Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
«Кара-коюнлу» (ковёр)
Azaru
Azaru — Azərbaycan Respublikasının Astara rayonunun Asxanakəran kənd inzibati ərazi dairəsində kənd. Azaru Astara rayonunun Asxanakəran inzibati ərazi vahidində kənd. Peştəsər silsiləsinin ətəyindədir. Adını ərazidəki eyniadlı çaydan almışdır. == Etimologiyası == Talış dilində azu (asu) "sürətli" və rud "çay" sözlərindən olub "iti axan çay" (İtiçay) və ya çay kənarındakı kənd mənasındadır. == Tanınmış şəxslər == === Şəhidləri === Pəncəli Teymurov (1981–2016).
Kaoru
Kaoru — Yapon adı.
Kargu
Kargu — Türkiyə istehsalı pilotsuz uçuş aparatı. Hazırlayan və istehsalçı - Türk Müdafiə Şirkəti (Savunma Teknolojileri Mühendislik ve Ticaret AŞ). == Ümumi məlumat == Kargu hekikopter tipli kamikaze dronudur. 2017-ci ildən bəri Türk ordusunun arsenalına daxildir. 2019-cu ildən STM, təkmilləşdirilmiş Kargu-2 dronlarının istehsalına başlamışdır. 2020-ci ilin əvvəlində Türkiyə hökuməti bu tip 356 PUA alınması üçün müqavilə imzalamışdır. Kargu-2-nin çəkisi 15 kq ağırlığındadır. Eyni zamanda, Kargu-2 havada 30 dəqiqəyə qədər qalma qabiliyyətinə malikdir. İdarəetmə operator tərəfindən yerdən həyata keçirilir. Bu səbəbdən dron hərəkətdə olan obyektlər də daxil olmaqla istənilən hədəfə tərəf yönəldilə bilər.
Karum
Karum (ticarət qəsəbəsi, tacir koloniyası) — Yaxın Şərq tarixinin qədim dövrünə aid termin. Mövcud ticarət yollarından mənfəət əldə etmək və mal mübadiləsində iştirak etmək üçün xarici şəhərdə qəsəbə və ya ticarət rayonu. Karumda yaşayan tacirlər çox vaxt yerli özünüidarəetmə və xüsusi imtiyazlardan istifadə edirdilər. Ən tanınmış karum II minilliyin əvvəllərində Anadoluda assuriyalılar tərəfindən qurulmuş Kaneş karumudur.
Karun
Karun — İranın ən şax-budaqlı və yalnız naviqasiya edilə bilən çayı. İran-İraq müharibəsindən sonra naviqasiya üçün istifadə ola bilmir. Əhvaz şəhərinin içməli suyu bu çaydan təmin olunur.
Kvark
Kvark — elementar (fundamental) hissəcik. Materiya daşıyıcısı. Kvarklar fermionlar ailəsindən olan elementar (subatomik) hissəciklərdir. Fermionlar ailəsinin digər üzvü leptonlardır. Kvarklar atomun nüvəsini təşkil edən protonların və neytronların tərkib hissələridir. Proton iki yuxarı kvarkdan və bir aşağı kvarkdan ibarətdir. Neytron bir yuxarı kvarkdan və iki aşağı kvarkdan ibarətdir. Təbiətdə ayrıca kvarka hələ rast gəlinməmişdir. Kvarklar mezonların və baryonların (proton və neytronun aid olduğu hissəciklər qrupu) tərkib hissələridir. Kvarklar birbirinə qluonlar vasitəsilə bağlı olurlar.
