış işinin mövzusu "Metafora və müasir makedoniya poeziyası" olmuşdur. Doktorantura mərhələsini isə 1986-cı ildə Zaqreb Universitetində bitirmişdir. O, Fransa hökumətinin dəstəyi ilə Nova Sarbonna universitetində praktika keçmişdir.
Pyotr Kapitsa
Pyotr Leonidoviç Kapitsa (26 iyun (8 iyul) 1894, Kronştadt[d], Sankt-Peterburq quberniyası[d] – 8 aprel 1984[…], Moskva) — Sovet fiziki, mühəndis və novator. Nobel mükafatı laureatı (1978). İki dəfə l dərəcəli Stalin mükafatı laureatı (1941, 1943). SSRİ Elmlər Akademiyasının M. V. Lomonosov adına Böyük Qızıl medalı ilə təltif edilmişdir (1959). İkiqat Sosialist Əməyi Qəhrəmanı (1945, 1974). SSRİ Elmlər Akademiyasının üzvü (1939; 1929-cu ildən müxbir üzvü). London Kral Cəmiyyətinin üzvü, ABŞ Milli Elmlər Akademiyasının xarici üzvü, Leopoldina cəmiyyətinin üzvü(1958). Altı dəfə Lenin ordeninə layiq görülmüşdür (1943; 1944; 1945; 1964; 1971; 1974). Görkəmli elm təşkilatçısıdır. Fiziki Problemlər İnstitutunun yaradıcısı, ömrünün sonundək buranın direktoru vəzifəsində çalışmışdır.
Qoritsa qayası
Qoritsa qayası (bolq. скали Горица, ‘Skali Goritsa’ \ska-'li go-'ri-tsa\) — Zed adaları arxipelaq qrupuna daxil olan iki qayadan biridir. Qayalıq Antarktidanın Varna yarımadasının Cənubi Şetland adalarında, Livinqston adasının şimal sahillərində yerləşmişdir. Qayanın uzunluğu şimal-qərbi və cənub-şərqi istiqamətində 330 m, eni 700 m-dir. Qaya 19-cu əsrdə ağ sənayeçilər tərəfindən kəşf olunmuşdur. Qoritsa qayası Bolqarıstanın şimal-şərqi və cənub-şərqində yerləşən Qoritsa şəhərinin adını daşıyır. Qoritsa qayası 62°25′32″ c. e. 60°09′25″ q. u.
Sergey Kapitsa
Sergey Kapitsa (14 fevral 1928, Kembric – 14 avqust 2012, Moskva) — alim və teleaparıcı. S.Kapitsa 1928-ci il fevralın 14-də İngiltərənin Kembric şəhərində anadan olub. Onun atası Petr Kapitsa Ernest Rezerfordun laboratoriyasında aşağı temperaturların fizikası ilə məşğul idi. 1935-ci ildə onun ailəsi SSRİ-yə köçüb. S.Kapitsa da öz həyatını elmə həsr edib. 1961-ci ildə o, fizika-riyaziyyat elmləri doktoru adını alaraq, fizikanın aerodinamika, elementar hissəciklərin fizikası bölmələrində tədqiqatlar aparıb. O, kliodinamikanın əsas banilərindən biridir. Alim 1965-ci ildə professor adını alıb. Elə həmin ildən Moskva Fizika-Riyaziyyat İnstitutunun tələbələrinə ümumi fizikadan dərs deməyə başlayıb. S.Kapitsa 1973-cü ildən SSRİ-nin mərkəzi televiziyasında "Oçevidnoye neveroyatnoye" verilişinə aparıcılıq etməyə başlayıb.
Katsumi Kuroita
Katsumi Kuroita (黒板勝美, Kuroita Katsumi, 3 sentyabr 1874, Hasami[d] – 21 dekabr 1946, Şibuya, Tokio) – Yaponiya tarixçisi. O, Yaponiyada diplomatika elminin əsasını qoyan şəxslərdən biri olmuşdur. O, qədim Yaponiya tarixi üzrə qabaqcıl tarixçilərdən biri olmuşdur. == Həyatı və karyerası == Katsumi Kuroita 1874-cü ilin sentyabrında Yaponiyanın Naqasaki prefekturasının Hasami qəsəbəsində doğulmuşdur. O, Yohey və Mikiko Kuroitanın ən böyük oğlu olmuşdur. 1890-cı ildə Omura orta məktəbini bitirmişdir. 1896-cı ildə Tokio Universitetindən məzun olduqdan sonra Ukiçi Taquçinin redaktorluq etdiyi "Tokyo Keyzai" liberal iqtisadiyyat jurnalının heyətinə qatılmışdır. Taquçi ilə birlikdə bir çox tarixi işin nəşrinə töhfə vermişdir: əhəmiyyətli klassik yazılar kolleksiyası olan "Qunşo Ruicu" və Yaponiya tarixi haqqında sənədlər kolleksiyası olan "Kokuşu Taykey". 1905-ci ildə doktorat dərəcəsi əldə edərək Tokio Universitetinin köməkçi professoru olmuş və Təhsil Nazirliyinin redaktor-tərtibçisi seçilmişdir. Yaponiyadakı tarixi yerlərin və incəsənət xəzinələrinin mühafizəsi ilə məşğul olmuşdur.
