KAT

(-tı)
1) mərtəbə; alt kat – aşağı mərtəbə; 2) qat; 3) dəst; 4) dəfə
dəfə, dəst, qat, mərtəbə
KAŞKOL
KATEDRAL
OBASTAN VİKİ
KAT:ŞE
2017 Kataloniya müstəqillik referendumu
2017 Kataloniya müstəqillik referendumu və ya 1-O — Kataloniya (İspaniyada yerləşən muxtar vilayət) hökuməti tərəfindən 1 oktyabr 2017 tarixində keçirilən referendum. Referendum, İspaniya hakimiyyəti tərəfindən qeyri-qanuni sayılır. == Arxa plan == Pireney yarımadasının qədim sakinləri iberlərlər olub, onları yalnız tədqiqatçılar keltlər, digərləri isə Şimali Afrikadan gələnlər hesab edirdilər. Sivilizasiya İberiyaya şərqdən gəlib və ilk olaraq Aralıq dənizinə təsir edib. Nəticədə Kataloniya adlanan bölgənin tarixi e.ə 575-ci ildə, yunanlar dəniz sahillərində Emporion müstəmləkəsi yaradan zaman başlayıb. Cənubda yerləşən müasir Alikante və Kartaqena liman şəhərləri də həmin vaxtı yaranıb. İberlər və yunanlardan sonra karfagenlər meydana çıxıb. === Kataloniyanın yaradılması === Əfsanəyə görə Barselonanın yaranması Heraklın adıyla bağlıdır. Əslində isə onun əsasını e.ə 237-ci ildə Karfagen sərkərdəsi Haminkar, Hannibalın atası qoyub. Haminkarı hamı Barka (azərb.
ABŞ Dövlət katibi
Dövlət katibi — Amerika Birləşmiş Ştatlarının xarici siyasət idarəsi sayılan Dövlət Departamentinin rəhbər vəzifəsi. Dövlət katibi ABŞ Prezidentinin Kabinetinə daxildir. == Tarixi == 1781-ci il yanvarın 10-da İkinci Kontinental konqres Xarici Əlaqələr Departamentini təsis etdi. 1789-cu il sentyabrın 15-də bu qurumun adı dəyişdirilərək Dövlət Departamenti, onun rəhbər vəzifəsi isə Dövlət katibi adlandırıldı. ABŞ-nin ilk Dövlət katibi vəzifəsini Tomas Cefferson tutmuşdur. 1997-ci ilədək bu vəzifəni yalnız ağdərili kişilər tutmuş, həmin il bu vəzifəyə Madlen Olbraytın, Corc Buş administrasiyası dövründə isə qaradərili Kolin Pauell və Kondoliza Raysın təyin olunması ilə həmin ənənə pozulmuşdur. Hazırkı dövlət katibi Mayk Pompeo, 1789-cu ildən bu yana bu vəzifəni tutan 70-ci şəxsdir. == Vəzifə öhdəlikləri == ABŞ Dövlət Departamentinin və xarici siyasi əlaqələrin idarə edilməsini təmin edir. ABŞ-nin xarici siyasəti və başqa ölkələrə diplomatik nümayəndələrin təyin olunması, həmçinin xarici ölkələrin diplomatik nümayəndələrinin qəbul edilməsi və ya qovulması ilə bağlı ABŞ Prezidentinə tövsiyələr verir. Xarici ölkələrlə yüksək səviyyəli görüşlərdə danışıqlar aparır və ya bunu etmək üçün nümayəndələr təyin edir.
AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutu
Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu və ya qısaca KQKİ — 1935-ci ildə SSRİ Elmlər Akademiyasının yeni təsis edilmiş Azərbaycan filialının tərkibindəki kimya və tətbiqi kimya bölmələri əsasında yaradılmışdir. == Tarixi == Kimya İnstitutu 1935-ci ildə SSRİ Elmlər Akademiyasının yeni təsis edilmiş Azərbaycan filialının tərkibindəki kimya və tətbiqi kimya bölmələri əsasında yaradılmışdır. Hələ 1929-cu ildə Azərbaycana dəvət olunmuş SSRİ EA-nın müxbir üzvü Konstantin Krasuski Kimya İnstitutun təşkilatçısı və ilk direktoru olmuşdur. 1965-ci ildə SSRİ EA Rəyasət Heyətinin və Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Kimya İnstitutu Azərbaycan EA Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutu adlandırılmışdır. Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan EA Rəyasət Heyətinin 7 iyul 1972-ci il tarixli qərarı əsasında Azərbaycan EA Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutunun strukturu kimi fəaliyyət göstərən Naxçıvan Regional Elmi Mərkəzi yaradılmışdır. Naxçıvan Regional Elmi Mərkəzi elmin inkişafını daim diqqət mərkəzində saxlayan ölkə başçısının 7 avqust 2002-ci il tarixli sərəncamı ilə təşkil edilmiş AMEA Naxçıvan bölməsinin tərkibində öz fəaliyyətini davam etdirmişdir. 1981-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin 22 iyun 322 saylı sərəncamı ilə Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutunun nəzdində Mineral Xammalın Emalı üzrə Təcrübi İstehsalatlı Xüsusi Konstruktor Texnoloji Büro yaradıldı. 1965-ci ildə Neft-Kimya Prosesləri İnstitutunda akademik Murtuza Nağıyevin rəhbərliyi altında fəaliyyət göstərən Nəzəri Problemlər Bölməsi əsasında Azərbaycan EA Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutu (KTNPİ) yaradıldı. KTNPİ-nin yaradıcısı və ilk direktoru akademik Murtuza Nağıyev 1975-ci ilə qədər bu instituta rəhbərlik etmişdir. Keçmiş SSRİ-də analoqu olmayan KTNPİ kimyanın mühüm sahələrindən biri olan kimya texnologiyasının problemlərinin həlli istiqamətində tədqiqatlar aparan yeganə institut idi.
Aaarne-Tompson Kataloqu
Aaarne-Tompson Göstəricisi — Aarne-Tompson-Uther İndeksi (ATU İndeksi) folklorşünaslıqda istifadə olunan nağıl süjetlərinin göstəricisidir. ATU İndeksi bir qrup beynəlxalq alim tərəfindən edilən ümumiləşdirmə və təkmilləşdirmənin məhsuludur: İlk dəfə 1910-cu ildə fin folklorşünası Antti Aarne tərəfindən alman dilində tərtib edilmişdir; sonralar göstərici ingilis dilinə tərcümə edildi, təkmilləşdirildi və Amerikalı folklorşünas Stis Tompson tərəfindən genişləndirildi (1928, 1961); 2004-cü ildə isə alman folklorşünası Hans-Yorq Uter tərəfindən yenidən nəzərdən keçirilərək təkmilləşdirildi . == Nağıl növünün müəyyənləşdirilməsi == Tompson "Xalq nağılı"nda nağıl növünü belə müəyyənləşdirir: Nağıl, bir növ, müstəqil varlığa sahib olub ənənəvi xarakter daşıyır. Tam bir povest kimi izah edilə bilər və mənasından başqa heç bir nağıldan asılı deyil. Həqiqətən başqa bir nağılla izah edilə bilər, ancaq təkbaşına izah edilə bilməsi onun müstəqilliyini təsdiqləyir. Yalnız bir və ya bir neçə motivdən ibarət ola bilər. S.Tompsonun Aarne sisteminə gətirdiyi yeniliklərdən biri də zəncirvari nağılları və təsnifata daxil edilməyən nağılları ayrıca qrup şəklində verməklə Aarne sistemindəki bölgünü bir qədər genişləndirməsi oldu. Bu kimi dəyişikliklərdən sonra həmin kataloq beynəlxalq aləmdə Aarne-Tompson göstəricisi (bundan sonra AT) kimi tanınmağa başlayır. == Tarix == Avstriya konsulu İohann Georq von Hann, 1864-cü ildə nəşr olunan Yunanıstan və Albaniya folklor kitabına giriş olaraq qırx dörd nağıl "düstur"un ilkin təhlilini hazırladı. Sabine Barinq-Kold, 1866-cı ildə von Hannın siyahısını tərcümə etdi, əlli iki nağıl növünə qədər genişləndirərək, "Nağıl radikalları" kitabında çap etdirdi .
