Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kurti (Xoy)
Kurti (fars. كورتي‎‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Tinka Kurti
Tinka Kurti (alb. Tinka Kurti; 17 dekabr 1932, Sarayevo) — alban əsilli aktrisa, Albaniya xalq artisti. İş təcrübəsi təxminən 60 ildir. 50-dən çox filmdə rol almış və 150-dən çox teatr əsərində rol oynamışdır. Tinka Kurti Bosniya və Herseqovinanın (o zamanki Yuqoslaviyanın bir hissəsi) Sarayevo şəhərində qarışıq ailədə anadan olub: atası alban, anası macar idi. Ailənin ilk övladı olmuşdur. Uşaqlıqda ailəsi Albaniyanın şimalındakı Şkodra şəhərinə köçmüşdür. Şkodrada ömrünün çoxunu keçirmiş və teatr karyerasına başlamışdır. 1947-ci ildə Tinka incəsənət məktəbindən qovulur və ali təhsil ala bilmir. Sonra teatr sənəti ilə məşğul olmağa qərar verir.
Albin Kurti
Albin Kurti (alb. Albin Kurti) — Kosovo siyasətçisi. Öz müqəddəratını təyinetmə partiyasının lideri. 22 mart 2021-ci ildən Kosovonun hazırkı Baş naziridir. Əvvəllər Baş Nazirin səlahiyyətlərini icra edən (2020), 2020-ci il fevralın 3-dən martın 25-dək Kosovonun daha əvvəl baş naziri olub. 1999-cu ildə Kosovo müharibəsindən əvvəl və zamanı o, tələbə lideri və siyasi məhbus olmuşdur. O, 2010-cu ildən ardıcıl üç qanunverici orqanda Kosovo Assambleyasının üzvüdür. == Bioqrafiya == Albin Kurti 24 mart 1975-ci ildə Priştinada anadan olub. Kurtinin atası Monteneqronun Ulsin bələdiyyəsinin Sukobin kəndindən olan alban ailəsindəndir. Kurtinin anası Priştinada doğulub təhsil alan təqaüdçü ibtidai məktəb müəlliməsidir.
Kartli
Kartli (gürcücə: ქართლი) – Gürcüstanın şərq hissəsində yerləşən tarixi bölgəsidir. XV əsrdə Gürcüstan Krallığı parçalanmışdır. Bu parçalanmadan sonra, Kartli bölgəsi paytaxt şəhəri Tbilisi olmaqla ayrıca bir krallıq olmuşdur. Kartli vilayətinin mərkəzi şəhəri Tbilisi hesab olunur.
Kurtan
Kurtan — Tiflis quberniyasının Borçalı qəzasında,indi Cəlaloğlu (Stepanavan) rayonunda kənd.
Kürehi
Kürehi — İranın Fars ostanının Bəvanat şəhristanının Sərçihan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,158 nəfər və 807 ailədən ibarət idi.
Kürtün
Kürtün Gümüşxanə ilinin bir ilçesidir. Mərkəz ilçe əhalisi 3000-dən. Əhalisi köyleriyle birlikdə 12.500 adamdır. 1991-ci ildə ilçe olmuşdur. Xalqının əhəmiyyətli bir hissəsini Türkmen, Çepniler meydana gətirər.
Kurtaj
Kurtaj (fr. courtage, ing. courtage) — komissiya. == Mənası == Birja işində birja əməliyyatlarında vasitəçiyə görə birja dəllalının və ya birja brokerinin aldığı mükafat. Dəyər bağlanmış alqı-satqı əməliyyatının həcminin 1000 payı ilə hesablanır və malı həm satıcı, həm də alıcı tərəfindən brokerə ödənilir. Təchizat qiymətli kağızların növünə görə (dövlət qiymətli kağızları, digər istiqrazlar, dividendli qiymətli kağızlar) və bazar dəyərindən və ya əməliyyatların növündən asılı olaraq fərqləndirilir. Pulsuz brokerlər üçün sabit dərəcələr müəyyən edilmir. Banklar brokerə ödənilən haqqı müştəriyə verilən qaimə-fakturaya daxil edirlər. Sığorta işində sığorta brokerinin sığortaçı üçün təşkil edilmiş əməliyyata görə aldığı mükafat. Vasitəçinin aralarında müqavilə bağlamaq üçün 2 tərəf arasında əlaqə qurduğu, bunun üçün müqavilənin icrasından asılı olmayan bir mükafat aldığı müqavilə.
