Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kan Hi-Çan
Kanq Hi-Çan (10 may 1970) — Cənubi Koreyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Kanq Hi-Çan Cənubi Koreyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin, cüt turnirdə isə bürünc medalın sahibi olub. Daha sonra Kan Hi-Çan Cənubi Koreyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 5-ci pillənin sahibi olub.
Kan kan
Kan kan (fr. cancan) — yüksək enerjili, fiziki cəhətdən tələbkar rəqs. 1840-cı illərdə məşhur musiqi-zal rəqsi olmuş, bu günə qədər fransız kabaresində populyarlığını davam etdirir. Əvvəlcə cütlər tərəfindən rəqs edilirdi, indi ənənəvi olaraq qadın rəqqasların xor xətti ilə əlaqələndirilir. Rəqsin əsas xüsusiyyətləri yüksək ayaq hərəkətləri, şpaqat ilə birlikdə ətəklərin güclü manipulyasiyasıdır.
Ban Çan
Ban Kristofer Çan və ya səhnə adı ilə Bang Chan (3 oktyabr 1997, Seul) — 2018-ci ildə JYP Entertainment tərəfindən yaradılan Cənubi Koreyalı oğlan qrupu "Stray Kids"-in lideri, vokalı, repçisi və prodüsseridir. 3Racha mahnı yazan triosunun üzvüdür.Koreya Musiqi Müəllif Hüquqları Assosiasiyasının (KOMCA) məlumatına görə, o 124 mahnının müəllifidir. == İlk İllər == === Həyatı === Ban Çan 3 oktyabr 1997-ci ildə Cənubi Koreyada Seul şəhərində anadan olub.Hannah adında bacısı və Lucas adında qardaşı var. Kiçik yaşlarında bir müddət Avstraliyanın Sidney şəhərində yaşamışdır. Çan Avstraliyada ikən "Newtown" Liseyində oxudu. Cənubi Koreyaya köçdükdə "Chungdam" Liseyində oxudu. Kiçik yaşlarında modern rəqs və balet rəqsi üzrə təhsil almışdır. == Karyera == === Stray Kids === 11 aprel 2011-ci ildə JYP Entertainment-ə qatıldı. 800 namizəd arasından tək o seçilmişdir. 7 il stajçı olub.
Han Kanq
Şablon:Infobox Korean nameHan Kanq - (Koreya dilində: 한강; 1970-ci il, noyabrın 27-də dünyaya gəlib) koreyalı yazıçı. 2016-cı ildə yazdığı mental cəhətdən xəstə olan və ailəsinin etinasızlığı ilə qarşılaşan qadının həyatından bəhs edən “Vegeterian" adlı əsərilə “Man Booker” mükafatına layiq görülüb. Roman həmçinin müəllifin ingilis dilinə tərcümə edilən ilk əsərlərindəndir. == Həyatı == Han Kanq yazıçı Han Sınqvonun qızıdır. Qvancuda anadan olub və 10 yaşında olarkən öz “Yunan dərsləri" adlı əsərində də bəhs etdiyi Suyuriyə köçüb. Yonsey universitetində ədəbiyyat üzrə təhsil alıb. Müəllifin qardaşı Han Donq Rim də yazıçıdır. “Seulda qış" adlı şeirinin də daxil olduğu beş şeirinin “Ədəbiyyat və cəmiyyət" adlı 1993-cü il qış sayında çap edilməsi ilə karyerasına başlamışdır. Öz bədii debütünü isə növbəti ildə qısa hekayəsi “Qırmızı lövbər"in “Seul Şinmun” bahar müsabiqəsində qalib gəlməsi ilə başlamışdır. O vaxtdan bəri “İ Sanq” ədəbiyyat mükafatı(2005), “Günün gənc artisti” mükafatı və “Koreya Roman Ədəbiyyatı ” mükafatına layiq görülmüşdür.
Çan Kon Vah
Çan Kon Vah (31 avqust 1961) — Honq Konqu təmsil edən stolüstü tennisçi. == Karyerası == Çan Kon Vah Honq Konqu 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 9-cu pillənin sahibi olub.
Kan (rayon)
Kan (fr. Caen) — Fransanın Mərkəz - Luara vadisi regionun rayonlarından biri. Departamenti — Er və Luar. Suprefektura — Kan. Rayon əhalisi 2006-cı ildə 126 176 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 84 nəf / km². Rayon ərazisi — 1501 km².