Mehmed Konitsa
Mehmed Konitsa (1881, Konitsa[d] – 1948, Roma) — Albaniyanın bütün tarixində mühüm rol oynamış diplomat və siyasətçi idi. Üç dəfə Xarici İşlər Naziri vəzifəsində çalışmış Konitsa Albaniyanın müstəqilliyinin qorunub saxlanması və beynəlxalq aləmdə tanınması üçün böyük səylər göstərmişdir. Həm də yazıçı və pedaqoq olan Konitsa Albaniyanın müasirləşməsinə və mədəni inkişafına da töhfə verib. == Həyatı == Albaniyanın müstəqillik mübarizəsində mühüm rol oynamış aparıcı diplomat, yazıçı və maarif xadimi idi. Osmanlı İmperiyasının Yanya vilayətində (indiki Konitsa, Yunanıstan) doğulan Konitsa ilk təhsilini Yanya və İstanbulda almışdır. Daha sonra Parisə Sorbonna Universitetində hüquq və siyasi elmlər üzrə təhsil alıb. Konitsa tələbəlik illərində alban millətçiliyi hərəkatı ilə tanış olmuş və Albaniyanın müstəqillik uğrunda mübarizəsində fəal iştirak etmişdir. 1909-cu ildə Albaniyanın müstəqilliyini elan edən Vlorë Konqresində nümayəndə kimi iştirak etmişdir. O, müstəqillik əldə etdikdən sonra yaradılmış Albaniya Knyazlığında müxtəlif diplomatik vəzifələrdə çalışıb. 1912-ci ildə London səfirlərinin konfransında Albaniyanı təmsil etmiş və 1914-cü ildə Albaniyanın xarici işlər naziri təyin edilmişdir.
Krista Sieqfrids
Krista Sieqfrids — 4 dekabr, 1985-ci ildə anadan olmuş Finlandiyalı müğənni. Krista Sieqfrids 2013 Avroviziya Mahnı Müsabiqəsində Finlandiyanı "Marry Me" mahnısı ilə təmsil edib.
Krista Volf
Krista Volf (alm. Christa Wolf‎) — Almaniya Demokratik Respublikasında yaşamış və sosializmi mənimsəmiş romançı, ədəbiyyat tənqidçisi, oçerkist. == Həyatı == Krista Volf 1949-cu ildə üzv olduğu Sovet tərəfdarı olan Sosialist Birlik Partiyasını və dövlətin tətbiq etdiyi təzyiqi tənqid etdi. 1989-1990-cı illərdə partiya üzvlüyündən ayrıldı. Jena və Laypziqdə ədəbiyyat təhsili gördü. 1993-ci ildə açıqlanan sənədlər 1959-1961 arasında Ştazi üçün müxbir olaraq çalışdığını göstərməkdədir. Almaniya Demokratik Respublikası dövründə dövlət rəhbərliyini açıq şəkildə tənqid etdiyi halda yazıçı Karl Marksın təlimlərinə bağlı qalmış və iki alman respublikasının birləşməsinə qarşı çıxmışdır. 1 dekabr 2011-ci ildə həyat yoldaşı, Qerhard Volf ilə yaşadığı Berlində vəfat etdi. == İstinadlar == == Xarici keçidlər == Christa Wolf: Biography at FemBio – Notable Women International The quest for Christa Wolf an interview with Hanns-Bruno Kammertöns and Stephan Lebert about private chats with Honecker, a German society in check mate, the influence of Goethe, the shortcomings of Brecht, and the lasting effects of Utopia at signandsight.com.
