Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Lala Mustafa Paşa məscidi
Lələ Mustafa Paşa məscidi (türk. Mağusa Lala Mustafa Paşa Camii) və ya Müqəddəs Nikolay kafedralı — Şimali Kipr Türk Respublikasının ərazisində yerləşən məscid.
Laşa Bekauri
Laşa Bekauri (26 iyul 2000, Archiloskalo[d], Dedoplistsğaro rayonu, Gürcüstan) — Gürcüstanlı cüdoçudur. Gürcüstan adından beynəlxalq turnirlərdə yarışır. Son qələbələri arasında 2019 Dünya Gənclər Çempionatında 90 kq çəki dərəcəsində birinci yer və eyni zamanda 2019 Avropa Gənclər Çempionatında 90 kq çəki dərəcəsində birinci yer var. Xatırladaq ki, Laşa Bekauri 2018-ci ildə Baham adalarının paytaxtı Nassauda keçirilən cüdo üzrə gənclər arasında dünya çempionatının qalibi də oldu. 2021-ci ildə Qətərin Doha şəhərində keçirilən 2021 cüdo üzrə 90 kq çəkidə Dünya Mastersində kişilər arasında bürünc medallardan birini qazandı.Bir ay sonra İsrailin Tel-Əviv şəhərində təşkil olunan 2021 cüdo Grand Slam Tel Əvivində qızıl medal qazandı. 8 dekabr 2019-cu ildə Laşa Bekauri Facebook-da polis məmurlarını zorakılıq və fiziki zorakılıqda günahlandıran bir yazı yayımladı.Dövlət Müfəttişliyi, cüdoçu Laşa Bekauri'ye qarşı mümkün polis zorakılığı ilə əlaqədar istintaq başlatdı eyni zamanda Daxili İşlər Nazirliyi, Laşa Bekauri-yə qarşı İnzibati Xətalar Məcəlləsinin ikinci maddəsi ilə istintaq başlatdı.
Laşa Talaxadze
Laşa Talaxadze (gürc. ლაშა ტალახაძე; 2 oktyabr 1993) — 109 kq-dan yuxarı çəki dərəcəsində yarışan gürcüstanlı ağırlıqqaldıran. İkiqat Olimpiya, altıqat dünya və yeddiqat Avropa çempionu. 2010-cu ildə beynəlxalq arenada debüt edib. Öz idman karyerası ərzində 105 kq-dan yuxarı çəki dərəcəsində çıxış edib. 2013-cü il oktyabrın 17-də yeniyetmələr arasında ağır atletika üzrə Avropa çempionatında qadağan olunmuş preparatlar qəbul etdiyinə görə cəzalandırılmışdır. Cəzası 17 oktyabr 2015-ci ildə başa çatıb. 2015-ci ildə ABŞ-nin Hyuston şəhərində keçirilən ağırlıqqaldırma üzrə dünya çempionatında qızıl medal qazanıb. O, birdən qaldırmanı 207, təkanla qaldırmanı isə 247 kq-lıq nəticə ilə başa vurub. Bununla da o, yekunda 454 kiloqramlıq göstəriciyə nail olub.
Laşa Şavdatuaşvili
Laşa Şavdatuaşvili (gürc. ლაშა შავდათუაშვილი; 31 yanvar 1992, Qori) — Gürcüstan cüdo güləşçisi, Olimpiya çempionu və medal sahibi, komanda oyunlarında dünya çempionu, fərdi və komanda çempionatlarında Avropa Çempionatının təkrar çempionu və medal sahibi olmuşdur. Laşa Şavdatuaşvili, 1992-ci ildə anadan olmuşdur. 2010-cu ildə İliadis Kuboku turnirində 20 yaşınadək gənclər arasında Gürcüstan çempionatında üçüncü yeri tutub, Praqada gənclər arasında Avropa kubokunu qazanıb.2011-ci ildə İliadis Kuboku gənclər arasında ikinci, Dünya Gənclər Çempionatında üçüncü yeri qazanmış, Gürcüstan çempionatında gənclər arasında, Avropa çempionatında, Avropa kubokunda çıxışları heç-heçə ilə nəticələnmişdir. 2012-ci ildə yalnız böyüklər arasında oynayıb, Tbilisi, Praqa və Buenos Ayres turnirlərində Dünya Kuboku qazanaraq, IJF Grand Slam turnirində üçüncü oldu. Avropa çempionatında fərdi çıxış edərək üçüncü oldu, lakin komanda çempionatında Avropa çempionu oldu. 2012-ci il Olimpiadasında oynadığı 66 kiloqrama qədər olan 36 cüdo güləşçisi ilə mübarizə etdi. İdmançılar 4 qrupa bölündülər, onlardan dördü cüdoçuların çempionatda nəticələrinə görə yarımfinallara vəsiqə qazandı. Müsabiqəyə başlamazdan əvvəl Laşa Şavdatuaşvili açıq-aşkar seçilmiş tərəflər arasında yox idi. Lakin cüdoçu ilk 4 oyununda, müxtəlif üsulları nümayiş etdirib, müsabiqəni dəqiq bir qələbə ilə başa çatdırdı.
