Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kulot
Kulot (fr. cul sözündən götürülmüşdür = sağrı deməkdir) XIIV-XVIII əsrlərdə fransız zadəgan və əsilzadələrinə məxsus geyim - dizlikli şalvar və ya bric. Kulot geyim dizdən bir qədər aşağıya qədər olan dar bir tuman ya şalvar olub, məxmər, ipək (zadəgan və aristokratlar üçün) və ya adi kətan və yun parçadan (sənətkarlar üçün) eləcə də dəridən (süvarilər, əsgərlər üçün) tikilir.
Külür
Külür— İranın Ərdəbil ostanının Xalxal şəhristanının Şahrud bəxşində şəhər və bəxşin paytaxtıdır. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 2,380 nəfər və 675 ailədən ibarət idi.
Külüs
Külüs — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. == Toponimikası == Bəzi mənbələrə görə kəndin adı Sakların bir qolu Kol tayfası və Oğuzların(Uz) ərazidə məskulaşması ilə yaranmışdır. IV əsrdə Kəngərli tayfasının Səleykə qolu , sonralar isə Salahlı , Qaramanlı və başqa tayfalar məskunlaşmışdır. Bəzi tədqiqatçılar isə oykonimin kühül (mağara) sözündən düzəldiyini ehtimal edirlər. Altay dillərində, o cümlədən 419 monqol dilində kuluz "qamış" mənasında işlənir. Güman etmək olar ki, kəndin ərazisi qamışlıq olduğu üçün belə adlandırılmışdır, lakin Zəngəzur mahalında Qarakilsə rayonunda Uz kəndi, Şəki kəndi və s., Babək rayonunda Kültəpə, Qərbi Azərbaycan ostanında(İran) Kulus (Kolus) kəndlərinin olması Sak-Kol və Oğuz — Uz tayfa ittifaqlarının mövcudiyyətini və kənd adlarında qorunmasını sübut edir. == Tarix == Külüsün ərazisi qədim və tarixi yaşayış yerləri, abidələr, qəbirlər, nekrapollarla zəngindir. Kəndin tarixi orta tunc dövründən başlayır. Haqqıxlıq, Köhnə Külüs, Dev damı, Əyrək, Şansu ölən, Əşgab, Qaradağ, Sarıdağ, Külüs qalası (tamamilə dağılıb) kimi yerlərdə qədimdə yaşayışın olduğu sübut edilib. Haqqıxlıqda aparılan arxeoloji qazıntılarda eradan əvvəl III–II minilliyə aid tunc xəncər, ox ucu, qablar və haqqıqdan (əqiqdən) muncuqlar, bəzək əşyaları tapılıb.
Külüç
Külüç (az-əbcəd. کۆلۆچ‎, fars. کلوچ‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 386 nəfər yaşayır (120 ailə).
Sulut
Sulut — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən 45 km Şərqdə dağ ətəyində yerləşir. Əhali əkinçilik və maldarlıqla məşğuldur. Orta məktəbi, kitabxanası, klubu və tibb məntəqəsi var. == Etimologiyası == “Sulut” toponomi haqqında müxtəlif düşüncələr irəli sürülür. Sulut sözünün anlamı türkcə “daşlı”, “sulu” yer kimi izzah etmək olar. Gerçək də kəndin ərazisi daşlı, çınqıllı sulu sahələrdən ibarətdir. == Coğrafiyası == Kənd, İsmayıllı dan 45 kilometr şərqdə, dağların ətəyindədir. == Əhalisi == Əhalisi 416 nəfərdir ki onunda 207 nəfəri kişi, 209 nəfəri qadındır. === Şəhidləri === 1.
Kult
Kult — adətən xarizmatik olan və öz-özünü təyin etmiş, deviant sayılan, cəmiyyət normalarından kənarda bir sıra hərəkətlərə və təcrübələrə sarsılmaz sədaqət tələb edərək üzvlərinə hədsiz dərəcədə nəzarət edən rəhbəri olan nisbətən kiçik qrup üçün nəzərdə tutulmuş, bəziləri tərəfindən alçaldıcı hesab edilən termin. Bu termin həmçinin, onun qeyri-adi dini, mənəvi və ya fəlsəfi inancları və ritualları, yaxud konkret şəxsiyyət, obyekt və ya məqsədə ümumi marağı ilə müəyyən edilən yeni dini hərəkat və ya digər sosial qruplar üçün istifadə olunur.