Krista Qoff
Krista Qoff (ing. Krista A. Goff) — ABŞ tarixçisi, sovet və postsovet tarixi, sovet milli siyasəti və XX əsrdə Qafqaz tarixi üzrə mütəxəssis. == Təhsili == Krista Qoff Makalester Kollecindən bakalavriat dərəcəsini və Braunn Universitetində magistratura dərəcəsini almışdır. Daha sonra Miçiqan Universitetində tarix üzrə fəlsəfə doktoru dərəcəsi qazanmışdır. O, həmçinin Sankt-Peterburq, İrkutsk və Bakı universitetlərində təhsil almışdır. == Karyerası == Qoff 2021-ci ildən "Kritika" jurnalının həmredaktorudur. Həmin il Kornell Universiteti Nəşriyyatında "Nested Nationalism" əsərini nəşr etdirmişdir. 2023-cü ildən Mayami Universitetində tarix üzrə dosentdir. O, həmçinin Havard Universitetində Rusiya, Şərqi Avropa və Avrasiya Tədqiqatları (REEES) proqramının həmdirektorudur. == Publikasiyaları == === Məqalələr === Goff, Krista A. ""Why not love our language and our culture?" National rights and citizenship in Khrushchev's Soviet Union".
Ritsa gölü
Ritsa gölü (gürc. რიწა; abx. Риҵа; rus. Рица) ― de fakto olaraq tanınan Abxaziya dövlətinin şimalında yerləşən dağ gölü. Göl subalp çəmənlikləri, dağ meşələri ilə əhatə olunmuşdur. Suyu təmiz və soyuqdur. Ətrafında hündürlüyü 2 220–3 500 metr olan dağlar yerləşir. Euksin-Kolçik enliyarpaqlı meşələri buradadır və xeyli şümşad ağacı bitir. 70 metrə qədər hündürlükdə gölün ətrafında Şərqi Qaradəniz küknarının nümunələri tapılmışdır. Gölü qorumaq üçün 1930-cu ildə Ritsa Dövlət Təbiət Qoruğu (162,89 km²) qurulmuşdur.
İvan Laskoviç-Kroata
İvan Laskoviç-Kroata (xorv. Ivan Lacković Croata) — təbiəti təsvir janrda işləyən xorvat rəssamı. Lakoviç-Kroata Kalinovac yaxınlığındakı Batinska kəndində kəndli ailəsində anadan olub. İbtidai təhsili bitirdikdən sonra tarlalarda, meşələrdə fəhlə işləmişdir. Özünü öyrədən bu rəssam kənd həyatını əks etdirən ilk akvarellərini 1944-cü ildə tamamlayıb. İlk rəsmlərini 1952-ci ildə çəkir. 1954-cü ildə İvan Laskoviç-Kroata Kloştar Podravskiyə köçür. Orada üç il keçirir və ilk yağlı boya əsərlərini çəkir. Sonra Zaqrebə köçür, orada poçtalyon və poçt işçisi kimi çalışır. 1962-ci ildə o, Krsto Heqeduşiç ilə tanış olur və vaxtaşırı onun emalatxanasında işləyir.
Ritsa Sərt Təbiət Qoruğu
Ritsa Sərt Təbiət Qoruğu ― Abxaziyanın Qudat rayonun qoruq. Qoruğun əsas məqsədi Ritsa gölü və ətrafındakı dağlıq ərazinin flora və faunasını qorumaqdır. 20-ci əsrdə ərazidəki faktiki nəzarət tez-tez dəyişmişdir. 1930-cu ildə Rusiya Federasiyası ərazidə Ritsinskiy qoruğunu yaratdı. 1991-ci ildə Gürcüstan müstəqilliyini bərpa etdikdə qoruğun ərazisi genişləndirildi və müasir RitsaTəbiət Qoruğu yaradıldı. Abxaziya-Gürcüstan münaqişəsinin başlaması və sonrakı müharibə ilə faktiki nəzarət 1996-cı ildə burada Ritsinskiy Milli Parkını quran Abxaziya höümətinə keçmişdir. Ritsa Sərt Təbiət Qoruğu Abxaziyanın dağlıq hissəsində, Böyük Qafqaz silsiləsinin cənub yamacında yerləşir. Relyefin dəniz səviyyəsindən 100 metr yüksəklikdən 3 256 min metr yüksəkliyə qədər kəskin fərqlənməsi bir çox bitki və heyvan növünün yaşaması üçün zəngin bir ekoloji şərait yaradır. Parkdakı göllərdən ən böyüyü, ən gözəli və ən məşhuru Ritsa göldür. Ərazidə bir neçə şəlalə var və bunların arasında ən məşhuru 55 metr hündürlüyündəki Qeqskiy şəlaləsidir.