Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kuh-i-Nur
Kuh-i-Nur (fa. کوہ نور, "İşıq dağı") — 105 karat ağırlığında olan və Böyük Britaniya tacının bir hissəsi olan qiymətli almaz daş. Dünyanın ən böyük almazıdır. == Haqqında == Almazın digər tayı hesab olunan Dərya-i-Nur ("Dəniz işığı") almazının Hindistanının Andhra Pradeş ştatında olduğu düşünülür. Almaz müxtəlif zamanlarda Hindu, Rajput, İran, Əfqan, Siqx və sonda almazı talayan ingilislərin olmuşdur. 1850-ci ildə almaz İngiltərənin Ost-Hind şirkəti tərəfindən Duleep Sinqdə ələ keçirilmiş və Kraliça Viktoriya 1877-ci ildə Hindistan kraliça olunanda İngiltərə Kral Zinət Əşyalarının bir hissəsinə çevrilmişdir. Hindistan ilə müharibə etdikdən sonra Nadir şah Əfşarın əlinə keçən almaz XVIII əsrdə Kuh-i-Nur adlandırılmadan öncə Syamantaka-Mani, Madnayak ya da "Qiymətli daşların Kralı" olaraq tanınırdı. Almaz hal-hazırda Britaniya tacının bir hissəsidir.
Kub
Kub — Tərifi:Ölçüləri bərabər olan düzbucaqlı paralelepipede Kub deyilir. Üzlərin sayı 6, forması kvadrat, tillərin sayı 12, təpə nöqtələrin sayı 8, bir nöqtədən çıxan tillərin sayı 3-dür.
Küf
Yelləncək — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Yelləncək oyunu Novruz bayramı günlərində, ilaxır çərşənbələrdə, həmçinin yaz, yay və payız aylarında ağac budağından kəndirlə asılan yelləncək. Bu mərasim oyununda, əsasən, gənc oğlan və qızlar iştirak edirlər. İştirakçılar bir-bir yelləncəyə minib yellənirlər. Digər iştirakçılar isə halay, yallı məzmunlu oyunlar ifa edirlər.Yelləncəyə minib yellənənlər Naxçıvanda "Kuflan", Qarabağda "Ucuncaq", Lənkəran bölgəsində "Küf", "Həlaçin", Bakıda "Quyhaquy", Qubada "Havaçağ", Şəkidə "Sulançıx", "Yörtməc", Zəngilanda "Sarımçax", Gəncədə "Səkmən" və sairə adlarla məlumdur. == Oyunun qaydaları == İştirakçılar bir-bir, iki-iki ağac budağından asılmış kəndir yelləncəyə qalxıb yellənir, deyişmə və bayatı şəklində müxtəlif mahnı oxuyur, ətrafdakılar isə əl çalıb şənlənir, halay və yallısayağı rəqs edirlər. Yelləncəkdə yellənən qızın ayaqlarına çubuqla asta-asta vurub xorla oxuyurlar: Yelləncəkdəki qızdan ta cavab almayınca onu yelləndirirlər. Qız cavab verdikdən sonra yelləncəyi saxlayıb yerə salır və bir başqası yelləncəyə minir. Oyun saatlarla davam edir.
Kühl
Kühl ya da Köhl (ərəb. كُحْل‎‎); Yaxın Şərq və Afrika mədəniyyətlərində gözün üstünə çəkilən qara rəng. Göz üçün bir sıra xeyirli xüsusiyyətləri vardır. == İslam dinində == İslam inanclarına görə köhlü həm kişi, həm də qadın tibbi səbəblərə görə işlədə bilər və hətta məsləhət olunur. Bu, Məhəmməd Peyğəmbərin söylədiklərinə əsaslanır: "Göz üçün ən yaxşı olan şeylərdən biri köhldür; o yaxşı görmək üçün xeyirdir və kirpikləri uzadır." İbn Abbas söylədi: "Peyğəmbərin axşamlar hər gözə üç dəfə gözə köhl çəkmək üçün bir qabı var idi."Ayrıca, müsəlman ölkələrində Ramazan ayında gözə köhl çəkmək bir adətdir. Lakin bu məlumatın güclü qaynaqları yoxdur.Hal-hazırda müsəlmanlar bunu Məhəmməd Peyğəmbər təcrübədən keçirtdiyinə görə işlədirlər.
