Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kuveyt
Küveyt (ərəb. كويت‎‎) və ya rəsmi adı ilə Küveyt Dövləti (ərəb. دولة الكويت‎‎) — Yaxın Şərqdə dövlət. Küveyt ərəb əsilli dövlətdir. Şimal və qərbdə İraq, cənubda Səudiyyə Ərəbistanı ilə həmsərhəddir. Şərqdə Fars körfəzi ilə əhatə olunmuşdur. Paytaxtı və ən böyük şəhəri Əl-Küveyt şəhəri, ümumi sahəsi 17,820 kvadrat kilometrdir. Küveyt digər ərəb ölkələri kimi zəngin neft ehtiyatlarına malik ölkədir. == Ərazisi == Küveyt dövləti Cənub-Qərbi Asiyada Fars körfəzinin sahilində yerləşir. Sahəsi:17,819 km²-dir.
Küveyt (şəhər)
Küveyt (həmçinin Əl- Küveyt — ərəb. الكويت ‎) — Küveyt dövlətinin paytaxtı. == Tarixi == Küveyt körfəzi sahilində yerləşmiş şəhərin bünövrəsi 1680-ci ildə qoyulmuşdur. == Əhalisi == Şəhərin əhalisi — 151.060 (2008), şəhərətrafı qəsəbələrlə birlikdə — 2,380,000 nəfərdən çoxdur. == Coğrafiyası == Şəhər Küveyt körfəzinin sahilində yerləşir. Şəhər üç zonaya bölünür: sənaye zonası (Şüveyx şəhərətrafı qəsəbəsində), təhsil zonası (orada universitet, məktəblər və elmi-tədqiqat müəssisələri yerləşir) və istirahət zonası (sahilboyu Əl-Cahar şəhərinə qədər uzanır. == Sənayesi == Müasir Küveyt ənənəvi ərəb-müsəlman şəhərlərinə bənzəmir. Xarici görünüşünə görə o, Avropa şəhərlərinə daha çox oxşayır. Yeni tikililər hesabına şəhər sürətlə böyüyür. Paytaxtın ən böyük sənaye müəssisələrində neft-kimya, yeyinti məhsulları, sement istehsal olunur, avtomobil, televizor və soyuducular quraşdırılır.
Küveyt Dövləti
Küveyt (ərəb. كويت‎‎) və ya rəsmi adı ilə Küveyt Dövləti (ərəb. دولة الكويت‎‎) — Yaxın Şərqdə dövlət. Küveyt ərəb əsilli dövlətdir. Şimal və qərbdə İraq, cənubda Səudiyyə Ərəbistanı ilə həmsərhəddir. Şərqdə Fars körfəzi ilə əhatə olunmuşdur. Paytaxtı və ən böyük şəhəri Əl-Küveyt şəhəri, ümumi sahəsi 17,820 kvadrat kilometrdir. Küveyt digər ərəb ölkələri kimi zəngin neft ehtiyatlarına malik ölkədir. == Ərazisi == Küveyt dövləti Cənub-Qərbi Asiyada Fars körfəzinin sahilində yerləşir. Sahəsi:17,819 km²-dir.
Küveyt bayrağı
Küveyt bayrağı (ərəb. علم الكويت‎) — Küveytin Dövlət bayrağı Küveytin dövlət bayrağı rəsmi olaraq 1961-ci ildə təsdiqlənib. Bayraqdakı yaşıl rəng otlaqların, ağ rəng işə olan istəyin, qırmızı rəng düşmənlərlə mübarizə zamanı tökülən qanın, qara rəng isə döyüş meydanlarının rəmzidir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.