Laşa Dvali
Laşa Dvali — gürcü əsilli futbolçu Kipr liqası komandalarından olan APOEL-də oynayır. 1995-ci il təvəllüdlü Dvali 2015-ci ildə Şota Arveladzenin istəyi ilə "Kasımpaşa"ya icarəyə verilib. Laşa Dvali — transfermarkt.com saytında.
Alaşa
Alaşa — Azərbaycan Respublikasının Astara rayonunun Səncərədi kənd inzibati ərazi dairəsində kənd. Əhalisi 396 nəfərdir. Alaşa Astara rayonunun Səncərədi inzibati ərazi vahidində kənd. Lənkəran ovalığındadır. Toponimin yerli tələffüz formasına (ələşo) əsaslanan tədqiqatçılar onu "böyük həyat" kimi izah edirlər. Adını ərazidəki eyniadlı bulaqdan almışdır. Coğrafi adın tərkibindəki "ala" komponenti qədim türk dillərində "böyük", "şa" isə talış dilində həyat sözünün qədim variantı olub "böyük həyat" böyük yaşayış məntəqəsi mənasındadır. Kənddə "Məhəmməd" məscidi dini icması fəaliyyət göstərir. Rüstəm Şahbazov (1974–1992). Vüsal Nəhmətov (1987–2020).
Kasa
Kasa (bürc) — Göyün cənub yarımkürəsində bürc. Kasa (mətbəx) — Yemək yemək üçün istifadə olunan qab.
Laba
Laba — Rusiya Federasiyasında, Krasnodar diyarında çaydır.Kuban çayının sol qoludur. Böyük Laba və Kiçik Laba çaylarının birləşməsindən yaranır. Qafqaz dağlarının şimal yamaclarından başlanır, Azov dənizinə tökülür. Uzunluğu 214 km, hövzəsinin sahəsi 12,5 min km2-dir.
Lada
LADA ("Lada") — "AvtoVAZ" ASC tərəfindən istehsal edilən avtomobil markaları.
Lama
Lama (heyvan) – heyvan növü. Lama (buddizm) — budda rahibi.
Lana
Ketrin Coy "Si Cey" Perri və ya Lana (24 mart 1985, Geynsvill[d], Florida) — ABŞ güləşçisi, modeli, aktrisa, rəqqasəsi və müğənnisi. O, hazırda peşəkar güləşçi Rusev-in meneceridir. O, Sovet İttifaqında Latış (Latviya) Sovet Sosialist Respublikasında onun uşaqlığının bir neçə ilini keçirdi, harada ki onun atası Xristian missioneri kimi işlədi.
Lava
Lava (it. lava – doldurur) (rus. лава, ing. lava) — vulkan püskürməsi zamanı yer səthinə axıb tökülən və ya təzyiqlə sıxışdırılan, əsasən, silikat ərintidən ibarət qızğın maye və ya çox qatı kütlə. Lava soyuyarkən tərkibinə uyğun müxtəlif effuziv süxurlar əmələ gətirir. Güclü püskürmələr zamanı lava bütün səthi dolduraraq lava örtükləri əmələ gətirir. Bu halda adətən dağ düzənlikləri – lava platoları yaranır. Sıxışdırılan közərmiş maye və ya qatı kütlə. Soyumuş l. axmış (effuziv) və ya sıxışdırılmış (ekstruziv) süxurlar əmələ gətirir.