Aerozol katastrof (fəlakət)
AEROZOL KATASTROF (FƏLAKƏT) – təbii (məs., vulkan püskürməsi) və ya süni (məs. böyük nüvə konflikti) səbəblər nəticəsində aerozolun miqdarının kəskin yüksəlməsi. Atmosferdə geniş aerozol zonasının yaranması atmosferin saflığını azaldır, bununla əlaqədar Yer səthinə düşən günəş radiasiyasını zəiflədir. Bu isə, öz növbəsində iqlimin (havanın) soyumasına, geniş ərazilərdə bitkilərin donmasına, heyvanların, insanların soyuqdan və aclıqdan kütləvi qırğınına səbəb olur. Aerozol katastrof şübhəsiz, keçmiş geoloji dövrlərdə baş vermişdir. O, nüvə müharibəsi olarsa da baş verə bilər.
Aharon Katsir
Aharon Katsir-Kaçalski (ivr. ‏אהרן קציר‏‎; 15 sentyabr 1913, Lodz, Varşava general-qubernatorluğu[d] – 30 may 1972, Ben-Qurion Beynəlxalq Hava Limanı[d], Mərkəz dairəsi) — biopolimerlərin elektrokimyası üzrə tədqiqat aparan ilk İsrail alimi. 1972-ci ildə Lod Hava Limanında qırğın zamanı həlak olub. == Həyatı == 1914-cü ildə Polşanın Lodz şəhərində anadan olan Aharon Katsir 1925-ci ildə Fələstinə köçür. Burada Yerusəlim Yəhudi Universitetində təhsil alır və ivrit dilində Katsir soyadını götürür. Rexovotda Veysman Elmi İnstitutunun, eləcə də Berkli Kaliforniya Universitetinin tibbi fizika və biofizika departamentinin əməkdaşı kimi fəaliyyət göstərir. 1972-ci ildə Ben-Qurion Hava Limanında 26 nəfərin ölümü, 80 nəfərin yaralanması ilə nəticələnmiş terror aktında həlak olur.Kiçik qardaşı Efrayim Katsir 1973-cü ildə İsrail Prezidenti seçilmişdir. == Mükafatları və xatirəsi == 1961-ci ildə tələbəsi Ora Kedem ilə birlikdə İsrail Mükafatına (təbiət elmləri üzrə) layiq görülmüşdür. İsrail dövləti Katsirin xatirəsinə poçt markası buraxmışdır. Ayda Kaçalski krateri onun şərəfinə adlandırılmışdır.
Akademik M.Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu
Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu və ya qısaca KQKİ — 1935-ci ildə SSRİ Elmlər Akademiyasının yeni təsis edilmiş Azərbaycan filialının tərkibindəki kimya və tətbiqi kimya bölmələri əsasında yaradılmışdir. == Tarixi == Kimya İnstitutu 1935-ci ildə SSRİ Elmlər Akademiyasının yeni təsis edilmiş Azərbaycan filialının tərkibindəki kimya və tətbiqi kimya bölmələri əsasında yaradılmışdır. Hələ 1929-cu ildə Azərbaycana dəvət olunmuş SSRİ EA-nın müxbir üzvü Konstantin Krasuski Kimya İnstitutun təşkilatçısı və ilk direktoru olmuşdur. 1965-ci ildə SSRİ EA Rəyasət Heyətinin və Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Kimya İnstitutu Azərbaycan EA Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutu adlandırılmışdır. Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan EA Rəyasət Heyətinin 7 iyul 1972-ci il tarixli qərarı əsasında Azərbaycan EA Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutunun strukturu kimi fəaliyyət göstərən Naxçıvan Regional Elmi Mərkəzi yaradılmışdır. Naxçıvan Regional Elmi Mərkəzi elmin inkişafını daim diqqət mərkəzində saxlayan ölkə başçısının 7 avqust 2002-ci il tarixli sərəncamı ilə təşkil edilmiş AMEA Naxçıvan bölməsinin tərkibində öz fəaliyyətini davam etdirmişdir. 1981-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin 22 iyun 322 saylı sərəncamı ilə Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutunun nəzdində Mineral Xammalın Emalı üzrə Təcrübi İstehsalatlı Xüsusi Konstruktor Texnoloji Büro yaradıldı. 1965-ci ildə Neft-Kimya Prosesləri İnstitutunda akademik Murtuza Nağıyevin rəhbərliyi altında fəaliyyət göstərən Nəzəri Problemlər Bölməsi əsasında Azərbaycan EA Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutu (KTNPİ) yaradıldı. KTNPİ-nin yaradıcısı və ilk direktoru akademik Murtuza Nağıyev 1975-ci ilə qədər bu instituta rəhbərlik etmişdir. Keçmiş SSRİ-də analoqu olmayan KTNPİ kimyanın mühüm sahələrindən biri olan kimya texnologiyasının problemlərinin həlli istiqamətində tədqiqatlar aparan yeganə institut idi.
