Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Künarək
Künarək- İranın Sistan və Bəlucistan ostanının şəhərlərindən və Künarək şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 28,685 nəfər və 6,044 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti bəluclardan ibarətdir və bəluc dilində danışırlar və hənəfi sünni müsəlmandırlar.
Muğanək
Muğanək (fars. مقانک‎) — İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. Muğanək kəndi Dizəcin, Kəngavər və Bərvəc kəndlərinin arasında və dağlıq bir bölgədə yerləşir. Daşkəsən, Pilə kəmər və Zanqafıl dağları bu kəndi üç yandan çevrələyib ki yerlilər tərəfindən bu dağların ətəyindən ağ torpaq (Kaolin) ixrac olunur. Kəndin ən önəmli və sulu bulağı Qırxbulaq adlanır. Kənd tut, qoz və fındıq bağlarının içində yerləşir. Kəklikotu, Kəkotu, Boymadərən, Dağnanəsi və Gəvən kimi bitkikər Muğanək ərazisində bolca tapılır. Habelə bu kənddə Kütyarpaq püstə, Yemişan və Şam ağaclarına rast gəlmək olar. 2016-cı ilin məlumatına görə kənddə 81 nəfər yaşayır (31 ailə). Əhalisi azərbaycan türklərindən ibarətdir və azərbaycan türkcəsində danışırlar.
Kuranə
Kuranə (Urmiya)
Küman
Küman — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 190 nəfərdir. == Toponimiyası == Oykonim minilliyin ortalarından kaymakların (kimakların) tərkibində olmuş koman/ kuman türk tayfasının adını əks etdirir. Komanlar rus mənbələrində 1078-ci ildən poloves adı ilə məlumdur. X əsrdə Volqanı keçərək Qara dəniz sahillərinə köçmüşlər. Komanların bir qismi qıpçaqların tərkibində Azərbaycana gələrək burada məskunlaşmışlar.
Burmanək (Zəncan)
Burmanək - İranın Qəzvin ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Sirdan bölgəsinin Aşağı Tarım kəndistanında, Sirdan qəsəbəsindən 24 km şərqdədir.
Künarək şəhristanı
Künarək şəhristanı— İranın Sistan və Bəlucistan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Künarək şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 68,605 nəfər və 14,288 ailədən ibarət idi.
Xumarək (Xudabəndə)
Xumarək (fars. خمارك‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 340 nəfər yaşayır (76 ailə).
Kamanə (Urmiya)
Kamanə (fars. كمانه‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 101 nəfər yaşayır (21 ailə).
Kuranə (Urmiya)
Kuranə (fars. ‎‎‎‎‎كورانه‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 550 nəfər yaşayır (99 ailə).
Ronald Kuman
Ronald Kuman (21 mart 1963) — Niderlandlı futbol məşqçisi.
Kuman dili
Kuman dili, həmçinin polovets dili və ya qıpçaq-polovets dili — XI–XIV əsrlərdə Dunay və Volqa arasındakı çöldə yaşamış kumanların danışdığı dil. Hazırda istifadə olunmayan kuman dili bugünkü Krım tatar və Qaraçay-balkar dillərinə yaxınlığı ilə diqqət çəkir. Kumanlar Şərqi Avropada istifadə olunan türk ləhcələrindən birində danışırdılar. == Adlandırması == Elmi nəşrlərdə bu dil Kuman və Kuman türkcəsi kimi göstərilmişdir. == Tarixi == Kumanlar XIII-XIV əsrlərdə Şərqi Avropada yaşamış türk tayfasıdır. Kumanlar tarix boyu qıpçaqlarla eyni birlikdə olduqlarından, müəyyən zaman sonra onları qıpçaqlarla eyni hesab etmişlər. Kuman türkcəsində Şərqi Avropada, Qara dənizin şimalında və qismən də Balkanlarda danışılmışdır. Kodeks Kumanikus türklər tərəfindən yazılmayan amma kuman dilinin danışıq xüsusiyyətlərini əks etdirən, öz dövründəki türk dilinin quruluşunu əks etdirən mühüm bir əsərdir. == Əsərlər == Atamız kim köktesiñ. Alğışlı bolsun seniñ atıñ, kelsin seniñ xanlığıñ, bolsun seniñ tilemekiñ – neçikkim kökte, alay [da] yerde.
Kuranə (Bəradost dehistanı)
Kuranə (fars. كورانه‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 504 nəfər yaşayır (89 ailə).
Kuman-qıpçaq dilləri
Kuman-qıpçaq dilləri, həmçinin polovets-qıpçaq dilləri, Qafqaz-qıpçaq dilləri, oğuz-qıpçaq dilləri — türk dillərindən qıpçaq dil qrupunun bir hissəsi. Onlara qərbi qıpçaq dilləri də deyilir, lakin belə bir terminin istifadəsi arzuolunmaz omonimliyə gətirib çıxarır, çünki şərqi qıpçaq dillərindən Cənubi Altay, Fərqanə qıpçaq və qırğız dillərindən fərqli olaraq Volqa-qıpçaq, kuman-qıpçaq və noqay-qıpçaq dilləri birlikdə qərbi-qıpçaq dilləri hesab edilir. == Tərkibi == Müasir dillərdən kuman-qıpçaq dilləri qrupuna aşağıdakılar daxildir: Krım-tatar dilinin orta dialekti; Qumuq dili; Qaraçay-balkar dili; Urum dili; Kəraim dili; Qırımçaq dili. Kuman-qıpçaq dillərini kəraim-krım-tatar və qumuq-qaraçay-balkar alt qruplarına bölmək olar. Oleq Mudrak da məhz bu bölgüyə əməl edir. == İstinadlar == == Əlavə ədəbiyyat == Баскаков Н. А. Историко-типологическая фонология тюркских языков. М.: Наука. Отв. ред. Э. Р. Тенишев.