Kvars
Kvars (SiO2) — Triqonal sinqoniya – aşağı temperaturlu (573°C-dək) –a -kvars; Heksaqonal sinqoniya – yüksək temperaturlu (573–870°C) –b -kvars. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn. α - kvars β - kvars – 573°C çevrilməsi enantiotropdur. Silisium oksidinin təbiətdə ən geniş yayılmış modifikasiyası olan α - kvars adətən sadəcə kvars (K) adlanır. == Növ müxtəliflikləri == Morfologiyasına görə: hökmdar əsası şəkilli K, Vavilon K, ulduzvari K, «K papaqda» və b.; rənginə görə: ametist, sitrin, morion, xrizopraz və b.; marşalit – narın tozvari K. == Xassələri == Rəng – adətən rəngsiz, südlü-ağ, boz; müxtəlif rəngli şəffaf və yarımşəffaf kvarsların bir sıra növ müxtəlifliklərinin xüsusi adları vardır: dağ bülluru; marmaroş diamantı – rəngsiz su kimi şəffaf K; ametist – bənövşəyi K; sitrin – sarı K, morion – qara K. Kvarsın başqa mineral qarışıqları ilə əlaqədar olan alloxromatik növ müxtəliflikləri: prazem –aktinolit və ya xloritin narın möhtəvilərini saxlayan yaşıl K; avantürin – mika, hötit və ya hematit möhtəviləri ilə əlaqədar olan sayrışan qızılı çalarlı sarımtıl, yaxud qonuru-qırmızı K; pişik gözü – asbest möhtəviləri ilə əlaqədar olan ipək parıltılı yaşıl K; pələng gözü – amfibol-asbest və hötit möhtəviləri saxlayan qızılı çalarlı tünd-qonur K; şahin gözü–krokidolit möhtəviləri olan göyümtül K; Mineralın cizgisinin rəngi – ağ, rəngsiz; Parıltı – şüşədən (iri kristallik K) donuqadək (gizlikristallik K), bəzən ipəyi (pələng gözündə); Şəffaflıq – şəffaf, yarımşəffaf, qeyri-şəffaf; Sıxlıq –2,65; Sərtlik –7;{1010} üzlərində {0001} üzlərinə nisbətən yüksəkdir; Kövrəkdir; Ayrılma – yoxdur; Sınıqlar – qabıqvari; Başqa xassələr – pyezoelektrikləşmə və ultrabənövşəyi şüaları buraxmaq qabiliyyəti ilə səciyyələnir; Morfologiya – kristallar: adətən üfqi istiqamətdə cizgilənmiş prizmatik, romboedrik, nisbətən az dipiramidal, bəzən skelet-kristallar; Trapesoedr (5161) və dipiramida (1121) üzlərinin tutduqları mövqedən asılı olaraq sağ və sol kvarslar ayrılır; İkiləşmə: çox tez-tez müşahidə olunur; 20-ə yaxın müxtəlif qanunlar üzrə ikiləşmələri məlumdur; Ən geniş təzahür edən dofiney, braziliya və yapon ikiləşmələridir; kombinasiya edilmiş ikiləşmə də rast gəlir; Mineral aqreqatları: dənəvər (kobud çubuqvaridən gizlikristallikədək), incəlifli, torpaqvari kütlələr, sızmalar, sferolitlər, tez-tez druzalar, müxtəlif minerallar və üzvi qalıqlar üzrə psevdomorfozalar. K üçün başqa minerallarla, məsələn çöl şpatları ilə, qanunauyğun bitişiklər (yəhudi daşı, yaxud «yazılı qranit» və b.) səciyyəvidir. == Mənşəyi və yayılması == Təbiətdə ən çox yayılmış poligen mineraldır.b -kvars yüksək temperaturlu turş maqmatik süxurların süxur əmələgətirən mineralı olub, qranitlərdə, qranodioritlərdə, riolitlərdə geniş yayılmışdır. Müxtəlif şəraitlərdə əmələ gələn kvarsa bir çox püskürmə, metamorfik və çökmə süxurlarda rast gəlinir. Kvarsın nəhəng, kütləsi 70 tona çatan kristalları peqmatitlər üçün səciyyəvidir. Müxtəlif filiz yataqlarında geniş yayılmış hidrotermal K onların çoxunun əsas damar mineralıdır.
Qyaru
Qyaru (yap. ギャル) — yapon dilindən ingilis dilinə "girl" sözünün transliterasiyası. Termin 1970-ci illərin "GALS" cins markasından irəli gəlir. Submədəniyyətin bir növü. Qyaruların müxtəlif növləri var: «oya o nakaserru» (親を泣かせる, «valideynlərini ağladan»), «daraku cöqakusey» (堕落女学生, «deqenerativ məktəblilər»).,kişi qyaruları "gəruo" adlandırırlar. Qyaru Yaponiyanın küçə dəbinin əhəmiyyətli hissəsinə dönüb..
Kiari
Kiari (it. Chiari) — İtaliyada kommuna. Lombardiya bölgəsində, Breşia əyalətində yerləşir. Əhalisinin sayı 19 384 nəfər (2024-cü ildə), əhalinin sıxlığı 510,64 / km²-dir. Sahəsi 37,96 km² ərazini əhatə edir. Poçt kodu — 25032. Telefon kodu — 00030. Şəhərin himayədarları Briudalı müqəddəs Faustino və Saint Giovita hesab edilir. Onların şərəfinə 15 fevralda bayram keçirilir. == Tanınmış sakinləri == Alberto Paloski, mövqeyində çıxış edən İtaliya futbolçusu.
