Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Typhlodromus lataniae
Typhlodromus lataniae (lat. Typhlodromus lataniae) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. Typhlodromus lataniae Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Alatavia
Süsən (lat. Iris) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinə aid bitki cinsi. Müxtəli formalı və rəng çalarları olan 800-ə yaxın növü məlumdur. Bu xüsusiyyətinə görə süsən yunanca ἶρῐς — göy qurşağı adlandırılmışdır. == Ümumi məlumatlar == Süsənin (Iris L.) dünya florasının tərkibində 200-ə qədər növü yayılmışdır. Bunlara ən çox Orta Aralıq dənizi ölkələrinin dağlıq ərazisində, Şimal yarımkürəsinin mülayim iqlimli zonalarında rast gəlmək olar. Qafqazda 33, Azərbaycanda 26 növü yayılmışdır. Süsənin xalq təsərrüfatında ancaq bir neçə növündən: sarı süsən — Iris pseudacorus L., Florensiya süsəni — I. florentina L., Almaniya süsəni — I. germanica L., solğun süsən — I. pallida Lam. və s. növlərindən istifadə olunur.
Batanta
Batanta (ind. Pulau Batanta) — Raja Ampat adalarının ən böyük 4 adasından biri. Misool, Salavati və Vayqeo ilə birlikdə "4 kral" adlandırılırlar. Sahəsi 455,9 km²-dir. Ən yüksək nöqtəsi 1183 metr; sahil xəttinin uzunluğu 226,6 km-dir.
Batavia
Bataviya — ABŞ-nin Nyu-York ştatında yerləşən şəhər. 2020-ci ilin statistikalarına əsasən şəhərin əhalisi 15600 nəfərdir. == Ərazi == ABŞ Siyahıyaalma Bürosunun verdiyi məlumata əsasən şəhərin ümumi sahəsi 13,6 km²-dir. Ərazinin 13,4 km² hissəsi quru, 0.2 km² hissəsi isə sudur. == Əhali == 2000-ci ilin statistikalarına əsasən şəhərdə 16256 şəxs, 6457 ev və 3867 ailə vardır. Əhalinin tərkibi 90,23% ilə ağdərililərdən, 5,43% ilə qaradərililər və yaxud afroamerikalılardan, 0,48% ilə yerli amerikalılardan, 0,87% ilə asiyalılardan, 0,02% ilə Sakit okean adalılarından, 1,06% ilə digər etnik qruplardan ibarətdir.
Catatia
Catatia (lat. Catatia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Catonia
Tayaotu (lat. Crepis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Gazania
Hazaniya (lat. Gazania) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Hazaniya orta qurşaq şəraitində birillik bitki kimi becərilən çoxillik ot bitkisidir. Hündürlüyü 40 sm-ə çatan budaqlı,sallaq,boz-yaşıl yarpaqlı və uzun çiçək saplağında yerləşən iri hamaşçiçəkləri (diametri 8 sm-ə qədər) olan bitkidir.Qılçıq gülləri növündən asılı olaraq qırmızı,narıncı və ya ağ rəngli olur.Boruşəkilli gülləri qara rəngdədir.Növ və hibridlər hündürlüyünə,hamaşçiçəyin ölçüsünə,qılçıq güllərin miqdarına və rənginə görə bir-birindən fərqlənir.Hazaniya bitkisi toxumla çoxaldılır.Solmuş bitkiləri qopartmaq lazımdır.Hazaniya qayalıq sahələrdə yaxşı bitir.Əgər payızda bitkini çıxarıb dibçəyə köçürsək,yazda çiçəkləmə müşahidə ediləcəkdir. == Məlumat mənbəsi == Tofiq Məmmədov (botanik) "Gülçülük ensiklopediyası": Bakı: "Azərbaycan"-2016.
