sif. İcrası, həyata keçirilməsi, aradan qaldırılması, həlli, başa düşülməsi və s. çox böyük zəhmət, səy, gərginlik tələb edən (asan ziddi). Çətin iş. Çətin vəzifə. Çətin imtahan.
– [Nuriyyə:] Ən çətin məsələ-misallar seçib həll elədim. İ.Əfəndiyev.
Osa mənə öyrədib təbiətin dilini; Onun sirli dilini, çətin dilini. B.Vahabzadə.
// zərf Çətinliklə başa gələn; ağır (asan ziddi). Çətin nəfəs almaq. Çətin həzm olunan qidalar.
// Çox ağır, dözülməz. Çətin vəziyyət. Çətin şərait.
– Çocuqlarından ayrılmaq nə qədər çətin, nə qədər ağır idi. S.Hüseyn.
◊ Çətinə düşmək – ağır, çıxılmaz vəziyyətə düşmək, dara düşmək.
[Fərhad Mustafaya:] Əgər çətinə düşsən, Əsgəran atlı bölüyündəki yoldaşlara müraciət edərsən. Ə.Məmmədxanlı.
[Qarovul:] Bir xan ki öz rəiyyətini qaramal kimi sata, o, rəiyyət məhəbbətini qazanamı bilər ki, çətinə də düşəndə rəiyyət onun arxasında dursun? Ə.Haqverdiyev.
Çətinə salmaq – çətin vəziyyətə salmaq, işini daha da çətinləşdirmək, dara salmaq.
Elə bil Nərgiz özü də qocanı bir qədər çətinə saldığını duyaraq ondan soruşdu. Ə.Məmmədxanlı.
Mən bədbəxti taleyim yaman saldı çətinə… B.Vahabzadə.