Alban Katolikoslarının siyahısı
Alban Həvvari Kilsəsinə rəhbərlik etmiş katolikosların aşağıdakı siyahısı alban tarixçiləri Moisey Kalankatlının "Alban ölkəsinin tarixi", Mxitar Qoşun "Alban salnamələri", Kirakos Gəncəlinin "Tarix" və Steppanos Orbelianın "Sünik tarixi" əsərlərinin mətninin müqayisəsi əsasında dəqiqləşdirilmişdir.
Aleksandr Katuşev
Aleksandr Katuşev (2 yanvar 1996) — Rusiyalı peşəkar kişi BMX velosipedçisi. Aleksandr Katuşev Rusiyanı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Aleksandr Katuşev 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 32.695 saniyəlik nəticəsi ilə 43-cü yeri tutdu.
Aleurites moluccanus var. katoi
Aleurites moluccanus (lat. Aleurites moluccanus) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin yağlıağac cinsinə aid bitki növü. == Sinonimləri == Aleurites ambinux Pers. Aleurites angustifolius Vieill. ex Guillaumin Aleurites angustifolius Vieill. Aleurites commutatus Geiseler Aleurites cordifolius (Gaertn.) Steud. Aleurites integrifolius Vieill. ex Guillaumin Aleurites integrifolius Vieill. Aleurites javanicus Gand. Aleurites lanceolatus Blanco Aleurites lobatus Blanco Aleurites moluccanus var.
Almudena katedralı
Almudena Katedralı (İspanca: Catedral de la Almudena) — İspaniyanın Madrid şəhərində yerləşən bir Roma katolik katedralıdır. Katedral 1993-cü ildə II İohann Pavel tərəfindən xeyir-dua verilərək rəsmən açılmışdır.
Amerika Birləşmiş Ştatlarının Dövlət katibi
Dövlət katibi — Amerika Birləşmiş Ştatlarının xarici siyasət idarəsi sayılan Dövlət Departamentinin rəhbər vəzifəsi. Dövlət katibi ABŞ Prezidentinin Kabinetinə daxildir. == Tarixi == 1781-ci il yanvarın 10-da İkinci Kontinental konqres Xarici Əlaqələr Departamentini təsis etdi. 1789-cu il sentyabrın 15-də bu qurumun adı dəyişdirilərək Dövlət Departamenti, onun rəhbər vəzifəsi isə Dövlət katibi adlandırıldı. ABŞ-nin ilk Dövlət katibi vəzifəsini Tomas Cefferson tutmuşdur. 1997-ci ilədək bu vəzifəni yalnız ağdərili kişilər tutmuş, həmin il bu vəzifəyə Madlen Olbraytın, Corc Buş administrasiyası dövründə isə qaradərili Kolin Pauell və Kondoliza Raysın təyin olunması ilə həmin ənənə pozulmuşdur. Hazırkı dövlət katibi Mayk Pompeo, 1789-cu ildən bu yana bu vəzifəni tutan 70-ci şəxsdir. == Vəzifə öhdəlikləri == ABŞ Dövlət Departamentinin və xarici siyasi əlaqələrin idarə edilməsini təmin edir. ABŞ-nin xarici siyasəti və başqa ölkələrə diplomatik nümayəndələrin təyin olunması, həmçinin xarici ölkələrin diplomatik nümayəndələrinin qəbul edilməsi və ya qovulması ilə bağlı ABŞ Prezidentinə tövsiyələr verir. Xarici ölkələrlə yüksək səviyyəli görüşlərdə danışıqlar aparır və ya bunu etmək üçün nümayəndələr təyin edir.
