Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Krutoy Loq (Əbyəlil)
Krutoy Loq kəndi (başq. Крутой Лог) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Həmid kənd sovetliyinə daxil olan kənd. == Əhali == == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askorovo): 43 km., ən yaxın dəmiryol stansiyasından (Maqnitaqorsk): 90 km, kənd sovetliyindən (Həmid): 18 km. == İstinadlar == == Mənbə == Совет муниципальных образований Республики Башкортостан.
DruGOY
DruGOY (rus. ДруGOY) – Filipp Kirkorovun sonuncu studia albomu. Albom promo versiyası 2010-cu ildə OK! jurnalına əlavə olaraq verilmişdir. Tam versiya 3 cd-dən ibarət olacaq və 2011-ci ilin aprel ayında çıxacağı gözlənilir. == OK ! ==
Kratos
Kratos (God of War)
Kretey
Kretey (fr. Créteil) — Parisdən 11.5 km aralıqda , Marna çayı üzərində yerləşən şəhər. 1965-ci ildən Val-de-Marn departamentin paytaxtı, eparxiyanın mərkəzi olan Kretey rayonun subprefekturasıdır. Əhalisi — 89,845 nəfər (2012), bir neçə böyük xəstəxana mövcuddur. İlk 865-ci ildə Kristoliy olaraq tanınıb. Paris ilə əsas nəqliyyat əlaqələri Paris Metrosunun 8 nömrəli dörd stansiyasıdır və şəhərin kənarında A və D RER xətlərinin stansiyası yerləşir.. Şəhər əhalisinin 24,4% -i yəhudilərdir.
Kroton
Kroton (lat. Croton) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinə aid bitki cinsi.
Krotos
Krotos (həmçinin Krot ya Kroton) - yunan mifologiyasında personaj - kentavr. Pan və Yevfemin oğlu. O, at ayaqlarına və satir quyruğuna malikdir. Sosifeyanın satir dramına əsasən o, muzalarla birlikdə Helikonda tərbiyə almış və alicənab olmuşdur. Krotos ox-kamanı və muzaları alqışlamaq üçün əl çalmağı icad etmiş və muzalar ona vəhşı heyvanları ovlamağı öyrətmişlər. Muzaların xahiş və təkidləri əsasında tanrı Zevs onu göyə qaldıraraq ox atan bürcünə çevirmişdir.
Kurtköy
Kurtköy — İstanbulun Pendik mahalında bir məhəllə. == Haqqında == Məhəllə 1328-ci ildə Osmanlılar tərəfindən fəth edildi. Məhəllənin əhalisi 179.775 nəfərdir.
Kratos (mifologiya)
Kratos və ya Kratus (yun. Κράτος — "güc" və ya "hakimiyyət") — Qədim yunan mifologiyasında güc və hakimiyyət tanrısı, titan tanrı. O, Pallantın və ilahə Stiksin oğlu, Biya (qüvvət), Zel (qısqanc), Nikanın (zəfər) qardaşıdır. Kratos ilk dəfə qardaş və bacıları ilə birlikdə Hesiodun "Teoqoniya" poemasında görülmüşdür. Hesioda görə Kratos və onun qardaş və bacıları Zevs ilə bir yerdə yaşayırdılar. Bunun səbəbi onların anaları Stiksin Zevsdən hakimiyyətində vəzifə istəyən ilk şəxs olması idi. Kratos və bacısı Biya ən çox Esxilin "Zəncirlənmiş Prometey" faciəsinin açılış səhnəsindəki rollarına görə tanınırlar. Onlar burada Zevsin qulluqçusu olurlar və titan Prometeyi səhnəyə gətirirlər. Kratos dəmirçilik və vulkanlar tanrısı Hefesti Prometeyi alovu oğurladığına görə cəza olaraq qayaya zəncirləməyə vadar edir. Kratos vəhşi, əzazil və zülmkar olaraq xarakterizə edilir.
Kretey (rayon)
Kretey (fr. Créteil) — Il-de-Frans regionun rayonlarından biri ( fr. Arrondissement). Departamenti - Val-de-Marn. Suprefektura - Kretey. Rayonun əhalisi 2006-cı ildə 667.405 nəfər idi. Əhalinin sıxlığı 4571 nəfər / kv.kmdir. Rayonun sahəsi 146 km²dir.
Krivoy Roq
Krivoy Roq və ya Krıvıy Riğ (ukr. Кривий Ріг) — Ukraynanın Dnepropetrovsk vilayətində şəhər.