Faik Bulut
Faiq Bulud (1950, Qars, Türkiyə) — Türkiyə yazıçısı. == Həyatı == Faiq Bulud 1950-ci ildə Qarsda anadan olub. Ankara Qazi Təhsil İnstitunun Rəsm içi fakültəsinə daxil olsa da təhsilini yarımçıq qoyub. 1972-ci ildə Suriyadan Livana keçərək Fələstin Azadlıq Təşkilatının sıralarına qoşulub. İsrail ordusunun həyata keçirdiyi bir əməliyyat zamanı beş güllə yarası alaraq əsir düşüb. MOSSAD tərəfindən 20 gün dindirildikdən sonra İsrail məhkəməsi tərəfindən həbs cəzası aldı. 1980-ci ilə qədər — 7 il 2 ay İsrail həbsxanasında cəza çəkdi. == Əsərləri == Dərsim raporları, İstanbul, 2013, −427 səh. Ali'siz Alevîlik, Berfin Yayıncılık, 2011. Hasan Sabbah Gerçeği ve Eşitlikçi Dervişan Cumhuriyetleri, Berfin Yayıncılık, 2014.
Karqo kultu
Karqo kultu (ing. Cargo cult; "cargo" – yük, "cult" – ayin, ibadət"; Mənası "daşınan yükə sitayiş etmə" kimi başa düşülür.) — qeyri-ənənəvi inanclardan biri; Sakit okeanın Melaneziya adalarında mövcud olan din. == Tarixi == Sakit okeanın Melaneziya adalarında İkinci dünya müharibəsi dövründə yaranmışdır.
Kulun bəy
Baymey xan Kulun bəy — İkinci Göytürk xaqanlığının VIII xaqanı. == Hakimiyyəti == Qardaşı Ozmış Teqin xanın öldürülməsindən sonra taxta çıxmışdı. Tan sülaləsinə tabe olmaqdan boyun qaçırmış və 2 ildən sonra Qutluq Bilgə Kül xaqan tərəfindən həbs olunaraq öldürülmüşdür. İkinci Göytürk xaqanlığının sonu gəlmişdir.
Külüg Bilgə
Külüg Bilgə xaqan - atası II Qutluqdan sonra taxta gəlmiş və cəmisi 3 il taxta qalmışdır. 806-cı ildə Çindəki Mani məbədi məhz onun istəyi ilə yenidən açılmışdı. 808-ci ildə vəfat etmişdi. Övladsız olduğu üçün yenidən seçki ilə hökmdar seçilmişdi.
Külüg Bəy
Külüg Bəy xan — əsl adı Xu olan xaqan əmisinin ölümündən sonra taxta çıxmışdı. Onun dövründə üsyanlar baş qaldırdı. Yuelouvu (掘羅勿) adlı sərkərdənin üsyana başlaması və özünə Şato türklərini kömək olaraq çağırması Uyğur xaqanlığının çöküşünü sürətləndirən xəbərlərdən idi. Şato türklərinin Ordu-Balıq şəhərini mühasirəyə aldığı zaman intihar etdi. Yerinə Uge xan keçdi.
Külün təpə
Külün təpə, Külüng təpə və ya Hisamabad (fars. حسام‌آباد‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 2,023 nəfər yaşayır (557 ailə).
Külür (dəqiqləşdirmə)
Külür — İranın Ərdəbil ostanının Xalxal şəhristanının Şahrud bəxşində şəhər. Külür (Ərdəbil) — İranın Ərdəbil ostanının Səreyn şəhristanı ərazisinə daxil olan kənd.
Külür (Ərdəbil)
Külür (fars. كلور‎) — İranın Ərdəbil ostanının Səreyn şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 112 nəfər yaşayır (21 ailə).
Külüs nekropolu
Külüs nekropolu — Naxçıvan Muxtar Respublikası Şahbuz rayonu ərazisində arxeoloji abidə. == Tarixi-coğrafi mövqeyi == Şahbuz rayonu ərazisində, Külüs kəndinin şimal tərəfindəki yamacda, eyni adlı çayın sol sahilində yerləşir. == Tədqiqi tarixindən == Abidə 1976-cı ildə V.H.Əliyev tərəfindən qeydə alınmış, Külüs qalası və nekropolu haqqında D.A.Axundov da məlumat vermişdir. 1990-cı ildə V.B.Baxşəliyev burada tədqiqat işləri apararaq, dağılmış qəbirlərdən birinin divarının ölçülərini götürmüşdür. Onun uzunluğu 0.6, eni 0.2 m olub, divarı kiçik daşlarla iki cərgə hörülmüşdü. Nekropoldakı qəbirlər daş qutu tipli olmuşdur. Skelet qalıqları olduqca pis saxlanmışdı. == Aşkarlanmış maddi-mədəniyyət nümunələrinin xüsusiyyətləri == Buradan tapılan maddi-mədəniyyət qalıqları əsasən boz rəngli küpə qırıqlarından ibarət olub formaca bir-birindən fərqlənir. Qabların gilinə narın qum qatılmış boz, yaxud qara rəngdə bişirilmişdir. Qabların daxili səthində saxlanmış konsentrik izlərə əsasən demək olar ki, onlar dulus çarxında hazırlanmışdır.