Kan Yuvey
Kan Yuvey (çin dili|康有為|康有为|Kāng Yǒuwéi) 19 mart 1858-ci il — 31 mart 1927-ci il) — Çin filosofu, Tzin dövrünün islahatçısı , kalliqraf.
Kan çayı
Kan çayı —Yenisey çayının sağ qolu. == Əsas göstəriciləri == Rusiya Federasiyası Krasnoyarsk əyalətində yerləşir. Çayın uzunluğu 629 km, su hövzəsinin sahəsi isə 36,9 min km²-dir. Kan çayı dağlıq Aqul gölünü keçərək, Aqul çayına tökülür.
Liu Kan
Liu Kan atasının ölümündən sonra taxta gəlmişdi. Oğlunu vəliəhd elan etmişdi. Qaynatası general Yin Çunə bütün dövlət işlərini tapşıran onun məsləhəti ilə qardaşları Ji, Çenq, Maini öldürdü. Yin Çun ən böyük təhlükələrin sovuşduğunu görəndən sonra paytaxta yürüş edərək imperatoru və bütün ailəsini öldürdü. Yin şərq Cin sülaləsi imperatoru Yuana xəbər göndərərək, ordunu göndərməsini xahiş etdi. Lakin bu vaxt Şi Le və Liu Yaonun ordularının arasında qaldı. Liu Yao özünü imperator elan edərək onun bütün nəslini qırdı.
Naoto Kan
Naoto Kan (yap. 菅 直人) — Yaponiya Baş Naziri (2010–2011).
Oliver Kan
Oliver Rolf Kan (Almanca tələffüz: [ˈɔlɪvɐ ˈkaːn]; d. 15 iyun 1969) — alman futbol qapıçısı, dörd dəfə dünya və Avropanın ən yaxşı qapıçısı (1999, 2000, 2001, 2002), iki dəfə Almaniyanın ən yaxşı qapıçısı (2000, 2001), beş dəfə Bundesliqanın ən yaxşı qapıçısı (1994, 1997, 1998, 1999, 2001), 2002 FİFA Dünya Kubokunun ən yaxşı qapıçısı və futbolçusu. O, karyerasına "Karlsrue" komandası ilə başlamışdır. İlk peşəkar qarşılaşması 1987-ci ildə olmuşdur. 1994-cü ildə 4,600,000 alman markı qarşılığında karyerasına sona qədər davam edəcəyi "Bayern Münhen"-ə transfer olmuşdur. Səkkiz Bundesliqa, altı Almaniya kuboku, bir UEFA Kuboku (1996), UEFA Çempionlar Liqası (2001), Qitələrarası kubok (2001) çempionluğu yaşayan Kan, Almaniya futbolunun tez bir zamanda yetişdirdiyi ən yaxşı futbolçularından biri olmuşdur. Fərdi oyunda göstərdiyi səylər ona ardıcıl dörd UEFA Avropanın ən yaxşı qapıçısı, üç dəfə İFFHS Dünyanın ən yaxşı qapıçısı, iki dəfə də Almaniyada ilin futbolçusu mükafatını qazandırdı. 2002 FİFA Dünya Kubokunda Qızıl Top mükafatını qazandı. Bu mükafatın ilk və tək laureatı qapıçı Oliver Kandır.1994-cü ildən 2006-cı ilə qədər Almaniya milli futbol komandasında oynayan Kan, Andreas Köpkenin milli komandanı buraxmasından sonra sahəyə ilk 11-də çıxmağa başladı. 2002 FİFA Dünya Kubokunda komandasını finala qədər aparmışdır.
Yo Kan
Yo Kan (韓陽, Kan Yo, 19 oktyabr 1978, Şenyanq) — Yaponiyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Yo Kan Yaponiyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu, Komanda turnirində isə 5-ci pillənin sahibi olub.
Can Can
"Can Can", (erm. Ջան Ջան) 2009 Avroviziya Mahnı Müsabiqəsində Ermənistanı təmsil edən İnqa və Anuş Arşakyanın oxuduğu mahnıdır.12 may 2009-cu ildə Avroviziya Mahnı Müsabiqəsinin I yarımfinalında 99 xalla 5-ci yer tutmuşdur və finala çıxmışdır. Finalda isə doqquzuncu nömrə altında yarışdı və 92 xal toplayaraq 10-cu oldu. Müsabiqədə səslənən erməni mahnısına bir müddət sonra Azərbaycan ictimaiyyəti etiraz etdi.