Krotov adası
Krotov adası — Yapon dənizində, Böyük Pyotr körfəzində yerləşən ada. Rikord adasından 1,8 km cənub-qərbdə, Vladivostokdan 36 km cənub-qərbdə yerləşir. Yaxınlığında yerləşən 4 ada arasında ən hündürüdür. Maksimal hündürlüyü 82 metrdir. Ərazisində enliyarpaq meşə vardır. Şimal-qərbin gilli çimərlik vardır. Şimal-şərq və cənub-qərb sahilləri qayalıdır. Elədə böyük olmayan çimərlik isə cənub-şərq sahilindədir. == İstinadlar == == Mənbə == K-52–12 — Rilevata nel 1972–83. Pubblicata nel 1990.
Krubay bulağı
Krubay bulağı — Şərqi Serbiyada, Pemorav dairəsində su bulağı. Krupay çayının sağ axarında, 220 metr (720 ft) yüksəklikdə yerləşir. Krubay bulağı Serbiyanın şərqində, Pemarov rayonundakı karst bulaqlarına daxildir. Suyun temperaturu 9-11 °C-dir. 435 metr uzunluğunda olan bulaq axını əvvəlcə şimala doğru axır və 130 metrdən sonra Krupay çayı ilə birləşmədən 300 metr daha davam etmək üçün istiqamətini qərbə dəyişir. Anbar tikildikdən sonra, hündürlüyü 3 m olan Krupay bulağı 40 m uzunluğunda və 17 m enində yeni göl görünüşünü qazandı. Onun suyu çox cəlbedici şəlalə ilə göldən axır. 1998-ci ildə aparılan hərtərəfli speleoloji tədqiqatlar mağarada əhəngdaşının əriməsinə səbəb olan süsusi bölmə aşkar etdi. Bənddən çay üzərində qurulmuş qurğulara axan su dik astana və şəlalələr üzərindən keçir. Bulağın hidroloji rejimi və su həcmi kifayət qədər sınaqdan keçirilməmişdir.
Kruzov adası
Kruzov adası (ing. Kruzov Island) — Aleksandr arxipelaqına aid olan, Alyaskanın cənub-şərqində yerləşən ada. Ada 1804-cü ildə Yuri Lisyanski tərəfindən kəşf edilmişdir və rus admiralı Aleksandr Kruzun adını daşıyır. Baranov adasının qərbində, Sitka şəhəri ilə üzbəüz ərazidə yerləşir. Uzunluğu təxminən 37 km, eni isə 13 km-dir. Adanın sahəsi 433,7 km²-dir. Buda onu ABŞ-da 41-ci ən böyük ada edir. Kruzov adasının cənub ucunda konusunun hündürlüyü dəniz səviyyəsindən 976 m (adanın ən yüksək nöqtəsi) olan Eckom adlı sönmüş vulkan vardır. Daimi əhalisi yoxdur.
İşlədici kroton
İşlədici kroton (lat. Croton tiglium) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin kroton cinsinə aid bitki növü.
Skott Kouton
Skott Breyden Kouton (ing. Scott Braden Cawthon; 4 iyun 1978, Bell County[d], Texas) — amerikalı videooyun istehsalçısı və yazıçı. Kouton karyerasına xristian və ailə mövzuları haqqında olan videooyunlar yaratmaqla başlayıb. Ancaq bu oyunlar o qədər də bəyənilmirdi. Skottun uğuru 2014-cü ildə yaratdığı qorxu oyunu "Five Nights at Freddy's" ilə daha da artdı. O, oyunun əhəmiyyətli dərəcədə populyarlıq qazanmasından sonra oyunun davam seriyalarını da hazırladı. Oyundan əlavə Skott 2015-ci ildə buraxılan "The Silver Eyes" romanının müəllifi olmuş, həmçinin 2023-cü ildə işıq üzü görmüş "Freddi ilə beş gecə" filminin ssenarisini yazmışdır. Skott Breyden Kouton Texasın Bell County bölgəsində anadan olub. O, 1996-cı ildə Hyuston İncəsənət İnstitutuna daxil olmuşdur.
Bruton xəstəliyi
Bruton xəstəliyi (Aqammaqlobulinemiya) – I-li humoral immunodefisitdir, B-limfositlərin yetişməsi pozulur, Ig və plazmositlərin olmamasıdır. İlkin əlamətlər 1 yaşa qədər olur, residivləşən infeksiyalar, vaksinasiya nəticəsində şiddətlənmə, autoimmun xəstəliklər, bəd xassəli şişlər, epizodik artrit və ya miqrəedici poliartralgiya.