Küveyt coğrafiyası
== Sahəsi və sərhədləri == Sahəsinə görə kiçik ərəb dövlətlərindən biri olan Küveyt Ərəbistan yarımadasının şimal-şərqində yerləşir. Küveyt cənub və cənub-qərbdə Səudiyyə Ərəbistanı (250 km), şimal və şimal-qərbdə İraq (240 km) ilə həmsərhəddir. Şərqdə onun ərazisi 195 km məsafədə İran körfəzinin suları ilə əhatələnir. Sərhədin ümumi uzunluğu 685 km-dir. Ölkə ərazisi şimaldan cənuba 200 km, şərqdən qərbə doğru isə təqribən 170 km məsafədə uzanır. İran körfəzinin Küveytə yaxın yerləşmiş Bubiyan, Feyləkə, Varbə, Məskan, Auxa, Qaru, Kubbar, Umm-ən-Nəmil, Umm-əl-Məradim və Kureyn adaları ölkənin tərkibinə daxildir.Rəsmi məlumatlara görə ölkənin ərazisi 17,8 min km², əsasən ərəb mənbələrinə görə isə 20,2–20,7 min km² təşkil edir. Belə fərq Küveytin Səudiyyə Ərəbistanı və İraq ilə dəqiq sərhədlərinin olmaması ilə izah olunur. 1960-cı illərin axırlarına qədər Küveyt ilə Səudiyyə Ərəbistanı arasında sərhəd məsələsi üstündə ixtilaflar mövcud idi. Hər iki tərəf İran körfəzi sahilinin bir sıra sərhəd ərazilərini özünün hesab edirdi. Məsələ ondadır ki, Küveyt və Səudiyyə Ərəbistanının köçəri əhalisi bu mübahisəli ərazilərin otlaq sahələrindən və içməli su mənbələrindən daima birlikdə istifadə edirdilər.Hələ 1922-ci ildə Küveytin, İraqın və Nəcdin (indiki Səudiyyə Ərəbistanının bir əyaləti) nümayəndələri arasında sərhəd ziddiyyətlərinin nizama salınması məqsədi ilə danışıqlar keçirilmişdir.
Küveyt dinarı
Küveyt dinarı — Küveytin milli valyutası, ABŞ dollarına nisbətən dünyada ən bahalı valyutadır. 1961-ci ildə yaradılmış və rupini əvəzləmiş bu valyuta qısa zamanda möhkəmlənə və dünyanın ən bahalı valyutalarından birinə çevrilə bilib. Hazırda bu göstəriciyə görə o, ilk yerdədir və dünyanın ən dəyərli valyutasıdır. İndi 1 Küveyt dinarı 2,52 avro və ya 3,65 dollara bərabərdir. == Mənbə == Dünyanın ən bahalı valyutası hansıdır?
Küveyt himni
"Dövlət himni" (ərəb. النشيد الوطني‎‎‎‎) – Küveyt dövlət himni. 25 fevral 1978-ci ildə təsdiq olunub. Bu himn kofnə "Əmirə Atəşfəşanlıq" himnini əvəz etmişdir.
Küveyt iqtisadiyyatı
== Ümumi iqisadi göstəricilər == Regionun neft çıxaran başqa ölkələri kimi Küveyt də ötən əsrin 70-ci illərinin enerji böhranının «bəhrəsindən» öz xeyrinə istifadə edə bilmişdir. Neftin qiymətinin kəskin surətdə qalxması bu ölkənin «iqtisadi-sosial taleyini» əsaslı surətdə dəyişdirmiş, milli təsərrüfatın ləng inkişafı qısa müddətdə onun sürətli artımı ilə əvəz olunmuşdur.Gildən tikilmiş orta əsr şəhər və kəndlərinin yerində bir neçə il ərzində çoxmərtəbəli yaşayış evləri, bank, mehmanxana və digər inzibati binaları olan müasir şəhərlər salınmışdır. Şəhərlərdə ən müasir texnika və texnologiya ilə təchiz olunmuş neft emalı və neft-kimya müəssisələri, sement zavodları, su təmizləyici qurğular, müxtəlif məişət malları istehsal edən müəssisələr, məktəblər, xəstəxanalar və s. tikilmişdir. Ölkədə kənd təsərrüfatı plantasiyaları genişləndirilmiş, yaxın vaxtlara qədər karvan yollarının keçdiyi səhralarda müasir və geniş avtomobil magistralları çəkilmiş, dəniz və hava limanları təkmilləşdirilmişdir. == Küveyt iqtisadiyyatı == 1989-cu ildə ölkədə gündəlik neft hasilatı 230 min ton, onun satışından əldə edilən gəlir isə 9250 mln. dollar təşkil etmişdir. Küveytin İraq tərəfindən işğal edilməsi və sonradan azadlıq uğrunda gedən müharibənin nəticələri (1990-1992) ölkənin iqtisadiyyatına, xüsusilə onun neft sənayesinə (neft buruqlarının yandırılması, boru kəmərlərinin partladılması, neft anbarlarının, neft emalı zavodlarının dağıdılması və s.) olduqca böyük ziyan vurmuşdur. 1990-cı ildə ölkədə orta gündəlik neft hasilatı 130 min tona enmiş, yəni 1989-cu il səviyyəsindən 37 faiz azalmış, neftdən əldə edilən gəlir isə 6850 mln. dollara enmişdir.