Jan Jan
"Can Can", (erm. Ջան Ջան) 2009 Avroviziya Mahnı Müsabiqəsində Ermənistanı təmsil edən İnqa və Anuş Arşakyanın oxuduğu mahnıdır.12 may 2009-cu ildə Avroviziya Mahnı Müsabiqəsinin I yarımfinalında 99 xalla 5-ci yer tutmuşdur və finala çıxmışdır. Finalda isə doqquzuncu nömrə altında yarışdı və 92 xal toplayaraq 10-cu oldu. Müsabiqədə səslənən erməni mahnısına bir müddət sonra Azərbaycan ictimaiyyəti etiraz etdi.
Çan-Çan
Çan-Çan(keçua Chan Chan, isp. Chan Chan) — Çimu mədəniyyətinin mərkəzi və Çimorun paytaxtı. == Tarixi == Perunun La Libertad vilayətində, Sakit Okeanın sahilində Çan Çan şəhəri var. Bir zamanlar Çimu sivilizasiyasının paytaxtı olmuş bu şəhərdə 60 min nəfər yaşayırdı.
Kan-sür-Mer
Kan-sür-Mer (fr. Cagnes-sur-Mer) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti.
Robert Elliot Kan
Robert Elliot Kan (ing. Robert Elliot Kahn; 23 dekabr 1938[…], Nyu-York, Nyu-York ştatı) — amerikalı alim, İnternetin pionerlərindən biri, TCP protokolunun müəllifi, IP protokolunun müəlliflərindən biri. Kan 1986-cı ildən Milli Təşəbbüs Tədqiqatları Şirkətində (Corporation for National Research Initiatives, CNRI) fəaliyyət göstərməyə başlamışdır və hal-hazırda bu şirkətin rəhbəridir. O, Yaponiya mükafatına, Azadlıq Prezident medalına və 2004-cü ildə Vinton Qrey Serflə (Vinton Gray Serf) birgə TCP/IP protokolunu yaratdığına görə Türinq mükafatına layiq görülmüşdü. == Ədəbiyyat == Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Can
Can — bəzən psixika termininin sinonimi kimi işlədilən termin. Fəlsəfə tarixində bu anlayışla insanın idealizimdə xüsusi qeyri-maddi substansiya ilə eyniləşdirilən daxili aləminə baxış ifadə olunmuşdur. İbtidai insanların təsəvvüründə Can nə isə maddi bir şey hesab edilmişdir (qan,nəfəs və s.). Dində can dedikdə bədəndən asılı olmadan "o dünyada" müstəqil mövcud olan nə isə qeyri-cismani, ölməz, qeyri-maddi qüvvə başa düşülür. İdealist fəlsəfədə Can şüurun bu və ya digər ünsürü ilə eyniləşdirilir. Platonda bu əbədi ideyalar, Hegeldə ruhun materiya ilə əlaqəsində ən aşağı hissi təzahürüdür (hiss edən və fəal Can.). Dualist təlimlərdə Can nə isə əzəli və bədənlə birlikdə mövcud olan bir şey kimi başa düşülür (Dekart, Spenser, Vundt, Cems). XIX əsrə qədərki materializimdə (Demokrit, metafizik materizlizm) Can törəmə, iknci bədəndən asılı hesab edilmişdir. Lakin burada psixi fəaliyyət olmaq etibarilə Can adi mexaniki və yaxud fiziki-kimyəvi, proseslərə müncər edilirdi. Çox vaxt ayrı-ayrı materialist filosoflar aləmin ümumiliklə Canlılığına ehtimal etmişlər (Hilozoizm).
Dan
Dan — ad. Dan (kral) — danlar və Danimarkanın birinci əfsanəvi kralı. Dan Vilson (musiqiçi) — amerikalı musiqi ifaçısı, produseri, söz yazarı. Dan-Aksel Zaqadu — Fransa futbolçusu. Dan Anderson — İsveç yazıçısı və şairi. Dan Stav — İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan İanku — Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiriSoyadSun Dan — Çini təmsil edən bədii gimnast.DigərDan dili — Danimarkanın dövlət dili.
