Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Lapu-Lapu
Lapu-Lapu (taqal Lapu-Lapu: 1492, Maktan adası, Mərkəzi Visay[d] – 1542, Maktan adası, Mərkəzi Visay[d]) — Maktan adasından olan tayfa başçısı (Visay adaları, Filippin). İspan koloniyalaşdırmasına qarşı mübarizə aparan ilk şəxs. Fernan Magellanı öldürmüş şəxs. == Maktan döyüşü == Fernan Magellan Sebu adasının tayfa başçısı ilə anlaşma işzalayır. anlaşmaya görə adalılar İspaniyaya bac verməli, xristianlığı qəbul etməli idilər. Ancaq Maktan adasında tayfa başçısı olan Lapu-Lapu bu şərtləri qəbul etməmişdir. 1521-ci il 27 aprel tarixində ada sahilində Maktan döyüşü baş vermişdir. Döyüş Fernan Magellanın rəhbərlik etdiyi ispan ekspedisiyası ilə yerli əhali arasında baş verir. Bu döyüşdə yerli əhalinin döyüşçüsü Lapu-Lapu döyüş əsnasında Magellanı öldürmüşdür.
Alsu
Alsu Ralifovna Abramova (Tatar dili: Rälif qızı Alsu Abramova, Rusca: Алсу́ Рали́фовна Абра́мова. Alsou (Rusca: Алсу) olaraq da tanınır) - Rusiyanın tanınmış müğənnisidir. Tatarıstan Respublikasının əməkdar artisti (2000). Tatarıstan Respublikasının xalq artisti (2010). Sülh adına YUNESKO artisti (2011). == Həyatı == Alsu 27 iyun 1983-cü ildə Tatarıstanın Bögilme bölgəsində dünyaya gəldi. Atası Ralif Rafilovich Safın zəngin bir iş adamıdır. "Lukoyl" neft şirkətinin keçmiş vitse-prezidenti idi. Rusiyanın siyasi aləmində tanınmış şəxsdir. Anası Raziye Iskhakovna bir memardır.
Lamu
Lamu — Keniyadakı Lamu arxipelaqının bir hissəsi olan Lamu adasında kiçik bir şəhər. Şəhər UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Şəhərin sahilində Lamu qalası yerləşir. Lamuda o cümlədən 1900-cü ildə tikilmiş Riyadha məscidi də daxil olmaqla 23 məscid var. == Tarix == === Erkən tarix === Şəhərin əsl adı Amudur və ərəblər tərəfindən Əl-Amu (آامو)\, Portuqalca isə "Lamon" adlandırılır. Portuqaliyalılar Amu ərazidəki baş yaşayış məntəqəsi olduğu üçün bütün adaya bu adla müraciət edirdilər. Lamu adasındakı Lamu şəhəri Keniyanın daimi yaşanılan ən qədim şəhəridir və Şərqi Afrika sahilləri boyunca orijinal suahili yaşayış məntəqələrindən biri olmuşdur. Şəhərin 1370-ci ildə qurulduğu güman edilir. Bu gün Lamu əhalisinin əksəriyyəti Müsəlmandır. Şəhər ilk dəfə 1441-ci ildə Məkkəni ziyarət edən Lamulu bir hakimlə görüşən ərəb səyyahı Əbu-əl-Mahasini tərəfindən yazılı şəkildə qeyd edilmişdir.
Lassu
Lassu (fr. Lassouts, oks. Las Sots) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Espalyon kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12124. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 150 km şimal-şərqdə, Rodezdən isə 28 km şimal-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 316 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 156 nəfər arasında (15-64 yaş arasında) 118 nəfər iqtisadi fəal, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 75.6%, 1999-cu ildə bu 69.2%).
Lasi
Lasi (lat. Latium) — qədim İtaliyada müasir roman dillərinin ilkin vətəni olan region. Romalıların bir xalq kimi formalaşdığı regiondur. Onun ərazisi hal-hazırda müasir İtaliyanın daha böyük inzibati-ərazi quruluşu olan Latsionun bir hissəsidir .