Kurta
Kurta (banq. কুর্তা (পাঞ্জাবী), ereb. کرتا‎, hind कुरता, [kʊrt̪a ː] kimi oxunur) — Hindistan, Pakistan, Əfqanıstan, Tacikistan, Banqladeş, Nepal və Şri-Lankanın ənənəvi geyimidir. Bu paltarı adətən kişilər geyinir. Uzunluğu dizin üstünə kimi olur. Ancaq qadınlarında bəziləri kurta geyindiyinə rast gəlmək mümkündür. Adətən kişilər onu beldən şalvarlarla geyinirlər. Amma son illər cinslə də geyinənlərə rast gəlmək mümkündür. Rəsmi görüşlərə belə kurla ile gedirlər. Kurta geyinən qadınlarda az deyildir.
Kuşti
Kuşti — zərdüştilərin bellərinə taxdıqları müqəddəs qurşaq. Bu, sədrə ilə yanaşı zərdüştilərin ritual geyiminin bir hissəsidir. == Mənşəyi == Müqəddəs sap üçün Avesta dilində olan termini "aivyaonqana"dır. Kuşti sonradan Pəhləvi dilində formalaşmış terminidir. == İstehsalı == Həm İranda, həm də Hindistanda kuşti adətən kahinlik vəzifələrindən olan qadınlar tərəfindən hazırlanır. Bu, ikili bir dini vəzifə funksiyasına malikdir. Bəzən kuştilər mobədlər ( tərəfindən toxunurdular,. 1920-ci illərdən etibarən İranın Yəzd ostanında zərdüşti behdin qadınlara kuşti toxuması qaydası öyrədilirdi. Zərdüştilik fəlsəfəsinə əsasən kuşti toxumaq prosesində qadınlar mahnı oxuyurlar, həm dini, həm də dünyəvi hekayələr paylaşırlar. == İstinadlar == == Əlavə ədəbiyyat == == Xarici keçidlər == "The Kushti ritual".
Güvenç Kurtar
Güvenç , 1959 (25 iyul 1960 və ya 25 iyul 1955, Uşak) — keçmiş türk futbolçu, məşqçi. Azərbaycanın Rəvan klubunun baş məşqçisidir. Futbolçu kimi hücumçu mövqeyində oynayıb. Güvenç Kurtar futbolçu karyerası ərzində "Beşiktaş", "Mersin İdman Yurdu", "Bursaspor", "Altay" və "Kocaelispor"da oynayıb. Məşqçi karyerası ərzində isə "Darıca Gənclərbirliyi", "Kocaelispor", "Sarıyer", "Petrolofisi", "Əskişəhərspor", "Zeytinburnuspor", "Diyarbəkirspor", "Elazığspor", "Akçaabat Sebatspor", "Çaykur Rizəspor", "Dənizlispor", "Bursaspor", "Altay" və "Adana Dəmirspor"a başçılıq edib. == Həyatı == Güvenç Kurtar 25 iyul 1950-ci ildə Türkiyənin Uşak vilayətində andan olub. == Karyerası == === Futbolçu karyerası === Güvenç Kurtar peşəkar karyerasına 1970-ci ildə "Beşiktaş"da başlayıb. Mövsümboyu oynadığı 15 matçda 3 dəfə fərqlənən sabiq hücumçu mövsümün sonunda "Mersin İdman Yurdu"na keçib. Aralıq dənizi sahilindəki macərası nisbətən uğurlu (24 oyun – 12 qol) alınıb, 24 oyuna 12 qol vurub. Liqa başa çatan kimi "Bursaspor"a keçib.
