Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Betün (rayon)
Betün (fr. Béthune) — Fransanın O-de-Frans regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Pa-de-Kale. Suprefektura — Betün. Rayonun əhalisi 2014-ci ildə 286.219 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 404 nəf / km². Rayon sahəsi — 707,6 km².
Eltun Hüseynov
Eltun Tahir oğlu Hüseynov (27 fevral 1993-cü ildə Bakıda anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Bakı klubunda müdafiəçi kimi çıxış etmiş peşəkar Azərbaycanlı futbolçudur. == Klub karyerası == Fərid Kərimzadə Bakı klubunun akademiyası vasitəsilə inkişaf etmişdir. 2012-ci ildə klubun əvəzedicilər dəstəsində debüt etmişdir. Həmçinin həmin ildən bakılıların əsas heyətində çıxış edir. O, Bakı klubunun tərkibində debütünü 12 may 2014-cü ildə Azərbaycan Premyer Liqasının XXXV turunda AZAL klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. === Çempionat === Mövsümlər üzrə Azərbaycan çempionatında aşağıdakı kimidir: == Maraqlı fakt == 2012-ci ildə dizindən ağır zədə aldığı üçün Türkiyədə əməliyyat olunmuşdur.
Eltun Kərimov
Eltun Zaur oğlu Kərimov (1 fevral 2001; Krasnoturinsk, Sverdlovsk vilayəti, Rusiya — 15 oktyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Eltun Kərimov 1 fevral 2001-ci ildə Rusiyanın Sverdlovsk vilayətinin Krasnoturinsk şəhərində anadan olmuşdur. Əslən Şəki şəhərindən idi. 2008-ci ildə Krasnoturinsk şəhər 5 saylı beynəlmiləl tam orta məktəbdə təhsil almışdır. Təhsilini 2015-ci ildən Şəki şəhər 9 saylı tam orta məktəbin rus bölməsində davam etdirmiş və 2018-ci ildə məktəbin 9-cu sinfindən məzun olmuşdur. Ailəsində özündən başqa bir qardaşı və bir bacısı var idi. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Eltun Kərimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Eltun Kərimov 15 oktyabr 2020-ci ildə Suqovuşan kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Eltun Qasımov
Eltun Vüqar oğlu Qasımov (18 oktyabr 1994; Bakı, Azərbaycan — 18 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Eltun Qasımov 1994-cü il oktyabrın 18-də Bakı şəhərində anadan olub. Ailəli idi. 10 aylıq oğlu yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun çavuşu olan Eltun Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Eltun Qasımov oktyabrın 18-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Eltun Qasımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Eltun Qasımov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Eltun Qasımov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Eltun Yaqublu
Eltun Sofik oğlu Yaqublu (19 avqust 1992, Bakı) — Səbail klubunun kapitanı və müdafiəçisi .
Eltun İsgəndərov
Eltun Xaləddin oğlu İsgəndərov (21 oktyabr 1990, Əhmədbəyli, Samux rayonu – 18 iyun 2009, Cəlilabad rayonu) — əsgər, Azərbaycanın Milli Qəhrəmanı (2009). == Həyatı == Eltun Xaləddin oğlu İsgəndərov 1990-cı il oktyabrın 21-də Samux rayonu Əhmədbəyli kəndində anadan olub. 1996-cı ildə Samux rayon Əhmədbəyli kənd tam orta məktəbinin 1-ci sinfinə qəbul olunmuş, 2007-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. == Hərbi xidməti == 2008-ci ilin oktyabrında Samux rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılan Eltun İsgəndərov Sərhəd Qoşunlarında xidmət edib, özünü nümunəvi əsgər kimi göstərib. Eltun İsgəndərov 2009-cu il iyunun 18-də İran İslam Respublikası istiqamətində, Cəlilabad rayonunun Əsədli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd pozucuları ilə döyüş zamanı Sərhəd Xidməti hərbçilərinin mövqelərinə atılmış qumbaranın üzərinə atılıb. Hadisə nəticəsində Eltun İsgəndərov şəhid olaraq ətrafdakı əsgər və zabitlərin həyatını xilas edib. Samux rayonu Əhmədbəyli kənd qəbristanlığında dəfn edilib. == Təltifləri == Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2009-cu il tarixli 349 saylı fərmanı ilə Eltun Xaləddin oğlu İsgəndərov "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. == Xatirəsi == 2019-cu ilin iyununda Samux rayon Əhmədbəyli kənd tam orta məktəbinə Eltun İsgəndərovun adı verilib və məktəbin qarşısında büstünün açılışı olub. == İstinadlar == == Ədəbiyyat == Fəxrəddin Quliyev, "Milli qəhrəmanlar", "Məktəb" qəzeti, №39(304), 20 oktyabr 2014-cü il.
