Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kabaçok dolması
Kabaçok dolması — Avropa mətbəxinə aid yeməklərdən biri. Kabaçok, toyuq əti (sümüksüz), soğan, kök, pendir günəbaxan yağı ilə hazırlanır, paprika, istiot kimi ədviyyatlar və duz əlavə olunur.
Kiril Kulakov
Kiril Kulakov (20 iyul 1969) — General-mayor, Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı. == Həyatı == Kiril Kulakov 20 iyul 1969-cu ildə doğulub. 1990-cı ildə Kazan Ali Hərbi Komandanlıq Məktəbini bitirib. Bundan sonra bir müddət Almaniyada, Uşaq Şərqdə və Mərkəzi Hərbi dairəsində qulluq edib. 2014–2017-ci illərdə Orenburq kazak briqadasının Çelyabinsk vilayətinin Çebarkulda yerləşən Suvorov, Kutuzov və Aleksandr Nevski adına Qırmızı Bayraq ordenli 7-ci Əlahiddə Mühafizə Tankının komandiri vəzifəsində çalışıb. 2016-cı ildə general-mayor rütbəsinə layiq görülüb. 2017-ci ilin martından Kazan Ali Hərbi Komandanlıq Məktəbinin rəisi olub. 2023-cü ilin avqustunda Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı təyin olunub.
Aleksey Kulak
Aleksey Kulak (rus. Кулак, Алексей Исидорович;27 mart 1922, Moskva – 25 avqust 1984, Moskva) — SSRİ DQM-də xidmət edən polkovnik, Böyük Vətən Müharibəsi iştirakçısı, Sovet İttifaqı Qəhrəmanı (1946). 1990-cı ildə ölümündən sonra ABŞ kəşfiyyatı ilə əməkdaşlıq ittihamı ilə əlaqədar bütün rütbələrdən və mükafatlardan məhrum edilib == Həyatı və təhsili == 27 mart 1922-ci ildə Moskvada fəhlə ailəsində anadan olmuşdur. Orta məktəbi bitirib. 1941-ci ilin avqustunda Qırmızı Ordunun sıralarına yazılmışdır. 1942-ci ildə Odessa Artilleriya Məktəbinin kurslarını bitirib, 1942-ci ilin mayından II Dünya Müharibəsində müxtəlif cəbhələrdə döyüşmüşdür. 1945-ci ilin aprelinə qədər baş-leytenant rütbəsi almışdır. 1-ci Belorusiya cəbhəsinin 5-ci zərbə ordusunun 6-cı artilleriya korpusunun 2-ci artilleriya diviziyasının 20-ci artilleriya briqadasının 262-ci yüngül artilleriya alayının artilleriya batalyonunun komandiri kimi xidmət etmişdir. === Vəfatı === 25 avqust 1984-cü ildə beyin xərçəngi xəstəliyindən vəfat etmişdir. Kuntsevo qəbirstanlığında “qəhrəman” statusu ilə təntənəli şəkildə dəfn edilmişdir.