Küveyt tarixi
Küveyt tarixi—Küveytin keçmişi. == Ümumi tarix == Küveytin qədim və orta əsrlər tarixi zəif tədqiq edilmişdir. Eramızdan əvvəl III minillikdə indiki Küveyt ərazisi Dilmun dövlətinin tərkibinə daxil idi. IV əsrin ikinci yarısında Küveyt Ləxmilər ərəb dövlətinin tərkibinə daxil olur. VII əsrin əvvəllərindən Fars körfəzi bölgəsi, eləcə də Küveyt (o zaman Kureyn adlanırdı) ərazisində yerli ərəb tayfalarından olan şeyxlər hökmranlıq edirdi. XVII əsrin ortalarında Küveyt Osmanlı dövlətinin nəzarəti altına keçir və Əl-Həsa, Cənubi İraq və Bəhreynlə birlikdə Bəsrə vilayətinin tərkibində Osmanlı imperiyasına qatılır. Vahid Küveyt əmirliyinin yaranması XVIII yüzilliyin ortalarına təsadüf edir. Ərazidə yaşayan qəbilə şeyxləri Sabah bin Cabir Əl-Sabahı (1756-1762) özlərinin əmiri elan edirlər. 1760-cı ildə əmirliyin mərkəzi Əl-Küveyt şəhəri hasara alınır və dəniz ticarətinin mühüm mərkəzinə çevrilir. XIX əsrin birinci yarısında İngiltərə Körfəz bölgəsində yerli əhəmiyyətli müharibələr törədir.
Küveyt şəhəri
Küveyt (həmçinin Əl- Küveyt — ərəb. الكويت ‎) — Küveyt dövlətinin paytaxtı. == Tarixi == Küveyt körfəzi sahilində yerləşmiş şəhərin bünövrəsi 1680-ci ildə qoyulmuşdur. == Əhalisi == Şəhərin əhalisi — 151.060 (2008), şəhərətrafı qəsəbələrlə birlikdə — 2,380,000 nəfərdən çoxdur. == Coğrafiyası == Şəhər Küveyt körfəzinin sahilində yerləşir. Şəhər üç zonaya bölünür: sənaye zonası (Şüveyx şəhərətrafı qəsəbəsində), təhsil zonası (orada universitet, məktəblər və elmi-tədqiqat müəssisələri yerləşir) və istirahət zonası (sahilboyu Əl-Cahar şəhərinə qədər uzanır. == Sənayesi == Müasir Küveyt ənənəvi ərəb-müsəlman şəhərlərinə bənzəmir. Xarici görünüşünə görə o, Avropa şəhərlərinə daha çox oxşayır. Yeni tikililər hesabına şəhər sürətlə böyüyür. Paytaxtın ən böyük sənaye müəssisələrində neft-kimya, yeyinti məhsulları, sement istehsal olunur, avtomobil, televizor və soyuducular quraşdırılır.
