Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
KAT:ŞE
Bat-bat
Batbat (lat. Hyoscyamus) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin batbat cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == İkiillik, 30-80 sm hündürlükdə, yumşaq tüklü, vəzili, pis qoxulu, gövdəsi düz, budaqlı, bəzən sadə, düzdayanan, yuxarısı qövsvari əyilmiş, sıx yarpaqlanmış bitkidir. Yarpaqlarının uzunluğu 4-25 sm, eni 1,5-11 sm, aşağıda saplaqlı, uzunsov-yumurtavari, oyuqvari lələkvari dilimlidir, gövdə yarpaqları, gövdəyə sarılmış, yumurtavari və ya uzunsov, kənarları oyuqlu iri dişli, bəzən bütövdür. Çiçəkləri iri, oturaq, meyvəyanı kasacıqları 25–30 mm uzunluqda, zanbaqvari, bərk, dibi tüklü-yapışqanlıdır. Tac 25-45 mm uzunluqda, çirkli-açıq-sarı və ya çirklisarı, bənövşəyi damarcıqlarla örtülmüşdür. Toxumları 1-1,5 mm uzunluqda, böyrəkvari və ya yumru-böyrəkvari, boz-qonurdur. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi və Xəzər sahili ovalıqların rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır. Ruderal yerlərdə, bəzən alaq kimi bostanlarda, bağlarda və əkinlərdə bitir. == Növləri == Ağ batbat (Hyoscyamus albus L.) Qızılı batbat (Hyoscyamus aureus L.) Hyoscyamus desertorum (Asch.
Kan kan
Kan kan (fr. cancan) — yüksək enerjili, fiziki cəhətdən tələbkar rəqs. 1840-cı illərdə məşhur musiqi-zal rəqsi olmuş, bu günə qədər fransız kabaresində populyarlığını davam etdirir. Əvvəlcə cütlər tərəfindən rəqs edilirdi, indi ənənəvi olaraq qadın rəqqasların xor xətti ilə əlaqələndirilir. Rəqsin əsas xüsusiyyətləri yüksək ayaq hərəkətləri, şpaqat ilə birlikdə ətəklərin güclü manipulyasiyasıdır.
Akt
Akt (lat. actus - təsir — fəaliyyət; lat. actum est — həyata keçirildi, baş verdi) — müəyyən edilmiş fakt və hadisələri təsdiq edən sənəddir. Bir qayda olaraq o bir neçə şəxs (kollegiyal) və ya xüsusi olaraq təyin edilmiş şəxs tərəfindən tərtib edilir. Akt: əməl, iş, hərəkət, hadisə; rəsmi sənəd, qeyd, protokol; hüquqi qüvvəyə malik olan, şahidlərin iştirakı ilə yazılmış, yaxud yoxlama nəticəsində müəyyən edilən bir faktın, bir hadisənin təsdiqi üçün tərtib edilmiş rəsmi sənəd, yazı, protokol və s. Məsələn, akt tərtib etmək, akta qol çəkmək, notarial aktı; müəyyən faktın qeydə alındığı protokol; müəssisələrin, təşkilatların, vəzifəli şəxslərin, vətəndaşların hərəkətləri, adətən bu cür hərəkətlər əsasında hüquqi normalara riayət edilməsi və pozulması barədə mühakimə yürüdürlər; fərman, qanun, dövlət və ya ictimai əhəmiyyəti olan qərar, hökm; tədris müəssisələrində: təntənəli yığıncaq. İnzibati akt Normativ hüquqi akt Əliquliyev R.M., Şükürlü S.F., Kazımova S.İ., Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2009. 201 s.
Bat
Bat (İngiltərə)
Cat
Cat — faylın içindəkiləri göstərmək üçün istifadə olunan *nix alətidir.
FAT
Fələstin Azadlıq Təşkilatı ( FAT ) (منظمة التحرير الفلسطينية) ya "Munəzzəmət əl-Təhrir əl-Filəstiniyyəh" , Ərəb Birliyi vasitəsilə 1964-cü ildə qurulmuşdur, Fələstinin azadlığı uğrunda, Qəzzə və Qərb sahili üzərində fəaliyyət göstərən bir təşkilatdır. Fələstin Azadlıq Təşkilatı (FAT) bir neçə fələstinli qrupları öz qanadı altına yığan bir qurumdur. Bütün fraksiyalardan həcmcə böyük olanı “Fəttah” qrupudur.