Kül
Kül, kül elementləri üzvi maddələri (bitki, meşə döşənəyi, heyvan və s.) yandırdıqda qalan yanmayan qalıq. Külü analiz etməklə kül elementlərinin kimyəvi tərkibi müəyyən olunur və bununla da qida maddələrinin çatışmamasını təyin etmək olar. Ca, K, Na, Cl və S elementlərinin cəmi ilə isə bitkinin halofilliyi müəyyənləşdirilir. Kənd təsərrüfatında küldən kalium gübrəsi kimi geniş istifadə olunur. Küldə bitkilərə lazım olan başqa mineral maddələr-fosfor, kalsium, maqnezium, kükürd, bor, manqan, müxtəlif makro və mikroelementlər də var.
Küp
Küp — mayeləri tutmaq üçün çox istifadə olunan bir qab növüdür. Dökülmək və ya içmək üçün açılan, bəzən dar olan bir qolu var və tez-tez tökülən bir dodaq var. Tarix boyu küplər metaldan hazırlanmışdır və keramika və ya şüşədən və plastikdən indi yayılmışdır.
Kür
Kür (türk. Kura; gürc. მტკვარი, translit. Mtkvari; erm. Կուր, translit. Kur; q.yun. Κῦρος, translit. Kiros; fars. کوروش‎‎, translit. Kuruş) — Qafqazda çay.
Nuh
Nuh — ulul-əzm peyğəmbər. Quranda adı müstəqil bir surəyə verilən 6 peyğəmbərdən (Hud, İbrahim, Yusif, Yunus, Məhəmməd və Nuh) biridir. == Nuhun adı, əxlaqı və onun xasiyyətləri == Nuhun əsl adı müxtəlif rəvayətlərdə gəlmişdir. Bəzilərində Əbdül-Qəffar, Əbdül-Məlik, bəzilərində isə Əbdül-Əla olduğu qeyd olunmuşdur. O, həddindən artıq ağladığına görə onu Nuh deyə çağırırdılar. Onun xüsusiyyətlərində yazırlar ki, sifəti nazik, hündür boylu, iri gözlü, nazik baldırlı və dərisi buğdayı rəngli bir kişi idi. Gözəl bəyana və güclü məntiqə malik idi. Nuh peyğəmbər indiki insan nəslinin ikinci atası sayılır. Yəqubi və onun kimi bir çox tarixyazarlar onun ömrünü Ənkəbut surəsində olduğu kimi camaatın arasında qalma müddəti (950 il) qeyd edirlər. Məclisi "Biharul-ənvar" kitabında yazır ki, yer əhli Nuhun ömründə ixtilaf edirlər.
Ruh
Ruh — dilimizdə vətəndaşlıq haqqı qazanmış "ruh" anlamının fərqli mənaları var. İnsanın qəlbi, canı, ruhu bizdə eyni sözlə ifadə olunur- "ruh". Məsələn, rus dilində "dux", "duşa" sözləri bu fərqli anlamı ortaya qoya bilir. Biz bunları birləşdirib ümumilikdə hər ikisinə "ruh" deyirik. == İslamda ruh barədə == Quranda belə bir ayə var: «Səndən ruh barədə soruşsalar, de ki, Rəbbimin işindəndir bu. Sizə elmdən az verilmiş» (İsra- «Gecə aparılma» surəsi, 85-ci ayə). İnsan öz təfəkkürünün məkana və zamana görə müəyyənləşən sərhədləri çərçivəsində Allahı dərk etməyə, Ona ibadətdə olmağa borcludur. O sərhədlərdən kənarda olan məfhumlar- təfəkkürə sığmaz məfhumlardır. Onlardan biri də ruhdur. Quranda bu barədə açıqlama da verilir.
Novcadeh-i Kuh (Bostanabad)
Novcadeh-i Kuh (fars. نوجه ده كوه‎‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 700 nəfər yaşayır (108 ailə).
Qaralar-i Kuh (Urmiya)
Qaralar-i Kuh (fars. قرالركوه‎‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 226 nəfər yaşayır (64 ailə).
Əsgərabad-i Kuh (Urmiya)
Əsgərabad-i Kuh (fars. عسگرابادكوه‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 880 nəfər yaşayır (211 ailə).
