Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kəvər
Yaşayış məntəqələri Kəvər (şəhər) — Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikası) Göyçə gölü sahilindən bir neçə km aralıda yerləşən şəhər. Kəvər rayonu — Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikası) Göyçə gölü sahilində rayon. Kəvar — İranın Fars ostanının şəhərlərindən və Kəvar şəhristanının mərkəzi Gavar (Təbriz) Bitkilər Kəvər (bitki) — kəvərkimilər fəsiləsinə aid bitki cinsi. Tikanlı kəvər — kəvərkimilər fəsiləsindən bitki növü. Digər Kabar — Xəzər tayfalarının tərkibinə daxil olan tayfa.
Kəvər (bitki)
Kəvər (lat. Capparis) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kəvərkimilər fəsiləsinə aid bitki cinsi.
Kəvər (şəhər)
Kəvər və ya Gavar (erm. Գավառ) — Qərbi Azərbaycan Göyçə gölü sahilindən bir neçə km aralıda yerləşən şəhər. Göyçə mahalının mərkəzidir. 1938-ci ildən respublika tabeli şəhərdir. 1959-cu ildən inqlabçı Kamonun adını daşıyır.(əsl adı S. A. Ter-Petrosyan) == Xarici keçidlər == Qərbi Azərbaycan: azərbaycanlılara qarşı genosid demoqrafik statistika güzgüsündə Arxivləşdirilib 2015-11-16 at the Wayback Machine Qərbi Azərbaycanın türk mənşəlli toponimləri Arxivləşdirilib 2014-09-04 at the Wayback Machine Vandalizm: tarixi adlara qarşı soyqırımı. Bakı, "Təhsil", 2006, 92 səh. İndiki Ermənistan qədim türk yurdu idi Qərbi Azərbaycan ərazilərində yer adlarının soyqırımı == Həmçinin bax == Qərbi Azərbaycan Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası Erməni əhalisinin tarixi miqrasiyası == İstinadlar == == Mənbə == Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov.
Kəvər rayonu
Kəvər rayonu, Yeni Bəyazid rayonu, Kamo rayonu — Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikası) (İrəvan xanlığınınGöyçə mahalının indi Ermənistanın Kamo rayonu ərazisində rayon. Mərkəzi Kəvər şəhəridir. == Tarixi == 1930-cu il, sentyabrın 9-da yaradılıb. 1959-cu il aprelin 13-nə qədər Yeni Bəyazid rayonu, həmin tarixdən etibarən isə Kamo rayonu adlandırılıb. Rayon mərkəzi respublika tabeli Kəvər (dəyişdirilmiş adı Kamo) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 98 km-dir. Göyçə yaylasının böyük bir hissəsi Kəvər rayonu ərazisinə düşür. Kəvər rayonunun kəndləri – Ağzıbir, Əyrivəng, Ağqala, Başkənd, Qul Əli, Küzəcik, Dəliqardaş, Kərimkənd, Hacı Muxan, Kosa Məmməd, Noradüz Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin müxtəlif fərmanları ilə rayon üzrə dəyişdirilmiş tarixi yer adları: == Toponimi == Erməni tədqiqatçıları bu toponimin ermənicə qavar — "mahal", "dairə", "nahiyə" sözündən ibarət olduğunu yazmaqda səhv edirlər. Ona görə ki əvvəla, inzibati ərazi bölgüsü vahidini bildirən söz ("ölkə", "əyalət", "mahal", o cümlədən ermənicə "qavar") heç vaxt ayrılıqda yaşayış məntəqə adına çevrilə bilməz; ikincisi, bu məntəqənin XX əsrə qədər əhalisi erkən orta əsrlərdə burada məskunlaşmış xəzərlərin Kəbər tayfasının adının fonetik formasıdır. == Əhalisi == 1948–1951-i illərdə rayonun azərbaycanlı əhalisinin əksəriyyəti Azərbaycana köçürülmüşdür.
Kəvər soğanı
Üzüm soğanı (lat. Allium ampeloprasum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü.