Hat
Hat — Azərbaycan Respublikasının Qubadlı rayonunun Başarat kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. Hat kəndi Qarabağ silsiləsinin ətəyindədir. Keçmiş adı Böyük Hat olmuş, yaxınlığındakı Kiçik Hat kəndinin əhalisi buraya köçürüldükdən sonra, böyük komponenti ixtisara uğramışdır. Yaşayış məntəqəsini əliyanlı tayfasına mənsub ailələr salmışlar. Tədqiqatçılara görə, oykonim həd (kənar, qıraq) sözündəndir.
Kant
İmmanuel Kant (alm. Immanuel Kant‎, 22 aprel 1724[…], Köniqsberq, Prussiya – 12 fevral 1804[…], Köniqsberq, Şərqi Prussiya, Prussiya) — alman filosofu, neoklassik alman fəlsəfəsinin banisi, müasir Avropa fəlsəfə tarixinin ən nüfuzlu nümayəndələrindən, Qərbi Avropada İntibah dövrünün son böyük filosoflarından biri. Kant özünün transsendental idealizm doktrinasında iddia edirdi ki, məkan və zaman sadəcə olaraq təcrübəni təşkil edən "intuisiya formalarıdır" və buna görə də "özündə şeylər" mövcuddur. Onlar təcrübəyə töhfə versələr də, təcrübə obyektlərindən fərqlidirlər. Buradan belə nəticə çıxır ki, təcrübə obyektləri sadəcə olaraq "görünürlər" və şeylərin təbiəti özlüyündə bizim tərəfimizdən dərk olunmazdır. Filosof David Yumun yazılarındakı skeptisizmə qarşı durmaq üçün o, ən məşhur əsərlərindən biri olan "Təmiz idrakın tənqidi" (1781/87) əsərini yazdı. Burada o, sintetik aprior biliyin mümkün olub-olmaması sualına cavab vermək üçün öz təcrübə nəzəriyyəsini inkişaf etdirdi, bu da öz növbəsində metafizik tədqiqatın sərhədlərini müəyyən etməyə imkan verəcəkdi. Kant hesab edirdi ki, zəka həm də əxlaqın mənbəyidir və estetika mühakimə qabiliyyətindən yaranır. Kantın fikirləri müasir fəlsəfəyə, xüsusən qnoseologiya, etika, siyasi nəzəriyyə və postmodern estetika sahələrində böyük təsir göstərməkdə davam edir. O, ağıl və insan təcrübəsi arasındakı əlaqəni izah etməyə və ənənəvi fəlsəfənin, metafizikanın səhvləri hesab etdiyi şeylərdən kənara çıxmağa çalışdı.
Kart
Kart — oyun vasitəsi Kartların olduqca qədim və dramatik tarixi vardır. Bir çox tədqiqatçıların fikirlərinə görə ilk kartlar Fransada əyləncə məqsədilə Dəli sayılan VI Karlın dövründə yaranmışdır. Əlbəttə bütün bunlar sadəcə əfsanə də ola bilər. Hələ qədim Misirdə rəqəmlənmiş qələmlərlə bu tipli oyunlara həvəs var idi. Hindistanda fil sümüklərindən hazırlanan əşyalarla oynayırdılar. Çində isə artıq müasir tipli kartlara rast gəlmək mümkün idi və bu da XII əsr nümunəsi sayılırdı. Sənədlərə əsaslansaq ilk dəfə kartın meydana gəlməsi 1379-cu ilə aid edilir. Çünki həmin dövrə aid olduğu güman edilən və italyan şəhərlərindən birində tapılan yazı bunu bir daha təsdiq etdi. Həmin yazıda qeyd edilmişdi; "Kartda oyunlar təşkil olunur, bura müxtəlif dünya ölkələrindən sarasinlər (orta əsrdə qərblilərin Afrika müsəlmanlarına verdiyi ad) gətirilir və onları naib adlandırırlar. Bu növdə olan oyunlar hərbi məna ifadə edirdi, çünki bildiyiniz kimi "naib" sözü ərəb sözüdür və mənaca "kapitan", "rəis" kimi tərcümə edilir.
Kata
Kata (ja. 型 və ya 形) — Şərq əlbəyaxa döyüş növlərinin əksəriyyətində əvvəlcədən bir neçə nəfərə qarşı hazırlanmış formal hərəkətlərdən ibarət döyüş formasıdır. Kata sözü xüsusi ilə Karate-do döyüş növündə istifadə edilir. Məsələn, analoji olaraq Uşu, Kunq Fu döyüş növlərində "Tao", Taekvon-do döyüş növündə "Pumse" və s. kimi işlədilir.