Kataniya
Kataniya (it. Catania) — İtaliyanın Siciliya muxtar vilayətindəki eyniadlı Kataniya vilayətinin mərkəzidir. Bələdiyyə sərhədləri içindəki əhalisi (30.06.2010 etibarilə) 294.756 nəfər olub əhali baxımından Sicilyanın ikinci böyük bələdiyyəsi, İtaliyanın 10-cu böyük şəhəri və 10-cu sırada olmasına baxmayaraq, bir İtalyan inzibati region mərkəzi olmayan tək böyük əhalisi olan şəhəridir. Metropoliten Katanya bölgəsi üçün əhali 752,895 nəfərdir. İtaliyanın ada şəhərlərindən biri olan Katanyanın Aralıq dənizinə sahilində yerləşir. == Coğrafi mövqe == Katanya şəhəri Siciliya adasının şərqində İyonyen dənizi sahillərində Messina ilə Sırakuza şəhərləri arasında və Etna Dağı vulkanı ətəklərində qurulmuşdur. Şəhərin dərhal ətraflarındakı dəniz sahilləri yanardağ lavalarından və qara bazalt kayalarından heyəti böyük yarları ibarətdir. Lakin şəhərin qurulduğu mövqeyi cənubunda "Simento Çayı" var və bu çay Siciliya adasının ən geniş (2000 hektarı aşan sahədə) mümbit düzənliklərində biri olan və Katanya şəhərinin əhəmiyyətli hissələrinin qurulmuş olduğu Katanya düzənliyində Katanya Körfəzinə yerləşir. Şəhərin limanı və ticarət və sənaye bölgələri bu düzənlikdə çayın ağızına doğru yerləşir. == Tarixi == Katanya şəhərini uzun və çox hadisələrə dolu bir tarixi vardır.
Lantana
Lantana (lat. Lantana) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin minaçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Latakiya
Əl–Laziqiyyə (ərəb. اللاذقية‎) — Suriyada şəhər, eyniadlı mühafəzənin, məntəqənin və nahiyənin inzibati mərkəzi. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 84.460 ailədə 195.430 nəfəri kişilər və 188.356 nəfəri qadınlar olmaqla cəmi 383.786 nəfərdir. Türkiyəli bəzi müəlliflərə görə şəhərdə əhalinin təqribən 15%–ni türkmanlar təşkil edir. == Şərhlər == == İstinadlar == == Xarici keçidlər == Əl–Laziqiyyə şəhəri SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının ümumdünya topoqrafik xəritəsində (1953–cü il). Miqyas 1 sm–də 1 km (1: 100 000) (rus.) Əl–Laziqiyyə şəhəri SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının ümumdünya topoqrafik xəritəsində.
Latınca
Latın dili — Hind-Avropa dillərinə daxil dillərdən biri. Qədim Roma ərazisində işlədilmişdir. Əksər elmi terminlər bu dildən götürülmüşdür. Məsələn, "hydro" — su, "ferrium" — dəmir, "vita" — həyat deməkdir. Hazırda Vatikanda latın dili dövlət dilidir. == Tarixi == Latın dili hind-avropa dil ailəsinin italyan dil qrupunun bir üzvüdür. Latın dilinin əlifbası qədim italyan əlifbası əsasında yaranıb və kökləri daha qədimə yunan və finikya əlifbasına qədər gedir. Latin dilinin tarixi bizim eradan öncəsinə aiddir və Tiber çayı ətrafındakı Latium bölgəsinin əsas istifadə etdiyi dil olub. Eyni zamanda Latium bölgəsi hazirdada böyük bir coğrafiyada öz təsirini göstərən roman sivilizasiyasının (Cənubi Avropa, Latın Amerikası və.s) ilk inkişaf etdiyi bölgə olub. Günü gündən Romada elit təbəqənin istifadə etdiyi dilə çevrilən latin dili b.e.ə I və b.e I əsrləri arasinda şimaldan gallarin, etruryalıların, liquriyalıların, venediklilərin və cənubdan yunan dilli xalqların təsiri ilə latın xalqı tarix səhnəsindən çıxmış və bununla da bu dilin məişət həyatında istifadəsi mümkünsüz olmuşdur.
