Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kentau
Kentau (qaz. Кентау) — Qazaxıstanın Türkistan vilayətində yerləşən şəhər. Türkistan şəhərindən 30 km şimal-şərqdə, Karatau dağının ətəyində yerləşir. == Tarixi == Kentau şəhərinin əsası 1955-ci ilin avqust ayında qoyulub. Yaşayış mətəqəsi Aşısay polimetal yatağının istismarı ilə salınmış işçi qəsəbələrindən yaranmışdır. Sovet dövründə yerli əhali qazaxlardan ibarət olsa da, şəhər əhalisinin əksər hissəsi Rusiyadan köçüb gələnlərdən ibarət olmuşdur. Onlar içərisində ruslar, almanlar və yunanlar üstünlük təşkil edirdi. 1980-ci illərin sonu 1990-cı illərin əvvəllərində şəhərdə yerləşən sənaye müəssisələrinin bağlanmasından sonra emiqrasiya prosesi sürətlənmişdir. Hazırda əhalisinin əksəriyyəti etnik qazaxlardan və özbəklərdən ibarətdir. == Sənaye == Kentauda iki zavod yerləşir.