Kate
Kate (KDE Advanced Text Editor) — KDE tərəfindən yaradılan mətn redaktorudur. UTF-8, UTF-16, ISO-8859–1 və ASCII kodinqlərini dəstəkləyir. Sintaksi tanıma (highlighting) xüsusiyyətinə malikdir. C++ dili ilə Kate üçün pluginlər yazmaq mümkündür.
Lat.
Latın dili — Hind-Avropa dillərinə daxil dillərdən biri. Qədim Roma ərazisində işlədilmişdir. Əksər elmi terminlər bu dildən götürülmüşdür. Məsələn, "hydro" — su, "ferrium" — dəmir, "vita" — həyat deməkdir. Hazırda Vatikanda latın dili dövlət dilidir. Latın dili hind-avropa dil ailəsinin italyan dil qrupunun bir üzvüdür. Latın dilinin əlifbası qədim italyan əlifbası əsasında yaranıb və kökləri daha qədimə yunan və finikya əlifbasına qədər gedir. Latin dilinin tarixi bizim eradan öncəsinə aiddir və Tiber çayı ətrafındakı Latium bölgəsinin əsas istifadə etdiyi dil olub. Eyni zamanda Latium bölgəsi hazirdada böyük bir coğrafiyada öz təsirini göstərən roman sivilizasiyasının (Cənubi Avropa, Latın Amerikası və.s) ilk inkişaf etdiyi bölgə olub. Günü gündən Romada elit təbəqənin istifadə etdiyi dilə çevrilən latin dili b.e.ə I və b.e I əsrləri arasinda şimaldan gallarin, etruryalıların, liquriyalıların, venediklilərin və cənubdan yunan dilli xalqların təsiri ilə latın xalqı tarix səhnəsindən çıxmış və bununla da bu dilin məişət həyatında istifadəsi mümkünsüz olmuşdur.
SAT
SAT (Türkiyə)
Tat
Tatlar — İrandilli etnoslardan biri. Azərbaycan və Rusiya ərazisində yaşayırlar. Tarixi məlumata görə bu qədim xalq təqribən 2000 il bundan qabaq Sasanilər İmperiyası hakimiyyəti zamanı şimaldan gələn türklərin qarşısını almaq məqsədilə Cənubi Qafqaz ərazisinə köçürülmüşdür. Qədim ari tayfalarından olan tatlar ərəb işğalından sonra islam dinini qəbul etmişlər. 1810-cu ildə Bakı və Abşeronun ətraf kəndlərinin komendantı general İvan İvanoviç Repin Bakı haqqında yığdığı məlumatlarda qeyd olunurdu ki, şəhərin özündə və müvafiq olaraq Bakı xanlığına aid olmuş ərazilərdə 2235 nəfər yaşayırdı. Azsaylı rus, erməni, yəhudilər(81 nəfər) istisna olmaqla əhalinin böyük əksəriyyəti - 2155 nəfər şiə tatlar təşkil edirdi. İran dillərindən biri olan Tat dilində danışırlar. Tatların əksəriyyəti İslam dininə etiqad edir. Tatların bir qismi isə yəhudidir. Azərbaycan dilində danışan tatlar əsasən Bakıda, Quba , Şabran[, Siyəzən, Şamaxı, Gəncə, Şəmkir, Xızı,Gədəbəy və Dərbənd rayonlarında tarixən sıx olaraq məskunlaşıblar.
Ket
Ketlər
Kato
Kato — soyad. Gənc Kato — romalı siyasətçi. Rosa Kato – Yaponiya kommersiya modeli və aktrisası. Emiri Kato — Yaponiya səs aktrisası. Tomoe Kato — keçmiş Yaponiya qadın futbolçusu. Cuniçi Kato — Yaponiya YouTuberer. Mitsuo Kato — keçmiş Yaponiya futbolçusu. Yoşio Kato — keçmiş Yaponiya futbolçusu.
Cuniçi Kato
Cuniçi Kato (加藤純一, Katō Junichi, d.17 avqust 1985) — Yaponiya YouTuberer.