Lavanda
Lavanda (lat. Lavandula) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi. Lavanda çoxillik ətirli ədviyyat bitkisidir. Bu bitkinin vətəni Aralıq dənizi sahilləri hesab olunur. Qədim Misirdə mumiyalaşdırma zamanı istifadə edilən maddənin əsas komponentlərindən biri olub. Bitkinin öz ətrini 3 min il saxlaya bilməsi məlumdur. Belə ki, 1922-ci ildə Misir fironu Tutanxamonun mumiyasından ətirli lavandanın qalıqları tapılmışdır. == Əhəmiyyəti == Lavanda bitkisinin bütün hissələrində efir yağları toplanır. Lakin çiçəklərdə onun miqdarı daha çox 0,8-3,0 %-ə qədərdir. Lavanda yağının əsas komponenti (tərkib hissəsi) linalilasefat (30-56 %) və linalol (10-12 %) hesab edilir.
Lazanya
Lazanya (it. lasagne) — İtaliyada ən məşhur yeməklərdən biri olan lazanya. Makaron, tərəvəzlər və döyülmüş ətdən hazırlanan İtalyan zapekankası. == Mənşəyi == Lazanyanın mənşəyi orta əsrlər dövrü İtaliyadan gəlir və onun ənənəvi olaraq Neapol şəhərinə aid olduğuna inanılır. XIV əsrdən olan Liber de Coquina (lat. Aşpazlıq kitabı) adlı mənbə onun ən erkən reseptinin yazısını saxlayır. Bu reseptin ənənəvi lazanya ilə oxşarlığı böyük deyil. Fermentləşmiş xəmirdən nazik təbəqələr (lazanya) hazırlanıb, qaynadılırdı və üstünə pendirnən ədviyyatlar səpilirdi. Bu xörək balaca sancılan çubuqnan yeməli idi. Neapolun ənənəvi lazanya di karnevale (it.
Tamania
Espeletia (lat. Espeletia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Xatanqa
Xatanqa (rus. Хатанга) — Rusiyanın Krasnoyarsk diyarı, Taymır Dolqan-Nenes rayonunun kənd inzibati vahidliyinin mərkəzi. Xatanqa Rusiyanın ən şimal yaşayış məntəqələrindən biridir və olan bir liman olan Xatanqa çayı üzərində yerləşir. Xatanqa - Evenk dilində "böyük su", "çox su" deməkdir. Kəndin hava limanı vardır. Xatanqa hövzəsinə bitişik ərazilərə maraq XVII əsrin əvvəllərində meydana gəlir. Əsrin əvvəllərində Manqazeya dayanacaq mənrəqəsi Taz çayı üzərində qurulur. Buradan rus tədqiqatçılarının Uzaq Şimala doğru irəliləməsi başlayır. 1605-ci ildə ingilis tacirlərinin qeydlərində ilk dəfə Xatanqa çayı xatırlanır. 1610-cu ildə ticarət və sənaye adamlarının dəniz yolu ilə Taymıra ilk böyük səfəri baş verir.
Zapania
Lippia (lat. Lippia) — minaçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Lippia:The Plant List saytında takson barədə məlumat.
Lavenia
Adenostemma (lat. Adenostemma) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Adenostema Desport. Lavenia Sw.
Cataria
Pişiknanəsi (lat. Nepeta) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi.
Labatia
Labatia (lat. Labatia) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin sapotaceae fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Homotipik sinonimləri === Neolabatia Aubrév. === Heterotipik sinonimləri === Eglerodendron Aubrév. & Pellegr. Pseudolabatia Aubrév. & Pellegr.
Ajania
Ajania (lat. Ajania) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Katana
Katana (刀) feodalizm dövründə Yaponiyada samuray tərəfindən istifadə olunan ənənəvi Yapon qılınclarından biridir. Katananın müasir variantları bəzən qeyri-ənənəvi materiallarla və üsullarla hazırlanır. Katana özünəməxsus görkəmi ilə səciyyələnir: əyri olması, nazik olması, vahid iti tiyəli hər iki ələ yerləşən dairəvi və ya düzbucaq formada qorunması olan uzun dəstək ilə. == Tarixi == Yaponiyada qılınc istehsalı xüsusi dövrlərə bölünür: Cakoto(qədim qılınclar, miladdan sona 900-cü ilə qədər) Koto(köhnə qılınc 900–1596) Şinto(yeni qılınclar 1596–1780) Şinşinto(ən yeni qılınclar 1781–1876) Qendayto(müasir qılınclar 1876–1945) Şinsakuto(ən son hazırlanmış qılınclar 1953-hal-hazırda) Kamakura dövründə tati dən fərqli olaraq uzun qılıncları təsvir etmək üçün ilk dəfə olaraq katana (gatana) sözündən istifadə edirdilər.