Han
Han — kişi adı.
Jan
Jan — fransız adı. Jan Batist Sey — fransız iqtisadçısı Jan Boden — fransız siyasi mütəfəkkürü və hüquqşünası. Jan Mankes — holland rəssam. Jan Moris Emil Bodo — Teleqrafiya sahəsində fransız ixtiraçısı. Jan Tirol — fransız iqtisadçı. Jan Ogüst Dominik Enqr — fransız rəssamı Jan Rasin — XVI əsr Fransız yazıçısı Jan Kabu — fransız karikaturist və jurnalist. Jan Nuvel — fransız memarı. Jan Şarden — fransız səyyahı.
Kana
Kani
Məhəmməd Kabuli və ya təxəllüsü ilə Kani (1898, Mərivan, Kürdüstan ostanı – 1965) — kürd şairi. Qacar dövlətində, Mərivan ətrafındakı Rişen kəndində anadan olmuşdur. O, doğulduqdan az sonra valideynlərini itirmişdir. Poeziyasının böyük hissəsini məzlum insanlara həsr etmişdir. Onun poeziyasının əsas mövzuları azadlıq, kürd mübarizəsi, qadın hüquqları, təbiət və sevgidir.
Kann
Kann (fr. Cannes) — Fransanın şərqində 70 min əhalisi olan şəhər. Şəhərin əsası liqurlar tərəfindən Napul körfəzinin sahilində salınmışdır. Bu şəhər Lacivərd sahilin ən məşhur kurortlarından hesab olunur. == Tarixi == Bu şəhərin salınma tarixi dəqiq məlum deyil. 1834-cü ildə ingilis kansler Lord Breqxem İtaliya səfəri zamanı dəhşətli vəba səbəbindən səfərini yarımçıq qoyaraq bu şəhərdə məskən salmalı olur. Digər ingilis aristokratlar da bundan sonra burada məskunlaşmağa başlayırar. == Şəhəri məşhur edənlər == Kann şəhəri hər il keçirilən Kann kinofestivalı və "Kann şirləri" beynəlxalq reklam festivalına görə məşhurdur. Kannda həmçinin Avropanın əsas mobil rabitə texnologiyası yarmarkası - 3GSM World Congress keçirilir.
Kant
İmmanuel Kant (alm. Immanuel Kant‎, 22 aprel 1724[…], Köniqsberq, Prussiya – 12 fevral 1804[…], Köniqsberq, Şərqi Prussiya, Prussiya) — alman filosofu, neoklassik alman fəlsəfəsinin banisi, müasir Avropa fəlsəfə tarixinin ən nüfuzlu nümayəndələrindən, Qərbi Avropada İntibah dövrünün son böyük filosoflarından biri. Kant özünün transsendental idealizm doktrinasında iddia edirdi ki, məkan və zaman sadəcə olaraq təcrübəni təşkil edən "intuisiya formalarıdır" və buna görə də "özündə şeylər" mövcuddur. Onlar təcrübəyə töhfə versələr də, təcrübə obyektlərindən fərqlidirlər. Buradan belə nəticə çıxır ki, təcrübə obyektləri sadəcə olaraq "görünürlər" və şeylərin təbiəti özlüyündə bizim tərəfimizdən dərk olunmazdır. Filosof David Yumun yazılarındakı skeptisizmə qarşı durmaq üçün o, ən məşhur əsərlərindən biri olan "Təmiz idrakın tənqidi" (1781/87) əsərini yazdı. Burada o, sintetik aprior biliyin mümkün olub-olmaması sualına cavab vermək üçün öz təcrübə nəzəriyyəsini inkişaf etdirdi, bu da öz növbəsində metafizik tədqiqatın sərhədlərini müəyyən etməyə imkan verəcəkdi. Kant hesab edirdi ki, zəka həm də əxlaqın mənbəyidir və estetika mühakimə qabiliyyətindən yaranır. Kantın fikirləri müasir fəlsəfəyə, xüsusən qnoseologiya, etika, siyasi nəzəriyyə və postmodern estetika sahələrində böyük təsir göstərməkdə davam edir. O, ağıl və insan təcrübəsi arasındakı əlaqəni izah etməyə və ənənəvi fəlsəfənin, metafizikanın səhvləri hesab etdiyi şeylərdən kənara çıxmağa çalışdı.