Ruto
Vilyam Ruto (21 dekabr 1966, Kamaqut[d], Keniya) — Keniya siyasətçisi, fəalı, 2022-ci ildən Keniya Prezidenti. O, Birləşmiş Demokratik Alyans Partiyasının təsisçisidir. Vilyam Ruto 21 dekabr 1966-cı ildə Keniyanın Kamaqut kəndində anadan olmuşdur. O, yerli ibtidai məktəbi bitirmişdir. Ruto 1980-ci illərin əvvəllərində Nayrobi Universitetində biologiya ixtisası üzrə təhsil almış və aktivizm işləri ilə məşğul olmuşdur. Vilyam Ruto 1992-ci il seçkilərində Daniel Arap Moinin yenidən seçilməsi üçün kampaniya aparmış, daha sonra Keniya Parlamentinin bəzi üzvlərinin köməkçisi kimi çalışmışdır. O, 1997-ci ildə ilk dəfə Keniya Parlamentinə seçilmişdir. Ruto 2007-ci il prezident seçkilərində Narıncı Hərəkat adından iştirak etməyi planlaşdırırdı. O, partiya praymerizində 368 səslə üçüncü yeri tutmuşdur. Ruto 2012-ci ildən Keniya hökumətində nazir vəzifələrində çalışmışdır.
Ketoy adası
Ketoy adası (rus. Остров Кетой) — Kuril adalarının Böyük Kuril cərgəsinə daxil olan ada. İnzibati cəhətdən Saxalin vilayəti Severo-Kurilsk şəhər dairəsi ərazisinə daxildir. Ada dairəvi formaya malik olaraq paralel istiqamətdə 10 km, meridian istiqamətdə isə 9 km uzunluğa malikdir. Hündürlüyü 1166 m, sahəsi isə 73 km² təşkil edir. Adada Pallas vulkanı fəaliyyət göstərir (990 m). Malaxitov gölü adanın mərkəzində kalderada yerləşir. Gölün eni 1,6 km, dərinliyi 110 metrdir. Buradan isə Stoçnı axarı okeana tökülür. Gölün səthi dəniz səviyyəsindən 667 metr yüksəklikdə yerləşir.
Kotoy (Uçalı)
Kotoy (başq. Ҡотой, rus. Кутуево) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Uraz kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 40 km, kənd sovetliyindən (Bələbəy Kazakkol): 16 km. ən yaxın dəmiryol stansiyasından (Ural Tau stansiyası): 45 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100 %) üstünlük təşkil edir.
Kouto Pereyra
Kouto Pereyra (port. Estádio Major Antônio Couto Pereira) — Braziliyanin Koritiba şəhərində 1932-ci ildə inşa edilən stadion. Bu stadionun ev sahibi "Koritiba" komandasıdır.
Kunoy adası
Kunoy(far. Kunoy) — Farer adalarına daxil olan ada. 2013-cü il məlumatına görə adada 135 nəfər yaşayır. Sahəsi 35.5 km²-dır. Ən yüksək nöqtəsi hündürlüyü 830 m-dir. == Şəxsiyyətləri == Simun av Skardi — farerli şair, siyasətçi və yazışı. Farer adalarının himnini yazmışdır.
Kutay məbədi
Coruri məbədi (浄瑠璃寺, Coruri-ci) və ya Kutay məbədi (九体寺, Kutay-ci) – Yaponiyanın Kioto prefekturasının Kamo qəsəbəsində yerləşən buddist məbədi. Buddizmin Şinqon Ritsu sektasına aiddir. XII əsr memarlığını əks etdirən əsas zal və paqodasına, heykəltəraşlıq elementlərinə, eləcə də, yerləşdiyi yerin mənzərəsinə görə tanınır. == Tarixi == Təsdiqlənməmiş əfsanələrə görə məbəd 739 və ya 982-ci ildə tikilmişdir. Lakin XIV əsrdə aid bir əlyazmada məbədin əsas zalının 1047-ci ildə keşiş Qimyo tərəfindən tikildiyi qeyd olunur və bu tarix məbədin tikilmə tarixi kimi qəbul olunur. Amidanın 9 surətinə ev sahibliyi etməsi üçün əsas zal 1108-ci ildə yenidən tikilmişdir. Məbədin adı yapon dilindən tərcümədə "təmiz lazurit məbədi" mənasını verir. Belə ki, əsas zal ilk öncə budda Yakuşini müqəddəsləşdirmək üçün nəzərdə tutulmuşdur və Yakuşinin torpağı lazuritlə əlaqələndirilmişdir. == Memarlığı == Əsas zal hazırkı yerinə 1157-ci ildə köçürülmüşdür. Bu zal Heyan dövrünün məbəd memarlığının sağ qalmış yeganə nümunəsidir və "Doqquz Amida buddasının zalı" kimi tanınır.