Alsu Abramova
Alsu Ralifovna Abramova (Tatar dili: Rälif qızı Alsu Abramova, Rusca: Алсу́ Рали́фовна Абра́мова. Alsou (Rusca: Алсу) olaraq da tanınır) - Rusiyanın tanınmış müğənnisidir. Tatarıstan Respublikasının əməkdar artisti (2000). Tatarıstan Respublikasının xalq artisti (2010). Sülh adına YUNESKO artisti (2011). == Həyatı == Alsu 27 iyun 1983-cü ildə Tatarıstanın Bögilme bölgəsində dünyaya gəldi. Atası Ralif Rafilovich Safın zəngin bir iş adamıdır. "Lukoyl" neft şirkətinin keçmiş vitse-prezidenti idi. Rusiyanın siyasi aləmində tanınmış şəxsdir. Anası Raziye Iskhakovna bir memardır.
Alsu Bayramova
Bipaşa Basu
Bipaşa Basu (ing. Bipasha Basu, hind. बिपाषा बासु, d. 7 yanvar 1979) — hind aktrisası və modeli. == Həyatı == 7 yanvar 1979-cu ildə Dehli şəhərində anadan olmuşdur. Bipaşha hind, ingilis, benqal dillərində sərbəst danışır. Bipaşhanın iki bacısı var. Uşaqlıqda dərisinin qara rənginə görə onu "çirkin" deyə çağırıblar. Məktəbdə oxuyanda basketbol oynamağı sevərmiş. Ən böyük arzusu həkim olmaq idi.
Ceyms Last
Ceyms Last (Almanca tələffüz: [tʃeɪms last], [dʃeɪms lɑːst]; 17 aprel 1929[…], Bremen – 9 iyun 2015[…]) — alman bəstəkar, dirijor. Əvvəlcə bir caz bas ifaçı (1950-1952-ci illərdə Almaniyada "ən yaxşı bas ifaçı" mükafatını qazanmışdır), onun markası olan "xoşbəxt musiqi" onun çoxsaylı albomlarını Almaniya və Böyük Britaniyada ən çox satılan albomlara çevirdi. Onun 65 albomu təkcə Böyük Britaniyada hit-paradlara çatır . Onun "Xoşbəxt ürək" kompozisiyası Endi Vilyams və Petula Klark tərəfindən şərhlərdə beynəlxalq uğur qazanmışdır. == Həyatı == Ceyms Lastın ilk ictimai çıxışı 1946-cı ildə Hans-Günther Österreich-in Radio Bremen Dance Orchestra ilə olmuşdur . İki il sonra Last "Last-Becker" Ansamblını yaratdı. 1950-ci ildən 1952-ci ilə qədər Last ilin ən yaxşı caz basçısı kimi tanınıb. 1964-cü ildə öz orkestrini yaratmış və müxtəlif ifaçılar tərəfindən məşhur melodiyaların rəqs aranjimanlarını yazmağa başlamışdır. Ceyms Last orksetrının ilk albomu "Non-Stop Dancing" (1965) inanılmaz uğur qazandı. O vaxtdan bəri Lastın rəhbərlik etdiyi komanda ümumi tirajı 60 milyon nüsxə olan 50-dən çox uğurlu albom buraxdı, onlardan 37-si qızıl, 18-i platin oldu.
Kehkaşan Basu
Kehkaşan Basu (5 iyun 2000, BƏƏ) — Birləşmiş Ərəb Əmirliyin ətraf mühit və insan haqları müdafiəçisi. 2016-cı ildə Beynəlxalq Uşaq Sülh Mükafatının laureatı olmuşdur. Ümumdünya Gələcək Şurasının ən gənc məsləhətçisi olmuçdur. Green Hope fondunun təsisçisi və prezidenti. == Bioqrafiya == Kehkaşan Basu Dubayda anadan olub. Daha sonra Torontoda (Kanada) yaşamışdır. 12 yaşında o, bütün dünyada uşaqları və gəncləri maarifləndirmək və gücləndirmək, onları Dayanıqlı İnkişaf Məqsədlərinə (SDGs) nail olmaq prosesinə cəlb etməklə davamlı inkişafa diqqət yetirən Green Hope fondunun əsasını qoymuş və prezidenti olmuşdur. Green Hope bütün yaş qruplarını əhatə etmək üçün Ətraf Mühit Akademiyası adlı unikal təbliğat alətindən , o cümlədən təsviri incəsənət, musiqi, idman, teatr və rəqs kimi innovativ ünsiyyət yolları, həmçinin Dayanıqlı İnkişaf Məqsədlər haqqında məlumatlılığı ən sadə səviyyədə yaymaq üçün elm və texnologiya təhsilindən istifadə edir. 2013-cü ildə o, iki illik müddətə Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının Uşaq və Gənclər üzrə Qlobal Koordinatoru seçilir və bununla da təşkilatın tarixində bu vəzifəyə seçilən ilk azyaşlı olur. == Yaradıcılıı == 2015-ci ildə o, iqlim dəyişikliyini azaltmaq üçün hərəkətə keçən bir qızın hekayəsindən bəhs edən “Ümid ağacı” adlı qısa hekayələr toplusunu təqdim edir.