Latina
Latina — İtaliyanın Latsio Bölgəsində eyni adı daşıyan Latina vilayətinin mərkəzi olan bir şəhər.
Satana
Şeytan və ya satana – İbrahimi dinlərdə insanı yoldan çıxararaq günah işləməyə və ya yalan danışmağa sövq edən varlıqdır. Xristianlıq və İslama görə o, təqva və gözəlliyə malik olmasına baxmayaraq Allaha qarşı üsyan etmiş və Cənnətdən qovulmuş, buna baxmayaraq Allah ona ardıcılları və çoxlu sayda əcinnələr ordusu üzərində hökm sürməyə icazə vermişdir. İudaizmdə şeytan daha çox Yetzer hara haqqında metafor, “şərə meyllilik” və ya Tanrının casusu kimi qəbul edilir. Satana ilk dəfə Tanaxda qeyd edilir. Burada o, səmavi ittihamçı, Tanrının oğullarından biri və Yahveyə tabedir. O, səmavi məhkəmə zamanı yəhudi xalqını təqib edir, Yahve ardıcıllarının sadiqliyini yoxlayır və günahkarlara əziyyət verir. Əhdlər arası dövrdə, ehtimal ki, Zərdüştilikdə şər qüvvəni təmsil edən Əhrimənin təsiri ilə Satana, Tanrıya qarşı mübarizə aparan, pis xarakterlərə malik qəddar varlıq kimi təsvir edilməyə başlamışdır. Apokrifal Yubileylər kitabında Yahve Şeytana (kitabda Mastema adlandırılır) hakimiyyət bəxş edərək, ona qovulmuş mələklər və onların ardıcıllarını idarə etmək, günahkarları cəzalandırmaq imkanı verir. Sinoptik İncillərdə Şeytan səhrada İsaya əziyyət verir və bu, xəstəlik və əziyyətin yaranmasının səbəbi hesab edilir. Vəhy kitabında Qırmızı böyük əjdaha cildində peyda olan Şeytan Arxangel Mikayıl tərəfindən məğlub edilir və Cənnətdən qovulur.
Latata
Latata – Cənubi Koreya qız qrupu "(G)I-dle" tərəfindən buraxılmış debüt sinqlı. 2 may 2018-ci ildə qrupun "I Am" debüt minialbomunun əsas sinqlı kimi buraxılmışdır. Mahnının klipi həmin gün buraxılmışdır. Mahnının sözləri qrup üzvü Soyon tərəfindən yazılmışdır. 22 may 2018-ci ildə "(G)I-dle" bu mahnı ilə ilk musiqi verilişi qalibiyyətini əldə etmişdir. Mahnının yaponca versiyası 12 iyul 2019-cu ildə eyniadlı minialbomun əsas sinqlı kimi, ingiliscə versiyası isə 15 may 2020-ci ildə buraxılmışdır. == Musiqi və sözlər == "Latata" mumbaton və trep mahnısı olub reqqi ritminə malikdir. Mahnının sözləri aşiq bir qadının sevdiyi şəxslə rəqs etmək arzusu haqqındadır. Soyon verdiyi bir müsahibədə mahnının adının komediyaçı Son Çon Kun tərəfindən məşhurlaşdırılmış "Ratata Arata" ifadəsindən yarandığını bildirmişdir: "Mən latın musiqisinə qulaq asanda bu ifadəni xatırladım, beləcə bu mahnı yarandı". == Tanıtım == Qrup "Latata" mahnısını 3 mayda tanıtmağa başlamışdır.
Glechoma cataria
Adi pişiknanəsi (lat. Nepeta cataria) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin pişiknanəsi cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Cataria vulgaris Gaterau Glechoma cataria (L.) Kuntze Nepeta vulgaris Lam.