Eltun Əliyev
Eltun Elnur oğlu Əliyev (29 avqust 2001; Sumqayıt, Azərbaycan — 16 oktyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Eltun Əliyev 2001-ci il avqustun 29-da Sumqayıt şəhərində anadan olub. 2019-cu ildə Sumqayıt şəhəri 24 saylı orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yola düşüb. == Hərbi xidmətləri == Eltun cəbhənin Tərtər istiqamətində yerləşən N saylı hərbi hissədə – ön xəttdə baş atıcı olaraq xidmət edib. 2020-ci il sentyabrın 31-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Eltun Əliyev Talış Madagizin azad edilməsində savaşıb. 19 oktyabr 2020-ci il tarixində düşmən gülləsindən şəhid olub. Sumqayıt Şəhidlər Xiyabanı'nda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Eltun Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Eltun Əliyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Eltun Əliyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Yan Lekun
Yan Lekun (ing. Yann LeCun) 8 iyul 1960[…], Suazi-su-Monmoransi — kompüter elmləri sahəsində fransız alimi, əsas fəaliyyət sahələri maşın öyrənməsi, kompüter görmə, mobil robototexnika və hesablama neyrobiologiyasıdır. Sinir şəbəkələrinin optik xarakter tanıma və maşın görmə vəzifələrinə tətbiqi üzrə işləri ilə tanınır. DjVu görüntü sıxılma texnologiyasının əsas yaradıcılarından biri (Leon Botu və Patrick Huffner ilə birlikdə). Leon Botu ilə birlikdə Luş proqramlaşdırma dili yaratdı. Türinq mükafatı laureatı (2018, Benjio və Hinton ilə birlikdə dərin bir öyrənmə sahəsini yaratdığına görə). Kompüter elmləri doktoru dərəcəsini 1987-ci ildə Pyer və Mari Kyuri Universitetindən almışdır. 1988-ci ildə, AT&T Bell Laboratoriesdə işə başladı, burada bir sıra maşın öyrənmə metodlarını, o cümlədən konvulsion sinir şəbəkələrini inkişaf etdirdi. 1996-cı ildə, AT&T Labs tədqiqat mərkəzinə keçdi, burada DjVu görüntü sıxma texnologiyası üzərində çalışdı. 2003-cü ildən Nyu-York Universitetində çalışmışdır.
Leun Çu Yan
Leun Çu Yan (21 aprel 1979) — Honq Konqu təmsil edən stolüstü tennisçi. == Karyerası == Leun Çu Yan Honq Konqu 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 9-cu pillənin sahibi olub. Daha sonra Leun Çu Yan Honq Konqu 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 5-ci, cüt turnirdə isə 9-cu pillənin sahibi olub. Leun Çu Yan Honq Konqu 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və Komanda turnirində 4-cü pillənin sahibi olub.
Beton
Beton (frans. béton) — təbii daşın tikintidə yaratdığı çətinlikləri aradan qaldırmaq üçün istifadə olunan süni daş material. Beton səmərəli şəkildə seçilmiş, əsaslı qarışdırılmış və sıxlaşdırılmış tərkibli hər hansı bir mineral yapışdırıcı, doldurucu, su və bəzən xüsusi əlavələrdən ibarət qarışığın bərkiməsi nəticəsində yaranır. Bərkiməsindən öncə bu komponentlərin qarışığı beton qarışığı adlanır. Bu qarışıq müxtəlif tərkiblərə bölünür. Su və yapışdırıcı beton tərkibində əsas və aktiv maddələrdir. Onların kimyəvi qarşılıqlı təsiri nəticəsində yapışqan xəmir konsistensiyalı (sement xəmiri, sement südü) yeni birləşmə yaranır. Həmin birləşmə xırda və iri doldurucunun dənələrini nazik layla bürüyür. Bir müddət keçdikdən sonra dənələri sıxlaşdıraraq bu birləşmə bərkiyir və beləliklə beton qarışığı möhkəm monolit daşa — betona çevrilir. Doldurucular (qum, ələnti, qırmadaş, çınqıl və s.) betonun tərkibinin 80–85%-dək təşkil edir və sıxılmanın qarşısını alaraq betonun möhkəm skeletini yaradır.
Cetus
Qrind (lat. Globicephala) — Delfinlər sinfinə daxil olan heyvan cinsi. Cinsə iki növ daxildir: Adi qrind (Globicephala melas) və Qısaüzgəc qrind (Globicephala macrorhynchus). «Qrind» sözü Farer dilindən götürülmüşdür. == Xüsusiyyət == Qrindlərin uzunluqları 3,6 - 8,5 metr arasında dəyişir. Çəkiləri 800 kq olsada bəzən 3 tonu keçə bilir. Ağ ləkələr istisna demək olar ki, qara rəngdə olur. Hər iki növ bir birindən əsasən üzgəclərinə görə fərqlənirlər. Qısaüzgəc qrindlərdə hər çənədə 14-18 diş, Adi qrindlərdə isə hər çənədə 16-26 arası diş olur. Osa və Qısaüzgəc qrindlər nadir məməlilərdəndir ki (insanda daxil), dişiləri Menopauza dövrü keçirir və bu uzun on illiklər boyu təkrarlanır.
