Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kürabad (Qoşaçay)
Kürabad (fars. كورآباد‎‎) - İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 475 nəfər yaşayır (107 ailə).
Yasuharu Kurata
Yasuharu Kurata (1 fevral 1963, Şizuoka) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 6 oyun keçirib.
Şu Kurata
Şu Kurata (d. 26 noyabr 1988) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Baraba
Baraba (tatar. Бараба, Baraba, Sibirtatarca: Бараба, Baraba) ― Rusiyanın Novosibirsk vilayətinə bağlı Baraba rayonunun mərkəzi olan şəhərdir. Şəhər, Baraba Çöllərindənda yer almaqdadır. sahəsi 69.48 km² olan şəhərin əhalisi 2010 ilə görə 30,394'dür.
Kerala
Kerala (malaya. കേരളം) — Hindistanın cənub-qərbində Malabar sahilində yerləşən, ərazisi 38,863 km² və əhalisi 33.387.677 nəfər (2011 siyahıyaalması) olan ştat. Əhalinin sıxlığı 859,11 nəfər / km² təşkil edir ki, bu da ölkədə ən yüksək əhali sıxlığı göstəricilərindən biridir. Paytaxt Trivandram (Thiruvananthapuram), ştatın ən sıx məskunlaşdığı şəhərdir. Ukinci ən çox məskunlaşan şəhər Koçi (Koçin) şəhəridir. Ştatda rəsmi dil Malayalam dilidir.
Koraoba
Koraoba — Astara rayonunun, Kijəbə qəsəbəsinin, Tüləküvan kəndinin mərkəzində yerləşən, yaşayış məntəqələrindən biri. Uzun müddət Azərbaycan SSR, Astara rayonu, inzibati ərazi vahidində Koroba kəndi kimi adlandırılıb. Müstəqillik dövründə bir neçə kəndlə birlikdə, Tüləgüvan kəndinə birləşdirilib. SSRİ dövründə kəndin adı təhrif edilərək rus dilinə uyğunlaşdırılıb və Koroba (rus. Kороба) adlandırılıb. Bu təhrif sonradan kəndin etimalogiyasına təsir edib. == Tarixi == Yaşayış məskəni kimi tunc dövrünə aiddir. Bunu təsdiq edən, kəndin ərazisindəki tunc dövrünə aid üç ədəd "Koraoba kurqanlar"ıdır. Eyni zamanda yaşayış məskənində dəmir dövrünə aid "Koraoba daş qutu nekropolu" da var.Çar I Nikolayın dövründə (1825–1855) həyata keçirilmiş 1840-cı il 10 aprel qanunu ilə Talış əyalətinin əsasında, Lənkəran qəzasının tərkibində olub. Lənkəran qəzası isə 1841–46 illərdə Kaspi vilayətinin tərkibinə daxil idi.
Kufoba
Kufoba — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Toponimikası == Kufoba oyk, mür. Qusar r-nunun Şirvanovka i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Bəzi tədqiqatçılara görə, oykonim ləzgi dilində "qıraq" mənasında işlədilən kuf/kyuf və oba sözlərindən ibarət olub, "qıraq oba, ucqar oba" mənasındadır. Digərlərinə görə isə, kuf sözü ləzg. "başlanğıc, birinci" deməkdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 438 nəfər əhali yaşayır.
Kuranə
Kuranə (Urmiya)
Kurima
Kurima yap. 来間島 — Miyako qrupuna, Sakişima adalarına və Ryukyu arxipelaqına daxil olan kiçik ada. İnzibati cəhətdən Yaponiyanın Okinava prefekturası, Miyako qəzası və eyniadlı dairə ərazisinə daxildir. == Coğrafiya == Adanın sahəsi 2,84 км²,ən hündür nöqtəsi 47 metr təşkil edir. 2011-ci il məlumatına görə adada 168 nəfər adam yaşayır. Əsas yaşayış məntəqəsi Kurima qəsəbəsidir. Adanın ərazisi düzənlikdir. Ən hündür nöqtəsi 47 m təşkil edir. Miyakocima adası ilə körpü vastəsi birləşir.
