KÜRÜ

is. zool.
1. Balıqların, amfibiyaların, molyuskların və suda yaşayan başqa heyvanların artmaq üçün tökdükləri dənşəkilli yumurtacıqlar. Kürü tökmək.
– …Balığı tutub onların kürüsünü mayalayıb satırlar. H.Zərdabi.

// Balığın ərzaq məhsulu kimi işlənən dənşəkilli yumurtacıqlarından ibarət kütlə. Qırmızı balıq kürüsü.
2. Xırda doğranmış tərəvəz, göyərti və s.-dən ibarət yemək.

Omonimlər

  • KÜRÜ KÜRÜ I is. Balıq, badımcan və s.-nin içində olan yeməli toxumlar. Masanın üstündə buğlanan çay, təzə təndir çörəyi, bal, yağ, kürü, qaymaq yan-yana dü

Etimologiya

  • KÜRÜ Güman olunur ki, kürə (yumru) sözü ilə qohumdur. Maraqlıdır ki, ruslardakı ikra kəlməsi də “şiş” deməkdir
KÜRTÜK
KÜRÜLƏMƏ
OBASTAN VİKİ
Kürü
Kürü — soyuq delikates qəlyanaltısı. Kürü həm konservləşdirilmiş, həm də təzə halda süfrəyə verilir.
Kürü diplomatiyası
Kürü diplomatiyası (ing. Caviar diplomacy) — Avropa Şurası Parlament Assambleyasında Azərbaycanın dostlarından olan deputatlar Bakıya səfərə gələndə, onlara kürü, ipək xalça, qızıl və gümüş əşyaları və nağd pul kimi hədiyyələr təqdim olunması nəticəsində yaranan diplomatiya. == Tarixi == Termin ilk dəfə "Avropa Sabitliyi Təşəbbüsü" adlı mərkəzin hesabatında istifadə olunub. == İstinadlar == == Xarici keçidlər == Caviar Diplomacy.
Kürü küküsü
== Lazım olan ərzaqlar == Yumurta -1 ədəd kürü – 20 q xiyar – 20 q pomidor – 20 q kahı – 10 q yaşıl soğan – 10 q duz == Hazırlanma qaydası == Yumurtanı bişirilir, hər iki başından çəllək şəklində kəsilir. Yumurtanın bir tərəfindən sarısı qaşıqla çıxarılır. Yumurtanın içi kürü ilə doldurulur. Yeməyin üzərinə kahı yarpaqları düzülür, xiyar, təzə pomidor və yaşıl soğanla bəzədilir.
Kürülü suşi
Kürülü suşi - Yapon mətbəxinin yeməyi. Nori dəniz yosunu, kürüdən, üzüm sirkəsi, balıq, tərəvəz və digər yerli delikateslərlə tamlandırılmış düyüdən ibarət olur. == Suşi haqqında == Suşinin vətəni Yaponiya deyil. Eramızdan əvvəl 500-cü illərdə Tailand, Borneo və Laosda insanlar tutduqları çay balıqlarını düyü içində saxlayıblarmış. Düyü turşuda olan fermentasiyaya bənzər dəyişiklik keçirib balıqların pozulmasını önləyibmış. Bu üsul Çində də istifadə olunarkən 300 il sürən Monqol işğalı zamanı monqolların balıq yeməmələri ucbatından unudulmuşdu. Yaponlar bu ölkələrdən düyü yetişdirməyi öyrənərkən bu saxlanma üsulunu da almışdılar. Böyük qapaqlı qablar içində bir sıra düyü, bir sıra balıq döşəyərək bir il qədər saxladıqları balıqları yeyib düyünü atarlarmış. Zamanla fermentasiya texnikalarının inkişafı ilə gözləmə müddəti bir, iki günə enincə düyünün kəskin və dəyişik dadı xoşlarına gəlib onu da yeməyə başlamışdılar. 17-ci əsrdə düyünün içinə sirkə qoyduqlarında bir neçə gün gözləmələrinə gərək qalmadan eyni ləzzətə çatdıqlarını kəşf etmişdilər.
Kürüşnə
Kürüşnə (lat. Vicia ervilia) -Mərciməyəbənzər çölnoxudu, lərgə cinsinə aid bitki növü.

Digər lüğətlərdə

допи́ливать дхарми́ческий мо́лнией монотипи́ст невозде́ланный предположи́тельность страши́лищный ауди́торский дела идут, конто́ра пишет заго́рбок кости́ть неэкологи́чность обсчита́ть о́земь переброса́ть пробастова́ть шкет рафинад aeropulse helion night-porter parietals territoriality кружить перемонтировать