Last.fm
Last.fm — 2002-ci ildə Londonda qurulan internet radiosu və qardaş proyekt Audioscrobbler ilə avqust 2005-ci ildə birləşmiş bir musiqi şəbəkəsidir. 30 may 2007-ci ildə 280 milyon dollar qarşılığında CBS Interactive tərəfindan alınmış və beləcə Avropanın ən böyük Web 2.0 satışı olaraq tarixə keçmişdir. Last.fm daxili bir sistemə sahib, insanları musiqi ilə, sənətçiləri dinləyicilərlə birləşdirən bir musiqi inqilabıdır. Bu sistem, ən çox dinlədikləri mahnılar və mahnılardan yola çıxaraq hər istifadəçinin musiqi zövqünə uyğun detallı bir profil yaradır və bu mahnıları genişləndirən bir istifadəçi profilini öz səhifəsində paylaşar. Hər qatılan insanın öz istifadəçi səhifəsində, istifadə etdiyi musiqi dinləmə proqramına uyğun bir Audioscrobbler ilə sistemə göndərilən mahnı məlumatları olur. Bu musiqi sistemi, musiqisevərlər sayəsində aylıq 500 milyon mahnını saxlaya bilir. Bundan əlavə Last.fm, istifadəçilərinin musiqi zövqlərinə uyğun mahnı, sənətçi və hadisələr haqqında ən yaxşı şəkildə təkliflər verən bir sistemə sahibdir. Həmçinin EMI, Warner Music Group, Independent aggregators The Orchard və IODA ilə ortaq proyektləri vardır. Bununla yanaşı 100,000'dən yuxarı müstəqil musiqiçi və 20,000 etiket də saytı birbaşa musiqi ilə yaşatmaqdadır. Bunun nəticəsi olaraq Last.fm topluluğu da 3 milyondan çox musiqi parçasını tapabilmə imkanı verməkdədir.
Laşa Bekauri
Laşa Bekauri (26 iyul 2000, Archiloskalo[d], Dedoplistsğaro rayonu, Gürcüstan) — Gürcüstanlı cüdoçudur. Gürcüstan adından beynəlxalq turnirlərdə yarışır. Son qələbələri arasında 2019 Dünya Gənclər Çempionatında 90 kq çəki dərəcəsində birinci yer və eyni zamanda 2019 Avropa Gənclər Çempionatında 90 kq çəki dərəcəsində birinci yer var. Xatırladaq ki, Laşa Bekauri 2018-ci ildə Baham adalarının paytaxtı Nassauda keçirilən cüdo üzrə gənclər arasında dünya çempionatının qalibi də oldu. 2021-ci ildə Qətərin Doha şəhərində keçirilən 2021 cüdo üzrə 90 kq çəkidə Dünya Mastersində kişilər arasında bürünc medallardan birini qazandı.Bir ay sonra İsrailin Tel-Əviv şəhərində təşkil olunan 2021 cüdo Grand Slam Tel Əvivində qızıl medal qazandı. == Haqqında == 8 dekabr 2019-cu ildə Laşa Bekauri Facebook-da polis məmurlarını zorakılıq və fiziki zorakılıqda günahlandıran bir yazı yayımladı.Dövlət Müfəttişliyi, cüdoçu Laşa Bekauri'ye qarşı mümkün polis zorakılığı ilə əlaqədar istintaq başlatdı eyni zamanda Daxili İşlər Nazirliyi, Laşa Bekauri-yə qarşı İnzibati Xətalar Məcəlləsinin ikinci maddəsi ilə istintaq başlatdı.