Laza
Laza (Qəbələ) — Azərbaycanın Qəbələ rayonunda kənd. Laza (Qusar) — Azərbaycanın Qusar rayonunda kənd.
Lhasa
Lhasa (l̥ásə, (çin |拉薩|拉萨|Lāsà)) — Çin xalq Respublikasının Tibet Muxtar Rayonun inzibati mərkəzi, "müstəqil Tibet Dövlətinin" keçmiş paytaxtı. Tarixi Lhasa Lhasa şəhər dairəsinin bir hissəsidir. Lhasa dalay-lamanın ənənəvi iqamətgahıdır. Tibet dilindən tərcümədə «lhasa» «tanrıların yeri» deməkdir. Lhasa ölkənin cənub-şərqində, Himalay Dağlarının yüksək təpələrindən birinin üzərindəki bir düzənlikdə dənizdən 3600 metr yüksəkdə qurulmuşdur. Hindistan sərhəddinə çox yaxındır. Lhasa-da tarixi əhəmiyyət daşıyan bir çox bina vardır. Bu binalardan ən qədimi 652-ci ildə etdirilmiş olan Jokhang məbədi və şəhərin şimalındakı Ramohce məbədidir. Lhasa'daki binaların çoxu daş və kərpicdən inşa edilmişdir. Evlər ümumiyyətlə iki ya da üç mərtəbəlidir, bacasız və alçaq damları vardır.
LiSA
Lisa (fransız musiqiçi)
Lxasa
Lhasa (l̥ásə, (çin |拉薩|拉萨|Lāsà)) — Çin xalq Respublikasının Tibet Muxtar Rayonun inzibati mərkəzi, "müstəqil Tibet Dövlətinin" keçmiş paytaxtı. Tarixi Lhasa Lhasa şəhər dairəsinin bir hissəsidir. Lhasa dalay-lamanın ənənəvi iqamətgahıdır. Tibet dilindən tərcümədə «lhasa» «tanrıların yeri» deməkdir. Lhasa ölkənin cənub-şərqində, Himalay Dağlarının yüksək təpələrindən birinin üzərindəki bir düzənlikdə dənizdən 3600 metr yüksəkdə qurulmuşdur. Hindistan sərhəddinə çox yaxındır. Lhasa-da tarixi əhəmiyyət daşıyan bir çox bina vardır. Bu binalardan ən qədimi 652-ci ildə etdirilmiş olan Jokhang məbədi və şəhərin şimalındakı Ramohce məbədidir. Lhasa'daki binaların çoxu daş və kərpicdən inşa edilmişdir. Evlər ümumiyyətlə iki ya da üç mərtəbəlidir, bacasız və alçaq damları vardır.
Masa
Masa və ya büro — məktəbdə, ofisdə, evdə və ya oxşar, oxu, yazma və ya kompüter kimi avadanlıqlardan istifadə etmək kimi akademik, peşə və ya məişət fəaliyyəti üçün istifadə olunan düz bir masa tərzi iş səthinə malik bir mebel parçasıdır. Masa üslubunda mebel klassik antik dövrdə və ya Yaxın Şərq və ya Uzaq Şərqdəki savadlı sivilizasiyanın digər qədim mərkəzlərində istifadə edilməmiş kimi görünür, lakin konkret bir dəlil yoxdur.