Anatoli Katenyov
Anatoli Kotenyov — Aktyor == Həyatı == Anatoli Vladimiroviç Katenyov 25 sentyabr 1958-ci ildə anadan olub. MXAT məktəb-studiyasında təhsil alıb. Minsk Kinoaktyor Teatr-Studiyasında çalışıb.
Antarktidaya Dair Konvensiya Katibliyi
Antarktidaya Dair Konvensiya Katibliyi (ing. Antarctic Treaty Secretariat) - beynəlxalq təşkilat. == Tarixi == Antarktidaya Dair Konvensiya Katibliyi 1 sentyabr 2004-cü ildə Antarktidaya Dair Konvensiyanın Məsələhət Şurasının bazasında yaradılıb. == Təşkilati strukturu == Katibliyin mənzil qərargahı Argentinanın Buenos-Ayres şəhərində yerləşir. Hazırda təşkilata icraçı katib (Almaniya) rəhbərlik edir.
Antonio Kataldi
Antonio Kataldi (it. Pietro Antonio Cataldi; 15 aprel 1552, Boloniya – 11 fevral 1626, Boloniya) — İtaliya riyaziyyatçısı. Bolonya və Florensiya şəhərlərində fəaliyyət göstərmişdir. "Ədəddən kvadrat kök almağın ən qısa üsulu haqqında trakat"da ilk dəfə olaraq kəsilməz kəsrləin köməyi ilə kvadrat köklərin alınması üsulunu vermişdir; paralellər nəzəriyyəsi ilə məşğul olmuşdur. Həmçinin, P 17 {\displaystyle P_{17}} və P 19 {\displaystyle P_{19}} -un tam rəqəm olduğunu proqnozlaşdırmışdır və bunu Maren Mersennin analoji ixtirasından 100 il əvvəl etmişdir.
Ançieta (Santa-Katarina)
Ançieta (Santa-Katarina) (port. Anchieta) — Braziliyanın Cənub regionunun Santa-Katarina ştatında yerləşən bələdiyyədir. 2006-cı il məlumatlarına əsasən bələdiyyənin əhalisi 5572 nəfərdir. Ərazisi 228,580 кm²-dir. Əhalinin sıxlığı 24,4 nəfər/кm²-dir. Bələdiyyə 23 mart 1963-cü ildə yaradılmışdır.
Atalanta (Santa-Katarina)
Atalanta (Santa-Katarina) (port. Atalanta) — Braziliyanın Cənub regionunun Santa-Katarina ştatında yerləşən bələdiyyədir. 2006-cı il məlumatlarına əsasən bələdiyyənin əhalisi 3227 nəfərdir. Ərazisi 94,527 кm²-dir. Əhalinin sıxlığı 34,1 nəfər/кm²-dir. Bələdiyyə 27 dekabr 1964-cü ildə yaradılmışdır.
Azər Qasımov (mətbuat katibi)
Azər Qasımov (tam adı: Qasımov Azər Məhəmməd oğlu; d. 22 iyun 1966, Bakı şəhəri) — Azərbaycan Respublikası Prezidentinin Mətbuat katibi. == Həyatı == Azər Qasımov 22 iyun 1966-cı ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu, Bakı Dövlət Universitetini və Çenq Du Universiteti (Çin) bitirmişdir.1994-cü ildə Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyində tərcüməçi, 1994-1995-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Beynəlxalq təşkilatlar idarəsində attaşe, 1995-1996-cı illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Konsulluq idarəsində attaşe, 1996-1997-ci illərdə Azərbaycan Respublikasının İran İslam Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğunda attaşe, 1997-1999-cu illərdə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyində attaşe, üçüncü katib, 1999-2000-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Asiya, Afrika və Latın Amerikası ölkələri idarəsində üçüncü katib, ikinci katib, 2000-2004-cü illərdə isə Azərbaycan Respublikasının Milli Məclisi Aparatının Beynəlxalq münasibətlər şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 13 mart 2004-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Mətbuat katibi təyin edilmişdir.