Kafu
Marcos Evangelista de Morais (port. Marcos Evangelista de Moraes ; 7 iyun 1970, San Paulo) — Braziliyalı keçmiş professional futbolçu. Uzun müddət Braziliya milli futbol komandasının oyunçusu olub. Braziliya millisi ilə ikiqat dünya çempionu olub (1994, 2002). 2002 və 2006-cı illərdə dünya çempionatında milli komandanın kapitanı olub. Dünya Kubokunda ardıcıl üç final oyununda oynayan ilk və indiyə qədər bunu bacaran yeganə futbolçu (1994, 1998, 2002). İkiqat "Libertadores Kuboku"nun və San-Paulu ilə Qitələrarası Kubokun qalibi, Braziliya çempionu. ikiqat İtaliya çempionu, Milanla "UEFA Çempionlar Liqası"nın qalibi. 1994-cü ilin Cənubi Amerikanın ən yaxşı futbolçusu. Braziliyanın ən yaxşı oyunçularından biri kimi FIFA 100 siyahısına daxil edilmişdir.
Kalu
Kalu (Bostanabad)
Kaqu
Kaqu (lat. Rhynochetos) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin günəşvağıkimilər dəstəsinin kaqular fəsiləsinə aid heyvan cinsi.
Kara
Kara — qızlardan ibarət Koreya musiqi qrupudur. Girls Generation musiqi qrupu 5 üzvdən ibarətdir. Qrup 2007-ci ildə qurulub.
Karl
Karl — kişi adı. Karl Qulbrandsen — Norveçli kişi velosipedçi. Karl Marks — alman filosofu, siyasətçisi, marksizm-leninizm nəzəriyyəsinin banisi. Karl Llevellin — Amerika mülki hüquq mütəxəssisi. Karl Lundquist — İsveçli kişi velosipedçi. Karl Manneim — Macarıstan filosofu və siyasətçisi. Karl Olsen — Norveçli kişi velosipedçi. Karl Rayner — ABŞ aktyoru. Karl Rulye — Bioloq, tibb elmləri doktoru, Moskva Universitetinin professoru. Karl Veyerştrass — Məşhur alman riyaziyyatçısı Karl Vilhelm Şeyele — isveç kimyaçısı.
Karp
Çəki və ya karp (lat. Cyprinus carpio) Yarımkeçici balıqdır. Dənizə tökülən çaylarda çoxalır. Aralıq dənizində, Xəzər, Qara və Aral dənizlərində, həmçinin İssıkkulda yayılmışdır. Uzunluğu 17 sm-dən 79 sm-ə qədər ola bilər, kütləsi 1,6-2,8 kq təşkil edir. Uzunluğu 1 m, çəkisi 20 kq-dan çox olan balıqlara nadir də olsa rastlanılır. == Yayılması == Yarımkeçici balıqdır. Dənizə tökülən çaylarda çoxalır. Aralıq dənizində, Xəzər, Qara və Aral dənizlərində, həmçinin İssıkkulda yayılmışdır. Uzunluğu 17 sm-dən 79 sm-ə qədər ola bilər, kütləsi 1,6-2,8 kq təşkil edir.
Kars
Qars (türk. Kars) — Türkiyənin şərqində yer alan şəhər. Qars ilinin inzibati mərkəzidir. Türkiyənin ən yüksəkdə yerləşən il mərkəzlərindən olan Qars kəndləri ilə birlikdə ümumi əhali sayı 100 mini keçən şəhərlərdəndir (şəhər mərkəzi: 102.001, ümumi 129.458). Mərkəz ilçəyə bağlı üç məhəllə və 70 kənd vardır. Müxtəlif etnosların birlikdə yaşadığı şəhərdır. Qars Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin 2023-cü il üçün Türkiyə Turizm Strategiyası 2023 və Turizm Strategiyası Hərəkət Planı əsasında nəzərdə tutulan 15 il mərkəzindən biridir. Bu layihə ilə hədəflənən il mərkəzlərini " mədəniyyət turizmi inkişaf etdiriləcək brend şəhərlər" elan edib inkişaflarını təmin etməkdir. == Tarixi hadisələr == 18 noyabr 1877-ci ildə Erməni könüllü silahlı dəstələri və yerli ermənilərin fəal iştirakı ilə general Hovhannes Lazaryanın qoşunları gecə yarısı gizli yollarla xəlvətcə Qarsa daxil oldular.