Küveyt əhalisi
== Əhalinin hərəkəti == Küveyt əhalisinin sayına görə region ölkələri içərisində 14-cü yerdədir. 1957-ci ildə ölkədə 995 min, 2005-ci ildə isə 2,3 mln, nəfər əhali yaşayırdı. Ölkə əhalisinin 60 faizi başqa ölkələrdən gələnlərdir. Küveytdə digər ərəb ölkələri, Pakistan, Hindistan və Asiyanın başqa ölkələrindən olan immiqrantlar çoxdur. Əhalinin təbii artım sürəti 1957-ci ildə 11 faizdən 2005-ci ildə 3,0 faizə qədər azalmışdır. «Ailənin planlaşdırılması» adlı demoqrafik siyasət aparan «üçüncü dünya» dövlətlərindən fərqli olaraq Küveyt uşaq doğumunu artırmaq məqsədi ilə müxtəlif tədbirlər həyata keçirir. Proqnozlara görə 2015-ci ildə ölkə əhalisinin sayının 3,4 mln. nəfərə çatması gözlənilir. 1930-cu ildə Küveytdə neft yataqlarının kəşfi və xüsusilə İkinci Dünya müharibəsindən sonra onun istismarına başlanılması ölkəyə digər ölkələrdən, əsasən müsəlman dövlətlərindən əhali axınına səbəb olur. Hazırda ölkə əhalisinin 90 faizi yerli və gəlmə ərəblərdir.
Patrik Klüvert
Patrik Stefan Klüvert (və ya Patrik Klayvert) (1 iyul 1976, Amsterdam) – Niderland futbolçusu. == Həyatı == Patrik Stefan Klüvert 1976-cı ildə Hollandiyanın Amsterdam şəhərində anadan olub. Hücumçudur. Futbolçu karyerasına 1994-cü ildə Ayaks klubunda başlayıb. 1997-ci ilə qədər bu klubun şərəfini qoruyub. Ayaks klubunun heyətində çıxdığı 70 oyunda 39 qola imza atıb. Ayaks klubu ilə 2 dəfə (1995,1996) Hollandiya çempionluğunu, 2 dəfə də (1994, 1995) Hollandiya Superkubokunu qazanıb. 1 dəfə (1995) isə çempionlar Liqasının kubokunu başı üzərinə qaldırıb. Həmin il Vyanada “Milan”la keçirilən final matçının 85-ci dəqiqəsində gözəl qola imza ataraq, Ayaks klubuna kuboku qazandıran oyunçu oldu. Onun gənc yaşda belə parlaq çıxışı nəhəng klubların skautlarının da gözündən yayınmadı.
Əl-Küveyt
Küveyt (həmçinin Əl- Küveyt — ərəb. الكويت ‎) — Küveyt dövlətinin paytaxtı. == Tarixi == Küveyt körfəzi sahilində yerləşmiş şəhərin bünövrəsi 1680-ci ildə qoyulmuşdur. == Əhalisi == Şəhərin əhalisi — 151.060 (2008), şəhərətrafı qəsəbələrlə birlikdə — 2,380,000 nəfərdən çoxdur. == Coğrafiyası == Şəhər Küveyt körfəzinin sahilində yerləşir. Şəhər üç zonaya bölünür: sənaye zonası (Şüveyx şəhərətrafı qəsəbəsində), təhsil zonası (orada universitet, məktəblər və elmi-tədqiqat müəssisələri yerləşir) və istirahət zonası (sahilboyu Əl-Cahar şəhərinə qədər uzanır. == Sənayesi == Müasir Küveyt ənənəvi ərəb-müsəlman şəhərlərinə bənzəmir. Xarici görünüşünə görə o, Avropa şəhərlərinə daha çox oxşayır. Yeni tikililər hesabına şəhər sürətlə böyüyür. Paytaxtın ən böyük sənaye müəssisələrində neft-kimya, yeyinti məhsulları, sement istehsal olunur, avtomobil, televizor və soyuducular quraşdırılır.
