LAFİZƏ
LALABƏNİZ
OBASTAN VİKİ
Xalxal (Lala)
Xalxal (Lala) — Orta əsrlərdə Qafqaz Albaniyasının qərbində yerləşən tarixi şəhər. XX əsrin əvvəllərinə qədər etnik azərbaycanlıların yaşadığı yerdə mövcud olmuşdur. Hal-hazırda Ermənistan ərazisindədir.Böyük ehtimalla Uti vilayətində, Qızılqaya ətraflarında olduğu güman edilir. Tarixdə Xalxal vuruşması ilə məlumdur. Sasani hökmdarı II Yəzdəgirdin dövründə Zərdüşt – atəşpərəstlik dinini yaymaq məqsədilə Albaniyaya 700 kahin göndəriləndən az sonra zorakılığa dözməyən yerli əhali yadellilərə qarşı üsyana qalxaraq, alban çarlarının qış iqamətgahı olan Xalxal şəhəri yaxınlığında uğur qazanıb. Ərəb tarixçisi Həmdullah Qəzvini Xalxal şəhərinin Bakıdan 96 fərsəng məsafədə olduğunu göstərib. Son Alban dövləti sayılan Girdman knyazlığının hökmdarı, Mehranilər sülaləsinin son lideri knyaz Cavanşirin və xanımının məzarlarının buradakı qəbiristanlıqlardan birində olduğu söylənir.
Lala Mustafa Paşa məscidi
Lələ Mustafa Paşa məscidi (türk. Mağusa Lala Mustafa Paşa Camii) və ya Müqəddəs Nikolay kafedralı — Şimali Kipr Türk Respublikasının ərazisində yerləşən məscid.
Aşağı Lalan (Xudafərin)
Aşağı Lalan (fars. لالان سفلي‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 47 nəfər yaşayır (12 ailə).
Hümmət Lalayev
Hümmət Mədət oğlu Lalayev (1902, Salyan, Cavad qəzası – 30 aprel 1978, Salyan, Salyan rayonu) — Salyan rayon istehlak cəmiyyəti idarə heyətinin sədri, Azərbaycan Texniki Təchizat İdarəsi Salyan rayonlararası satış bazasının direktoru. == Həyatı == Hümmət Lalayev 1902-ci ildə Salyan qəzasının Bala Surra kəndində anadan olub. Hələ körpə ikən atası vəfat etdiyindən kiçik yaşlarından işləməyə başlamışdır. 15-16 yaşlarında yaxınlıqdakı Bankə balıq vətəgəsində işə düzəlmiş, elə o vaxtdan siyasi həyata qoşulmuşdur. Üç illik fəhlə stajı imkan verir ki, o dövrün çətin ictimai-siyasi durumundan baş çıxara bilsin. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra yenidən kəndə qayıdır, burada ilk gənclər təşkilatının yaradıcılarından biri olur. Başqa həmyaşıdları ilə birlikdə kənddə ictimai-siyasi iş aparır və çox çəkmir ki, ÜİK (b) P-nin sıralarına qəbul olunur. 1926-cı ildə xidmətə çağrılır və yenicə yaradılmış Azərbaycan diviziyasının ən fəal əsgərlərindən olur. 1928-ci ildə ailə vəziyyəti ilə əlaqədar yenidən doğma kəndə qayıtmaq məcburiyyətində qalır. Əvvəlcə Bankə balıq kombinatında nəqliyyat şöbəsi rəisinin köməkçisi, sonra isə Azərbaycan Su Təsərrüfatı Həmkarlar İttifaqının rayon müvəkkili işləyir, 1931-1938-ci illərdə əvvəlcə Ərəbqardaşbəyli kənd partiya təşkilatının katibi və "Bolşevik" kolxozunda MTS-in direktor müavini olmuş, Qızılağac və Şorsulu kəndlərində kənd sovetinin sədri vəzifələrində işləmişdir.