Kart
Kart — oyun vasitəsi Kartların olduqca qədim və dramatik tarixi vardır. Bir çox tədqiqatçıların fikirlərinə görə ilk kartlar Fransada əyləncə məqsədilə Dəli sayılan VI Karlın dövründə yaranmışdır. Əlbəttə bütün bunlar sadəcə əfsanə də ola bilər. Hələ qədim Misirdə rəqəmlənmiş qələmlərlə bu tipli oyunlara həvəs var idi. Hindistanda fil sümüklərindən hazırlanan əşyalarla oynayırdılar. Çində isə artıq müasir tipli kartlara rast gəlmək mümkün idi və bu da XII əsr nümunəsi sayılırdı. Sənədlərə əsaslansaq ilk dəfə kartın meydana gəlməsi 1379-cu ilə aid edilir. Çünki həmin dövrə aid olduğu güman edilən və italyan şəhərlərindən birində tapılan yazı bunu bir daha təsdiq etdi. Həmin yazıda qeyd edilmişdi; "Kartda oyunlar təşkil olunur, bura müxtəlif dünya ölkələrindən sarasinlər (orta əsrdə qərblilərin Afrika müsəlmanlarına verdiyi ad) gətirilir və onları naib adlandırırlar. Bu növdə olan oyunlar hərbi məna ifadə edirdi, çünki bildiyiniz kimi "naib" sözü ərəb sözüdür və mənaca "kapitan", "rəis" kimi tərcümə edilir.
Elleri Klark
Elleri Klark (d. 13 mart 1874; Boston, Birləşmiş Ştatlar - ö. 17 fevral 1949; Hingham, Birləşmiş Ştatlar) — Birləşmiş Ştatları təmsil edən yüngül atlet. 1896 Afina Olimpiadasında iki qızıl medal qazanıb. == Həyatı == Elleri Klark 1874-cü ilin 13 mart günündə Birləşmiş Ştatların Massaçusets ştatının Boston şəhərində anadan olub. 1949-cu ilin 17 fevral tarixində isə həmin ştatım Hingham şəhərində ömrünün 74-cü yaşında vəfat edib. === Afina Olimpiadası === Elleri Klark 1896-cı ildə Yunanıstanın Afina şəhərində I Yay Olimpiya Oyunlarına qatıldı. Hündürlüyə tullanma yarışlarında mübarizə aparan Klark 1.81 metr nəticəyə imza atdı və I Yay Olimpiya Oyunlarının qızıl medalını qazandı. Afina Olimpiadasında Elleri Klark həm də uzunluğa tullanma yarışlarında çıxış etdi. Bu yarışlarda 6.35 metr uzunluğa tullanan Klark I Yay Olimpiya Oyunlarında özünün ikinci qızıl medalını qazandı.
Helen Klark
Helen Klark (26 fevral 1950[…]) — Yeni Zelandiyanın baş naziri. == Həyatı == 1950-ci ildə Hamilton şəhərində anadan olmuşdur. 1974 Okland Universitetində magistr dərəcəsini almış və bu Universitetdə əmək fəaliyyətinə başlamışdır. 1981 Parlamentə uzv seçilmişdir. Xanım Helen Klark Əmək Partiyasının (ƏP) butun vəzifə pillələrini keçmişdir. 1978 – 1988 ƏP-nin İdarə Heyətinin uzvu olmuşdur. 1986 Silahsızlasma və beynəlxalq sulhə dəlalət edən fəaliyyətinə görə Danimarka Sulh Fondu tərəfindən Sulh Mukafatına layiq görülmüşdür. 1989 ƏP-nin İdarə Heyətinə qayıtmışdır. Həmçinin, ƏP-nin Gənclər Şurasının prezidenti olmuşdur. Parlamentə üzv seçildikdən sonra Parlamentin Xarici İşlər və Müdafiə məsələləri ilə məsğul olan Komitə, Silahsızlasma və Silahlara Nəzarət Komitəsinə sədrlik etmişdir.
Kaafu atollu
Kaafu atollu (mald. މާލެ އަތޮޅު) — Maldiv adalarının inzibati vahididir. Ada Kaaşidu adası, Qaafaru mərcan adası, həmçinin Male mərcan adasından təşkil olunmuşdur. Öz növbəsində Male adası da Şimali Male və Cənubi Maledən təşkil olunub. Maldiv adalarının paytaxtı olan Male şəhəri coğrafi cəhətdən Şimali Male mərcan adasına daxildir. Ancaq Kaafu hissəsinə daxil olan inzibati vahid kimi götürülür. Kaafu atoll qrupunun paytaxtı Tulusdhoo hesab olunur. == İnzibati bölgüsü == Xaa Alifu, Xaa Daalu, Şaviyani, Noonu, Raa, Baa, Kaafu və s. adalar Maldiv adalarının müasir inzibati vahidlərinə mənimsənilmiş ərazi vahidləridir. Onlar mərcan adalarının atoll qruplarını əmələ gətirirlər.