Kartli krallığı
Kartli çarlığı — Şərqi Gürcüstanda dövlət. XV əsrin 2-ci yarısında vahid Gürcüstan çarlığının parçalanması nəticəsində yaranmışdı. Paytaxtı Tiflis idi. Dövlətin iqtisadiyyatı natural təsərrüfata əsaslanırdı. Kartli çarlığı yarımmüstəqil inzibati vahidlərə (satavado) bölünürdü. XVII əsrin sonu – XVIII əsrin əvvəllərində çarlığın iqtisadi və mədəni həyatında yüksəliş baş vermidi. Kartli çarlığı XVI– XVIII əsrlərdə müstəqillik uğrunda Səfəvilər dövləti və Osmanlı İmperiyasına qarşı mübarizə aparmışdır. 1723-cü ildə çarlıq Osmanlı İmperiyası tərəfindən, 1735-ci ildə isə Nadir şahın qoşunları tərəfindən tutmuşdu. Nadir şahın ölümündən sonra yenidən müstəqil olan Kartli, 1762-ci ildə, çar II İraklinin dövründə, Kaxeti çarlığı ilə birləşdi; vahid Kartli-Kaxeti çarlığı yarandı. 1801-ci ildə isə Kartli-Kaxeti çarlığı Rusiya imperiyasının tərkibinə daxil oldu.
Kartli çarlığı

Keyxosrov (Kartli)
Keyxosrov — Kartli çarı, şahzadə Levanın oğlu idi. Çar olmasına baxmayaraq heç vaxt Gürcüstanda olmadı və İranda yaşadığı üçün qəyyum olaraq yerinə VI Vaxtanq hakimlik edirdi. == Həyatı == 1703-cü ildən bəri Səfəvi sarayında yaşayan Keyxosrov İsfahanın naibi və darğası kimi yüksək vəzifələrdə işləmişdi. 1709-cu ildə əmisi XI Georginin ölümündən sonra çar oldu. Çar həmin il Əfqanıstandakı Səfəvi ordusunun sipəhsaları, Bərdə və Təbrizin hakimi vəzifəsinə yüksəldildi. Mir Veys xandan intiqam almaq üçün 1709 və 1711-ci illərdə hücuma keçən çar məğlub olaraq öldürülmüşdü. == Ailəsi == Giorgi adlı birinin qızı Ketevanla (ö. 3 may 1730) evlənmişdi. Övladları: David (1710-1738) Ana (ö. 1786) Xoreşan (ö.
Keyxosrov Kartli

Kortni Conson
Kortni Conson (d. 7 may 1974) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Kortni Conson, ABŞ yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Avstraliya yığmasına 4:5 hesabı ilə məğlub olan ABŞ yığması, Sidney Olimpiadasının gümüş medalına sahib oldu.
Kortni Kardaşyan
Kortni Meri Kardaşyan (ing. Kourtney Mary Kardashian; 18 aprel 1979, Los-Anceles, Kaliforniya) — ABŞ şou biznes ulduzu və fotomodeli. 2007-ci ildə ailəsi ilə birlikdə "Kardaşyanlarla ayaqlaşmaq" realiti-teleserialı ilə karyerasına başlamışdır.
Kortni Metyuson
Kortni Metyuson (d. 14 sentyabr 1986) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Kortni Metyuson, ABŞ yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İspaniya yığmasını 8:5 hesabı ilə məğlub edən ABŞ yığması, London Olimpiadasının qızıl medalına sahib oldu. Daha sonra Kortni Metyuson, ABŞ yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İtaliya yığmasını 12:5 hesabı ilə məğlub edən ABŞ yığması, Rio-de-Janeyro Olimpiadasının qızıl medalına sahib oldu.