Kəvər şəhəri
Kəvər və ya Gavar (erm. Գավառ) — Qərbi Azərbaycan Göyçə gölü sahilindən bir neçə km aralıda yerləşən şəhər. Göyçə mahalının mərkəzidir. 1938-ci ildən respublika tabeli şəhərdir. 1959-cu ildən inqlabçı Kamonun adını daşıyır.(əsl adı S. A. Ter-Petrosyan) == Xarici keçidlər == Qərbi Azərbaycan: azərbaycanlılara qarşı genosid demoqrafik statistika güzgüsündə Arxivləşdirilib 2015-11-16 at the Wayback Machine Qərbi Azərbaycanın türk mənşəlli toponimləri Arxivləşdirilib 2014-09-04 at the Wayback Machine Vandalizm: tarixi adlara qarşı soyqırımı. Bakı, "Təhsil", 2006, 92 səh. İndiki Ermənistan qədim türk yurdu idi Qərbi Azərbaycan ərazilərində yer adlarının soyqırımı == Həmçinin bax == Qərbi Azərbaycan Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası Erməni əhalisinin tarixi miqrasiyası == İstinadlar == == Mənbə == Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov.
Tikanlı kəvər
Tikanlı kəvər (lat. Capparis spinosa) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kəvərkimilər fəsiləsinin kəvər cinsinə aid bitki növü. Yarımkol bitki olub, 2 m-ə qədər uzunluqda budaqları var. Yarpağı girdə-yumurtavarı, yaxud ellipsvarı olub, saplaqlıdır. Çiçəkləri iri, rəngli ağ olub, tək-tək halda yarpaqların qultuğunda yerləşir. Meyvəsi giləmeyvəyə bənzəyən qutucuqdan ibarətdir. Toxumları kürəvarıdır, tünd-qonur rənglidir, təqribən qaraya çalır. Bitki may-iyul aylarında çiçəkləyir, meyvələri avqustda yetişir. Azərbaycanda kəvər Samur-Dəvəçi ovalıqlarında, Abşeronda, Kür-Araz çayları ovalıqlarında, Lənkəran və Naxçıvanın dağ ətəyi sahələrində yayılmışdır. Xüsusən, qeyd edilən rayonların ovalıqlarında, aşağı dağ qurşağında, yarımsəhralıq yerlərdə ehtiyatı daha çoxdur.
Əyrivəng (Kəvər)
Əyrivəng - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Kəvər (Kamo) rayonunda kənd. Rayon mərkəzindən 12 km şimal-qərbdə, Göyçə gölünün sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeydə alınmışdır. Toponim qədim türk dilində «ayrılmış» mənasında işlənən «ayrı» sözündən və qala mənasında işlənən vəng sözünün birləşməsindən əmələ gəlmiş relyeflə bağlı yaranan toponimdir. Quruluşca mürəkkəb toponimdir. Kəndin adı erməni dilinə kalka edilərək Ayrivan, Ayrivank formasında işlədilir. Ermənistan prezidentinin 19.IV. 1991-ci il fərmanı ilə adı dəyişdirilib Hayravan qoyulmuşdur. Kənddə IX-X əsrlərə məxsus alban abidəsi qala vardır və kəndin adı həmin qala adından götürülmüşdür. Kənddə 1831-ci ildə 65 nəfər, 1873 - cü ildə 326 nəfər, 1886-cı ildə 451 nəfər, 1897-ci ildə 545 nəfər, 1904 - cü ildə 708 nəfər, 1914 - cü ildə 896 nəfər, 1916-cı ildə 735 nəfər, 1918-ci ilin yanvarında 706 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ilin fevral ayında azərbaycanlılar vəhşicəsinə kənddə qırğınlarla qovulmuş və kəndə xaricdən köçürülən ermənilər yerləşdirilmişdir.
Krevet
Krevet (lat. Palaemon) — Əsl krevetlər infradəstəsinə (Palaemonidae) aid krevet cinsi.
Kəcəvər
Kəcəvər (lat. Acorus) — bitkilər aləminin kəcəvərçiçəklilər dəstəsinin kəcəvərkimilər fəsiləsinə aid bitki cinsi.
Kemer
Kəmər — Türkiyə Respublikası Antalya əyalətində rayon. Aralıq dənizi sahilində, Antalya əyalət mərkəzindən 40 km uzaqlıqda yerləşir. 1980-cı ildən etibarən sürətlə inkişaf edən Kəmər bölgəsi 1991-ci ildə rayon adı aldı və ölkə turizminin mühüm mərkəzlərindən birinə çevrildi. Rayonun şimalında Konyaaltı rayonu, qərbində və cənub-qərbində Kumluca rayonu, cənubunda, cənub-şərqində və şərqində isə Aralıq dənizi yerləşir == Adlandırılması == XX əsrin 10-cu illərində Köhnə kənd (Eski köy) xalqı, kəndi sellərdən qorumaq məqsədi ilə dağın ətəklərində 23 km uzunluğunda bənd hörmüşlər. Sonralar bu divara görə kəndi Kəmər adlandırmışlar == Tarixi == Kəmər rayonunun tarixi E.ə. 690-cı ilə dayanır. Tarixi Likiya şəhərləri olan Faselis, Olimpos, İdyros Kəmər rayonu ərazisində yerləşir. E.ə. 690-cı ildə Rodos kralı I Oleios tərəfindən Faselis şəhərinin əsası qoyuldu. Şəhərin qalıqları bu gündə qalmaqdadır.