Laşa Talaxadze
Laşa Talaxadze (gürc. ლაშა ტალახაძე; 2 oktyabr 1993) — 109 kq-dan yuxarı çəki dərəcəsində yarışan gürcüstanlı ağırlıqqaldıran. İkiqat Olimpiya, altıqat dünya və yeddiqat Avropa çempionu. == Karyerası == 2010-cu ildə beynəlxalq arenada debüt edib. Öz idman karyerası ərzində 105 kq-dan yuxarı çəki dərəcəsində çıxış edib. 2013-cü il oktyabrın 17-də yeniyetmələr arasında ağır atletika üzrə Avropa çempionatında qadağan olunmuş preparatlar qəbul etdiyinə görə cəzalandırılmışdır. Cəzası 17 oktyabr 2015-ci ildə başa çatıb. 2015-ci ildə ABŞ-nin Hyuston şəhərində keçirilən ağırlıqqaldırma üzrə dünya çempionatında qızıl medal qazanıb. O, birdən qaldırmanı 207, təkanla qaldırmanı isə 247 kq-lıq nəticə ilə başa vurub. Bununla da o, yekunda 454 kiloqramlıq göstəriciyə nail olub.
Laşa Şavdatuaşvili
Laşa Şavdatuaşvili (gürc. ლაშა შავდათუაშვილი; 31 yanvar 1992, Qori) — Gürcüstan cüdo güləşçisi, Olimpiya çempionu və medal sahibi, komanda oyunlarında dünya çempionu, fərdi və komanda çempionatlarında Avropa Çempionatının təkrar çempionu və medal sahibi olmuşdur. == Bioqrafiya == Laşa Şavdatuaşvili, 1992-ci ildə anadan olmuşdur. 2010-cu ildə İliadis Kuboku turnirində 20 yaşınadək gənclər arasında Gürcüstan çempionatında üçüncü yeri tutub, Praqada gənclər arasında Avropa kubokunu qazanıb.2011-ci ildə İliadis Kuboku gənclər arasında ikinci, Dünya Gənclər Çempionatında üçüncü yeri qazanmış, Gürcüstan çempionatında gənclər arasında, Avropa çempionatında, Avropa kubokunda çıxışları heç-heçə ilə nəticələnmişdir. 2012-ci ildə yalnız böyüklər arasında oynayıb, Tbilisi, Praqa və Buenos Ayres turnirlərində Dünya Kuboku qazanaraq, IJF Grand Slam turnirində üçüncü oldu. Avropa çempionatında fərdi çıxış edərək üçüncü oldu, lakin komanda çempionatında Avropa çempionu oldu. 2012-ci il Olimpiadasında oynadığı 66 kiloqrama qədər olan 36 cüdo güləşçisi ilə mübarizə etdi. İdmançılar 4 qrupa bölündülər, onlardan dördü cüdoçuların çempionatda nəticələrinə görə yarımfinallara vəsiqə qazandı. Müsabiqəyə başlamazdan əvvəl Laşa Şavdatuaşvili açıq-aşkar seçilmiş tərəflər arasında yox idi. Lakin cüdoçu ilk 4 oyununda, müxtəlif üsulları nümayiş etdirib, müsabiqəni dəqiq bir qələbə ilə başa çatdırdı.
Lisu xalqı
Lisular, Lisu xalqı — (çin. sadə. 傈僳族, pinyin: Lìsù Zú) — Çin Xalq Respublikasında rəsmən tanınan 55 etnik azlıqdan biri, həmçinin Myanmada, Tailandda və Hindistanda yaşayırlar. Ana dilləri Lisu dilidir. Lisu dili Çin-Tibet dil ailəsinin Tibet-Birma qrupunun Lolo-Birma yarımqrupuna daxil olan dillərdən biridir. Çində 1990-cı il sayımı zamanı 574.856 nəfər, 2000-ci il sayımı zamanı 634.912 nəfər, 2010-cu il sayımı zamanı isə 702.839 nəfər etnik lisu siyahıya alınmışdır. 2010 sayımına görə Çində qeydə alınmış etnik lisuların 95.09%-i (668336 nəfər) Yunnan əyalətində yaşayır. == İstinadlar == == Xarici keçidlər == Yay Dilçilik İnstitutunun yayımladığı "Etnoloq sorğu kitabçası"nın 17-ci nəşrində Lisu dili.
Mayko Nasu
Mayko Nasu (d. 31 iyul 1984) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Yasu şəlaləsi
Yasu şəlaləsi (安の滝, Yasu no taki) – Yaponiyanın Akita prefekturasının Kitaakita şəhərinin Ani rayonunda yerləşən şəlalə. Yoneşiro çayı üzərində yerləşir. Yaponiya Ətraf Mühit Nazirliyi tərəfindən 1990-cı ildə nəşr olunmuş "Yaponiyanın Top-100 şəlaləsi" siyahısına daxildir. Şəlalənin iki səviyyəsi var. Böyük hissəsi 60 metr hündürlükdən, kiçik hissəsi 30 metr hündürlükdən tökülür. Səviyyələr arasında birinci şəlalənin töküldüyü kiçik gölməçə yerləşir və gölməçəni asanlıqla ayaqla keçmək olar.
