Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ley
Belibağlı (lat. Circus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Ella Leya
Ella Leya (tam adı: Ella Leya; XX əsr, Bakı) — Azərbaycan-ABŞ bəstəkarı, musiqiçisi və yazıçısı. == Həyatı == Ella Leya Bakı şəhərində anadan olmuşdur. Əvvəl Moskvaya köçmüş, daha sonra ABŞ-yə mühacirət etmişdir. 1990-cı ildə ABŞ-də sığınacaq almışdır. == Fəaliyyəti == "Qadınların sirli həyatı", "Gecə kraliçası" və "Rus romansları" adlı albomları yüksək dəyərləndirilib. "Qadınların sirli həyatı" adlı albom rus romanslarından ibarət olaraq qadınların iç dünyasından, onların mənəvi yaşantılarından bəhs edir. Ella Leya özünün SELAH caz orkestri ilə Avropa və ABŞ-yə dünya turuna çıxmışdır. 2015-ci ildə ilk romanı - "Yetim səma" dərc olunmuşdur. Romanın qəhrəmanı olan istedadlı gənc pianoçu, musiqi və xalq nağılları vasitəsilə keçmiş sovet ölkəsinin həqiqətlərini təsvir edir. Əsərdə Qız qalası da təsvir olunur.
Fransis Leyn
Fransis Leyn (d. 23 sentyabr 1874; Çikaqo, Birləşmiş Ştatlar - ö. 17 fevral 1927; Çikaqo, Birləşmiş Ştatlar) — Birləşmiş Ştatları təmsil edən yüngül atlet. 1896 Afina Olimpiadasında bürünc medal qazanıb. == Həyatı == Fransis Leyn 1874-cü ilin 23 sentyabr günündə Birləşmiş Ştatların İllinoys ştatının Çikaqondə anadan olub. 1927-ci ilin 17 fevral tarixində isə elə həmin şəhərdə ömrünün 52-ci yaşında vəfat edib. === Afina Olimpiadası === Fransis Leyn 1896-cı ildə Yunanıstanın Afina şəhərində I Yay Olimpiya Oyunlarına qatıldı. 100 metr məsafəyə qaçış yarışlarında mübarizə aparan Leyn təsnifat mərhələsində 12.2 saniyə nəticə ilə 1-ci yeri tutdu və finala vəsiqə qazandı. Finalda isə 12.6 saniyə nəticəyə imza atan Fransis Leyn Macarıstanlı Alajos Szoкolyi ilə birgə I Yay Olimpiya Oyunlarının bürünc medalını qazandı.
Harriet Leyn
Harriet Leyn (ing. Harriet Rebecca Lane Johnston; 9 may 1830 – 3 iyul 1903) — 1857-ci ilin 4 mart tarixindən 1861-ci ilin 4 mart tarixinə kimi ABŞ-nin Birinci xanımı. ABŞ tarixində prezidentin arvadı olmayaraq Birinci xanım olmuş 13 şəxsdən biri. Valideynləri vəfat etdikdən sonra onun qəyyumu dayısı Ceyms Byukenen olmuşdur. Ceyms Byukenen ABŞ prezidenti olarkən subay olmuşdu. Buna görə də həmin dövrdə Harriet Leyn ölkənin Birinci xanımı olmuşdur.
Kold-Leyk
Kold-Leyk — Kanadanın Alberta əyalətində şəhər.
Kold Leyk
Kold-Leyk — Kanadanın Alberta əyalətində şəhər.
Leya Orqana
Şahzadə Leya Orqana (ing. Princess Leia Organa), sonradan General Leya Orqana (ing. General Leia Organa) kimi tanınan personaj, Ulduz müharibələri franşayzının qəhrəmanıdır. Ulduz müharibələri filmlər seriyasında bu personaj aktrisa Kerri Fişer tərəfindən canlandırılmışdır. İlk dəfə "Ulduz müharibələri" (1977) filmində təqdim edilən Leya Alderaan planetinin şahzadəsi, İmperiya senatının üzvü, Üsyançılar alyansının agentidir. O, sithlərin qəddar lordu Dart Vayderə mane olur və İmperiyanın qorxunc silahı olan Ölüm ulduzunun məhv edilməsinə kömək edir. "İmperiya cavab zərbəsi endirir" (1980) epizodunda Leya üsyançıların bazasına rəhbərlik edir Vayderə qalib gəlir və kontrabanda ilə məşğul olan Han Soloya aşiq olur. "Cedayın qayıdışı" (1983) epizodunda Leya Solonun yad planetli cinayətkar Cabba Hattdan xilas edilməsi əməliyyatına başçılıq edir, məlum olur ki, o, Vayderin qızı və Lyuk Skayuolkerin əkiz bacısıdır. Prikvel filmi olan "Sithin qisası" (2005) epizodunda məlum olur ki, əkizlərin anası Nabu planetinin senatoru (keçmiş kraliça) Padme Amidaladır və o, uşaqları dünyaya gətirərkən vəfat edib. Senator Beyl və Alderaan kraliçası Breha Orqana Leyanı övladlığa götürürlər.