Alan Kuk
Alan Kuk (23 mart 1966) — Birləşmiş Krallıqı təmsil edən stolüstü tennisçi. == Karyerası == Alan Kuk Birləşmiş Krallıqı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 13-cü pillənin sahibi olub. Daha sonra Alan Kuk Birləşmiş Krallıqı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 9-cu pillənin sahibi olub.
Ağ küy
Ağ küy-ehtimal nəzəriyyəsində – spektral sıxlığı sabit olan ümumiləşdirilmiş stasionar X(t) təsadüfi proses. Korrelyasiya müddəti çox kiçik olan təsadüfi həyəcanlanmaları təsvir etmək üçün istifadə olunur. Məsələn, istilik küyündə – elektronların istilik hərəkətindən yaranan keçiricilərdə cərəyan şiddətinin pulsasiyası. Bəzi stoxastik diffuziya prosesləri üçün əksər halda η(t) (X(t)=η΄(t)) Viner prosesinə görə ümumiləşmiş törəməsi olan X(t) Qauss Ağ küyündən istifadə olunur. Stasionar təsadüfi həyəcanlanmaların təsiri altında rəqs edən sistemlərin dayanıqlı vəziyyətini təsvir edən Ağ küy modeli mühüm Y(t) təsadüfi proseslərdən biridir. Akustikada: müxtəlif tezlikli səs rəqslərini eyni dərəcədə ehtiva edən akustik küy. Ağ küydə müxtəlif tezlikli səs dalğalarının intensivliyi orta hesabla eyni olur. Ağ işıq ilə analoji adlandırılmışdır. Ötürmə zolağı sonlu olan, və bu çərçivədə real küyün spektri təxminən bərabər paylanmış hesab edilən fiziki siqnallara kiçik korrelyasiya müddətli küylərin təsirini təsvir etmək üçün Ağ küy modeli istifadə olunur. Korrelyasiya müddəti elektronun katoddan anoda uçuş müddəti ilə təyin olunan qırma küyə misal ola bilər.
Bala Kür
Bala Kür (kanal) — Neftçala rayonu ərazisində Kür çayından Xəzər dənizinə çəkilən kanal. Akkuşa — Kür çayının Salyan və Neftçala rayonları ərazisindəki, həm də "Bala Kür" adlanan qolu.
Bela Kun
Béla Kun (20 fevral 1886 – 29 avqust 1938, Moskva) — Macar kommunist siyasətçisi. Béla Kun Yəhudi əsilli bir ailədə dünyaya gəlmişdir. 1906-cı ildə soyadını Macarca formaya salaraq "Kun" şəklinə saldı. Klausenburg Universitetində oxumuşdur və universitetdə sosialistlər ilə tanış olaraq onlar ilə münasibətlər yaratmışdır. 1914-cü ildə Budapeştə getdi və burda Sosializmin ideyalarını təbliğ edən bir qəzet buraxdı. Birinci Dünya müharibəsi dövründə Avstriya-Macarıstan İmperiyası ordusunda xidmət etmişdir və 1916-cı ildə ruslar tərəfindən əsir götürülmüşdür. Əsir olduğu müddətdə Rusiyada Bolşeviklərin tərəfdarı olmuşdur. Oktyabr İnqilabından sonra azad edilmişdir. 1918-ci ilin dekabr ayında Macarıstanda baş vermiş olan kommunist inqilabına qoşulmaq üçün Macarıstana gəlmişdir. Mihály Károlyi hökuməti tərəfindən həbs olundu, ancaq müharibənin gedişatını müşahidə edən fəhlə üsyanlarından sonra 21 mart 1919-cu ildə azadlığa buraxıldı.
Ceymi Kuk
Ceymi Robert Kuk (8 iyul 1985, Şeffild, Yorkşir və Hamber[d]) – İngiltərəli gitaraçı və bəstəkar. O indi-rok qrupu Arctic Monkeys-in üzvü kimi tanınır.