Şevilyi-Larü
Şevilyi-Larü (fr. Chevilly-Larue) — Fransada yerləşən kommuna, Parisin cənub şəhərətrafı. Paris şəhərinin mərkəzindən 9,3 km aralıqda yerləşir. == Coğrafiyası == Şevilyi-Larü kommunası Fransanın şimal hissəsində, İl-de-Frans regiounun Val-de-Marn departamentində və Parisin cənub-qərbində yerləşir. Sahəsi — 4,22 km². Kommuna iki kəndin inzibati birliyindən formalaşmışdır — Şevilyi və Larü. == Tarixi == Fransa–Prussiya müharibəsi zamanı, 1870-ci ildə burada böyük bir döyüş yaşanmışdır, onun nəticəsində şəhər ağır şəkildə ziyan gördü və vətəndaş əhalisi arasında çoxlu sayda itki oldu. Kommuna 1920-ci illərdə mövcud adını aldı.
Laşa Dvali
Laşa Dvali — gürcü əsilli futbolçu Kipr liqası komandalarından olan APOEL-də oynayır. == Klub karyerası == 1995-ci il təvəllüdlü Dvali 2015-ci ildə Şota Arveladzenin istəyi ilə "Kasımpaşa"ya icarəyə verilib. == İstinadlar == == Xarici keçidlər == Laşa Dvali — transfermarkt.com saytında.
Las-Veqas
Las Veqas (ing. Las Vegas) — Amerika Birləşmiş Ştatlarının Nevada ştatında şəhər. Las Veqas dünya qumarxana və əyləncə dünyasının mərkəzi hesab olunur. == Tarixi == Las Veqas şəhəri ilk vaxtlar kiçik qəsəbə böyüklüyündə idi. Şəhərdən dəmiryolu xətti keçirdi və bir çox vaxtlarda qatarlar, burada dayanırdılar. Qatarların burada tez-tez dayanması səbəbindən Las Vegas ətraf ərazilərdə olan cinayətkar birliklərin daim maraq dairəsində olmuşdur. XX əsrin əvvələrinə qədər, Vegas əhalisi az, təsərrüfatı isə zəif inkişaf etmiş kiçik şəhərcik idi. Las Vegasın sürətlə inkişaf etməsi XX əsrin 30-cu illərindən başlayır. 1931-ci ildə ABŞ dövləti qumarxanaların fəaliyyətini qanuniləşdirmək barədə qərar qəbul etdi. Bu qərardan sonra, dövrünün tanınmış mafia rəhbəri Baqzi Sieql Las Vegası mega qumarxana mərkəzinə cevirməyə başladı.
Las Estrellas
Las Estrellas — Meksika şəhərindəki XEW-TDT-də flaqman edilən Meksikanın hər tərəfindəki filial stansiyaları ilə Televisanın təməl daşı şəbəkələrindən biridir. Las Estrellas'ın bir çox proqramı ABŞ-də Univision, UniMás və Galavisión'da görülür.
Las Veqas
Las Veqas (ing. Las Vegas) — Amerika Birləşmiş Ştatlarının Nevada ştatında şəhər. Las Veqas dünya qumarxana və əyləncə dünyasının mərkəzi hesab olunur. == Tarixi == Las Veqas şəhəri ilk vaxtlar kiçik qəsəbə böyüklüyündə idi. Şəhərdən dəmiryolu xətti keçirdi və bir çox vaxtlarda qatarlar, burada dayanırdılar. Qatarların burada tez-tez dayanması səbəbindən Las Vegas ətraf ərazilərdə olan cinayətkar birliklərin daim maraq dairəsində olmuşdur. XX əsrin əvvələrinə qədər, Vegas əhalisi az, təsərrüfatı isə zəif inkişaf etmiş kiçik şəhərcik idi. Las Vegasın sürətlə inkişaf etməsi XX əsrin 30-cu illərindən başlayır. 1931-ci ildə ABŞ dövləti qumarxanaların fəaliyyətini qanuniləşdirmək barədə qərar qəbul etdi. Bu qərardan sonra, dövrünün tanınmış mafia rəhbəri Baqzi Sieql Las Vegası mega qumarxana mərkəzinə cevirməyə başladı.