Leyf Eriksson
Leyf Eriksson — Qızıl Erikin oğlu. Amerikaya ayaq basan ilk avropalı. Qrenlandiyanın hökmdarı. == Kəşfi == İslandiyalı Leyf Eriksson 970-ci ildə anadan olmuşdur.Onun haqda kelt ədəbiyyatında 2 cür rəvayət var.1 ci rəvayətdə Erikssonun Qızıl Erik və Thoruqqanın oğlu olduğu söylənilir.2 ci rəvayətdə onun atasını islandların öldürdüklərini, əmisinin ona baxıldığı söylənir.Onun milliyətinin də dəqiq söyləyən bir şəxs yoxdur.Bəzi norveç alimləri onun norveç səyyahı Kürən Erikin oğlu olduğu söylənsə də, bəzi islandlar bunun boş təsadüf olduğunu və Kürən Erikin Erikssonun atası olmadığını irəli sürürlər.Hətta onun şotland olduğunu söyləyənlər belə var.Belə ki,Onun tərcümeyi halında Hebrid adlarından çox yazıldığı üçün bəzi şotlandlar Erikssonun şotland olduğunu söyləyirlər.Bəzən onun irlandiya kelti olduğunu da söyləyirlər.Çünki söylənilənlər görə Eriksson boynunda həmişə dördyarpaqlı qonca daşıyırdı. == Amerikaya Səyahət == Bir dənizçidən onun Qrenlandiyaya gedən zaman fırtınaya düşərək qərbə gedib tanımadığı torpaq tapdığını eşidən Leyf 1000-ci ildə Leyf komanda yığaraq qərbə üzdü və tapdığı yeni meşəliklərlə dolu olan torpağı, "Vinland" (Üzüm diyarı) adlandırdı. Burada koloniya salmaq istəyən Leyf, yerlilərlə olan konfliktdən sora materiki tərk edir.
Leyk-Plesid
Leyk-Plesid — Nyu-York ştatında yerləşən ABŞ şəhəri
Leyl Surəsi
92-ci surə
Moldova leyi
Moldova leyi — Moldovanın pul vahidi. == İstinadlar == Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Papus Leyk
Papus Leyk — ABŞ, Nevada ştatı, Linkoln dairəsində yerləşir. «51-ci Bölgə» adlı ərazisinə daxildir. Qrum Leykdən bir necə km cənub-qərbdə, eyni adlı silsilənin yaxınlığında yerləşir.
Qeyb Nyuell
Geyb Nyuell (ing. Gabe Logan Newell) və ya ləqəbi ilə Geyben (ing. Gaben; 3 noyabr 1962, Kolorado) — amerikalı iş adamı və Valve videooyun şirkətinin prezidenti. Nyuell Koloradoda anadan olub və Kaliforniyanın Deyvis şəhərində böyüyüb. 1980-ci illərin əvvəllərində Harvard Universitetində təhsil almağa başlayıb, lakin Microsofta qoşulmaq üçün təhsilini yarımçıq qoyub və Windows əməliyyat sisteminin ilk versiyalarının yaradılmasında iştirak edib. Nyuell və Mayk Harrinqton 1996-cı ildə Microsoft-dan ayrılaraq Valve-i yaratdılar və ilk oyunları olan Half-Life-ın (1998) tərtibatını maliyyələşdirdilər. Harrinqton 2000-ci ildə şirkətdən ayrıldı. Nyuell Valve-in 2003-cü ildə istifadəyə verilmiş və 2011-ci ilə qədər yüklənmiş kompüter oyunları bazarının çox hissəsini idarə edən Steam rəqəmsal paylama xidmətinin tərtibatına rəhbərlik etmişdir. 2021-ci ilə qədər Nyuell Valve-in ən azı dörddə birinə sahib idi. O, 2021-ci ilə kimi 3,9 milyard dollar sərvəti ilə ABŞ-nin ən varlı insanlarından biri və videooyun sənayesinin ən varlı adamı kimi qiymətləndirilirdi.