Ceyms Kuk
Ceyms Kuk (27 oktyabr 1728 – 14 fevral 1779[…]) — ingilis dəniz səyyahı. Bütün materiklərə ayaq basmış ilk insan. Onun həyata keçirdiyi ən böyük kəşflər sayəsində Yerin cənub yarımkürəsinin xəritəsi özünün müasir şəklini ala bilmişdir. Kuk böyük elmi nəticələr verən üç dünya səyahəti etmişdir. == Birinci ekspedisiya (1768–1771) == Ceyms Kukun birinci ekspedisiyasının (1768–1771) qarşısına qoyulan əsas vəzifə Naməlum Cənub torpağını tapmaq idi. Bu ekspedisiya zamanı Cənub torpağının tapılması ilə ilk dəfə sübut edildi ki, Yeni Zelandiya cənub materikinin bir hissəsi olmayan və boğazla iki yerə ayrılan adalardan ibarətdir (sonralar bu boğaza C.Kukun adı verilir). O, Avstraliyanın şərq sahillərini öyrənib onu xəritəyə köçürdü. Yeni Qvineya adasının Avstraliyadan ayrı olduğu müəyyən edildi. == İkinci ekspedisiya (1772–1775) == İkinci ekspedisiya (1772–1775) zamanı Kuk Afrikanın cənub ucqarından cənuba doğru istiqamət götürərək dəniz səyahətləri tarixində ilk dəfə 17 yanvar 1773-cü ildə Cənub qütb dairəsini keçmişdir. Antarktida sahillərindəki buzlu sularda xeyli dolaşır və səhv olaraq burada qurunun Cənub torpaqlarının olmadığı qənaətinə gəlir.
Deyl Kuk
Deyl "Apollo" Kuk (ing. Dale "Apollo" Cook) — ABŞ aktyoru və idmançısıdır. Taekvondo üzrə 7-ci dərəcəli qara kəmərə sahibdir. == Həyatı == Deyl Kuk 1958-ci ildə Talsa şəhərində doğulmuşdur. Əvvəllər Taekvondo, sonralar isə Karate idman növü ilə məşğul olmuşdur. Onun bu idman növlərinin hər birindən qara kəməri vardır. 1977-1996-cı illər boyu bir çox yarışmalar keçirmişdir. Yarışmaları tərk etdikdən sonra karate üzrə müəllim fəaliyyətinə başlamışdır. Həmçinin, Deyl Kukun qardaşı Con Kuk da idmanla məşğuldur.
Dəli Kür
"Dəli Kür" əsəri — böyük Azərbaycan yazıçısı İsmayıl Şıxlının geniş oxucu kütləsinin rəğbətini qazanmış və XIX əsrin sonlarında baş verən mürəkkəb tarixi proseslərin Azərbaycan xalqının həyatında əmələ gətirdiyi əsaslı dəyişiklikləri realistcəsinə göstərən bir əsərdir. Əsər tamamlanaraq çap olunduqdan düz 2 il sonra, yəni 1969-cu ildə isə həmin əsərin motivləri əsasında "Dəli Kür" adlı film çəkilmişdir. == "Dəli Kür" əsəri haqqında == Əsərdə Azərbaycan xalqının milli oyanış dövrünün ziddiyyətli hadisələri təsvir edilir və bu əsər milli-tarixi roman janrının nümunələrindən biri sayılır. Bununla belə, həmin əsərdə ailə-məişət məsələləri də geniş təsvir olunmuşdur. Yazıçı 1957-ci ildə ilk romanı olan "Ayrılan yollar" adlı əsərinin nəşr olunmasının ardınca 10 il ərzində yorulmadan "Dəli Kür" adlı əsəri yazmağa başlamış və onu 1967-ci ildə müvəffəqiyyət ilə tamamlamağa nail ola bilmişdir. == "Dəli Kür" əsərinin qısa məzmunu == "Dəli Kür" adlı əsərdəki hadisələr kiçik bir Azərbaycan kəndi olan Göytəpədə cərəyan edir. Roman kəndin ağası və nüfuzlu bir mülkədar olan Cahandar ağanın Allahyar adlı bir şəxsin həyat yoldaşı Mələyi götürüb qaçması ilə başlayır. Daha sonra hadisələr yüksələn xətt ilə inkişaf edir. Cahandar ağanın birinci həyat yoldaşı Zərnigar xanım olanlara narazılığına bildirərək Mələyi evdən qovmağa cəhd edir. Cahandar ağanın böyük oğlu Şamxal anasını haqlı sayaraq atası ilə toqquşur və evi tərk edir.