Azərbaycan–Küveyt münasibətləri
Azərbaycan–Küveyt münasibətləri — Azərbaycan Respublikası ilə Küveyt Dövləti arasındakı mövcud ikitərəfli əlaqələr. == Tarixi == Azərbaycan ilə Küveyti dini və tarixi amillər birləşdirir. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1994-cü ilin oktyabrın 7-də qurulmuşdur. Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələr əsasən beynəlxalq təşkilatlar, xüsusilə də Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində mövcud olmuşdur. Küveyt bu təşkilatlarda Ermənistanın Azərbaycana qarşı təcavüzü və Azərbaycana iqtisadi və humanitar yardımın göstərilməsi ilə bağlı qərarların qəbul edilməsində Azərbaycan Respublikasını həmişə dəstəkləyir. === Fövqəladə və səlahiyyətli səfirlər === İki ölkə arasında səfirlik səviyyəsində rəsmi münasibətlər yaradılmışdır. Azərbaycan Respublikasının 1 oktyabr 2002-ci il tarixli Qanunu ilə Azərbaycan Respublikasının Küveyt Dövlətində (Küveyt şəhərində) Səfirliyi təsis edilmişdirAzərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2004-cü il tarixli Sərəncamı ilə Şahin Şakir oğlu Abdullayev Azərbaycan Respublikasının Küveyt Dövlətində Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilmişdir. O, 24 iyun 2010-cu il tarixli Sərəncam ilə həmin vəzifədən geri çağırılmışdır. == Parlamentlərarası əlaqələr == Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Küveyt parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 7 mart 1997-ci il tarixində yaradılmış və ilk rəhbəri Şaitdin Əliyev olmuşdur.
Küveyt Premyer Liqası
Küveyt Premyer Liqası — Küveytdə futbol üzrə ən yüksək diviziondur. == Tarixi == Küveyt Premyer Liqasının tarixi 1961-ci ildən başlayır.
Küveyt əmirlərinin siyahısı
Küveyt əmirləri, Kuveyt'in əmiridir. Ölkəyi 1752'dən bəri Əl-Sabah sülaləsi'nə mensub şəxslər idarə etməkdədir. 29 yanvar 2006'da hakimiyyətə gələn Sabah IV Əl-Əhməd Əl-Cabir Əs-Sabah, hakimiyyəti davam etdirir.
Qurtuluş teleqülləsi (Küveyt)
Qurtuluş qülləsi , Küveyt şəhərində 372 metr yüksəklikdəki telekommunikasiya qülləsidir. Ölkənin ikinci ən yüksək tikilisi və dünyanın ən yüksək 39-cu binasıdır. == Tarix == Əvvəlcə Küveyt Telekommunikasiya Qülləsi adlandırmaq üçün nəzərdə tutulan, qüllənin tikintisi İraqın Küveytə işğalından əvvəl, 1990-cı il avqustun 2-də başlamışdır. Gərginliyin baş verdiyi zaman, demək olar ki, yarısı tikilinən qüllənin tikintisi tamamilə dayandı. Lakin tikili heç bir zərər görmədi və İraq qüvvələri 1991-ci il fevralın 27-də çıxarıldıqdan sonra bərpa olundu. 1993-cü ildə başa çatdıqdan sonra qüllə Küveytin İraqdan qurtuluşunun simvolu olan Qurtuluş qülləsi adlandırıldı.
Azərbaycan–Küveyt futbol matçları
== Kişilər ==
Küveyt milli futbol komandası
== Tarixi == İlk rəsmi oyununu 1961-ci ilin sentyabrın 3-də Mərakeşdə Liviyaya qarşı keçirən komanda 2:2 hesablı heç-heçə edib. Ən böyük hesablı məğlubiyyətləri 0:8 hesablı olub. İki dəfə. 1961-ci il, sentyabrın 3-də Mərakeşdə Misir, 2003-cü ilin noyabrın 19-da Portuqaliyada. Ən böyük hesablı qələbəsi 2000-ci ilin fevralın 14-də rəsmiləşib. Butanı evdə 20:0 darmadağın ediblər. Həmin il Sidney Olimpiadasının iştirakçısı olan Küveyt yalnız Asiya kubokunda uğuru ilə öyünür. 1976-cı ildə gümüş medal əldə edən ərəblər 4 il sonra növbəti yarışda çempion adını qazanıb. Asiya kubokunda (1984-cü ildə) bürünc medal götürərək, ardıcıl üç dəfə mükafatçılar sırasında yer alıblar. Dünya çempionatının final mərhələsinə yalnız 2 dəfə çıxan zəngin neft ölkəsinin təmsilçiləri hər iki halda qrup səddini aşa bilməyib.