Dat (hərf)
𐔳 (səslənməsi: /d/; transkripsiyası: D, d) — Alban əlifbasının dördüncü hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Գատ (Gat) kimi verilmişdir. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulzenin fikrincə, hərfin əsl adı "dat" olmalıdır, erməni müəllif isə Գ və Դ hərflərini səhv salmışdır. Bunu dəstəkləyən erməni tədqiqatçı Aşot Abramyanın fikrincə bu hərf həm də gürcü əlifbasındakı Ⴃ hərfinin invers edilmiş formasıdır. Alban əlifbasında [d] səsinin qarşılığı kimi işlənilib.
Debit kart
Debet kartlar — bankomat və ya bankın kassalarında yerləşən POS-terminallar vasitəsilə nağd vəsaitlərin alınması üçün istifadə edilən texniki vəsait. Kartlar debet rejimində işləyir, ancaq kart hesabında faktiki olan məbləğ daxilində xərclər aparmaq və ya bankomatlardan nağd pul çıxarmaq imkanını verirlər. Debet kartı üzrə ödəmələr hesabda olan vəsait qalığı çərçivəsində həyata keçilir. Azərbaycanda real olaraq plastik kartlarla 21 bank işləyir. Onların sayı artıq 100 mini keçib. Sözügedən kartların 80 mini Azərbaycan Beynəlxalq Bankına məxsusdur. Onun istifadəçilərinin 60–70%-i debet kartlarının istifadəçiləridir.
Dieqo Kao
Dieqo Kan (port. Diogo Cão) - Portuqaliyalı dəniz səyyahlarından biri. 1480-cı ildə Qərbi Afrika sahillərini kəşf etmişdir. Dieqo Kan uzun müddət Portuqaliyanın müstəmləkəsində qalmış Anqolanın tabe edilməsində xüsusi fərqlənmişdir. Dieqo Kanın harada və neçənci ildə doğulması barədə dəqiq məlumat yoxdur. Bəzi qaynaqlarda Portuqaliya krallığında Villa Real şəhərində 1452 -ci ildə Alvaro Fernandes və Qonzales Kaonun nikahdan kənar övladı olaraq doğulduğu göstərilmişdir. Portuqaliyalı dəniz səyyahlarının müxtəlif ərazilərə səfərlər təşkil etdiyi dövrdə, səfərlərə qatılmışdır. Dieqo Kanın ilk səfəri Afrika qitəsinin cənub istiqamətində başlamışdır. Gəmiçi Henrinin 1460-cı ildə vəfat etməsində sonra durğunluq dövrünü yaşayan Çoğrafi kəşflər Portuqaliya krallığının yeni kralı II İohanın taxta çıxmasından sonra yenidən canlanır. II İohanın əmri ilə Dieqo Kao Afrika qitəsinə səfərlərinə yenidən başlayır.
Emiri Kato
Emiri Kato (加藤英美里, Katō Emiri, 26 noyabr 1983[…]) — Yaponiya səs aktrisası. Tokio anadan olmuşdur. 81 Produce ilə əməkdaşlıq edir. 2004 Kyō Kara Maō!
Erta Kit
Erta Mae Kit (ing. Eartha Kitt; 17 yanvar 1927[…] – 25 dekabr 2008[…]) — ABŞ aktyoru. 17 yanvar 1927-ci ildə Nortda doğulub. 25 dekabr 2008-ci ildə Vestonda vəfat edib.
Grumpy Cat
Grumpy Cat (azərb. «Deyingən pişik»‎, əsl adı — Tardar Sauce (ing. Tardar Sousu) — qeyri-adi görünüşü nəticəsinə internet-memə çevrilmiş pişik. 2012-ci ilin sentyabr ayında pişiyin sahibəsinin qardaşı onun fotosunu Reddit saytında paylaşır. Sahibə Tabata Bundesenin dediyinə görə, belə görünüş anadangəlmə cırtdanlıq və dişlərlə bağlıdır. Pişiyin adı Tartar sousundan götürülmüşdür. Bu onunla bağlıdır ki, pişiyin tükü əvvəldən qara ləkələrlə örtülü idi. Tabatanın qızı Kristal bunu tartar sousuna bənzətdi. Tardar Sousu sözü səhv şəkildə yazılmışdı ("tartar" sözündə səhv), buna baxmayaraq onu dəyişməməyi qərara aldılar. Pişiyin məşhurlaşmasından sonra onun sahibi Facebookda səhifə yaratdı.
Hisaşi Kato
Hisaşi Kato (d. 24 aprel 1956) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 61 oyun keçirib, 6 qol vurub.