Azərbaycan Respublikasının Dövlət Katibi
Azərbaycan Respublikasının Dövlət katibi — 1990-cı illərin əvvəllərində Azərbaycan Respublikasında mövcud olmuş rəsmi dövlət vəzifəsi. Dövlət katibi 1992-ci ildə Azərbaycan Respublikasının Dövlət Müdafiə Komitəsinin və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Şurasının tərkibində olmuşdur. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Şurası haqqında Əsasnaməyə əsasən Azərbaycan Respublikasının Dövlət katibi Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təyin edilmiş və vəzifədən azad edilmişdir. Həmin əsasnamədə onun statusu, funksiyaları və səlahiyyəti Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən Azərbaycan Respublikasının Dövlət katibi haqqında Əsasnamə ilə müəyyən edilməsi nəzərdə tutulmuşdur. O, Dövlət Şurası haqqında reqlamentə uyğun olaraq onun işini təşkil etmək və Dövlət Şurası üzvlərinin fəaliyyətini əlaqələndirmək, Azərbaycan Respublikasının Prezidenti olmayanda və ya onun tapşırığı ilə Dövlət Şurasının iclaslarında sədrlik etmək səlahiyyətlərinə malik idi.
Azərbaycanda katolisizm
Azərbaycanda xristianlıq — Azərbaycan Respublikasının hüdudları daxilində azlıq təşkil edən din. == Tarixi == Xristianlıq Azərbaycan ərazisinə yeni eranın ilk əsrlərində, hələ İsa Məsihin həvariləri dövründə Qafqaz Albaniyası vasitəsilə nüfuz etmişdir. 70-ci ildə Yerusəlimindən (Qüdsdən) yəhudilərin Qafqaza köçürülməsi güclənir. Gələnlər İsanın göstərdiyi möcüzələrdən danışırlar, İsanın Məsih olduğu haqqında müjdəni yayırdılar. Bu cür təbliğin təsiri altında bölgədə ilk xristian icmaları yaranır. Albaniyada xristianlığın yayılmasında bu dövr həvarilərin dövrü adlanır və həvarilərdən Varfolomey və Faddeyin adları ilə bağlıdır. Həvari Faddeyin şagirdlərindən biri olan Yelisey Yerusəlimin birinci patriarxı Yəqubun xeyir-duası ilə yeni dini təbliğ edə-edə Aqvan diyarına gəlib çıxmış və Kiş adlı yerdə kilsə tikmişdir. Bu kilsə Ermənistandakı birinci xristian kilsəsindən qabaq tikilmişdir. Sonra Yelisey Çolaya (Dərbəndə) yollanmış, daha sonra isə Samur çayını keçib dinin təbliğini davam etdirmiş, Helmes kəndində bütpərəstlər tərəfindən öldürülərək bir çalaya atılmışdır. Sonralar Alban məliki Vaçaqanın göstərişi ilə Yeliseyin cəsədinin qalıqları Xruq kəndində torpağa tapşırılmış, çalanın üzərində isə kiçik bir məbəd tikilmişdir.
Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsi (Bakı, katolik)
Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsi (pol. Kościół Niepokalanego Poczęcia Najświętszej Maryi Panny; rus. Храм Непорочного Зачатия Пресвятой Девы Марии) - sovet hökuməti tərəfindən dağıdılana qədər 1915-1931-ci illərdə mövcud olmuş Roma-Katolik Kilsəsidir. 2006-cı ildə eyni adı daşıyan yeni kilsə Bakının digər bir yerində tikilmişdir. 29 aprel 2007-ci ildə yeni kilsə nunsi tərəfindən təqdis edilib. Kilsənin adı Müqəddəs Bakirə Məryəm kilsəsidir (rus. Церковь Непорочного Зачатия Пресвятой Девы Марии).