Kuriya
Kuria (lat. curia) — Qədim Romada ən qədim yaşayış məntəqəsi bölgüsü. Romul romalıları hər biri on kuriadan ibarət üç triba bölmüşdür. Hər bir kuria isə öz növbəsində ailə qruplarından və nəsillərindən təşkil olunurdu. Bu quruluşda hökmranlığa və ya ağalığa patrisian nəsli malik idilər. Hər otuz kuria bir səsə malik olurdu. Beləliklə xalq yığıncağının arxaiq forması kuria komissiyası adlanırdı.
Kürasao
Kürasao (nid. Curaçao) — Niderland Krallığını təşkil edən 4 ölkədən biri. Karib dənizinin cənubunda, Venesuelanın şimalında yerləşir. Paytaxtı Villemştad şəhəridir. Bu şəhər Niderland Karibində ən böyük şəhərdir. == Tarixi == 10 oktyabr 2010-cu ildən əvvəl Niderland Antil adalarının bir hissəsi idi. == Ərazisi == Ərazisi 444 km²-dir. == Əhalisi == 2016-cı ilin yanvar ayına olan məlumata görə halisi 158,986 nəfərdir. Xalqın əksəriyyəti Afrika mənşəli olub Ərəb (Livan), Çin, Hind, Avropa, Kolumbiya, Venesuela mənşəlilərdən ibarətdir. == Dil == Yerli dili papyamento dili olmasına rəğmən, rəsmi dil 2007-ci ilə qədər yalnız Niderland dili idi.
Kürban
Kürban (fr. Curbans, oks. Curbans) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. La-Mot-dü-Ker kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04066. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 390 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 239 yaşda olan (15-64 yaş arasında) 190 nəfər iqtisadi cəhətdən fəal, 49 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 79.5%, 1999-cu ildə 66.8%). Aktiv olan 190 nəfərdən 176 nəfəri (97 kişi və 79 qadın), 14 nəfəri işsizdir (6 kişi və 8 qadın).
Quruba
Qurumba (əvvəlki adı: Quruba) — Azərbaycan Respublikasının Lənkəran rayonunun Rvo inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı ilə Lənkəran rayonunun Rvo kənd inzibati ərazi dairəsi tərkibindəki Quruba kəndi Qurumba kəndi adlandırılmışdır. 25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Qurumba və Narbağı kəndləri Rvo kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Qurumba kəndi olmaqla Qurumba kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == Toponimikası == Bu oykonimin Qunınba variantın da qeydə alınmışdır. Bəzi tədqiqatçılara görə, oykonim talış dilində ku (dağ, təpə), ron (yol) və bə (qapı) komponentlərindən düzəlib, "dağ yolunun qapısı" deməkdir. Digər mülahizəyə görə isə, oykonim qronbə sözündən olub, mənası "qəbirlər qapısı" deməkdir. == Tarixi == == Əhalisi == Əhalisi 937 nəfərdir.
Akiko Futaba
Akiko Futaba (yap. 二葉 あき子; 2 fevral 1915, Hiroşima – 16 avqust 2011, Hiroşima) — məşhur yapon musiqisi olan yukoka ifaçısı. İkinci dünya müharibəsinin sonlarında o Yaponiyada ən məşhur ifaçılardan biri olub. Bundan başqa o hər il keçirilən məşhur yapon televiziya musiqi şousu "Kohahu Uta Gassen"də on dəfə iştirak edib. == Bioqrafiya == O, Hiroşima şəhərində anadan olub Hiroşima prefekturasında Miyoşi şəhərində böyüyüb. Akiko Tokiyo Musiqi Məktəbini bitirib. Musiqi məktəbi tərəfindən keçirilən konsertdə Takeo Masunaqandan ilhamlanaraq 1936-cı ildə debüt edib. Onun məşhur mahnısı "Furuki Hanazono" (古き花園, az. "Köhnə gül bağı") 1939-cu ildə çıxıb. 6 avqust 1945-ci ildə Hiroşimaya atom bombası atılmasından yaxa qurtara bilib, o, partlayış vaxtı tuneldən keçərək qatarla səfər edirmiş.
