KÖNTÖY

sif.
1. Kobud, münasibətsiz, ədəbsiz, nəzakətsiz. Köntöy söz. Köntöy hərəkət. – Siz bunun sözündən inciməyin.
Bu həm avam, həm də köntöy adamdır. Ə.Abasov.

// Zərf mənasında. Köntöy danışmaq.
– Tahir həmin dostuna çox acıqlı və köntöy cavab vermişdi. M.Hüseyn.
Bu vəziyyət belə Rüstəm kişini ayıltmadı, fikrindən döndərmədi, əksinə, onu daha da acıqlandırdı, köntöy tərpənməyə məcbur etdi. M.İbrahimov.

2. Qaba, kobud, yöndəmsiz, biçimsiz. Köntöy yaba. Köntöy balta.
– Əvvəlcə Qaçay köntöy bir kürək qayırdı. Ə.Vəliyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • KÖNTÖY köntöy bax kobud 1
  • KÖNTÖY kobud — qaba — sərt

Etimologiya

  • KÖNTÖY Kön “düz” deməkdir. Köntöy kəlməsi kön deyil kimi olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
KÖNLÜSINIQ
KÖNTÖY-KÖNTÖY

Digər lüğətlərdə

генита́льный довы́боры доме́стик затопи́ть малозаме́тный нефтеналивно́й отцвета́ть рося́нка вы́разиться газовщи́к жеребя́тина зерно... расколо́ть срабо́танный богоданный харзить affreight farming icteritious lapel ohone Pimpinella polymetry selves прикрытие