2011-ci il Küveyt iğtişaşları
Toqquşma nəticəsində ən azı 30 nəfər yaralanıb. Əl-Cahar şəhərində keçirilən aksiyada mindən çox insan iştirak edib. Onlar əsasən köçəri həyat tərzi keçirən sakinlərdir. Nümayişçilər iş, pulsuz təhsil, tibbi xidmət tələb edib, Küveytin digər vətəndaşlarından fərqli olaraq, onlara bu imkanların yaradılmamasının ədalətsizlik olduğunu bildiriblər. Polis 50-dək nümayişçini həbs edib.Əmirliyin vətəndaşları bütün kommunal xərclərdən azad edildi, onların maaşları 2 dəfə artırıldı. Bundan başqa, hər kəsə pulsuz yemək və ayda 3500 dollar verilir... Ərəb ölkələrində kütləvi narazılıqlar və nümayişlər başlanandan sonra Küveyt əmirliyinin rəhbərliyi yaşananlardan nəticə çıxarmağa çalışıb. Əmirliyi idarə edən əs Səbah ailəsi dünyada indiyədək misli görünməmiş iş görüb və bir gecənin içində təəbələrini feodalizmdən kommunizmə keçirib. Prinsip etibarilə Küveytin yerli əhalisi olan 1 milyon ərəb indiyə qədər də pis yaşamırdı. Dünya neft ehtiyatlarının 9 faizinə malik olan əmirliyin yerli əhalisi bütün işləri mühacirlərin boynuna qoyub.
Azərbaycan-Küveyt futbol matçlarının siyahısı
== Kişilər ==
Kurort
Kurort (alm. Kurort‎: kur — müalicə və ort — yer, məkan) — müalicə, tibbi reabilitasiya, xəstəliyin profilaktikası və sağlamlıq məqsədilə qurulmuş və istifadə edilən sahədir. Kurort adətən təbii müalicəvi qaynaqlarla əhatə olunaraq istismar üçün lazım olan tiklilərə və infrastrukturaya malikdir. == Növləri == === Balneoterapia === Latın dilində lat. balneum – vanna, lat. therapia – müalicə deməkdir. Bu tipli kurortlarda müalicə faktoru kimi təbii mineral sulardan istifadə olunur. Su xaricdən (vannada, duşda, qapalı çimərlikdə və s.) qəbul edilməklə, daxildən içməklə müalicə, inhalysaiya və digər proseduralar üçün istifadə olunur.Balneoterapiya kurortları xəstəxanalarla təmin olunur, orada içki qalereyaları, basseynlər mövcuddur. === Palçıq === Əsas və ya müalicə üsullarından biri kimi iqlimlə, təbbi mineral sularla bərabər müalicəvi palçıqlardan da istifadə olunur. === İqlim === Bu cür kurortlarda üstünlük iqlimə verilir.
Kuxerd
Kuxird — İranın Hörmüzgan ostanının Bəstək şəhristanının Kuxird bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,144 nəfər və 637 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti lurlardan ibarətdir, lur dilində danışırlar və şafi sünni müsəlmandırlar.
Şubert
Frans Piter Şubert (31 yanvar 1797[…], Himmelpfortqrunq[d], Avstriya hersoqluğu, Müqəddəs Roma imperiyası – 19 noyabr 1828[…], Vyana, Avstriya imperiyası) – Avstriya bəstəkarı. 1 fevral 1797ci ildə doğulub.. 6000-ə yaxın Leyder (Leider), səkkiz tamamlanmış simfoniya, məşhur "Tamamlanmamış simfoniya", liturgik musiqi, opera və çoxsaylı kamera və solo piano musiqisinin müəllifidir. O, xüsusilə orijinal melodiyalı və harmonik musiqisi ilə məşhurdur. Sağlığında yaxın dostları və tanışlarından ibarət kifayət qədər pərəstişkarı (buraya müəllimi Antoniyo Salyeri və tanınmış ifaçı Yohan Mixael Vogl da daxil idi) olmasa da, Şubert musiqisi geniş kütlələrin qəlbini ölümündən bir neçə yüzilliklər sonra ala bilmişdir. Onun hər zaman daimi işi olmuş və bəstəkar dostları və ailəsinin dəstəyi olmadan yaşamışdır. Frans List Şubert özünü "bütün dövrlərin ən poetik musiqiçisi" adlandırmışdır. == Həyatı == Frans Şubert 1797-ci ilin 31 yanvar tarixində Avstriyanın paytaxtı Vyana şəhərində anadan olmuşdur. Atası Franz Teodor Florian moravianlı kəndlinin oğlu yerli kilsə məktəbinin müəllimi idi. Anası Elizabet Vitz dəisə dəmirçi qızı idi.
