KƏSƏR

is.
1. Hər hansı bir kəsici alət.
Atam hazırlanır əlində kəsər; Toyuq banlayanda başı kəsilər. S.Vurğun.

// Soyuq silah.
Yoxdur onun əllərində; Heç bir kəsər, heç bir silah. M.Dilbazi.

2. Kəsmə qabiliyyəti; kəsicilik, itilik. Bıçaqda kəsər qalmayıb.
– Zavallı, silahsız və kimsəsiz həbəşlərin boynunda faşist cəlladları öz qılıncının kəsərini yoxlayırdı. M.İbrahimov.

3. məc. Təsir qüvvəsi; güc, qüvvət. Sözün kəsəri yoxdur.
– Ala gözlərində kəsər qalmadı; O şaqraq səsindən əsər qalmadı. Ə.Cavad.
[Tərxan:] Hanı onlarda o kəsər, o hünər? Yüzünü bir əliağaclı yenər. A.Şaiq.

4. Kəsərlə şəklində zərf – qətiyyətlə.
Muxtar da eyni qətiyyət və kəsərlə Gəldiyevin üzünə baxdı və dedi… Mir Cəlal.

◊ Kəsərdən düşmək1) kütləşmək, korşalmaq. Dəhrə kəsərdən düşüb, itiləmək lazımdır;
2) məc. təsirini itirmək, gücdən (təsirdən) düşmək, təsiri olmamaq, öz kəskinliyini itirmək. Sözü kəsərdən düşüb.

Sinonimlər (yaxın mənalı sözlər)

  • KƏSƏR alət — bıçaq
  • KƏSƏR itilik
KƏSƏN
KƏSƏRLİ
OBASTAN VİKİ
Gökhan Kəsər
Gökhan Kəsər (9 sentyabr 1987, İzmir) — Türk müğənni və aktyor. == Bioqrafiyası == Gökhan Kəsər 9 sentyabr 1987-ci ildə İzmirdə anadan olub. Ailəsi Rizənin Pazar mahalından İzmirdə məskunlaşıb. Mənşəyi Rizənin Çamlıhemşin mahalının Kale kəndinə gedib çıxır.4 yaşında hobbi olaraq başladığı modellik karyerasına çox şey qatdı. O, ilk dəfə çox gənc yaşlarında "Miss & Mr Model 2004" yarışmasında qalib seçilərək "Egey Kralı" adını qazanıb. Daha sonra "Best Model of Turkey 2005" yarışmasında Türkiyə ikincisi seçilərək "Manhunt Turkey" adını qazanaraq Türkiyəni xaricdə təmsil etmək hüququ qazanıb. Nəhayət, 2006-cı ildə Çində keçirilən və 64 ölkədən ən yaxşı modellərin yarışdığı və dünyanın ən yaraşıqlı və xarizmatik kişisinin seçildiyi Manhunt International yarışmasında dünyanın dördüncü və ən fotogen kişisi seçildi. və "Manhunt International 2006 "Manhunt International Mr. Photogenic" titullarına layiq görülmüşdür. ölkəmizə gətirilmişdir.

Digər lüğətlərdə