Robinzon Kruzo
Robinzon Kruzo— Daniel Defonun 1719-cu ildə yazdığı romanı. Əsərdə adam yaşamayan adaya düşən insanın təbiət qüvvələrinə qarşı mübarizə əzmi, iradə möhkəmliyi, dözümlülüyü, yaradıcı əməyi təsvir edilir. O adada 28 il yaşayır və kömək ettiyi insanların köməyi ilə 28 il qaldığı adadan xilas olur. Roman bir çox dilə, o cümlədən 1909-cu ildə Abdulla Şaiq tərəfindən Azərbaycan dilinə tərcümə edilmişdir. Roman 1958-ci ildə Bakıda "Robinzon Kruzonun həyatı" kimi də nəşr olunmuşdur. Bəzi iddialara görə Daniel Defo Aleksandr Selkirk adlı şotland bir dənizçinin Robinzon Kruzo adasında 4 il 4 ay tək və tənha yaşamasından təsirlənmiş və daha sonra bu əsəri yazmışdır. Robinzon Kruzo Daniel Defonun ən məşhur əsəridir. Robinzon Kruzo Qutenberq layihəsində.
Harold Kroto
Harold Kroto (7 oktyabr 1939[…] – 30 aprel 2016[…]) — britaniyalı kimyaçı, Robert Kerl və Riçard Smolli ilə birlikdə 1996-cı il kimya üzrə — "Fullerenlərin kəşfinə görə" Nobel mükafatı laureatı. Kopli medalının qalibi (2004il). Bakalavr cəngavərləri 1996-cı ildə, London Kral Cəmiyyətinin üzvü (1990il), ABŞ Milli Elmlər Akademiyasının xarici üzvü (2006 il), Edinburq Kral Cəmiyyətinin fəxri üzvü (1998 il). == Bioqrafiyası == Harold Kroto Edit və Heinz Krotoşiner ailəsində anadan olub. (Ailə soyadını 1955-ci ildə qısaldaraq Kroto olaraq götürdü.) Onun adı Silezya mənşəlidir. Atasının ailəsi Boyanovodan (Polşa), anası isə Berlindəndir. Onun valideynləri Berlində anadan olublar, lakin atası yəhudi olduğu üçün 1930-cu illərdə Britaniyaya qaçıblar. H. Kroto Boltonda böyüdü və Bolton Məktəbində oxudu, hansıki, İen Makkellen də o vaxt bu məktəbdə oxuyurdu. Uşaqlıqda o, Messano dəstlərinə heyran idi və Kroto qeyd edirdi ki, bu dəstlər ona elmi tədqiqatlar üçün lazım olan bacarıqları inkişaf etdirməyə kömək etdi. Sonra kimya, fizika və riyaziyyata marağı yarandı.
Harri Kroto
Harold Kroto (7 oktyabr 1939[…] – 30 aprel 2016[…]) — britaniyalı kimyaçı, Robert Kerl və Riçard Smolli ilə birlikdə 1996-cı il kimya üzrə — "Fullerenlərin kəşfinə görə" Nobel mükafatı laureatı. Kopli medalının qalibi (2004il). Bakalavr cəngavərləri 1996-cı ildə, London Kral Cəmiyyətinin üzvü (1990il), ABŞ Milli Elmlər Akademiyasının xarici üzvü (2006 il), Edinburq Kral Cəmiyyətinin fəxri üzvü (1998 il). == Bioqrafiyası == Harold Kroto Edit və Heinz Krotoşiner ailəsində anadan olub. (Ailə soyadını 1955-ci ildə qısaldaraq Kroto olaraq götürdü.) Onun adı Silezya mənşəlidir. Atasının ailəsi Boyanovodan (Polşa), anası isə Berlindəndir. Onun valideynləri Berlində anadan olublar, lakin atası yəhudi olduğu üçün 1930-cu illərdə Britaniyaya qaçıblar. H. Kroto Boltonda böyüdü və Bolton Məktəbində oxudu, hansıki, İen Makkellen də o vaxt bu məktəbdə oxuyurdu. Uşaqlıqda o, Messano dəstlərinə heyran idi və Kroto qeyd edirdi ki, bu dəstlər ona elmi tədqiqatlar üçün lazım olan bacarıqları inkişaf etdirməyə kömək etdi. Sonra kimya, fizika və riyaziyyata marağı yarandı.