NASA
NASA (ing. National Aeronautics and Space Administration; "Milli Aeronavtika və Kosmos İdarəsi") — ABŞ-nin mülki kosmik proqramlarını həyata keçirmək üçün yaradılmış icraedici dövlət agentliyi. NASA 1958-ci ilin fevralında yaradılmış Aeronavtika üzrə Milli Məşvərət Komitəsinin (NACA) xələfidir. NASA-nın 2006-cı ilin fevral ayında qəbul edilmiş missiyası "Kosmik tədqiqadlarda və elmi kəşflərdə aparıcı rol oynamaq"dır. NASA-nın həyata keçirdiyi elmi tədqiqatlar əsasən Yer Müşahidə Sistemi vasitəsilə Yer planetini daha yaxşı tədqiq etmək, heliofizika və astrofizika elmlərini daha dərindən öyrənmək və avtomatlaşdırılmış sistemlər vasitəsilə Günəş sisteminə daxil olan fəza cisimlərini kəşf etmək işlərini əhatə edir. NASA-nın 18 min nəfər əməkdaşı vardır və agentlik əldə etdiyi məlumatları tez-tez başqa ölkədaxili və beynəlxalq təşkilatlarla paylaşır. 1957-ci oktyabrın 4-də SSRİ-nin dünyada ilk süni peyki kosmosa buraxması ABŞ-ni özünün yenicə başlanmış kosmik proqramını sürətlədirməyə vadar etdi. ABŞ Konqresi SSRİ-nin bu addımını ölkənin milli təhlükəsizliyinə doğru yönəlmiş təhdid kimi dəyərləndirdi və təcili fəaliyyətə keçmək üçün xəbərdarlıq etdi. 7 ay davam edən müzakirələr nəticəsində yeni kosmik agentliyin yaradılması haqda razılığa gəlindi. Bu agentliyin yaradılması üçün xüsusi komissiya NASA yaradıldı.
Paşa
Paşa — Osmanlı Dövləti zamanında yüksək mülki məmurlara və polkovnikdən yüksək rütbədə olan əsgərlərə verilən ad. Bununla bərabər Osmanlı himayəsində Misir baş rəhbərlərinə də paşa titulu verilmişdir. Sözün qədim Türkcə kişi övladı mənasını verən beşə sözündən gəldiyi və ya baş ağa sözlərinin birləşməsindən yarandığı düşünülməkdədir. Bunun yanında baş ad gövdəsinə -A addan ad düzəldən quruluşum əlavə gətirilərək ən üstdə, başda olan mənasında uydurulan bir söz olduğu da düşünülür. İsgəndər Qəmə da sözün "beşə" sözündən gəldiyinə "Od" romanındakı bu sözlərlə işarə etmişdi: "Çələbi Faruk, Loğman Beş ilanın atası demək. Üç ildir ki, bunu heç bilməmişdim. Halbuki "Paşa" də anlamalıydım" Günümüzdə "Ləqəb və titulların aradan götürülməsi" haqqındakı qanun ilə qadağa olmasına baxmayaraq (26 noyabr 1934) bir çox sahədə general rütbəli zabitlər üçün geniş işlədilməkdədir. [1] Həmçinin paşa Türk mənşəli bir kəlmə olmasına baxmayaraq xarici söz birləşmələrinin tərkibində istifadə edilmişdir.
Vaşa
Vaşa — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. «Lahıc» turizm zonasında yerləşir. Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 5–8 km yolu piyada və ya atla getmək olar. 1859-1864-cü illərdə həyata keçirilmiş kameral siyahıyaalınmaya əsasən Bakı quberniyasının Şamaxı qəzasının Vaşa kəndində 28 evdə qədim oğuz türklərindən ibarət 296 nəfər (194 nəfəri kişilər, 102 nəfəri qadınlar) sünni təriqətli müsəlman əhali yaşayırdı. Kəndin ümumi Əhalisi 117 nəfərdir ki onunda 53 nəfəri kişi, 64 nəfəri qadındır. Əhali maldarlıqla və bostançılıqla məşğul olur. Kənd elektrik enerjisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur.