Balakən-Katex ekogeokimyəvi landşaft rayonu
Balakən Katex ekogeokimyəvi landşaft rayonu - Bu ərazidə Böyük Qafqazın cənub yamacı ərazisi üçün səciyyəvi olan bütün duzlaşma tiplərinə,tipomorf makroionlara görə ayrılmış bütün geokimyəvi landşaft siniflərinə təsadüf edilir. == Ekoloji şəraiti == Rayon ərazisinin şimal hissəsində əsasən sulfatli maqneziumlu natriumlu,cənubunda isə sulfatlı natriumlu kalsiumlu və sulfatlı kalsiumlu natriumlu duzlar üstünlük təşkil edir.Ərazinin təbii sularının tərkibi Zaqatala,Qax və Qəbələ bölgələrinin təbii sularının ion tərkibi bir-birinə müəyyən qədər yaxındır.Balakən və Oğuzun təbii suları sulfatlı-natriumlu və kalsiumlu,Zaqatala Qax və Qəbələnin təbii suları kalsiumlu-hidrokarbonatlı və sulfatlıdır. == Ekoloji şəraitin ətraf mühitə təsiri == Ərazidə yayılmış geokimyəvi cəhətdən zəngin süxurların litoloji tərkibinin müxtəlifliyi geokimyəvi şəraitin rəngarəngliyinə səbəb olur.Lakin Katsdağ ,Kasmalo,Filizçay,Katex və s. sahələrdə faydalı qazıntı yataqlarının kəşfiyyatı ilə əlaqədar olaraq bu süxurların üzərinin açılması və səthə çıxarılması ilə ekoloji şərait daha da mürəkkəbləşir.Mühitdə misin çoxluğu heyvanlarda əmələ gələn bir sıra xəstəliklərdə (qara ciyərin atrofiyası və s.) özünü göstərir.Molibden artıqlığı isə heyvanlar arasında endemik molibden toksikozuna,insanlarda isə endemik molibden toksikozuna,insanlarda isə endemik podaqra xəstəliyinə səbəb olur.
Banya Luka Roma-Katolik yeparxiyası
Banya Luka yeparxiyası (bosn. Banjalučka biskupija, lat. Dioecesis Bania Lucensis) — mərkəzi Bosniya və Herseqovinanın Banya Luka şəhərində yerləşən və Roma adətini saxlayan katolik yeparxiya. Yeparxiya 5 iyul 1881-ci ildə, Vrhbosna mitropoliyasının suffraqan yeparxiyası olaraq quruldu. 1887-ci ildə yeparxiyada, 1969-cu il zəlzələsi ilə tamamilə məhv edilən Müqəddəs Bonaventura Katedrali inşa edildi. Katedralin müasir binası 1974-cü ildə salınmışdır. Yeparxiya əsasən tarixi serb çoxluğu olan müasir Serb Respublikası ərazisində yerləşir. Yeparxiya katoliklərinin böyük əksəriyyəti tarixən etnik xorvatlardır. 1990-cı ildə yeparxiyada 91 min katolik var idi. 1990-cı ildə yeparxiyada 91 min katolik var idi.
Batum Məryəm Katedrali
Batum Məryəm Katedralı(ing. Batum Məryəm Katedralı) — Batumidəki Tanrı Anasının Kilsəsi (gürcü: ბათუმის ღვთისმშობლის სახელობის ეკლესია, batumis ghvtismshoblis saxhelobis eklesia), əslində 1900-cü illərin əvvəllərində Katolik kilsəsi olaraq tikilmiş bir Gürcü Ortodoks katedralidir. Gotik Dirçəliş üslubunda inşa edilən kilsə, Gürcüstanın Acarıstan Muxtar Respublikasının Batumi şəhərində, Qara dənizdə yerləşir. Kilsə, 1898-1902-ci illərdə gürcü katolik iş adamları olan Zubalaşvili qardaşlarının sponsorluğu ilə Roma Katolik kilsəsi olaraq inşa edilmişdir. Sovet dövründə kilsə bağlandı və yüksək gərginlikli bir laboratoriyaya çevrildi. 1989-cu ildə kilsə Gürcü Pravoslav Kilsəsinə verildi. Batumdakı Roma Katolikləri indi 2000-ci ildə təqdis edilən müasir bir quruluş olan Müqəddəs Ruh Kilsəsindən istifadə edirlər .
Batum Məryəm Katedralı

Digər lüğətlərdə

виднёшенько гуманизи́ровать дире́ктор месячи́шко нагоре́ть недогружа́ть обла́скивать сапрофа́г чре́сла чугу́нщик дзи́нькнуть заволо́чь нуда́ пихто́вник по мо́де разреве́ться сосна bride price Carpathians disci eirenic Karen relaxing жижа рвануть