Kövər
Kövər — Azərbaycan Respublikasının Yevlax rayonunun Malbinəsi inzibati ərazi vahidində kənd. == Tarixi == Yuxarı Qarabağ kanalının sahilində, Qarabağ düzündədir. Oykonim "mal-qara üçün ayrılmış örüş yeri" mənasındadır. Kövər variantında da qeydə alınmışdır.
Kədər
Kədər və ya qəm — mənfi duyğu və ya bədbəxt olmaq hissi.
Kəmər
Kəmər (geyim)
Kəvar
Kəvar — İranın Fars ostanının şəhərlərindən və Kəvar şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 22,158 nəfər və 4,753 ailədən ibarət idi.
Never
Never-Fransada Luara çayının sağ sahilində yerləşir.
Yever
Yever (alm. Jever‎) — Almaniyada Aşağı Saksoniya torpaqlarında yerləşən şəhər, rayon mərkəzi. Yever şəhəri Friziya rayonunun tərkibinə daxildir. Əhalusu 13 932 nəhərdir (31 dekabr 2010-cu il tarixinə). Sahəsi 42,13 kv. km.-dir. Rəsmi kodu - 03 4 55 007 XVI əsrə kimi Yever şəhəri frizlərin tayfa mülkü olmuşdur. Yerli əhali feodalizmin nə olduğunu bilmirdi və orta əsrlərdə Baltik və Şimal dənizlərində fəaliyyət göstərən dəni quldurlarından ibarət "Vitali qardaşları"na həvəslə daxil olurdular. Sonuncu yerli hakimlərindən biri ölümündən bir qədər əvvəl, 1511-ci ildə Yever şəhərini bu şərtlə Şərqi friz hakimi Edzarda vəsiyyət etdi ki, o, öz oğlunu onun qızı ilə evləndirsin. Edzardın ölümündən sonra onun oğlu Mariya Yeverski ilə evlənməkdən imtina etdiyinə görə şəhər əhalisi onun nümayəndələrini şəhərdən qovdular.
Filip Kreven
Filip Kreven - üzgüçülük və əlil arabasında basketbol üzrə beşqat dünya çempionu, Beynəlxalq Paralimpiya Komitəsinin (İPC) rəhbəri. 2001-ci ildən Beynəlxalq Paralimpiya Komitəsinə rəhbərlik edən Kraven 2003-cü ildən Beynəlxalq Olimpiya Komitəsinin üzvüdür. Filip Kreven Azərbaycan Respublikasının Prezidentinin 2 fevral 2016-cı il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasının Milli Paralimpiya Komitəsinin yaradılmasının 20 illik yubileyi münasibətilə və Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətlərinə görə" "Dostluq" ordeni ilə təltif edilib.
Jak Prever
Jak Prever (fr. Jacques Prévert; 4 fevral 1900[…], Nöyi-sür-Sen – 11 aprel 1977[…]) — fransız şair və dramaturq. == Həyatı == Jak Prever 1900-cü ildə Fransada anadan olub. Gənclik illərində bir müddət sürrealist şairlərlə yoldaşlıq etsə də, o, təbii, anlaşılan, populyar şer dilini üstün tutub. Güclü heysiyyat sahibi olan bu nəğməkar şair müxtəlif jurnallarda dərc olunmuş şerlərini toplayaraq 1946-cı ildə iki şer kitabı, "Sözlər" və "Əhvalatlar" adlı kitab- larını nəşr etdirib. Dərin və sadə, zərif hisslər və xoş ovqatla yoğrulmuş şerləri Jak Preverə böyük rəğbət qazandırıb və şöhrət gətirib. O eyni zamanda film senariləri də yazıb ("Qəribə əhvalat" — 1937; "Dumanlı sahil"—1945). Daha sonra isə Jak Preverin şerlər kitabları, 1957-ci ildə "Tamaşa", 1966-cı ildə "Fatras", 1972-ci ildə "Əşyalar və başqaları", 1980-ci ildə isə "Gecə günəşi" əsərləri çap olunub. Jak Prever sözün əsl mə’nasında nəğməkar şair idi. O, İv Montan, Jülyer Qreko, Sert Reyqani, Jak qardaşları kimi müğənnilərin mahnılarının mətnlərinin müəllifidir.