The Last DeadEnd
The Last DeadEnd (azərb. Sonuncu dalan‎) — "AzDimension" tərəfindən hazırlanan, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən nəşr edilən, qorxu elementlərini daşıyan və döyüş-macəra və qorxu janrlarında olan indi videooyun. Bu, Azərbaycan videooyun şirkəti olan "AzDimension"nun hazırladığı beşinci videooyunudur. Oyun 5 may 2018-ci il tarixində Microsoft Windows platforması üçün "Steam"də satışa çıxarılmışdır. Oyun əsasən Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinə daxil olan İçərişəhərdə cərəyan edir, ancaq bəzi epizodlarda Xəzər dənizi sularına qərq olmuş Bayıl qalası da göstərilir. Oyunun baş qəhrəmanı Fərhad Novruzov adlı gənc bir alimdir. Fərhad öz ana vətəninə – Azərbaycana beynəlxalq bir telekanal üçün sənədli film çəkməyə gəlir. O, burada qədim Zərdüştilik dini ilə əlaqədar qəribə hadisələrə şahid olur. Oyun tənqidçilər tərəfindən ümumiyətlə müsbət rəylər almışdır. Oyun dərin hekayəsi, əsas geympleyi və maraqlı personajlarına görə təriflənmiş, ancaq zəif səs aktyorluğu və animasiyalarına görə tənqidlənmişdir.
The Last Slimeto
The Last Slimeto — amerikalı repçi YoungBoy Never Broke Again-in dördüncü studiya albomu. 5 avqust 2022-ci ildə Atlantic Records və Never Broke Again tərəfindən buraxılıb.
Las-Veqas Eyses
Las Vegas Aces WNBA'da Qərb konfransı'nda Neveda ştatının Paradise şəhərində yerləşən peşəkər basketbol komandasıdır. O, matçlarını 12000 yerlik Michelob Ultra Arena'da keçirir. == Yaranması == Las Vegas Aces 1997-ci il mövsümünün əvvəlində Yuta ştatınında Utah Starz adı ilə yaradılmışdır. 2003-cü ildə komanda San Antonioya köçdü və adı dəyişdirilərək San Antonio Stars olub. 2017-ci ildə MGM Resorts International tərəfindən satın alınıb və indiki adını alıb. == Françayzinq tarixçəsi == Utah Starzz illəri (1997-2002) Səkkiz orijinal WNBA komandasından biri olan Utah Starzz (qismən köhnə ABA komandası olan Utah Stars-ın adını daşıyır, lakin sonunda Utah Jazz kimi zz ilə) heç vaxt NBA -dakı (keçmiş) həmkarı ilə eyni uğura rast gəlməyib. Onlar 1997-ci ildə WNBA-da ən pis rekorda sahib olmaq xüsusiyyətinə sahib olublar və 1998-ci ildə WNBA Draftında seçilən ilk komanda olublar. San Antonio Gümüş Ulduzları'nın illəri (2002–2017) 2002-ci il mövsümünün sonunda NBA bütün WNBA françayzinqlərindən imtina etdikdə, Utah Jazz sahibliyi Starzz-ın sahibliyini saxlamaq istəməyib. Starzz daha sonra yerli Utah potensial alıcılarını axtarıb, lakin heç biri tapılmayıb və françayzanı şəhəri kənar investorlara satmaq üçün tərk edib. Franşiza Peter Holta (NBA-nın San Antonio Spurs-un sahibi) satıldıqda və San Antonio'ya köçürüldükdə Starzz qatlanmaqdan yayınıb.
Aamu
Aamu (q.misir 𓂝𓄿𓅓𓅱 ꜥꜣmw) — Qədim Misirdə Qərbi Asiyadan olan əcnəbilər üçün istifadə edilən ümumi ad. Bu ad ümumi olaraq "Qərbi Asiyadan olanlar" kimi tərcümə olunur, lakin başqa alimlər "Aamu"nun kənanlılar və ya amoritlər olduğunu təklif etmişlər. E.ə. II minillikdə Misirə səfər edən İbrahimin "Aamu" və ya "Retcenu" ilə əlaqəli olduğunu düşünənlər var. Devid Rohl İbrahimi "Aamu" adı ilə eyniləşdirməyi təklif etmişdir. Bəziləri bu adı "Aramu" kimi oxumağı təklif etmiş və aramilərə bağlamışdır.