Sasunlu David (dastan)
Sasunlu David (erm. Սասունցի Դավիթ, Sasuntsi David; digər adlar Սասնա ծռեր, Sasna tserer, «Sasunlu igidlər», «Coşğun sasunlular» və Ջոջանց տուն, Cocants tunı, «Böyüklər evi», «Əcdadlar evi») — orta əsr erməni dastanı. Dastan Sasun (tarixi Ermənistan vilayətində yer, indi Türkiyədə yerləşir) döyüşçülərinin ərəb işğalçılarına qarşı mübarizəsindən bəhs edir. VIII–X əsrlərdə formalaşmışdır. Dastan dörd qoldan ibarətdir: birincisi – Sanasar və Bağdasar, ikincisi – Böyük Mher, üçüncüsü – David, dördüncüsü – Gənc Mher.
Dastan ilk dəfə 1873-cü ildə xalq ədəbiyyatı tədqiqatçısı Qaregin Srvandztyants tərəfindən Arnist kəndində yaşayan Krpo adlı bir kəndlindən qeydə alınmışdır. Hal-hazırda Ermənistanın müxtəlif bölgələrində qeydə alınan dastanın əlli variantının akademik nəşri mövcuddur.
Под ред. Е. М. Жукова. "давид сасунский" // Советская историческая энциклопедия.