Qrum Leyk
Qrum Leyk — ABŞ, Nevada ştatı, Linkoln dairəsində yerləşir. Burada Nellis bombardımançı aviabazasının poliqonu yerləşir. Sadə şəkildə «51-ci Bölgə» adlanır. Qrum Leyk dəniz səviyyəsindən 1344 m hündürlüyə malikdir. Şoranlıq şimaldan cənuba 6 km, şərqdən qərbə 4,8 km uzunluğa malikdir. Şoranlıq Qrum Leyk Velli vadisinə daxildir (ing. Groom Lake Valley). Qurumuş göl Papus Leyk şimal-qərbdə, Reyçel şəhərindəmn isə 40 km cənubda yerləşir. == Tarixi == 1864-cü ildə Rrum rayonu ərazisində qurğuşun və gümüş yataqları aşkarlanır. 1870-ci illərdə ingilis «Groome Lead Mines Limited» şirkəti hasilatı maliyyələşdirir və üstəlik regiona öz adını verir.
Rumıniya leyi
Rumıniya Leyi (ro, ro; ISO 4217 RON 946) ― Rumıniyanın rəsmî pil vahidi. 1 iyul 2005-ci il tarixindən etibarən Rumıniya pul vahidi “Ley”dən dörd sıfır atılmış, yeni pul vahidi “Yeni Rumıniya Leyi” adlı puldan istifadə edilməyə başlanılmışdır. Rumıniya Mərkəzi Bankının verdiyi məlumata görə, inflyasiya nisbəti 2014-cü ilin noyabr ayından 2015-ci ilin noyabr ayına kimi 0.65% təşkil etmişdir.
Uillis Lemb
Uillis Yucin Lemb (12 iyul 1913[…], Los-Anceles, Kaliforniya – 15 may 2008[…], Tuson, Arizona) — 1955-ci ildə "hidrogen spektrinin incə quruluşu ilə bağlı kəşflərinə görə" fizika üzrə Nobel mükafatını qazanan amerikalı fizik. Həmin il Nobel Komitəsinin təqdim etdiyi mükafatı Lemb, "elektronun maqnit momentini dəqiq təyin etdiyinə görə" Polikarp Kuşla bölüşür. Lemb bir hidrogen atomunda elektron enerjilərində təəccüblü bir yerdəyişməni dəqiq müəyyən edə bilmişdi (bax Lemb sürüşməsi). Lemb Arizona Universitetinin Optik Elmlər Kollecinin professoru idi. == Həyatı == Lemb ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində anadan olub və Los Anceles Liseyində təhsil alıb. 1934-cü ildə Berkli Kaliforniya Universitetində kimya üzrə bakalavr dərəcəsini tamamlayır. C. Robert Oppenheymerin rəhbərliyi altında neytronların kristal tərəfindən səpilməsinə dair nəzəri işə görə o,1938-ci ildə fizika üzrə fəlsəfə doktoru dərəcəsini qazanır. O, nüvə nəzəriyyəsi, lazer fizikası və kvant mexanikasının yoxlanılması üzərində işləmişdir. Lemb 1951-1956-cı illərdə Stenford Universitetində fizika professoru olaraq çalışıb. Lemb 1956-1962-ci illərdə Oksford Universitetində fizika üzrə professor olub, həmçinin Yel, Kolumbiya və Arizona Universitetlərində dərs deyib.
Veronika Leyk
Veronika Leyk (ing. Veronica Lake; əsl adı ing. Constance Frances Marie Ockelman; d. 14 noyabr 1922, Nyu-York, ABŞ - ö. 7 iyul 1973, Vermont, ABŞ) — ABŞ aktrisası. == Həyatı == Veronika Leyk 14 noyabr 1922-ci ildə Nyu-Yorkda anadan olmuşdur. O əvvəlcə tibb sahəsinə maraq göstərsə də soradan aktrisa olmaq qərarına gəlir. Onun ilk rolu ciddi tənqid olunsa da, qeyri-adi saç düzümü ilə özünə diqqət çəmişdir. Aktrisa kimi ilk uğurlu işi This Gun For Hire filmi olmuşdur. Digər uğurlu filmləri arasında Sullivan's Travels, I Married A Witch və The Glass Key filmlərini qeyd etmək olar.