Kremer burnu
Kremer burnu (norv. Kræmerpynten) — Belı adasında yerləşən, Şpitsbergen arxipelaqının və Norveçin ucqar şərq nöqtəsini təkil edir. Burun adı Valdemar Hilbert Kramerin (norv. Waldemar Hilbert Kræmer, 1884—1947) şərəfinə verilmişdir. O, 1925-ci ildə bu regionun dəniz dibini ölçmüşdür.
Peter Kremer
Peter Kremer (18 fevral 1958) — alman aktyor.
Qidon Kremer
Qidon Kremer (d. 27 fevral 1947) — məşhur skripka ifaçısı. Qidon Kremer P.İ.Çaykovski adına Beynəlxalq musiqi müsabiqəsinin, habelə "Qremmi" mükafatlarının laureatıdır.
Kamilla Trever
Kamilla Vasilyevna Trever (rus. Камилла Васильевна Тревер; 25 yanvar 1892, Sankt-Peterburq – 11 noyabr 1974, Leninqrad) — Rusiya tarixçisi, numizmatı və şərqşünası, 29 sentyabr 1943-cü ildən Rusiya Elmlər Akademiyasının müxbir üzvü. Trever Cənubi Qafqaz, Mərkəzi Asiya və İranın tarixi və mədəniyyəti üzrə ixtisaslaşmışdır. == Karyera == Treverin karyerası 1918-ci ildə İmperator Arxeoloji Komissiyasında tədqiqatçı vəzifəsinə seçilməsi ilə başlamışdır. Bu, onun "Ermitaj"da işə başlamasına səbəb olmuşdu. Karyerasının bu ilk mərhələsi onun diqqətini Sasani numizmatikasına, eləcə də Monqolustanda aparılan qazıntılardan əldə edilən materialları dərc etdirməyə yönəltmişdir. O, həmçinin Leninqrad Dövlət Universitetinin İranşünaslıq fakültəsində dərs demişdir.
Kalver-Siti
Kalver-Siti (ing. Culver City) Kaliforniyanın cənub-qərbində, Los-Ancelesin qərb hissəsində yerləşən şəhərdir. Şimal tərəfdən şəhər praktiki olaraq Los Anceles Beynəlxalq Hava Limanına bitişikdir. 2019-cu ildəki nəticələrə əsasən şəhərin əhalisinin sayı 39,185 nəfər təşkil etmişdir. Şəhərin adı onun banisi olan Harri Kalverin şərəfinə verilmişdir. Kalver-Siti kino sənayesinin doğulduğu yerlərdən biri hesab olunur. Burada ilk bədii filmlər 1910-cu illərdə çəkilmişdir və şəhərdə hal-hazırda Metro-Goldwyn-Mayer film şirkətinin bir neçə studiyaları yerləşir. 1932-ci ildən 1986-cı ilə qədər şəhərdə Hughes Aircraft Company şirkətinin qərargahı yerləşirdi. NPR və Sony Pictures Entertainmentin qərargahı da bu şəhərdə yerləşir. Həmçinin NFL Network studiyaları da Kalver-Sitidə yerləşir.
Tarık Kutver
Tarık Kutver (1 yanvar 1940, İstanbul – 20 aprel 2011) - Türkiyənin keçmiş milli futbolçusudur. Uzun illər “Qalatasaray”da çıxış edib. Tarık Kutver 20 aprel 2011-ci ildə yaşadığı Çanaqqalanın Ezine rayonunda vəfat edib. == Klub karyerı == Fənərbaxça infrastrukturunda futbol oynamağa başlayıb və oradan 1958-59-cu illərdə Fatih Karagümrük komandasına transfer olunaraq peşəkar futbol həyatına başlayıb. 1962-ci ildə "Qalatasaray"a transfer olunub və orada Superliqa çempionluğunu qazanıb. "Qalatasaray"da 5 mövsüm keçirib. 1967-ci ildə "Mersin Talim Yurdu FK"na transfer olunub. 1970-ci ildə futbolçu karyerasını bu komanda ilə başa vurub.