Kourtni Koks
Kourtni Koks (15 iyun 1964, Birminqem, Alabama) — amerikalı aktrisa. "Dostlar" teleserialındakı Monika və "Fəryad" filmindəki Qeyl rolu ilə məşhurdur. == Həyatı == Kourtni Koks Alabama ştatının Birminqem şəhərində anadan olub. Koks biznesmen Riçard Levis Koks (28 yanvar 1931 - 3 sentyabr 2001) biznesmen, və onun həyat yoldaşı Kourtni Koplandın qızıdır. Onun iki böyük bacısı var, Virciniya və Dotti; bir böyük qardaşı var, Riçard. Onun valideynləri 1974-cü ildə boşanıb və anası biznesmen Hunter Koplandla evlənib. Mauntin Brok Ali Məktəbindən məzun olduqdan sonra Mount Vernon Kollecində memarlıq ixtisasında təhsil almağa başlasa da, bu təhsilini başa vurmayıb. Bunun əvəzinə o, model və aktyorluq karyerasına davam etdi. Koks ingilis, şotland, uels, irland və alman əsillidir. == Evlilik və ailə == 12 iyun 1998-cu ildə Koks David Arqette ilə evlənib.
Kurani (Urmiya)
Kurani (fars. كوراني‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 118 nəfər yaşayır (34 ailə).
Kurtis Strayker
Körtis Strayker (ing. Kurtis Stryker) – "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. Polis vəzifəsini yerinə yetirir. Qara qüvvələrə qarşı vuruşur.
Kvemo-Kartli
Aşağı Kartli diyarı (gürc. ქვემო ქართლის მხარე) — Gürcüstanda I dərəcəli inzibati – ərazi vahidlərindən biri. 1994–1996–cı illərdə həyata keçirilmiş inzibati islahatlar nəticəsində təşkil edilmişdir. Diyarın inzibati mərkəzi Rustavi şəhəridir. == İnzibati bölgü == İnzibati cəhətdən respublika tabeli Rustavi şəhərindən və altı bələdiyyədən (Başkeçid, Bolnisi, Marneuli, Qarayazı, Salka, Tetri Tskaro) ibarətdir. Aşağı Kartlinin inzibati mərkəzi Rustavi şəhəridir. Ətraflı olaraq bax: Borçalı == Əhalisi == 01 yanvar 2020-ci il tarixinə əsasən diyarın ümumi əhalisi 434.200 nəfər olmuşdur. Onlardan 189.700 nəfəri şəhərlərdə, 244.500 nəfəri isə kəndlərdə yaşayırdı. 2002-ci ildə kənd əhalisinin 152.456 nəfəri kişilərdən, 158.569 nəfəri isə qadınlar təşkil edirdi. Həmin il yekunlarına əsasən kənd əhalisinin 62.50%-i azərbaycanlılardan, 28.40%-i gürcülərdən, 6.70%-i ermənilərdən, 1.50%-i urumlardan, 0.40%-i ruslardan və 0.50%-i digərlərindən ibarət idi.
Kvemo Kartli

Kürəvi ildırım
Levan (Kartli)
Levan və ya müsəlman olandan sonrakı adı ilə Şahqulu xan — Kartli qəyyumu. == Həyatı == 1653-cü ildə V Vaxtanqın dördüncü övladı olaraq doğulmuşdur. 1675-ci ildə XI Georginin qəyyumu kimi təyin olunmuşdu. 1677-ci ildə müsəlman olaraq Şahqulu adını almış, Kirman naibi adını almışdı. 1698-1701-ci illər arası üsyançı bəluclara qarşı ölkəni qorumuşdu. 1703-cü ildə divanbəyi təyin olunmuşdu. Şair idi. == Ailəsi == 1762-ci ildə Tuta Qurieli ilə evlənmişdi. Övladları: Keyxosrov — qəyyum və çar. VI Vaxtanq — çar.