Şahzadə Leya
Şahzadə Leya Orqana (ing. Princess Leia Organa), sonradan General Leya Orqana (ing. General Leia Organa) kimi tanınan personaj, Ulduz müharibələri franşayzının qəhrəmanıdır. Ulduz müharibələri filmlər seriyasında bu personaj aktrisa Kerri Fişer tərəfindən canlandırılmışdır. İlk dəfə "Ulduz müharibələri" (1977) filmində təqdim edilən Leya Alderaan planetinin şahzadəsi, İmperiya senatının üzvü, Üsyançılar alyansının agentidir. O, sithlərin qəddar lordu Dart Vayderə mane olur və İmperiyanın qorxunc silahı olan Ölüm ulduzunun məhv edilməsinə kömək edir. "İmperiya cavab zərbəsi endirir" (1980) epizodunda Leya üsyançıların bazasına rəhbərlik edir Vayderə qalib gəlir və kontrabanda ilə məşğul olan Han Soloya aşiq olur. "Cedayın qayıdışı" (1983) epizodunda Leya Solonun yad planetli cinayətkar Cabba Hattdan xilas edilməsi əməliyyatına başçılıq edir, məlum olur ki, o, Vayderin qızı və Lyuk Skayuolkerin əkiz bacısıdır. Prikvel filmi olan "Sithin qisası" (2005) epizodunda məlum olur ki, əkizlərin anası Nabu planetinin senatoru (keçmiş kraliça) Padme Amidaladır və o, uşaqları dünyaya gətirərkən vəfat edib. Senator Beyl və Alderaan kraliçası Breha Orqana Leyanı övladlığa götürürlər.
Geyb Nyuell
Geyb Nyuell (ing. Gabe Logan Newell) və ya ləqəbi ilə Geyben (ing. Gaben; 3 noyabr 1962, Kolorado) — amerikalı iş adamı və Valve videooyun şirkətinin prezidenti. Nyuell Koloradoda anadan olub və Kaliforniyanın Deyvis şəhərində böyüyüb. 1980-ci illərin əvvəllərində Harvard Universitetində təhsil almağa başlayıb, lakin Microsofta qoşulmaq üçün təhsilini yarımçıq qoyub və Windows əməliyyat sisteminin ilk versiyalarının yaradılmasında iştirak edib. Nyuell və Mayk Harrinqton 1996-cı ildə Microsoft-dan ayrılaraq Valve-i yaratdılar və ilk oyunları olan Half-Life-ın (1998) tərtibatını maliyyələşdirdilər. Harrinqton 2000-ci ildə şirkətdən ayrıldı. Nyuell Valve-in 2003-cü ildə istifadəyə verilmiş və 2011-ci ilə qədər yüklənmiş kompüter oyunları bazarının çox hissəsini idarə edən Steam rəqəmsal paylama xidmətinin tərtibatına rəhbərlik etmişdir. 2021-ci ilə qədər Nyuell Valve-in ən azı dörddə birinə sahib idi. O, 2021-ci ilə kimi 3,9 milyard dollar sərvəti ilə ABŞ-nin ən varlı insanlarından biri və videooyun sənayesinin ən varlı adamı kimi qiymətləndirilirdi.
Leyb-Qvardiyanın Qafqaz eskadronu
Leyb-Qvardiyanın Qafqaz eskadronu — Leyb-Qvardiya-Rusiya imperatorlarını mühafizə edən xüsusi birlik idi. 18 may 1811-ci ildə mühafizə xidməti, 18 noyabr 1856-cı ildə isə Qafqaz eskadronu yaranıb. Bu birlik bir neçə eskadrondan ibarət idi. Əsası Qafqaz eskadron sayılırdı. Bu eskadron özündə 4 taqımı birləşdirirdi. 1-ci taqım-provaslav gürcü knyaz və zadəganlarından ibarət gənclərdən 2-ci taqım-Terski diyarının əsilzadə dağlı gənclərindən 3-cü taqım-Dağıstanın və Acarıstanın əsilzadə gənclərindən 4-cü taqım-Zaqafqaziyanın müsəlman xan və bəy soylarından ibarət gənclərdən Digər qvardiyalardan fərqli bu eskadron birbaşa Sankt-Peterburq hərbi dairəsinə bağlı idi. Bu eskadron imperatoru və məiyyətini müşayiət edirdi. Çarın qərar tutduğu Krasno Selo (Красно Село) düşərgəsində yerləşirdi. Eskadronun bəzi üzvləri Krım müharibəsində və 1877–1878 Rusiya-Osmanlı müharibəsində rus ordusunun tərkibində iştirak ediblər. Rusiya imperatorununun konvoyunda xidmət göstərən sonuncu azərbaycanlı 1903-cü ilin aprel ayında Leyb-Qvardiyanın Kuban eskadronunda sotnik rütbəsində xidmətə başlamış Aleksandr Rzaqulu Mirzə olub.