Yasa
Yasa (monq. Их засаг хууль) — Çingiz xanın dövründən başlayaraq monqolların qanunlar məcəlləsi belə adlanırdı. Böyük Yasa da deyilirdi. Böyük öndər Çingiz xan (1162–1227) tərəfindən monqol mədəniyyətinə aşılanmışdır; indiki anlamda demokratik cəmiyyət qurmasa da, məhz Çingiz xan həmin dəyərləri monqolların şüuruna hopdurmuşdur. Çingiz xan monqolları demokratiyaya necə yönləndirmişdir? Birincisi , o, xalqın hökuməti idarə edə bilməsinin iki ilkin zəruri şərtini institutlaşdırmışdır. Monqol tayfalarını vahid və müstəqil bir dövlət şəklində birləşdirməklə öz xalqına öz qanunlarını hazırlamaq hüququ vermiş, özündən əvvəlki uyğur əlifbasını monqol dilinə tətbiq etməklə isə öz oğlanlarını və rəsmi dövlət məmurlarını xarici katiblərin asılılığından xilas etmişdir. Bunun da nəticəsində onlar hamının riayət etməli olduğu qanunları yazıya ala və öz tarixlərinin yazılmasına nəzarət edə bilmişlər. Demokratiyanın ilkin şərtləri üçün lazımi şərait yaradan Çingiz xan liberal demokratiyanın bir sıra dəyərlərini praktik surətdə öz hökumətinə də tətbiq etmişdir. Bu dəyərlərdən bir çoxu sonralar ənənəvi monqol mədəniyyətinin tərkib hissəsinə çevrilmişdir.
Lasi
Lasi (lat. Latium) — qədim İtaliyada müasir roman dillərinin ilkin vətəni olan region. Romalıların bir xalq kimi formalaşdığı regiondur. Onun ərazisi hal-hazırda müasir İtaliyanın daha böyük inzibati-ərazi quruluşu olan Latsionun bir hissəsidir .
Aşa
Əşə (tatar. Әшә, Əşə, başq. Әшә, Əşə, rus.
Aşıq Paşa
Aşıq Paşa (1272 – 1333) — Anadolu aşığı. Aşıq Paşa Anadoluda Kırşəhərdə doğulmuş və orada da vəfat etmişdir. Əsərlərini türk dilində yazmışdır. Təsəvvüf fəlsəfəsini yaymaq, dərvişliyi öyrətmək məqsədilə yazdığı "Qəribnamə"si on iki min beytdən ibarətdir. Əruzla yazılmış bu əsər didaktik mahiyyətdədir. Əsərində türk dilinin əhəmiyyətini xüsusi olaraq vurğulayır. Aşıq Paşa Yunus İmrənin təsiri ilə bəzən heca, bəzən də əruzla ilahilər və qəzəllər yazmışdır. Aşıq Paşa türk dilinin inkişafında və yayılmasında böyük xidmətləri olan və türkcə şeirlər yazan ilk şairlərdəndir. 1272-ci ildə Kırşəhərdə dünyaya gələn Aşıq Paşa tanınmış mütəsəvvüf Baba İlyasın nəvəsidir. Baba İlyas XIII əsrin əvvəllərində Orta Asiyadakı Xorasan bölgəsindən Anadoluya köçmüş, Kırşəhər və ətrafındakı türkmən oymaqlarının şeyxi olmuş, onlarla birlikdə Səlcuqlu sultanı II Keyxosrova qarşı təşkil olunan Babayi üsyanında iştirak etmişdir.
Bayram Paşa
Ladikli Bayram Paşa (ö. 26 avqust 1638, İstanbul) — IV Murad dönəmində 2 fevral 1637 - 26 avqust 1638 tarixlərində ümumilikdə 1 il 6 ay 24 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. Eyni zamanda İstanbulun Bayrampaşa səmti də məhz Bayram Paşanın adı ilə bağlıdır. Sədrəzəmliyi dövründə haqqında həcv yazan Nefinin edamında günahlandırılır. Əslən Samsunun Ladik bölgəsindən olan Qurd ağanın oğlu olaraq İstanbulda dünyaya gəlmişdir. Yeniçəri ocağına alınaraq burada yetişdirildi və 1622-ci ildə durnaçıbaşı, 1623-cü ildə zağarçıbaşı oldu və Rumelidə Yeniçəri ocağı üçün uşaq dəvşirməklə vəzifələndirildi. Ardından həmin il yeniçəri kəndxudası və yeniçəri ağalığına gətirildi. Yeniçəri kəndxudası ikən I Əhmədin qızı Xanzadə Sultanla evləndi. Ancaq Yeniçəri ocağında yaranan qarışıqlıq səbəbilə bu vəzifəsindən azad edildi və qübbə vəzirliyinə gətirildi. 1625-ci ildə Misir hakimliyinə yüksəldi və 3 ildən sonra yenidən qübbə vəziri olaraq paytaxta geri çağırıldı.