Artemisia aurata
Artemisia aurata (lat. Artemisia aurata) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Baraba dili
Baraba dili və ya Baraba tatar dili - Sibirdə təxminən 8000 nəfərin danışdığı türk dili. Sibir-tatar dilinə çox yaxındır. Bu səbəbdən bəzi dilçilər bu dilin tatar dilinin bir qolu olduğunu iddia edirlər.
Baraba tatarları
Barabalar, Baraba — Sıbırlarnın bir hissəsi.
Burana qülləsi
Burana qülləsi – Qırğızıstanın Tokmok şəhəri yaxınlığındakı Qaraxanlıların paytaxtı olan Balasaqundakı qala. == Haqqında == İpək yolu üzərində olan Burana qalası Qaraxanlı dövləti dövründə həm minarə, həm də nəzarət qülləsi funksiyasını yerinə yetirmişdir. IX əsrin sonlarında inşa edildiyi zaman yüksəkliyi 45 metr olan qüllə XV əsrdəki zəlzələdən sonra 25 metrə enmişdir. 1900-cü illərin əvvəllərində əraziyə gələn rus mühacirləri qüllədəki bəzi kərpicləri yeni tikinti layihələri üçün istifadə etdilər. 1970-ci illərdə təməlini bərpa etmək və dağılmaq təhlükəsi ilə üzləşən qüllənin qərb tərəfini təmir etmək üçün təmir layihəsi həyata keçirilmişdir.Buraninsky yaşayış məntəqəsi və onunla birlikdə minarə XIX əsrin ortalarından bəri rus alimləri və yerli tarixçilər tərəfindən tədqiqat obyekti olmuşdur. Onların tədqiqinə yerli tarixçilər F. V. Poyarkov, V. D. Gorodetsky, A. M. Fetisov, N. N. Pantusov, V. P. Rovnyagin və görkəmli rus şərqşünası V. V. Bartold töhfə vermişlər. İnqilabdan əvvəlki dövrdə Qırğızıstan ərazisində arxeoloji tədqiqatların əhəmiyyətinə baxmayaraq, onlar təbiətdə təsadüfi, həvəskar idi. Abidələrin qorunması üçün tədbirlər görülməyib. == Hekayəsi == Qala ilə əlaqəli bir əfsanədə deyilir ki, güclü bir xanın bir qızı dünyaya gəldi. Xan bu hadisəni ölkədəki bütün falçılara və müdriklərə dəvət edərək qızının gələcəyini söylədi.
Cem Karaca
Cem Karaca (5 aprel 1945, Bakırköy, İstanbul ili – 8 fevral 2004, İstanbul) — Türkiyə rok musiqiçisi və Anadolu roku hərəkatının əsas üzvlərindən biri. == Həyatı == 1945-ci il aprelin 5-də əslən azərbaycanlı olan Türkiyə teatr aktyoru Məmməd Karaca və əslən erməni olan Türkiyə aktrisası İrma Feleqyanın (Toto Karaca) ailəsində doğulub.
Cüro Kurepa
Cüro Kurepa (serb. Ђуро Курепа, fr. Georges Kurepa; d. 6 avqust 1907, Majske Poljske — ö. 2 noyabr 1993, Belqrad) — Yuqoslaviya riyaziyyatçısı. Öz həyatı boyunca Kurepa 700-dən çox kitab, məqalə, referat, icmal və 1000-dən çox elmi məqalə nəşr etdirmişdir. O, Avropanın bir çox ölkələrində, elə cə də Kanada, İsrail, İraq, ABŞ, Kubada mühazirə vermiş və bir dəfə demişdir: "Mən Yuqoslaviyanın az qala 19 universitetinin hər birində mühazirə vermişəm." Onun qardaşı oğlu Svetozar Kurepa da riyaziyyatçı olmuşdur. == İlk illəri == Cüro Kurepa 1907-ci ildə Avstriya-Macarıstan İmperiyasından asılı olan Xorvatiya-Slovaniya Krallığındakı Majske Poljane kəndində anadan olmuşdur. Kurepa Rud və Andeliya Kurepanın 14 uşağından ən kiçiyi idi. O, təhsilinə qəsəbəsində başlamışdır.