Canq Ley
Canq Ley (d. 9 may 1988) — Çini təmsil edən su poloçusu. == Karyerası == Canq Ley, Çin yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Rusiya yığmasını 16:15 hesabı ilə məğlub edən Çin yığması, London Olimpiadasını beşinci pillədə başa vurdu.
Fransis Ley
Fransis Ley (fr. Francis Lai; 26 aprel 1932[…], Nitsa, Dənizkənarı Alplar, Fransa – 7 noyabr 2018[…], VIII arondisman (Paris), Fransa) — fransız bəstəkarı, "Sevginin tarixi" (1970, ABŞ) filminə görə 1970-ci il musiqi nominasiyasında Oskar mükafatının laureatı. == Həyatı == 26 aprel 1932-ci ildə anadan olub. Estrada müğənnilərini müşahidə etməklə musiqi karyerasına başlayıb. 1960-cı illərin əvvəllərində kino bəstəkarı kimi tanınmağa başlayıb. Klod Leluşla uzun müddət və məhsuldar əməkdaşlığı olub. Edit Piaf, Julyett Qreko, İv Montan, Mirey Matye, Conni Halidey üçün mahnılar yazıb. Bu mahnıları həmçinin Tom Cons, Frenk Sinatra və Ella Fitzgerald oxuyub. Mahnılarının bəzilərini ("Sur notre étoile", "La Rose Bleue") özü ifadə edib.
Ley Zanq
Ley Zanq – Çinli qadın voleybolçu. 2013-cü ildən İqtisadçının şərəfini qoruyur. == Karyerası == Zanq voleybol həyatına məktəb səviyyəsində başlamışdır. 2001-ci ildən Şanxay voleybol klubunun A komandasında oynamışdır. Karyerasına uzun müddət doğma vətənində davam edən voleybolçunun legioner həyatı 2013-cü ildə başlayır. Belə ki, o, 2013–14 mövsümündə Bakının İqtisadçı klubuna transfer olunur. 2010-cu ildə isə ilk dəfə milliyə dəvət olunur. Voleybolçu milli komanda da ilk matçını İsveçrə millisinə qarşı oynayır. O milli komanda ilə birlikdə 2012-ci ildə Londonda keçirilən Yay Olimpiya Oyunlarında da iştirak edir. Həmin il Zanq komandası ilə birlikdə Asiya kubokunun da sahibi olmuşdur.
Edvard Vilyam Leyn
Edvard Vilyam Leyn(ing. Edward William Lane; 17 sentyabr 1801[…] – 10 avqust 1876[…]) — Böyük Britaniya şərqşünası. == Həyatı == Edvard Vilyam Leyn 17 sentyabr 1801-ci ildə Herefordda doğulmuşdu. Orta təhsilini Bath və Herefordda tamamlayıb Cambridge Universitetinə girdiysə də daha sonra buradan ayrılaraq Londona yollandı və qravür rəssamlığı təhsili gördü; bir yandan da Ərəb dilini öyrəndi. Ərəb dilində qısa zamanda mütəxəssislik düzəyində irəliləmə qeyd etməsi şərqşünaslıq araşdırmalarına maraq duymasına yol açdı. 1825-ci ildə Misirə getdi və üç dönəm halında toplam on iki ilə qədər orda qaldı. Edvard Vilyam Leyn 10 avqust 1876-cı ildə vəfat edib.
Edvard Uilyam Leyn

Qvardeysk
Qvardeysk (rus. Гвардейск) — Rusiya Federasiyasında yerləşən şəhər. Kalininqrad vilayətinə daxildir.