Külüş (Nəmin)
Külüş (fars. كلش‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 744 nəfər yaşayır (224 ailə).
Sulut bələdiyyəsi
İsmayıllı bələdiyyələri — İsmayıllı rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Talat Bulut
Talat Bulut (d. 23 mart 1956, Sarıqamış, Kars) —Türkiyə kino, teatr və serial aktyoru.
Şəxsiyyət kultu
Şəxsiyyətə pərəstiş və ya liderə pərəstiş həmçinin şəxsiyyət kultu — bir hökumət tərəfindən, çox vaxt qeyd-şərtsiz yaltaqlıq və təriflər vasitəsilə ideallaşdırılmış və qəhrəmancasına lider obrazı yaratmaq üçün göstərilən səyin nəticəsidir. Tarixən o, kütləvi informasiya vasitələri, təbliğat, saxta xəbərlər, tamaşa, incəsənət, vətənpərvərlik, hökumətin təşkil etdiyi nümayiş və mitinqlər üsulları ilə inkişaf etmişdir. Şəxsiyyətə pərəstiş apofeoza bənzəyir, ancaq o, müasir sosial mühəndislik üsulları ilə, adətən bir partiyalı dövlətlərdə və dominant partiya dövlətlərində dövlət və ya partiya tərəfindən qurulur. Şəxsiyyət kultu çox vaxt totalitar və ya avtoritar ölkələrin liderini müşayiət edir. Bunu bəzi monarxiyalarda, teokratiyalarda və uğursuz demokratiyalarda da görmək olar. == Tarixi fon == Tarix boyunca monarxlar və digər dövlət başçıları çox vaxt böyük ehtiramla qarşılanır və fövqəlbəşəri keyfiyyətlərə malik olduqları düşünülürdü. Kralların ilahi hüququ prinsipi ilə, xüsusən də orta əsrlər Avropasında hökmdarların Tanrının və ya tanrıların iradəsi ilə vəzifə tutduqları deyilirdi. Qədim Misir, Yaponiya imperiyası, İnk, Astek, Tibet, Siam (indiki Tayland) və Roma İmperiyası monarxları "tanrı-hökmdarlar" kimi yenidən təyin etmək üçün xüsusilə qeyd olunur. Bundan əlavə, Qədim Roma imperator kultu imperatorları və onların bəzi ailə üzvlərini Roma Dövlətinin ilahi icazəli səlahiyyətinə (auctoritas) aid edirdi. XVIII–XIX əsrlərdə Avropa və Şimali Amerikada demokratik və dünyəvi ideyaların yayılması monarxların bu auranı qoruyub saxlamasını getdikcə çətinləşdirirdi.
Burhanəddin Bulut
Burhanəddin Bulut (25 avqust 1970, Bitlis) — əczacı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı. == Həyatı == Burhanəddin Bulut 25 avqust 1970-ci ildə Bitlis ilində anadan olub. Egey Universiteti Əczaçılıq bölməsindən və Anadolu Universiteti İqtisadi bölməsindən məzun olub. 1993-cü ildə Adanada əczanə açaraq peşə fəaliyyətini davam edib. Dörd dəfə Adana Əczaçılar Palatasının sədri vəzifəsinə seçilib. 2011-ci ildə parlament seçimlərində namizəd olduğuna görə vəzifəsindən istefa verib. Siyasətə Cümhuriyyət Xalq Partiyasında qoşulub. 2014-cü ildə Çuxurova ilçə Bələdiyyə Məclisinin üzvü seçilib. 2015-ci ildə CHP Adana il sədri olduğuna görə vəzifəsindən istefa verib. 11 noyabr 2023-cü ildən CHP sədrinin Media və ictimaiyyətlə əlaqələr üzrə müavinidir.
Yücel Bulut
Yücəl Bulut (1980, Samsun ili) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı. == Həyatı == Yücəl Bulut 1980-ci ildə Samsun ilinin Bafra ilçəsində anadan olub. Orta təhsilini Gaziosmanpaşa Liseyində alıb. Ankara Universiteti Hüquq Bölməsindən məzun olub. Hüquqşünas olaraq çalışıb. Ankara Vəkillər Kollegiyasının üzvü olub. Uzun illər Ortadoğu qəzetində məqalələri dərc olunub. Uzun illərdir MHP üzvüdür. 2012-ci ildən MHP sədrinin hüquqşünasıdır. 4 noyabr 2012-ci ildə MHP İntizam Şurasının üzvü — İntizam Şurasının Katibi seçilib.