Kuest
Kuest-(rus. куэста, ing. cuesta) (isp. cuesta-döş, dağ yamacı)- K. eroziya və denudasiya vasitəsilə bu proseslərə qarşı qeyri-bərabər davamlığı olan maili, monoklinal yatımlı lay dəstələrində yaranmış, asimmetrik tirə. K. maili yamacı onu «mühafizə» edən davamlı layların yatımına uyğun gəlir, dik yamacında layların «kəlləsi» çıxır. Layların kəllələri bəzən paralel yerləşərək kuest rel¬yef tipi əmələ gətirir (mis: Dağlıq Krımda, Böyük və Kiçik Qafqazın şimal yamacında).
Kövər
Kövər — Azərbaycan Respublikasının Yevlax rayonunun Malbinəsi inzibati ərazi vahidində kənd. == Tarixi == Yuxarı Qarabağ kanalının sahilində, Qarabağ düzündədir. Oykonim "mal-qara üçün ayrılmış örüş yeri" mənasındadır. Kövər variantında da qeydə alınmışdır.
Künər
Künər vilayəti (puşt. کونړ, fars. کنر‎) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. == Coğrafiyası == Künər vilayətin sahəsi 4.942 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 407.8 min nəfər, inzibati mərkəzi Əsədabad şəhəridir. Vilayətin Pakistanla 175 km-lik sərhəddi var. == Əhalisinin etnik tərkibi == Əhalisinin 95%-ni puştunlar, 5%-ni nuristanilər və digər xalqların nümayəndələri təşkil edir. == İnzibati quruluşu == Vilayət inzibati cəhətdən Əsədabad, Mərəvara, Bar Künər, Danqam, Nari, Qaziabad, Şaygal və Şiltan, Vata Pur, Çapa Dara, Dara-i-Peç, Nərəng, Çavkay, Nurgal, Xas Künər və Sirkanay rayonlarına bölünür.
Kəvər
Yaşayış məntəqələri Kəvər (şəhər) — Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikası) Göyçə gölü sahilindən bir neçə km aralıda yerləşən şəhər. Kəvər rayonu — Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikası) Göyçə gölü sahilində rayon. Kəvar — İranın Fars ostanının şəhərlərindən və Kəvar şəhristanının mərkəzi Gavar (Təbriz)Bitkilər Kəvər (bitki) — kəvərkimilər fəsiləsinə aid bitki cinsi. Tikanlı kəvər — kəvərkimilər fəsiləsindən bitki növü.Digər Kabar — Xəzər tayfalarının tərkibinə daxil olan tayfa.
Aleksandr Kalvert
Aleksandr Kalvert (ing. Alexander Calvert) — Kanadalı aktyor. == Karyera == O, Nikledon, Əsgər, Mənim kimi gombul və Ölü zona kimi bir sıra film və teleseriallarda çəkilib. Məktəbdən qaçmaq-da cavan Castin rolunu ifa etdikdən sonra Ceki geri qaytatmaq filmində baş rola çəkildi. O həmçinin Best Buy, Kohl's, Road Runner, General Mills və Mattel üçün reklam çrxlarında da çəkilib. 17 iyul 2015-ci ildə Kalvertin CW-nun Ox serialının 4-cü mövsümündə Lonni Maçin rolunu oynayacağı bildirildi. Bundan başqa CW-nun digər serialı olan Fövqəltəbii-də Lusiferin oğlu rolu olan əsas rola çəkildi.