Megaptera lalandii
Qozbel balina (lat. Megaptera novaeangliae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin zolaqlı balinalar fəsiləsinin megaptera cinsinə aid heyvan növü. Qozbel balina cinsinin yeganə müasir nümayəndəsidir. Öz cinsinin yeganə nümayəndəsi olsa da, Boz balinanın yaxın qohumu sayılır. Qozbel balina adını ya bel üzgəcinə, ya da üzərkən belini güclü şəkildə yığmasına görə almışdır. == Təsnifat == Qozbel balina zolaqlı balinalar fəsiləsinə aiddir (həmin fəsiləyə həmçinin Göy balina, Brayde zolaqlı balina, Finval və Seyval daxildir) Zolaqlı balinaların bığlı balinalar yarımdəstəsinin digər fəsilələrindən Miosen dövrünün ortalarında ayrıldığı qeyd olunur. Reminqton Kelloq Miosen dövrünə aid edilən qalıqları aşkarlamış Megaptera miocaena növünü qeydə almışdır. Şimali Amerikada aşkarlanan qozbel balinaların qalıqları alt pliosen və pleystosen dövrünə, Avropada aşkarlananlar isə pliosen dövrünə aiddir. Amma bu ailənin digər üzvlərinin bir-birindən nə vaxt ayrıldığı tam məlum deyil. Qozbel balinanı ilk dəfə 1756-cı ildə Matüren-Jak Brisson Regnum Animale "baleine de la Nouvelle Angleterre" olaraq adlandırmışdır.
Orxan Lalayev
Orxan Musa oglu Lalayev (d. 12 oktyabr 1991, Bakı, Azərbaycan) — Turan Futbol Klubunun mudafieçisi.Karyerasinda Revan ve icarə əsasinda Azal klubunda oynamiş futbolcu hal-hazirda karyerasini divizyon temsilçisi Tovuzun Turan klubunda davam etdirir.
Typhlodromus lalazariensis
Typhlodromus lalazariensis (lat. Typhlodromus lalazariensis) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. == İstinadlar == Typhlodromus lalazariensis Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Yuxarı Lalan (Xudafərin)
Yuxarı Lalan (fars. لالان عليا‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 35 nəfər yaşayır (8 ailə).
Əliqismət Lalayev
Əliqismət Hümmət oğlu Lalayev (4 iyul 1956, Salyan, Salyan rayonu ) — Naxçıvan MR-nın əməkdar incəsənət xadimi (1986), Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2016) sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin və Bakı Xoreoqrafiya Akademiyasının pedaqoqu, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru (2008-ci ildən). == Həyatı == Əliqismət Hümmət oğlu Lalayev 1956-cı il iyul ayının 4-də anadan olub. Əmək fəaliyyətinə 1972-ci ildə başlayan Ə.Lalayev ilk müstəqil addımlarını mədəniyyət sahəsində atmış, əvvəl klub müdiri işləmiş, daha sonra isə Salyan rayon "Qələbə" qəzetində korrektor vəzifəsində çalışmışdır. Əliqismət Lalayev 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Mədəniyyət və İncəsənət Universiteti) rejissorluq fakultəsinə daxil olmuş və 1980-ci ildə həmin İnstitutu fərqlənmə diplomu ilə bitirərək, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin xüsusi təyinatı ilə Naxçıvan Muxtar Respublikasına göndərilmişdir. Bir müddət Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinində çalışan Ə.Lalayev ordu sıralarına həqiqi hərbi xidmətə cağırılmışdır. 1982-ci ildə ordudan tərxis olunan Ə.Lalayev 1988-ci ilədək Naxçıvan Dövlət Musiqili Dram Teatrında rejissor kimi fəaliyyətini davam etdirmişdir. 1988-ci ildə Salyan şəhərinə qayıdan Ə.Lalayev müxtəlif illərdə "Qələbə" qəzeti redaksiyasında məsul katib, rayon mədəniyyət şöbəsinin müdürü vəzifələrində calışmış, 1993-cü ilin sentyabrında M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktor müavini vəzifəsinə irəli çəkilmişdir. O, 1995-ci ilin aprelindən 2006-cı ilə kimi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Baş İncəsənət İdarəsinin rəisi, 2006-cı ilin yanvar ayından isə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi İncəsənət şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 6 may 2008-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirinin əmrinə əsasən, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının (indiki Azərbaycan Dövlət Akademik Musiqili Teatrı) direktoru vəzifəsinə təyin olunmuşdur. == Yaradıcılığı == Əliqismət Lalayev 1968-ci ildən dövrü mətbuatda çıxış edir.

Digər lüğətlərdə

вы́мочка зае́здить криву́лька мадригали́ст ню́хание отпа́иваться передро́гнуть ра́зовый снять умоисступлённый эпейрофоре́з напо́лненность неразрешённый овсе́ц расшива́ться девятый чагравый acting area binary notation semantics бесчеловечный валоризация депозит поглазеть слабоволие