Yücəl Bulut
Yücəl Bulut (1980, Samsun ili) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı. == Həyatı == Yücəl Bulut 1980-ci ildə Samsun ilinin Bafra ilçəsində anadan olub. Orta təhsilini Gaziosmanpaşa Liseyində alıb. Ankara Universiteti Hüquq Bölməsindən məzun olub. Hüquqşünas olaraq çalışıb. Ankara Vəkillər Kollegiyasının üzvü olub. Uzun illər Ortadoğu qəzetində məqalələri dərc olunub. Uzun illərdir MHP üzvüdür. 2012-ci ildən MHP sədrinin hüquqşünasıdır. 4 noyabr 2012-ci ildə MHP İntizam Şurasının üzvü — İntizam Şurasının Katibi seçilib.
Karo Kult
Caro Cult (27 iyun 1994, Hannover) — alman aktrisa.
Kult film
Kult kino (ingiliscə: Cult film) sədaqətli, ehtiraslı, lakin nisbətən az fanat kütləsi olan filmlər üçün nəzərdə tutulmuş termindir. Kult sözü (ingiliscə: Cult, fransızca: Culte, almanca: Kult) qərb dillərindəki ibadət, sitayiş etmək mənasında olan, Latın mənşəli cultus sözündən götürülmüşdür. Bu söz Azərbaycan dilində də qərb dillərində olduğu kimi aludəçisi olmaq, ilahiləşdirmə, həddindən artıq ehtiram mənasını verir. Kult kinolar, ümumiyyətlə, ilk buraxılış tarixlərində əhəmiyyətli kommersiya müvəffəqiyyətləri əldə etməyən, eyni zamanda film tənqidçilərindən müsbət rəylər əldə edə bilməyən aşağı büdcəli müstəqil filmlərdirlər. Bu filmlər ilk vaxtlarda çoxluq təşkil edən adi kino tamaşaçısının diqqətini cəlb etməmişdirsə də, zaman keçdikcə özlərinə kiçik, lakin ehtiraslı və hətta obsesif bir tamaşaçı kütləsi yaratmışdırlar. Bu filmlərin fanatik pərəstişkarları (və ya izləyiciləri) kult kino hesab etdikləri kinoya təkrar-təkrar baxırlar, replikaları, dialoqları əzbərləyirlər, film haqqında ən xırda detalları belə öyrənirlər, filmin müxtəlif versiyalarını əldə edirlər və hətta filmlə bağlı efemera materiallardan ibarət kolleksiyalar yığırlar. Kult kinoların həmişə kiçik bir fanat kütləsinin olması lazım deyildir. Bunun bir çox istisnaları mövcuddur. Məsələn, Taxi Driver (1976), Pulp Fiction (1994) və ya Döyüş Klubu (1999) kimi filmləri geniş auditoriya kütlələrinə çatmış məşhur kult kinolara misal kimi göstərmək mümkündür. Kult anlayışı subyektivdir.
Kult kino
Kult kino (ingiliscə: Cult film) sədaqətli, ehtiraslı, lakin nisbətən az fanat kütləsi olan filmlər üçün nəzərdə tutulmuş termindir. Kult sözü (ingiliscə: Cult, fransızca: Culte, almanca: Kult) qərb dillərindəki ibadət, sitayiş etmək mənasında olan, Latın mənşəli cultus sözündən götürülmüşdür. Bu söz Azərbaycan dilində də qərb dillərində olduğu kimi aludəçisi olmaq, ilahiləşdirmə, həddindən artıq ehtiram mənasını verir. Kult kinolar, ümumiyyətlə, ilk buraxılış tarixlərində əhəmiyyətli kommersiya müvəffəqiyyətləri əldə etməyən, eyni zamanda film tənqidçilərindən müsbət rəylər əldə edə bilməyən aşağı büdcəli müstəqil filmlərdirlər. Bu filmlər ilk vaxtlarda çoxluq təşkil edən adi kino tamaşaçısının diqqətini cəlb etməmişdirsə də, zaman keçdikcə özlərinə kiçik, lakin ehtiraslı və hətta obsesif bir tamaşaçı kütləsi yaratmışdırlar. Bu filmlərin fanatik pərəstişkarları (və ya izləyiciləri) kult kino hesab etdikləri kinoya təkrar-təkrar baxırlar, replikaları, dialoqları əzbərləyirlər, film haqqında ən xırda detalları belə öyrənirlər, filmin müxtəlif versiyalarını əldə edirlər və hətta filmlə bağlı efemera materiallardan ibarət kolleksiyalar yığırlar. Kult kinoların həmişə kiçik bir fanat kütləsinin olması lazım deyildir. Bunun bir çox istisnaları mövcuddur. Məsələn, Taxi Driver (1976), Pulp Fiction (1994) və ya Döyüş Klubu (1999) kimi filmləri geniş auditoriya kütlələrinə çatmış məşhur kult kinolara misal kimi göstərmək mümkündür. Kult anlayışı subyektivdir.