Kerolayn Klark
Kerolayn Klark (28 iyun 1990, Palo-Alto[d], Kaliforniya) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Kerolayn Klark, ABŞ yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İtaliya yığmasını 12:5 hesabı ilə məğlub edən ABŞ yığması, Rio-de-Janeyro Olimpiadasının qızıl medalına sahib oldu.
Kianu Rivz
Kianu Çarlz Rivz (2 sentyabr 1964[…], Beyrut) — Kanada aktyoru. Beyrutda doğulub Torontoda böyüyən Rivz, aktyorluq debütünü 1984-cü ildə efirlərə çıxan "Hangin' In" teleserialında rol alaraq etmişdir. Bundan iki il sonra o, 1986-cı ildə çəkilmiş tammetrajlı film olan "Youngblood"-da görünüb. Kianu Rivz 1989-cu ildə "Bill & Ted's Excellent Adventure" komediya filmində baş rol oynadıqdan sonra tanınma qazanmış və onun davam filmlərində də çəkilmişdir. O, "My Own Private Idaho" filmindəki roluna görə təriflənmişdir. "Point Break" və "Speed" ​​filmlərindəki rollarına görə isə döyüş filmlərinin ulduzu kimi tanınmışdır. Kianu Rivz bir sıra yaxşı nəticə verməyən filmə çəkildikdən sonra nəhayət 1997-ci ildə buraxılan "İblisin vəkili" qorxu filmindəki roluna görə yenidən rəğbət qazanıb. O, 1999-cu ildə ekranlara çıxan "Matris" filmindəki Neo obrazına görə müsbət rəylər toplayıb. Kianu, "Constantine" (2005) filmində Con Konstantin rolunda çəkilmişdir. Həmçinin, "The Lake House" (2006), "The Day the Earth Still" (2008) və "Street Kings" (2008) filmlərində də rol almışdır.
Kvara ştatı
Kvara ştatı (ing. Kwara State) — Nigeriyanın Şimal-mərkəzi geosiyasi zonasında ştat. == Adı == Kvara sözü Hausa dilində ştatın ərazisində axan Niger çayının adıdır.
Kvark ulduzu
Kvark ulduzu — varlığı sübut edilməmiş və mövcud olma ehtimalı çox az olan ulduz növüdür. == Tarixi == Kvark ulduzu ilə bağlı ilk fərziyyə 1965-ci ildə sovet fiziklər Dmitri İvanenko və D. Kurdqelaidze tərəfindən irəli sürülüb. Lakin, bu ulduzun mövcudluğu haqqında olan bütün fərziyyələr indiyə kimi sübut edilməyib. == Xüsusiyyətləri == Kvark-qluon plazmasından ibarət olan kvark ulduzun mövcud olması üçün ulduz ölərkən baş verən cazibə içə çökməsi zamanı, protonları çox yüksək təziq altında kvarklara parçalanmalıdır. Amma, bu hadisənin baş vermə ehtimalı çox azdır, çünki protonun kvarklara parçalanması üçün lazım olan təziq və istilik o qədər yüksəkdir ki, ifratnəhəng ulduzlarda belə bunu ödəyəcək təziq və istilik yoxdur. Nəzəri olaraq, bu ulduzun plazmasının çoxu s-kvarklardan (qəribə kvark) ibarət olmalıdır, ona görə də, kvark ulduzu həm də qəribə ulduz adlandırılır. Bundan başqa, ölən ulduz ağ cırtdan ola bilməyəcək qədər böyük, qara dəlik ola bilməyəcək qədər də kiçik olmalıdır. Əgər bu ulduz varsa, sıxlığı neytron ulduzlarına nəzərən daha çox olmalıdır. Orta hesabla 5–10 km radiusunun, 7–10 milyon il ömürünün olduğu təxmin edilir. Öləndən sonra kvark ulduzunun qara dəliyə çevriləcəyi fərz edilir.
Kyara Brankati
Kyara Brankati (20 iyul 1981, Kataniya, Siciliya) — İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Kyara Brankati, İtaliya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasına 8:10 hesabı ilə məğlub olan İtaliya yığması, XXIX Yay Olimpiya Oyunlarını altıncı pillədə başa vurdu.