Elgün
Elgün — ad. Elgün Camal Elgün Xanoğlanlı Elgün Səfərov Elgün Quliyev Elgün Quliyev (əsgər, 1992) — Vətən müharibəsi şəhidi. Elgün Quliyev (əsgər, 2000) — Vətən müharibəsi şəhidi.
Elton
Elton — Kişi adı. Bu adı olan tanınmışlar Elton Hüseynəliyev — azərbaycanlı müğənni. Elton Məmmədov — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı. Elton Meyo — Əslən avstraliyalı Amerika sosioloqu. Elton Quliyev — Vəkil Elton İbrahimov — müğənni, musiqiçi, rəqqas. Elton Con — ingilis pop/rok müğənnisi, bəstəkar, pianoçu.
Jotun
Jotun A/S və ya Jotun Group, Norveçdə qurulmuş, kimya sektorunda fəaliyyət göstərən çox millətli şirkət. Mərkəzi Norveçin Sandefjord şəhərində tapılar.
Kətan
Kətan (lat. Linum) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin zəyrəkkimilər fəsiləsinə aid bitki cinsi. == Əhəmiyyəti == Yağlı kətanın toxumlarında 38-45% yarımquruyan yağ (yod ədədi 165-192) vardır. Bu yağ lak-boyaq sənayesində yüksək qiymətləndirilir. Kətan yağı dəri, sabunbişirmə, kağız, ətriyyat, rezin, elektrotexnika sənayesində və başqa sənaye sahələrində o, cümlədən tibdə də işlədilir. Kətan yağı həm də qida kimi istifadə olunur. Jmıxı və cecəsi heyvandarlıqda qiymətli zülalı yemdir. Jmıxın hər 100 kq-da 115 yem vahidi, 28,5 kq həzm olunan protein vardır. Cecəsinin 100 kq-da isə 103 yem vahidi, 28,9 kq həzm olunan protein vardır. Yetişməmiş toxumdan hazırlanan jmıxı yemləmədən qabaq buxara verilir ki, heyvanlarda zəhərləmə əmələ gətirməsin.
Kətük
Ağgədik (əvvəlki adı: Kötük) — Azərbaycan Respublikasının Xocalı rayonunun Xanabad kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Kötük kəndi Ağkədik kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Ağgədik kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində azad olunmuşdur. == Toponimikası == Ağgədik kəndi dağətəyi ərazidədir. Keçmiş adı Ağdar, 1992-ci ilədək Kotuk ("gədik" sözünun təhrif forması) olmuşdur. Oykonim ərazidəki eyniadlı dağ keçidinin adından yaranmışdır. Zaman-zaman Kətük, Kətik kimi də qeyd olunmuşdur. Bəzi tədqiqatçılar kəndin adını Qafqaz Albaniyasındakı məşhur Kətik məbədinin (XII əsr) adı ilə bağlayırlar.
Laqun
Laqun (it. laguna, lat. lacus) rus. лагуна, ing. lagoon) – okeandan (dəniz-dən) bar, dil, mərcan rifləri ilə ayrılmış və nadir hallarda onunla dar boğazlarla birləşmiş dayaz su hövzəsi. Daha çox atollun daxilində rast gəlinir. — kiçik su tutarı olub dənizdən ensiz qumdan ibarət dil və ya mərcan rifi ilə ayrılır. Laquna tipik nümunə Venesiya şəhərinin yerləşdiyi ərazini göstərmək olar. İlk əvvəllər elə laqun adlanan termin Venesiyanın yerləşdiyi əraziyə şamil edilirdi. Sonradan bütün dünyada yerləşən bu tip coğrafi obyektlərə şamil olunmuşdur.
Lecan
Lecan (erm. Լեջան) — Ermənistan Respublikasının Loru mərzində kənd. 7 noyabr 1995–ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995–ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu" na əsasən "Lecan bələdiyyəsi"ni (erm. Լեջան համայնքի) təşkil edir. 12 – 21 oktyabr 2011–ci il siyahıyaalınmasına əsasən kəndin (de–yuri) daimi əhalisi 837 nəfərdir.