Frederik Kuk
Frederik Albert Kuk (ing. Frederick Albert Cook; 10 iyun 1865[…], Hortonvill[d], Nyu-York ştatı – 5 avqust 1940[…], Nyu-Raşel[d], Nyu-York ştatı) - 1908-ci il 21 apreldə Şimal qütbünə ayaq basdığını iddia edən amerikalı tədqiqatçı, fizik və etnoqraf. Ondan, təxminən, bir il sonra - 1909-cu il aprelin 6-da Şimal qütbünə çatdığını iddia edən Robert Pirinin də Kukun da iddiaları illərlə müzakirə mövzusu olmuşdu. Kukun ekspedisiyası Şimali Amerika Arktikasında kəşf edilən yeganə ada olan Mien adasını ilk dəfə tədqiq etmişdi. == İstinadlar == == Mənbə == Osczevski, Randall J. "Frederick Cook and the Forgotten Pole". Arctic. 56 (2). 2003: 207–217. doi:10.14430/arctic616. ISSN 0004-0843.
Kara-Kul
Kara-Kul ya da Qara-Göl (qırğız dilində:Кара-Көл) — Qırğızıstanın Cəlalabad vilayətində şəhər. Qırğız dilindən tərcümədə "Kara" - qara, "Kul" - göl sözlərindən yaranaraq "Qara göl" mənasında izah olunur. == Əhalisi == 2009-cu ildə Qırğızıstanda aparılmış əhalinin siyahıya alınmasına görə şəhərin əhalisi 22 502 nəfərdir. Onlardan 21 217 nəfərini (94,3 %) qırğızlar, 771 nəfərini (3,4 %) ruslar, 143 nəfərini (0,7 %) özbəklər, 141 nəfərini (0,7 %) tatarlar təşkil edirlər . == Coğrafiyası == Kara-Kul şəhəri Narın çayının Kara Suu çayına töküldüyü yerin yaxınlığında, Bişkek - Oş avtomobil yolu üzərində, Taş-Kumır dəmiryol stansiyasından (Uçkurqan dəmiryol xəttinin son stansiyası) 78 km aralıda yerləşir. == Tarixi == Kara-Kul şəhəri 16 iyun 1962-ci ildə Orta Asiyada ən iri su elektrik stansiyası olan Toktoqul SES-nın inşası ilə əlaqədar yaşayış qəsəbəsi kimi meydana gəlmişdir . 26 oktyabr 1962-ci ildə Qırğızıstan SSR Ali Sovetinin Rəyasət Heyətinin Fərmanına əsasən Kara-Kul şəhər tipli yaşayış məntəqəsi yaradıldı. Qırğızıstan SSR Ali Sovetinin Rəyasət Heyətinin 7 yanvar 1977-ci il tarixli Fərmannı ilə Kara-Kul qəsəbəsinə vilayət tabeli şəhər statusu verildi. == Coğrafiyası == Şimaldan və cənubdan şəhər hündür dağlarla əhatə olunmuşdur. Şəhərdə balıqçılıq təsərrüfatlarına aid su anbarları, 3 süni göl vardır.Kara-Kul şəhərinin yaxınlığında Toktoqul SES-nın istinad divarları yerləşir.
Keh (Miyanə)
Keh (fars. كه‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 166 nəfər yaşayır (39 ailə).
Keyt Kuk
Keyt Hirabayasi Kuk (ing. Keith Hirabayashi Cooke) – Amerika aktyoru, kaskadyor və döyüş sənətləri ustasıdır. Anası şotland əsilli amerikanlı, atası isə yapon əsilli amerikanlı olub. Uşu, Taekvondo və Karate ilə məşğul olub. Keyt Kuk 5 qat dünya çempionu, 6 qat beynəlxalq çempion olmuşdur. Həyat yoldaşı Syuzandır. Onların Cek adında övladı vardır. Məşq edəndə çox vaxt İngilis ifaçısı Fil Kollinsin "I Dont Care Anymore" mahnısı ilə məşq edir. == Turnirlər == 1987 WAKO: silahlar üzrə çempion. 1985 Black Belt Magazine: ilin turnir iştirakçısı.
Krasnıy Kut
Krasnı Kut — Rusiya Federasiyasında yerləşən şəhər. Saratov vilayətinə daxildir.
Kur-e-Büi
Kur-e-Büi (fr. Cour-et-Buis) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Boreper kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38134. Kommunanın 1999-cu il üçün əhalisi 726 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 328 ilə 462 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 38 km cənub-şərqdə, Qrenobldan 65 km şimal-qərbdə yerləşir.