Dmitri Kuleba
Dmitri İvanoviç Kuleba (ukr. Дмитро Іванович Кулеба; 19 aprel 1981, Sumi) — ukraynalı diplomat. 4 mart 2020-ci ildən Ukraynanın Xarici İşlər Naziri. 13 mart 2020-ci il tarixindən Milli Təhlükəsizlik və Müdafiə Şurasının üzvüdür. Ukraynanın Avropa və Avro-Atlantik İnteqrasiya üzrə Baş Nazirinin müavini (29 avqust 2019-cu il — 4 mart 2020-ci il). Ukrayna tarixində ən gənc xarici işlər naziridir. == Bioqrafiya == 19 aprel 1981-ci ildə Sumidə anadan olmuşdur. Atası İvan Kuleba (1953) 1993-cü ildən karyera diplomatı olmuş, 1997-ci ildən Ukraynanın Misirdə, Çexiyada, Qazaxıstanda səfiri, Ukrayna Xarici İşlər Nazirliyinin dövlət katibinin müavini, xarici işlər nazirinin müavini vəzifələrində çalışıb. 2019-cu ilin dekabrından isə Ukraynanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib. 2003-cü ildə Taras Şevçenko adına Kiyev Milli Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunu beynəlxalq hüquq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.
Futaba Kioka
Futaba Kioka (d. 22 noyabr 1965) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 75 oyun keçirib, 30 qol vurub.
Gizem Karaca
Gizem Karaca (7 sentyabr 1992, İstanbul) — Miss Turkey 2011 ikincisi, model və aktrisadır. Aktrisa kimi debütü 2011-ci ildə "Eve Düşen Yıldırım" serialında baş rolu canlandırıb. == Həyatı == Gizem Karaca 7 sentyabr 1992-ci ildə İstanbulda doğulmuşdur. Kiçik yaşlarından ailəsi ilə bərabər Amerikaya köçüb. İbtidai məktəbi ABŞ-də, orta məktəbi Kanadada bitirdikdən sonra, lise illərində Türkiyə'yə dönmüşdür. Daha sonra İstanbul Universitetinin fransız dili və ədəbiyyatı fakültəsinə daxil olmuşdur. İngilis və orta səviyyədə fransız dillərini bilir. == Karyerası == Universitet illərində çətin keçən dərslərdən qaçmaq üçün Miss Turkey 2011 gözəllik müsabiqəsinə qatılmağa qərar verir və ikinci yeri tutur. Müsabiqə bitdikdən dərhal sonra Eve Düşen Yıldırım adlı serial ilə aktrisa kimi debütünü edir. 2012-ci ildə Emirin Yolu adlı serialda da baş rol oynayır, lakin reytinqlərin aşağı düşməsi səbəbindən serialın çəkilişləri 13.bölümdən sonra dayandırılır.
Kerama adaları
Kerama adaları (yap. 慶良間諸島) — 22 adadan ibarət olan arxipelaq Okinava adasından cənub-qərbdə yerləşir == Coğrafiya == Dörd adada daimi yaşayış vardır: Tokasikicima (yap. 渡嘉敷島, Camamicima (yap. 座間味島, Akacima (yap. 阿嘉島, Qerumacima (yap. 慶留間島)Adalar Simaciri dairəsinə daxildir. == Tarixi == 26 mart 1945 ildə İkinci dünya müharibəsinin tərkibi olan Okinava döyüşünün başlamasın bir necə gün qalmış ABŞ adalara 77-ci piyada diviziyasını yerləşdirmişdir. Adalarda döyüş 5 gün davam etmişdir. Adlar işğa edildikdən sonra Okinava adasına hücumlar məhz buradan başlamışdır. == Maraqlı fakt == Akacima və Camamicima adalarında bir-birinə bağlı olan Merilin və Siro itlərinin həyatı bir çox insanları maraqlandırır.
Korama (Uçalı)
Korama (başq. Ҡорама, rus. Курама) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Tunqatar kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 50 km, kənd sovetliyindən (Komsomolsk): 5 km. ən yaxın dəmiryol stansiyasından (Korama stansiyası): 0 km.