Lecuno
Lecuno( it. Leggiuno ) Şimali İtaliyada bir kommunadır. Lombardiya bölgəsinin Vareze əyalətində yerləşir . Əhalisi 3 651 nəfərdir (2014), əhalinin sıxlığı 277 nəfər / km²-dir. Sahəsi 13.19 km² ərazini əhatə edir. Poçt kodu - 21038. Telefon kodu - 0332. Kommunanın hamisi müqəddəs müqəddəs Birinci Şəhid Stefandır . Onun şəninə 26 dekabrda bayram keçirilir. == Məşhur insanları == Luigi Riva (1944-cü ildə doğulub) Keçmiş İtaliyalı futbolçu.
Ledum
Rododendron (lat. Rhododendron) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinə aid bitki cinsi. == Maraqlı faktlar == Bu bitki Nepalda ölkənin milli bitkisi hesab olunur.
Ləkin
Ləkin — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 31 may 2013-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Badamağac, Buravar və Şatırlı kəndləri Ləkin kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Şatırlı kəndi olmaqla Şatırlı kənd inzibati ərazi dairəsi tərkibinə verilmişdir. == Toponimikası == Cəlilabad rayonunun eyniadlı ı.ə.v.-də kənd. Burovar silsiləsinin ətəyindədir. Əsl adı Ləkandır. Oykonim lək tayfa adından və cəmlik bildirən – an şəkilçisindən ibarət olub, “Ləklər” mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1665 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Çətgün
Çətgün — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Toponimikası == Çətgün oyk, sadə. Qusar r-nunun Zindanmuruq i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. XIX əsrdə Quba qəzasının Qrız icmasına məxsus oba kimi yaranmış, sonralar daimi yaşayış məntəqəsinə çevrilmişdir. Çetkün avar dilində "birəli" deməkdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 149 nəfər əhali yaşayır.
Çətən
Çətən – eyni diametrli qamış və ya ağac çubuğundan hazırlanmış məhsul. Çətən "çətmək" sözündən yaranıb, mənası "bağlamaq" deməkdir. Bəzən onu alaçıqlarda çox istifadə edildiyi üçün "çığ" da adlandırırlar. == Ümumi məlumat == Çətən adətən eyni ölçülü qamış və ya ağac çubuğundan hazırlanır. Bu çubuqlar yan-yana qoyularaq həm qıraqdan, həm də uzunluğundan asılı olaraq ortadan bir və ya bir neçə dəfə sadə ip vasitəsilə bir-birinə bərkidilirdi. Bu texnikada hazırlanmış məhsul dik vəziyyətdə alaçığın alt hissəsini bərkitmək məqsədilə istifadə edilirdi. Azərbaycanda adətən iki cür çətən mövcud olmuşdur: Saya. Saya çətənlər üzərində heç bir bəzək elementi olmurdu və o sırf məişət məqsədləri üçün hazırlanırdı. Naxışlı. Naxışlı çətənlər döşəmə, alaçıqdakı divar, arakəsmə, bəzən də pərdə kimi məqsədlərə xidmət edirdi.
Aconitum laetum
Turpabənzər kəpənəkçiçəyi (lat. Aconitum napellus) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin kəpənəkçiçək cinsinə aid bitki növü. == Sinonimləri == Aconitum alatum Wender. Aconitum amoenum Rchb. Aconitum ampliflorum Rchb. Aconitum anglicum Stapf Aconitum bavaricum Starm. Aconitum braunii Rchb. Aconitum caeruleum Dulac Aconitum canescens Schleich. ex Rchb. Aconitum clusii Rchb.
Adi kətan
Adi kətan (lat. Linum usitatissimum) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin zəyrəkkimilər fəsiləsinin kətan cinsinə aid bitki növü. == Təsviri == Mədəni kətan, əkilən və yaxud adi kətan hündürlüyü 30-150 sm olub, öz-özünə tozlanan birillik ot tipli bitkidir. İsti ölkələrdə, məsələn, Hindistanda daha ucaboylu olur. Yalnız yuxarı hissədən budaqlanır. Əsas kökü (mil kökü) olduqca qısadır, ağımtıl rəngdədir, bir neçə iri yan budaqlar (köklər) əmələ gətirir. Ancaq çoxlu sayda xırda kök telləri olur. Gövdəsinin əsas hissəsi dik dayanan və düz, nazik, silindir şəkilli, bəzən sadə, yalnız yuxarı hissədən budaqlanan tutqun yaşıl rəngli zəif mum təbəqəsi ilə örtülüdür. Gövdəsi tüksüz və demək olar ki, tüksüz yəni qısa tükcüklərlə örtülü olur. Yarpaqları çoxsaylı, nisbətən seyrək növbəli və ya spiral şəkilli düzülmüş 2-3 sm uzunluqda 3–4 mm enində olmaqla xətvari və yaxud xətvari-lansetvari, nisbətən iri lansetvari, nəhayəti sivri (iti) oturaq, yüngül göyümtül rəngli, nisbətən zəif mum təbəqəsi ilə örtülü, kənarları hamar, 3 damarlıdır.